Ö
N
S
ÖZ
Cəmiyyət arasında inkaredilməz nüfuza malik olan məhkəmə hakimiyyəti sistemi demokratik
sistemin və hüququn aliliyinin əsas təməllərindən sayılır. Hətta, digər bütün müdafiə vasitələri nəticə
vermədikdə belə, məhkəmə hakimiyyəti vətəndaĢları onların qanunla təminat verilən hüquq və
azadlıqlarına istənilən müdaxilələrdən qorumağa xidmət edən dayaq kimi çıxıĢ edir. Bu, həm hər bir
ayrıca ölkə kontekstində, həm də qlobal kontekstdə ədalətlidir, çünki məhkəmə hakimiyyəti bütün
dünyada hüququn aliliyinin təmini üçün əsas dayaq hesab edilir. Nəticə etibarilə, bütün dünya miqyasında
məhkəmə hakimiyyətinin yüksək nüfuzunun təmin olunması xeyli enerji, güc və təcrübə tələb edən bir
məsələdir.
2000-ci ildən fəaliyyət göstərən Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının
möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupu qarĢısına məhz bu vəzifəni qoymuĢdur. Həmin Qrup
bu nəcib məqsədə sədaqətlə xidmət etmək üçün öz təcrübə və biliklərini birləĢdirmək qərarına gəlmiĢ,
dünyanın müxtəlif ölkələrindən olan baĢ və böyük hakimlərin qeyri-rəsmi qrupu kimi fəaliyyətə
baĢlamıĢdır. Yarandığı andan keçən müddət ərzində Qrup, nəticələri dünyanın bir çox ölkələrində
məhkəmə hakimiyyətinə əhəmiyyətli təsir göstərən böyük iĢlər görmüĢdür.
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri” dünyanın bir çox yerlərində hakimlər və məhkəmə
orqanları, həmçinin ədalət mühakiməsinin yüksək standartlarının təminində maraqlı olan beynəlxalq
təĢkilatlar tərəfindən layiqincə tanınmıĢdır. Bunun nəticəsi olaraq, “Banqalor prinsipləri”nə bütün
məhkəmə orqanları və hüquq sistemləri tərəfindən qeyd-Ģərtsiz qəbul edilə bilən sənəd kimi baxılır. Bu
prinsiplərdə ədalət mühakiməsinin həyata keçirilməsinə aid olan müxtəlif mədəniyyət və hüquq
sistemlərinin ən dəyərli ənənələri öz əksini tapmıĢdır. Əsas dəyər və prinsiplər üzrə qarĢılıqlı razılığa
gəlmək heç də həmiĢə asan olmamıĢ, lakin onların hamı tərəfindən qəbul edilməsi üçün Məhkəmə
orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupunun qəti
niyyəti bu yolda qarĢısına çıxan bütün maneələri aĢmağa imkan vermiĢdir.
Banqalor prinsipləri bir sıra ölkələrdə rəsmi qəbul olunmuĢ, digər ölkələrdə isə onların əsasında
hakimlərin davranıĢına dair öz prinsipləri iĢlənib hazırlanmıĢdır. Həmçinin, beynəlxalq təĢkilatlar da
Banqalor prinsiplərini bəyənmiĢ və onların tam dəstəklənməsini bəyan etmiĢlər. BirləĢmiĢ Millətlər
TəĢkilatının Ġqtisadi və Sosial ġurası 27 iyul 2006-cı il tarixli 2006/23 saylı qətnaməsində üzv-dövlətlərə
öz daxili hüquq sistemlərinə uyğun olaraq hakimlərin və məhkəmə orqanları iĢçilərinin peĢəkarlıq
məcəlləsinin və etik davranıĢ qaydalarının iĢlənib hazırlanması və ya nəzərdən keçirilməsi prosesində
məhkəmə orqanlarına “Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nin nəzərə alınmasını tövsiyə
etməyi təklif etmiĢdir. “Banqalor prinsipləri”, həmçinin Amerika HüquqĢünaslar Assosiasiyası və
Beynəlxalq HüquqĢünaslar Komissiyası tərəfindən də qəbul olunmuĢ və Avropa ġurası üzv-dövlətlərinin
hakimləri tərəfindən yüksək qiymətləndirilmiĢdir.
“Banqalor prinsipləri”nin hər biri üzrə 1-2 mart 2007-ci ildə Vyanada keçirilmiĢ Hakimlərin
davranıĢı üzrə əsas prinsiplərin möhkəmləndirilməsinə dair Hökumətlərarası açıq tərkibli ekspertlər
Qrupunun müĢavirəsində prinsiplərlə birlikdə müfəssəl Ģəkildə müzakirə olunmuĢ Ģərhlər hazırlanmıĢdır.
MüĢavirədə 35 ölkədən olan ekspertlər iĢtirak etmiĢlər. ġərhin layihəsi və təklif edilən düzəliĢlər,
həmçinin Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi üzrə
Hakimlər Qrupunun beĢinci müĢavirəsində ətraflı müzakirə olunmuĢ və müĢavirə iĢtirakçıları tərəfindən
qəbul edilmiĢdir. Həmin ġərh sənəddə olan hər bir prinsipi təfərrüatı ilə izah edir və “Banqalor
prinsipləri”nin hakimlərin davranıĢı üzrə etik normaların ümumi bəyannaməsi qismində geniĢ miqyasda
qəbul edilməsi üçün imkan yaradır.
Qeyd edilməlidir ki, hakimlərin vicdanlılığı və əxlaqi keyfiyyətlərinin yüksək standartları baĢlıca
dəyərlər kimi təkcə bütün mövcud ənənəvi hüquq sistemlərində deyil, böyük dinlərin hamısında da bəyan
edilir. Bunu nəzərə alaraq, ġərhə hakimlərin vicdanlılığı və ələalınmazlığına aid ayrı-ayrı dinlərlə təbliğ
olunan qaydaların qısa icmalını əks etdirən əlavə daxil edilmiĢdir.
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri” təkcə bütün ölkələrin məhkəmə orqanları üçün
deyil, həm də geniĢ ictimaiyyət, habelə qüsursuz Ģəkildə yüksək əxlaqi prinsiplərə əsaslanan məhkəmə
hakimiyyəti sisteminin mövcudluğu üçün möhkəm bünövrənin qurulması məsələsi barədə düĢünənlər
üçün potensial olaraq böyük dəyər təĢkil edən vasitə kimi çıxıĢ edir.
K.Q.Veeramantri,
Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının
möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupunun Sədri