H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ


Vəkillərə münasibətdə davranıĢ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

Vəkillərə münasibətdə davranıĢ 
214.  Hakim  öz  hirs  və  darğınlığının  onu  özündən  çıxarmasına  yol  verməməlidir.  Konkret  müzakirə 
predmetindən  asılı  olmayaraq,  hakimin  reaksiyası  sakit  və  ağlabatan  olmalıdır.  Hətta  vəkilin  kobud 
davranıĢı onu özündən çıxmağa təhrik etsə belə, hakim bu zaman vəkilə qarĢı hər hansı cavab vermədən 
məhkəmə  zalına  nəzarət  edə  bilmək  üçün  müvafiq  tədbirlər  görməlidir.  Əgər  irad  tutmaq  zəruridirsə, 
bəzən  bunu  iĢ  üzrə  dinləmələrdən  kənar  etmək  daha  məqsədəuyğundur.  Hakim  vəkilin  sözünü  heç  bir 
əsas  olmadan  dəfələrlə  kəsməməli,  onun  davranıĢını  və  ya  irəli  sürdüyü  dəlilləri  riĢxəndlə  və  ya 
təhqiramiz  Ģəkildə  Ģərh  etməməlidir.  Digər  tərəfdən,  heç  bir  hakim  prosesdən  sui-istifadə  edən  və  açıq-
aydın  əsassız  və  qeyri-mötəbər  dəlillər  irəli  sürən  və  ya  hakimi,  digər  vəkilləri,  iĢ  üzrə  tərəfləri  və  ya 
Ģahidəri təhqir edən vəkilə qulaq asmamalı və eyni zamanda onun çıxıĢını da kəsməməlidir. 
 
Səbrlilik, ləyaqət və nəzakət - baĢlıca xüsusiyyətlərdir. 
215.  Hakim  məhkəmə  iclasında  və  ondan  kənarda  həmiĢə  nəzakətli  davranmalı  və  orada  olan  bütün 
Ģəxslərin  ləyaqətinə  hörmətlə  yanaĢmalıdır.  Hakim  məhkəmə  araĢdırmasının  bütün  iĢtirakçılarından, 
məhkəmə  iĢçilərindən  və  onun  rəhbərliyi  və  ya  nəzarəti  altında  olan  digər  Ģəxslərdən  də  eyni  Ģəkildə 
davranmağı tələb etməlidir. Hakim Ģəxsi ədavət aparmamalı və məhkəmədə iĢtirak edən vəkillərdən hər 
hansı  birinə  üstünlük  verməməlidir.  Hakimin  vəkilin  ünvanına  əsassız  iradlar  bildirməsi,  məhkəmə 
iclasının tərəflərinə və Ģahidlərə münasibətdə təhqiramiz ifadələr iĢlətməsi, acı istehza və kinayəsi, kobud 
və  təmkinsiz  davranıĢı  məhkəmə  zalında  qaydanı  və  məhkəməyə  xas  etiketi  pozur.  Hakim  prosesə 
müdaxilə etmək istəyirsə, həmin müdaxilənin ifadə tərzi və tonu onun qərəzsizliyinə kölgə salmamalıdır. 
 
 


6.7.  Hakim  məhkəmə  funksiyalarının  lazımi  qaydada  yerinə  yetirilməsi  ilə  bir  araya  sığmayan 
fəaliyyətlə məĢğul olmamalıdır.  
ġərh 
 
Məhkəmədə iĢlərin ədalətli və bərabər bölgüsü 
216.  Məhkəmədə  iĢlərin  bölüĢdürülməsinə  məsul  olan  hakim  iĢ  üzrə  tərəflərin  və  ya  iĢin  nəticəsində 
maraqlı olan hər hansı  Ģəxsin  təsirinə məruz qalmamalıdır. Bu cür bölgü, məsələn, püĢk  yolu  ilə və  ya 
əlifba  sırası  qaydasında,  yaxud  ona  oxĢar  baĢqa  bir  Ģəkildə  avtomatik  bölgü  sistemi  vasitəsilə  aparıla 
bilər. ĠĢlərin bölüĢdürülməsində alternativ qismində öz həmkarları ilə məsləhətləĢmə əsasında ona həvalə 
olunmuĢ  funksiyanı  vicdanlı  və  ədalətli  Ģəkildə  yerinə  yetirməli  olan  məhkəmə  sədri  çıxıĢ  edə  bilər. 
Zərurət  olduqda,  ayrı-ayrı  hakimlərin  xüsusi  vəziyyətləri  və  xüsusi  tələbatları  nəzərə  alına  bilər,  lakin 
imkan daxilində iĢlər məhkəmənin üzvləri arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından bərabər 
Ģəkildə bölünməli və bütün hakimlər iĢlərin bölüĢdürülməsi prinsipləri barədə məlumatlandırılmalıdırlar. 
 
ĠĢin hakimdən geri götürülməsi 
217. Ciddi xəstəlik və ya maraqların toqquĢması kimi qanuni əsaslar olmadan iĢ bu və ya digər hakimdən 
geri götürülə bilməz. Geri götürmənin  əsasları və prosedurları qanunla və ya məhkəmənin qaydaları ilə 
nəzərdə  tutulmalı,  hökumətin  maraqlarından  və  ya  hər  hansı  digər  xarici  amillərdən  asılı  olmamalı  və 
məhkəmə  funksiyalarının  qanuna  və  insan  hüquqları  sahəsində  beynəlxalq  normalara  uyğun  icra 
edilməsini təmin etmək məqsədi daĢımalıdır. 
 
Digər hakimin və ya vəkilin qeyri-peĢəkar davranıĢı  
218.  Hakim  digər  hakimin  və  ya  vəkilin  qeyri-peĢəkar  davranıĢını  göstərən  etibarlı  sübutlar  barədə 
məlumat əldə etdiyi zaman müvafiq tədbirlər görməlidir. Müvafiq tədbirlər dedikdə, davranıĢ normalarını 
pozması  iddia  olunan  hakim  və  ya  vəkillə  birbaĢa  əlaqə  saxlamaq,  digər  mümkün  hərəkətlər,  həmçinin 
peĢə davranıĢı normalarının pozuntusu barədə səlahiyyətli orqanlara məlumat vermək baĢa düĢülür. 
 
Məhkəmə iĢçilərindən sui-istifadə edilməsi 
219.  Məhkəmə  iĢçilərinin  əməyindən  və  ya  məhkəmənin  bina  və  avadanlıqlarından  qanunsuz  istifadə 
edilməsi  hakimin  nüfuzundan  sui-istifadə  sayılır  və  məhkəmə  iĢçisini  həddindən  artıq  çətin  vəziyyətə 
salır.  Məhkəmə  iĢçilərinə  hakimə  yerinə  yetirilməsinə  müəyyən  olunmuĢ  adətlərlə  yol  verilən  xırda 
tapĢırıqlar  çərçivəsindən  kənara  çıxan  hər  hansı  Ģəxsi  xidmətlərin  göstərilməsi  barədə  göstəriĢlər  verilə 
bilməz. 
 
 


P
RĠNSĠPLƏRĠN 
T
ƏTBĠQĠ 
 
Məhkəmə  vəzifəsinin  xüsusiyyətlərini  nəzərə  alaraq,  əgər  onların  yurisdiksiyası  çərçivəsində  belə 
mexanizmlər  hələ  mövcud  deyilsə,  milli  məhkəmə  orqanları  tərəfindən  bu  prinsiplərin  tətbiq 
edilməsi mexanizmlərinin yaradılması üçün səmərəli tədbirlərin görülməsi zəruridir. 
 
ġərh 
 
“Banqalor prinsipləri”nin səmərəli tətbiqi üzrə prosedurlar  
220.  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupu hal-hazırda hakimlərin davranıĢının “Banqalor prinsipləri”nin səmərəli tətbiq edilməsinə 
yönəlmiĢ  prosedurlar  barədə  hesabatların  hazırlanması  ilə  məĢğuldur.  Prinsiplərin  özü  kimi  həmin 
prosedurlar  da  hər  hansı  milli  məhkəmə  sistemi  üçün  məcburi  xarakter  daĢımayacaqdır.  Onlar  rəhbər 
prinsip və istiqamətlər kimi təklif olunacaqdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə