2-ci hissə
D
ÖVLƏTĠN
Ö
HDƏLĠKLƏRĠ
10. Məhkəmə orqanlarının müstəqilliyinin konstitusion təminatları
10.1. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi tələb edir ki, dövlət konstitusiya əsasında və ya
baĢqa vasitələrlə aĢağıda göstərilən təminatları təmin etsin:
(a) məhkəmə orqanları icra və qanunverici hakimiyyətlərdən asılı deyildir və heç bir səlahiyyətdən
məhkəmə icraatına müdaxilə üçün istifadə edilə bilməz;
(b) hər bir insan onun iĢinə məhkəmə tərəfindən çıxarılmıĢ qərardan Ģikayət vermək və ya məhkəmə
tərəfindən yenidən baxılması hüququ təmin edilməklə, qanuna əsasən yaradılmıĢ adi məhkəmə və ya
tribunal tərəfindən kifayət qədər tezliklə və əsassız ləngimələrə yol verilmədən baxılması hüququna
malikdir;
(c) adi yurisdiksiya məhkəmələrinin əvəzinə xüsusi və ya əlahiddə tribunallar yaradılmayacaqdır;
(d) qərar qəbul edilməsi prosesində hakimlər müstəqildirlər və hər hansı tərəfdən və ya istənilən səbəbdən
hər hansı məhdudiyyətlərə, kənar təsirlərə, təzyiqlərə, təhdidlərə, birbaĢa və ya dolayı müdaxilələrə
məruz qalmadan hərəkət edirlər və öz vicdanını, faktlara özünün verdiyi qiyməti və qüvvədə olan
hüquq normalarını rəhbər tutaraq, qərəzsiz qərarlar qəbul etməkdə qeyri-məhdud azadlığa
malikdirlər;
(e) məhkəmə orqanları məhkəmə xarakterli bütün məsələlər üzərində bilavasitə və ya məhkəmə nəzarəti
vasitəsilə yurisdiksiyaya malik olmalıdır və məhkəmələrin qanunla müəyyən edilmiĢ yurisdiksiyasını
və ya səlahiyyətlərini məhkəmələrin özlərindən baĢqa heç bir orqan müəyyən edə bilməz;
(f) icra orqanları mübahisənin məhkəmə yolu ilə həllini qabaqlayan və ya məhkəmə tərəfindən çıxarılmıĢ
qərarın lazımi icrasına mane olan istənilən hərəkət və ya hərəkətsizliklərdən çəkinir;
(g) icra və ya qanunverici hakimiyyət səlahiyyətləri verilmiĢ heç bir Ģəxs hakimlərə açıq və ya gizli
formada hər hansı təzyiq göstərmir və ya göstərməyə çalıĢmır;
(h) hakimin vəzifəsinə, pul mükafatına, xidmət Ģəraitinə və ya resurslarına təsir edə biləcək icra və ya
qanunverici hakimiyyət səlahiyyətlərindən konkret hakimi və ya hakimləri hədələmək və ya onlara
təzyiq göstərmək üçün istifadə edilməyəcəkdir;
(i) dövlət məhkəmə icması üzvlərinin və onların ailələrinin, xüsusən, əgər onlar təhdidlərə məruz
qalırlarsa, təhlükəsizliyini və fiziki müdafiəsini təmin edir;
(j) bu və ya digər hakimin lazım olmayan davranıĢı haqqında ərizələrdə söhbətin mahiyyət etibarilə
hakimin vəzifədən kənarlaĢdırılmasına və ya barəsində sanksiyaların tətbiq edilməsinə aid təklifdən
getdiyi və bu haqda onun qabaqcadan xəbərdar edildiyi hallar istisna olunmaqla, həmin ərizələrə
qanunverici orqanda baxılmır.
11. Hakim vəzifəsi üçün zəruri ixtisas səviyyəsi
11.1. Hakim vəzifəsinə seçilmiĢ Ģəxslər müvafiq qabiliyyətlərə, əxlaqi keyfiyyətlərə və iĢ qabiliyyətinə,
həmçinin zəruri peĢə hazırlığına və ixtisasa malik olmalıdırlar.
11.2. Hakim vəzifəsinə namizədi qiymətləndirərkən, təkcə onun hüquq sahəsində bilikləri və ümumi
peĢəkar qabiliyyətləri deyil, həmçinin ictimai əhəmiyyətli məsələlər barədə məlumatlı olması və
həssaslığı, Ģəxsi keyfiyyətləri (o cümlədən, etika, təmkin, nəzakət, vicdanlılq, sağlam düĢüncə,
təvazökarlıq və dəqiqlik) və ünsiyyət vərdiĢləri də nəzərə alınmalıdır. Hakim vəzifəsinə namizədin
siyasi, dini və digər əqidə və meylləri hakimin öz vəzifə borclarını yerinə yetirməsinə mane olduğu
hallar istisna olmaqla, nəzərə alınmamalıdır.
11.3. Hakimlərin seçilməsi zamanı iĢə aidiyyəti olmayan əsaslara görə hər hansı ayrı-seckiliyə yol
verilməməlidir. Hakim vəzifəsinə namizəd barəsində irəli sürülən həmin ölkənin vətəndaĢlığına
malik olmaq tələbi iĢə aidiyyəti olmayan əsaslara görə ayrı-seckilik hesab edilməməlidir. Bir
məqama diqqət yetirmək lazımdır ki, məhkəmə orqanlarının tərkibi cəmiyyətin bütün təbəqələrini
ədalətlə əks etdirsin.
12. Hakimlərin təyin edilməsi
12.1. Hakimlərin təyin edilməsinə aid qaydalar qanunla müəyyən edilməlidir.
12.2. Məhkəmə sisteminin nümayəndələri və cəmiyyətin nümayəndələri hakim vəzifəsinə namizədlərin
seçilməsi prosesində müvafiq rol oynamalıdırlar.
12.3. Hakimlərin təyin edilməsi prosesində Ģəffaflığın və məsuliyyətin təmin olunması üçün hakim
vəzifəsinə namizədlərin təyin edilməsi və seçilməsi meyarları, o cümlədən yüksək məhkəmə
vəzifələrinə namizədlərin malik olmalı olduğu zəruri keyfiyyətlərə aid meyarlar ictimaiyyətə əlçatan
olmalıdır. Hakim vəzifəsinə bütün mövcud vakansiyalar elə qaydada elan edilməlidir ki, münasib
namizədlərin ərizələr verməsi və ya onlar haqqında təkliflər verilməsi təmin edilsin.
12.4. Yeni konstitusiya müddəaları hazırlayan ölkələrlə əlaqədar xüsusi dəstəklənən mexanizm
hakimlərdən, həmçinin məhkəmə sistemi ilə əlaqəsi olmayan Ģəxslərdən ibarət Ali Məhkəmə
ġurasının yaradılmasını nəzərdə tutur. Bu ġurada üzvlük siyasi mülahizələrlə bağlı olmamalıdır.
12.5. Hakimlərin təyin edilməsi üçün məsuliyyətin müstəqil Ģuraya və ya komissiyaya həvalə edildiyi
ölkələrdə belə müstəqil orqanın üzvləri onların bacarıqları, təcrübəsi, məhkəmə fəaliyyətinin
spesifikasını anlamaları, müvafiq məsələləri müzakirə etmək və müstəqillik mədəniyyətinin
əhəmiyyətini dərk etmək qabiliyyətləri nəzərə alınmaqla seçilməlidirlər. Bu müstəqil orqanın hakim
olmayan üzvləri məĢhur hüquqĢünaslar və ya təcrübəli və cəmiyyətdəki nüfuzundan istifadə edən
vətəndaĢlar içərisindən seçilə bilərlər.
12.6. Hakimlərin vəzifəsinin artırılmasına aid bütün qərarlar, əgər onlar iĢ stajı meyarına əsaslanmırlarsa,
hakimlərin təyin edilməsi üçün cavabdeh olan müstəqil orqan tərəfindən qəbul edilməli və məhkəmə
vəzifəsinə təyin edilməsi üçün lazım olan ixtisas səviyyəsi, qabiliyyətlər, Ģəxsi keyfiyyətlər və
peĢəkarlıq nəzərə alınmaqla, konkret hakimin iĢinin obyektiv qiymətinə əsaslanmalıdır.
12.7. Bir sıra ölkələrdə mövcud olan Ali məhkəmənin baĢ hakimi və ya sədrinin hakimlərin özləri
tərəfindən bu məhkəmənin tərkibindən növbə ilə seçilməsi təcrübəsi hakimlərin müstəqilliyi
prinsipinə zidd deyildir və ona baĢqa ölkələrdə tətbiq edilmək üçün mümkün model kimi baxmaq
olar.
13. Hakimin vəzifədə olma müddəti
13.1. Dövlət məhkəmə orqanlarının normal fəaliyyəti üçün hakimlərin zəruri sayını təmin etməyə
borcludur.
13.2. Hakim müəyyən edilmiĢ pensiya yaĢınadək və ya vəzifədə olmanın təsbit edilmiĢ müddəti baĢa
çatanadək konstitusiya ilə təminat verilən səlahiyyət müddətinə malik olmalıdır.
103
Əgər obyektiv
meyarlara uyğun olaraq və xidmətləri nəzərə alınaraq, təkrar təyinat haqqında qərar qəbul edilməsini
təmin edən prosedurlar mövcud deyildirsə, vəzifədə olmanın müəyyən edilmiĢ müddəti yenilənən
olmamalıdır.
13.3. Müvəqqəti hakimlərin və ya natamam iĢ günü Ģərtilə iĢləyən hakim müavinlərinin cəlb edilməsi
daimi hakimlərin tam kontingentini əvəz edən hal hesab edilməməlidir. Belə müvəqqəti hakimlərin
103
Milli təcrübə göstərir ki, ali məhkəmələrin hakimləri üçün müəyyən edilmiĢ pensiyaya çıxma yaĢına üstünlük verilir. Ali
məhkəmələrin hakimləri üçün konstitusion norma əsasında müəyyən edilmiĢ pensiyaya çıxma yaĢı Beliz, Botsvana və
Qayanada 62 yaĢdan Yunanıstan, Malayziya, Namibiya (bu ölkədə 70 yaĢa qədər uzadıla bilər), Sinqapur, ġri-Lanka və
Türkiyədə 65 yaĢa qədər, Kiprdə 68, Avstraliya, Braziliya, Qana, Peru və Cənubi Afrikada 70, Kanada və Çilidə 75 yaĢa qədər
dəyiĢir. Lakin bu yurisdiksiyaların bəzilərində (məsələn, Belizdə və Botsvanada) qüvvədə olan qaydaya görə, pensiya yaĢına
çatmıĢ hakim “bu yaĢa çatmazdan əvvəl hakim kimi onun iĢtirakı ilə baĢlanmıĢ məhkəmə araĢdırması ilə bağlı qərar
çıxarılması və ya istənilən baĢqa hərəkət üçün lazım ola biləcəyi qədər” vəzifədə qalmaqda davam edə bilər.
və ya hakim müavinlərinin olması daxili qanunvericiliklə nəzərdə tutulmuĢ hallarda onlar elə
Ģərtlərlə təyin edilməli və vəzifədə olmanın və ya sonradan hakim kimi iĢləməsi haqqında məsələnin
obyektiv müzakirəsinin elə təminatlarına malik olmalıdırlar ki, belə hakimlərin müstəqilliyi ilə
əlaqədar istənilən risklər mümkün qədər istisna olunsun.
13.4. Hakimlərin sınaq müddətinə təyin edilməsi sui-istifadə halında məhkəmə orqanlarının
müstəqilliyinə xələl gətirə biləcəyindən, onların nəzərdə tutulmuĢ səlahiyyət müddətinə təyin
edilməsi haqda qərar yalnız hakimlərin təyin edilməsi üçün məsul olan müstəqil orqan tərəfindən
qəbul edilməlidir.
13.5. Hakimlərin müntəzəm rotasiyası sistemi qanunla nəzərdə tutulduğu və ya bu məsələnin lazımi
müzakirəsindən sonra məhkəmə hakimiyyəti sistemi tərəfindən müvafiq göstəriĢ verildiyi və yalnız
məhkəmə orqanının özü və ya müstəqil orqan tərəfindən tətbiq edildiyi hallar istisna olmaqla,
hakimin bir yurisdiksiyadan, bir vəzifədən və ya məhkəmədən digərinə köçürülməsi yalnız onun
razılığı ilə həyata keçirilə bilər.
104
14. Hakimlərin pul mükafatı
14.1. Hakimlərin məvacibi, iĢ Ģəraiti və pensiyaları onların statusuna, peĢə ləyaqətinə və məsuliyyət
yükünə adekvat və uyğun olmalı və bu meyarlara uyğunluğun təmin edilməsi üçün həmin məsələyə
müntəzəm olaraq yenidən baxılmalıdır.
14.2. Hakimlərin məvacibinə, iĢ Ģəraitinə və pensiyalarına qanunla təminat verilməli və hakimlər vəzifəyə
təyin olunandan sonra onların zərərinə dəyiĢməməlidir.
15. Hakimlərin intizam məsuliyyəti
15.1. Hakim barəsində intizam icraatına yalnız ciddi vəzifə xətasına yol verildiyi halda baĢlamaq olar.
105
Hakimlər barəsində tətbiq edilən hüquq normalarında hakimlərin onlara qarĢı intizam sanksiyalarına
səbəb ola biləcək davranıĢı, həmçinin bu halda tətbiq edilən prosedurlar maksimum konkret Ģəkildə
müəyyən edilməlidir.
15.2. Hakimin ciddi xətası nəticəsində zərər çəkdiklərini iddia edən Ģəxslər intizam icraatının baĢlanması
üçün məsul olan Ģəxsin və ya orqanın adına Ģikayət vermək hüququna malik olmalıdırlar.
15.3. Qanuna əsasən, Ģikayətləri və hakimlərdən bu Ģikayətlərə dair izahatları almaq və bununla əlaqədar
hakim barəsində intizam icraatının baĢlanması üçün kifayət qədər əsasların olub-olmaması barədə
qərar qəbul etmək və əgər belə əsaslar vardırsa, icraatı intizam orqanına vermək üçün müvəkkil
edilmiĢ xüsusi orqan təsis və ya xüsusi Ģəxs təyin etmək lazımdır.
106
15.4. Hakim barəsində intizam icraatının baĢlanması ilə bağlı səlahiyyətlər qanunverici və ya icra
hakimiyyətlərindən asılı olmayan, tərkibinə fəaliyyətdə olan və ya istefaya çıxmıĢ hakimlərin daxil
olduğu orqana və ya məhkəməyə verilməlidir, onların tərkibinə hakim olmayan Ģəxslər də daxil ola
bilər, bu Ģərtlə ki, həmin Ģəxslər qanunverici və ya icra orqanlarının tərkibinə daxil olmasınlar.
15.5. Ġstənilən intizam icraatı hakimlərin davranıĢ standartları nəzərə alınmaqla, həmçinin müdafiə
olunmaq hüququna tam həcmdə təminat verən prosedurlar əsasında müəyyən edilməlidir.
15.6. Ġntizam orqanının qərarından məhkəməyə Ģikayət etmək imkanı mövcud olmalıdır.
15.7. Ġstənilən intizam icraatının gediĢatında çıxarılmıĢ və hakim barəsində intizam sanksiyalarının həyata
104
Hakimlərin baĢqa iĢə keçirilməsi məsələsi bir sıra beynəlxalq hüquq aktlarında nəzərdən keçirilir, çünki müstəqil və cəsarətli
hakimləri cəzalandırmaq və baĢqalarının onlardan nümunə götürməsinə mane olmaq üçün hakimin baĢqa iĢə keçirilməsindən
istifadə oluna bilər.
105
Ġntizam sanksiyalarının tətbiq edilməsi ilə nəticələnə biləcək davranıĢ və xətaları peĢə standartlarına riayət edilməməsindən
fərqləndirmək lazımdır. PeĢə standartları hakimlərin inkiĢaf etdirməyə çalıĢmalı olduğu ən qabaqcıl təcrübədir və bütün
hakimlər ona nail olmağa cəhd etməlidirlər. PeĢə standartlarına riayət edilməməsini intizam icraatı ilə nəticələnən xətalarla
eyniləĢdirmək lazım deyildir. Lakin peĢə standartlarının pozulması o qədər ciddi ola bilər ki, intizam sanksiyalarına haqq
qazandıran və bunu tələb edən davranıĢı təĢkil edə bilər.
106
Belə prosedur olmadıqda, hakimlər məhkəmə tərəfindən çıxarılmıĢ qərardan narazı qalan tərəflərin tələbi ilə baĢlanılmıĢ
intizam icraatının obyekti ola bilərlər.
keçirilməsini nəzərdə tutan qəti qərar, bu icraatın qapalı, yoxsa açıq aparılmasından asılı olmayaraq,
elan edilməlidir.
15.8. Hər yurisdiksiya həddində intizam icraatı çərçivəsində tətbiq edilə biləcək sanksiyalar mümkün
qədər konkret ifadələrlə müəyyən edilmiĢ olmalı və belə sanksiyaların törədilmiĢ hüquq
pozuntularının ağırlıq dərəcəsinə mütənasib tətbiq edilməsi təmin olunmalıdır.
16. Hakimlərin vəzifədən çıxarılması
16.1. Hakim tutduğu vəzifədən yalnız ciddi xəstəlik halında, ağır cinayətin törədilməsində təqsirkar, açıq-
aĢkar səriĢtəsiz hesab edildikdə və ya onun davranıĢı məhkəmə orqanlarının müstəqillik, qərəzsizlik,
vicdanlılıq və ələalınmazlıq prinsiplərinə açıq-aydın uyğun olmadıqda çıxarıla bilər.
16.2. Qanunverici hakimiyyətə hakimin tutduğu vəzifədən çıxarılması səlahiyyətlərinin verildiyi
ölkələrdə belə səlahiyyət yalnız hakimlər barəsində intizam icraatına baĢlamaq səlahiyyətləri verilmiĢ
müstəqil orqanın müvafiq tövsiyəsindən sonra həyata keçirilə bilər.
16.3. Tərkibinə hakimin daxil olduğu məhkəmənin ləğv edilməsi həmin hakimin məhkəmə vəzifəsindən
kənar edilməsi üçün səbəb və ya əsas ola bilməz. Məhkəmənin ləğv edilməsi və ya yenidən təĢkil
edilməsi halında bu məhkəmənin tərkibində fəaliyyətdə olan bütün hakimlər ləğv edilmiĢ
məhkəmənin əvəzinə yaradılan məhkəməyə yenidən təyin edilməli və ya ekvivalent statusa və
səlahiyyət müddətinə malik olan baĢqa məhkəmə vəzifəsinə təyin edilməlidirlər. Ekvivalent statusa
və səlahiyyət müddətinə malik belə məhkəmə vəzifəsi olmadıqda, hakim öz vəzifəsini itirməsinə görə
tam həcmdə kompensasiya almalıdır.
17. Məhkəmə orqanlarının büdcəsi
17.1. Məhkəmə orqanlarının büdcəsi onlarla qarĢılıqlı əlaqədə müəyyən edilməlidir, həm də onların
büdcəsi formalaĢarkən nə icra orqanları, nə də qanunverici orqanlar məhkəmə orqanlarına hər hansı
təzyiq göstərmək imkanlarına malik olmalıdırlar.
17.2. Hər bir məhkəmənin səmərəli iĢləyə bilməsi və iĢ həcminin həddən artıq olmaması üçün dövlət
məhkəmə hakimiyyəti sistemini kifayət qədər maliyyə vəsaitləri və resurslarla təmin etməlidir.
17.3. Dövlət məhkəmə hakimiyyəti sistemini hakimlərin peĢə hazırlığının və yenidən hazırlanmasının
təĢkil edilməsi və praktiki həyata keçirilməsi üçün lazım olan maliyyə və baĢqa resurslarla təmin
etməlidir.
17.4. Məhkəmə orqanları üçün ayrılmıĢ büdcəni onların özləri və ya hakimiyyətin icra və qanunverici
qollarından asılı olmayan və məhkəmə orqanları ilə məsləhətləĢmələr əsasında fəaliyyət göstərən
baĢqa orqan idarə etməlidir. Məhkəmə orqanları üçün ayrılmıĢ maliyyə vəsaitləri
özgəninkiləĢdirilməkdən və lazım olmayan Ģəkildə istifadədən qorunmalıdır.
A
NLAYIġLAR
Tətbiqetmə tədbirləri haqqında bu bəyanatda aĢağıda göstərilmiĢ sözlər aĢağıdakı mənalara malikdir:
“ĠĢə aidiyyəti olmayan əsaslar” - termini irqi mənsubiyyət, dərinin rəngi, cins, din, milli mənĢə, silk,
əmək qabiliyyətsizliyi, yaĢ, ailə vəziyyəti, seksual orientasiya, ictimai-iqtisadi vəziyyət və digər oxĢar
səbəbləri bildirir.
“Hakim” - termini təyinat üsulundan asılı olmayaraq, məhkəmə səlahiyyətləri verilmiĢ istənilən Ģəxsi,
həmçinin magistratı və müstəqil məhkəmənin üzvünü bildirir.
“
H
AKĠMLƏRĠN
D
AVRANIġI ÜZRƏ
B
ANQALOR
P
RĠNSĠPLƏRĠ”NĠN
K
OMMENTARĠYASI
Kitab pulsuz paylanılır.
Kağız formatı 21x29,7 A4, Ofset 70 qr/m
2
,
SifariĢ № 1233, Tiraj: 1000
“OSKAR” NPM-nin mətbəəsində ofset üsulu ilə çap olunmuĢdur.
Bakı, Tbilisi prospekti 3001,
Tel: 430 23 10, 430 23 20
Dostları ilə paylaş: |