H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

7. Hakim çəkiĢən tərəflərə eyni  qərəzsizliklə yanaĢmalıdır,  sanki ata  oğula qarĢı və ya Xəlifə özü 
təbəələrindən birinə qarĢı və  ya  mömin müsəlman kafirə qarĢı olan kimi. Və bu münasibət onlara 
qarĢı  eyni  davranıĢ  tərzində  təzahür  etməlidir:  hakim  onlardan  birinə  gülümsəyib  digərini 
qaĢqabaqla  süzməməli,  birinə  digərindən  daha  artıq  diqqət  göstərməməlidir.  Əgər  hakim  çəkiĢən 
hər  iki  tərəfin  baĢa  düĢdüyü  dildə  danıĢa  bilirsə,  tərəflərdən  biri  ilə  digər  tərəfin  baĢa  düĢmədiyi 
dildə danıĢmamalıdır. 
8. Hakim yalnız məhkəmə tərəfindən qanuni Ģəkildə tanınan ifadələrdən və sübutlardan istifadə edə 
bilər və öz Ģəxsi biliklərinə əsaslanaraq qərar çıxara bilməz. 
9.  Hakim  qərarını  mümkün  qədər  tez  və  ləngitməyə  yol  vermədən  çıxarmalıdır,  belə  ki,  onun 
missiyası  hər  Ģeydən  əvvəl  insanlar  arasındakı  mübahisələri  həll  etmək  və  münaqiĢəyə  son 
qoymaqdır.  Düzgün  qərar  nə  qədər  tez  çıxarılarsa,  insanlar  öz  qanuni  haqlarını  daha  tez  əldə 
edərlər. 
Hakimlərin müstəqilliyinin imicini təmin etmək üçün Ġslam hüququ ictimai mənafenin tələb etdiyi 
hallar  istisna  olmaqla,  siyasi  hakimiyyətlərə  ədalətli  hakimlərin  vəzifədən  kənarlaĢdırılmasını  qadağan 
edir.  Hakimin  iĢdən  kənarlaĢdırılmasına  səbəb  ondan  narazı  olan  əhalinin  böyük  hissəsinin  tələbi  və  ya 
həmin  vəzifəyə  daha  yüksək  ixtisaslı  baĢqa  hakimin  təyin  edilməsi  zərurəti  ola  bilər.  Belə  səbəblər 
olmadan hakimlərin vəzifədən kənarlaĢdırılması qadağandır.
92
 
Hakim  yalnız  öz  vəzifələrinin  icrası  ilə  məĢğul  olmalıdır.  Ona  ticarətlə  qazanc  əldə  etmək 
qadağandır  və  o,  digər  insanlarla  münasibətlərində  etiket  və  ədəb-ərkan  qaydalarına  yüksək  səviyyədə 
riayət  etməlidir.  Ona  görə  də,  hakim  dövlət  xəzinəsindən  elə  məbləğdə  maaĢ  almalıdır  ki,  onun 
vəziyyətində olan insanın həyat səviyyəsinə uyğun gəlsin və onu öz gəlirlərini tutduğu yüksək vəzifəsinə 
layiq olmayan digər vasitələrlə tamamlamaq imkanlarını axtarmağa məcbur etməsin.
93
 
Məhkəmə  dinləmələri  açıq  olmalıdır.  Lakin  əgər  hakim  hesab  etsə  ki,  tərəflərin  maraqlarını 
qorumaq  üçün  ictimaiyyətin  zaldan  çıxarılması  zəruridir,  onda  zalda  yalnız  rəsmi  Ģəxsləri  və  çəkiĢən 
tərəfləri  saxlamaqla,  bu  barədə  müvafiq  göstəriĢ  verə  bilər.  Buna  etik  səbəblərə  görə  gizlində  qalması 
daha məqsədəuyğun olan iĢlərə baxılarkən, məsələn, kiĢi ilə qadının qarĢılıqlı münasibətlərində ləyaqətsiz 
davranıĢın  araĢdırılması  zamanı  yol  verilir.  Ġctimaiyyətin  kənarlaĢdırılmasına,  həmçinin  araĢdırma 
gediĢində zalda gülüĢ doğura biləcək mənasız vəziyyətlərin yaranması zamanı da icazə verilir.
94
 
Qurana görə, ədalət mühakiməsi insanın irqi, tutduğu mövqe, dərisinin rəngi, milli mənsubiyyəti və 
dini  inancı  əlamətləri  əsasında  fərqləndirməyə  yol  vermir.  Bütün  insanlar  -  Allahın  qullarıdırlar  və  ona 
görə  də,  onlara  məhkəmədə  bərabər  münasibət  göstərilməlidir,  çünki  hamı  öz  hərəkətlərinə  görə 
məsuliyyət  daĢımalıdır.
95
  Görkəmli  hüquqĢünas  alim  Əbu  Bəkr  Əhməd  ibn  əl-ġeybani  əl-Xəssafın 
yazdığı  “Ədəb  ül-Qazı”  (Hakimin  peĢə  etikası)  kitabı  hakimlərə  ədalət  mühakiməsinin  Məhəmməd 
Peyğəmbərə nazil olunmuĢ qanunlar əsasında həyata keçirilməsi üçün bir örnəkdir. Həmin kitaba digərləri 
ilə yanaĢı aĢağıdakı müddəalar da daxildir:
96
 
 
Qaydalar 
1. Hakim idarəedici Ģəxsiyyətə və biliyə malik olmalı və məhkəmə zalında səbrli davranmalıdır. 
2. O, hər bir Ģəxsin məhkəməyə maneəsiz müraciət edə bilməsini təmin etməlidir. 
3. O, məhkəmənin düzgün olmadığı açıq-aĢkar olan əvvəlki qərarını ləğv etməlidir. 
4. O, hakim (qazı) təyin olunduğu əhalinin adət və ənənələrini bilməlidir. 
5. O, məhkəmə iĢçilərinin gündəlik fəaliyyətini və güzəranını diqqətlə izləməlidir. 
                                                 
92
 Yenə orada. 
93
 Yenə orada.
 
94
 Yenə orada. 
95
 Muhammad Ibrahim H.I. Surty, “The Ethical Code and Organised Procedure of Early Islamic Law Courts, with Reference to 
al-Khassaf‟s Adab al-Qadi”, in Muhammad Abdel Haleem, Adel Omar Sherif and Kate Daniels (eds), Criminal Justice in 
Islam (London and New York, I.B. Tauris & Co Ltd., 2003), pp. 149-166 at pp.151-153. 
96
 Yenə orada, səh.163. 


6. O, həmin Ģəhərdə yaĢayan digər hüquqĢünasları və mömin və insanların etibarını qazanmıĢ (udul 
- ədalətli) insanları tanımalı və onlarla ünsiyyət saxlamalıdır. 
7. O, həmin yerlərdə çəkiĢən tərəflər və iĢlər barədə danıĢmamaq Ģərtilə dəfn mərasimlərinə gedə və 
xəstələri ziyarət edə bilər. 
8.  O,  təntənəli  ziyafətlərdə  və  ya  adi  qəbullarda  iĢtirak  edə  bilər.  Əl-ġaraxsinin  fikrincə,  “əgər 
təntənəli  ziyafət  və  ya  rəsmi  qəbul  hakimin  (qazının)  dəvət  edilməsini  nəzərdə  tutmursa,  adi 
sayılır.  Lakin  əgər  orada  hakimin  (qazının)  iĢtirakı  zəruri  və  qaçılmazdırsa,  onda  belə  qəbul 
məxsusi olaraq hakim (qazı) üçün təĢkil edilmiĢ “xüsusi təntənəli ziyafət” hesab olunur.” 
 
Qadağalar 
1. Hakim qərarlarını hirsli halda və ya emosional gərginliyin təsiri altında verməməlidir, çünki belə 
vəziyyət  onun  düzgün  mühakimə  yürütmək  və  qərar  vermək  qabiliyyətinə  mənfi  təsir  göstərə 
bilər. 
2. O, yuxusu gəldikdə, yaxud müsbət və ya mənfi hisslərin təsirindən həddindən artıq yorulduqda, 
qərar qəbul etməməlidir. 
3. O, ac və ya həddindən artıq doymuĢ vəziyyətdə qərar qəbul etməməlidir. 
4. O, hər hansı Ģəkildə rüĢvət almamalıdır. 
5.  O,  çəkiĢən  tərəflərə  gülməməli  və  ya  hər  hansı  digər  Ģəkildə  onları  gülünc  vəziyyətə 
salmamalıdır. 
6. O, qərar çıxararkən fərz olmayan oruc tutmaqla özünü zəiflətməməlidir. 
7.  O,  zərərçəkmiĢin  sözlərini  ağzında  qoymamalı,  hansı  cavabları  verəcəyini  təklif  etməməli  və 
tərəflərdən heç birini iĢarə edib göstərməməlidir. 
8.  O,  iĢ  üzrə  tərəflərdən  heç  birinin  onun  evinə  gəlməsinə  icazə  verməməlidir,  lakin  baxılan  iĢlə 
əlaqəsi olmayan Ģəxslər öz ehtiramlarını bildirmək üçün və ya digər məqsədlərlə onu ziyarət edə 
bilərlər. 
9. O, evində tərəflərdən yalnız birini qəbul edə bilməz, lakin hər iki tərəfi eyni anda qəbul edə bilər. 
10.  O,  bilmədiyi  hər  hansı  məsələ  barəsində  inad  etməməli  və  kömək  üçün  həmin  sahədə  zəruri 
biliyə malik olanlara müraciət etməlidir. 
11. O, var-dövlət qazanmağa can atmamalı və öz nəfsinin və tamahının quluna çevrilməməlidir. 
12. O, heç kimdən qorxmamalıdır. 
13. O, vəzifədən kənarlaĢdırılmaqdan qorxmamalı və buna görə onu tənqid edənləri nə tərifləməli, 
nə də onlara nifrət etməlidir. 
14. O, məhkəmə qarĢısında dayanmalı olan qohumları istisna olmaqla, öz qohumlarından baĢqa heç 
kimdən hədiyyələr qəbul etməməlidir. O, həmçinin hakim təyin olunmazdan qabaq ona hədiyyə 
verənlərdən  hədiyyə  almağa  davam  edə  bilər,  lakin  əgər  hədiyyələrin  dəyəri  onun  hakim  təyin 
olunmasından sonra artarsa, onları qəbul etməyi dayandırmalıdır. 
15.  O,  kiminsə  qəzəbindən  qorxduğuna  görə  həqiqətdən  yayınmamalı  və  küçələrdə  təkbaĢına, 
müĢayiət  edilmədən  gəzməməlidir.  Bununla  o,  öz  ləyaqətini  qoruyub  saxlayır  və  maraqlı 
tərəflərin ona yaxınlaĢmasına imkan vermir. 
16. O, iĢ üzrə çəkiĢən tərəflərin emosiyalarını nəzərə almamalıdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə