H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   52   53   54   55   56   57   58   59   60

2-ci hissə 
D
ÖVLƏTĠN 
Ö
HDƏLĠKLƏRĠ 
 
10. Məhkəmə orqanlarının müstəqilliyinin konstitusion təminatları 
10.1.  Məhkəmə  hakimiyyətinin  müstəqilliyi  prinsipi  tələb  edir  ki,  dövlət  konstitusiya  əsasında  və  ya 
baĢqa vasitələrlə aĢağıda göstərilən təminatları təmin etsin: 
(a)  məhkəmə  orqanları  icra  və  qanunverici  hakimiyyətlərdən  asılı  deyildir  və  heç  bir  səlahiyyətdən 
məhkəmə icraatına müdaxilə üçün istifadə edilə bilməz
(b)  hər  bir  insan  onun  iĢinə  məhkəmə  tərəfindən  çıxarılmıĢ  qərardan  Ģikayət  vermək  və  ya  məhkəmə 
tərəfindən yenidən baxılması hüququ təmin edilməklə, qanuna əsasən yaradılmıĢ adi məhkəmə və ya 
tribunal tərəfindən kifayət qədər tezliklə və əsassız ləngimələrə yol verilmədən baxılması hüququna 
malikdir; 
(c) adi yurisdiksiya məhkəmələrinin əvəzinə xüsusi və ya əlahiddə tribunallar yaradılmayacaqdır; 
(d) qərar qəbul edilməsi prosesində hakimlər müstəqildirlər və hər hansı tərəfdən və ya istənilən səbəbdən 
hər hansı  məhdudiyyətlərə, kənar təsirlərə, təzyiqlərə, təhdidlərə, birbaĢa  və  ya dolayı  müdaxilələrə 
məruz  qalmadan  hərəkət  edirlər  və  öz  vicdanını,  faktlara  özünün  verdiyi  qiyməti  və  qüvvədə  olan 
hüquq  normalarını  rəhbər  tutaraq,  qərəzsiz  qərarlar  qəbul  etməkdə  qeyri-məhdud  azadlığa 
malikdirlər; 
(e) məhkəmə orqanları məhkəmə xarakterli bütün məsələlər üzərində bilavasitə və ya məhkəmə nəzarəti 
vasitəsilə yurisdiksiyaya malik olmalıdır və məhkəmələrin qanunla müəyyən edilmiĢ yurisdiksiyasını 
və ya səlahiyyətlərini məhkəmələrin özlərindən baĢqa heç bir orqan müəyyən edə bilməz
(f) icra orqanları mübahisənin məhkəmə yolu ilə həllini qabaqlayan və ya məhkəmə tərəfindən çıxarılmıĢ 
qərarın lazımi icrasına mane olan istənilən hərəkət və ya hərəkətsizliklərdən çəkinir; 
(g)  icra  və  ya  qanunverici  hakimiyyət  səlahiyyətləri  verilmiĢ  heç  bir  Ģəxs  hakimlərə  açıq  və  ya  gizli 
formada hər hansı təzyiq göstərmir və ya göstərməyə çalıĢmır; 
(h)  hakimin  vəzifəsinə,  pul  mükafatına,  xidmət  Ģəraitinə  və  ya  resurslarına  təsir  edə  biləcək  icra  və  ya 
qanunverici  hakimiyyət  səlahiyyətlərindən  konkret  hakimi  və  ya  hakimləri  hədələmək  və  ya  onlara 
təzyiq göstərmək üçün istifadə edilməyəcəkdir
(i)  dövlət  məhkəmə  icması  üzvlərinin  və  onların  ailələrinin,  xüsusən,  əgər  onlar  təhdidlərə  məruz 
qalırlarsa, təhlükəsizliyini və fiziki müdafiəsini təmin edir; 
(j)  bu  və  ya  digər  hakimin  lazım  olmayan  davranıĢı  haqqında  ərizələrdə  söhbətin  mahiyyət  etibarilə 
hakimin  vəzifədən kənarlaĢdırılmasına və  ya barəsində sanksiyaların tətbiq edilməsinə  aid  təklifdən 
getdiyi  və  bu  haqda  onun  qabaqcadan  xəbərdar  edildiyi  hallar  istisna  olunmaqla,  həmin  ərizələrə 
qanunverici orqanda baxılmır. 
 
11. Hakim vəzifəsi üçün zəruri ixtisas səviyyəsi 
11.1. Hakim vəzifəsinə seçilmiĢ  Ģəxslər müvafiq qabiliyyətlərə, əxlaqi keyfiyyətlərə və iĢ qabiliyyətinə, 
həmçinin zəruri peĢə hazırlığına və ixtisasa malik olmalıdırlar. 
11.2.  Hakim  vəzifəsinə  namizədi  qiymətləndirərkən,  təkcə  onun  hüquq  sahəsində  bilikləri  və  ümumi 
peĢəkar  qabiliyyətləri  deyil,  həmçinin  ictimai  əhəmiyyətli  məsələlər  barədə  məlumatlı  olması  və 
həssaslığı,  Ģəxsi  keyfiyyətləri  (o  cümlədən,  etika,  təmkin,  nəzakət,  vicdanlılq,  sağlam  düĢüncə, 
təvazökarlıq  və  dəqiqlik)  və  ünsiyyət  vərdiĢləri  də  nəzərə  alınmalıdır.  Hakim  vəzifəsinə  namizədin 
siyasi, dini və digər əqidə və meylləri hakimin öz vəzifə borclarını yerinə yetirməsinə mane olduğu 
hallar istisna olmaqla, nəzərə alınmamalıdır. 
11.3.  Hakimlərin  seçilməsi  zamanı  iĢə  aidiyyəti  olmayan  əsaslara  görə  hər  hansı  ayrı-seckiliyə  yol 
verilməməlidir.  Hakim  vəzifəsinə  namizəd  barəsində  irəli  sürülən  həmin  ölkənin  vətəndaĢlığına 


malik  olmaq  tələbi  iĢə  aidiyyəti  olmayan  əsaslara  görə  ayrı-seckilik  hesab  edilməməlidir.  Bir 
məqama  diqqət  yetirmək  lazımdır  ki,  məhkəmə  orqanlarının  tərkibi  cəmiyyətin  bütün  təbəqələrini 
ədalətlə əks etdirsin. 
 
12. Hakimlərin təyin edilməsi 
12.1. Hakimlərin təyin edilməsinə aid qaydalar qanunla müəyyən edilməlidir. 
12.2.  Məhkəmə  sisteminin  nümayəndələri  və  cəmiyyətin  nümayəndələri  hakim  vəzifəsinə  namizədlərin 
seçilməsi prosesində müvafiq rol oynamalıdırlar. 
12.3.  Hakimlərin  təyin  edilməsi  prosesində  Ģəffaflığın  və  məsuliyyətin  təmin  olunması  üçün  hakim 
vəzifəsinə  namizədlərin  təyin  edilməsi  və  seçilməsi  meyarları,  o  cümlədən  yüksək  məhkəmə 
vəzifələrinə namizədlərin malik olmalı olduğu zəruri keyfiyyətlərə aid meyarlar ictimaiyyətə əlçatan 
olmalıdır.  Hakim  vəzifəsinə  bütün  mövcud  vakansiyalar  elə  qaydada  elan  edilməlidir  ki,  münasib 
namizədlərin ərizələr verməsi və ya onlar haqqında təkliflər verilməsi təmin edilsin. 
12.4.  Yeni  konstitusiya  müddəaları  hazırlayan  ölkələrlə  əlaqədar  xüsusi  dəstəklənən  mexanizm 
hakimlərdən,  həmçinin  məhkəmə  sistemi  ilə  əlaqəsi  olmayan  Ģəxslərdən  ibarət  Ali  Məhkəmə 
ġurasının yaradılmasını nəzərdə tutur. Bu ġurada üzvlük siyasi mülahizələrlə bağlı olmamalıdır. 
12.5.  Hakimlərin  təyin  edilməsi  üçün  məsuliyyətin  müstəqil  Ģuraya  və  ya  komissiyaya  həvalə  edildiyi 
ölkələrdə  belə  müstəqil  orqanın  üzvləri  onların  bacarıqları,  təcrübəsi,  məhkəmə  fəaliyyətinin 
spesifikasını  anlamaları,  müvafiq  məsələləri  müzakirə  etmək  və  müstəqillik  mədəniyyətinin 
əhəmiyyətini dərk etmək qabiliyyətləri nəzərə alınmaqla seçilməlidirlər. Bu müstəqil orqanın hakim 
olmayan  üzvləri  məĢhur  hüquqĢünaslar  və  ya  təcrübəli  və  cəmiyyətdəki  nüfuzundan  istifadə  edən 
vətəndaĢlar içərisindən seçilə bilərlər. 
12.6. Hakimlərin vəzifəsinin artırılmasına aid bütün qərarlar, əgər onlar iĢ stajı meyarına əsaslanmırlarsa, 
hakimlərin təyin edilməsi üçün cavabdeh olan müstəqil orqan tərəfindən qəbul edilməli və məhkəmə 
vəzifəsinə  təyin  edilməsi  üçün  lazım  olan  ixtisas  səviyyəsi,  qabiliyyətlər,  Ģəxsi  keyfiyyətlər  və 
peĢəkarlıq nəzərə alınmaqla, konkret hakimin iĢinin obyektiv qiymətinə əsaslanmalıdır. 
12.7.  Bir  sıra  ölkələrdə  mövcud  olan  Ali  məhkəmənin  baĢ  hakimi  və  ya  sədrinin  hakimlərin  özləri 
tərəfindən  bu  məhkəmənin  tərkibindən  növbə  ilə  seçilməsi  təcrübəsi  hakimlərin  müstəqilliyi 
prinsipinə  zidd  deyildir  və  ona  baĢqa  ölkələrdə  tətbiq  edilmək  üçün  mümkün  model  kimi  baxmaq 
olar. 
 
13. Hakimin vəzifədə olma müddəti  
13.1.  Dövlət  məhkəmə  orqanlarının  normal  fəaliyyəti  üçün  hakimlərin  zəruri  sayını  təmin  etməyə 
borcludur. 
13.2.  Hakim  müəyyən  edilmiĢ  pensiya  yaĢınadək  və  ya  vəzifədə  olmanın  təsbit  edilmiĢ  müddəti  baĢa 
çatanadək    konstitusiya  ilə  təminat  verilən  səlahiyyət  müddətinə  malik  olmalıdır.
103
  Əgər  obyektiv 
meyarlara uyğun olaraq və xidmətləri nəzərə alınaraq, təkrar təyinat haqqında qərar qəbul edilməsini 
təmin  edən  prosedurlar  mövcud  deyildirsə,  vəzifədə  olmanın  müəyyən  edilmiĢ  müddəti  yenilənən 
olmamalıdır. 
13.3.  Müvəqqəti  hakimlərin  və  ya  natamam  iĢ  günü  Ģərtilə  iĢləyən  hakim  müavinlərinin  cəlb  edilməsi 
daimi  hakimlərin  tam  kontingentini  əvəz  edən  hal  hesab  edilməməlidir.  Belə  müvəqqəti  hakimlərin 
                                                 
103
  Milli  təcrübə  göstərir  ki,  ali  məhkəmələrin  hakimləri  üçün  müəyyən  edilmiĢ  pensiyaya  çıxma  yaĢına  üstünlük  verilir.  Ali 
məhkəmələrin  hakimləri  üçün  konstitusion  norma  əsasında  müəyyən  edilmiĢ  pensiyaya  çıxma  yaĢı  Beliz,  Botsvana  və 
Qayanada  62  yaĢdan  Yunanıstan,  Malayziya,  Namibiya  (bu  ölkədə  70  yaĢa  qədər  uzadıla  bilər),  Sinqapur,  ġri-Lanka  və 
Türkiyədə 65 yaĢa qədər, Kiprdə 68, Avstraliya, Braziliya, Qana, Peru və Cənubi Afrikada 70, Kanada və Çilidə 75 yaĢa qədər 
dəyiĢir. Lakin bu  yurisdiksiyaların bəzilərində (məsələn, Belizdə və Botsvanada) qüvvədə olan qaydaya görə, pensiya yaĢına 
çatmıĢ  hakim  “bu  yaĢa  çatmazdan  əvvəl  hakim  kimi  onun  iĢtirakı  ilə  baĢlanmıĢ  məhkəmə  araĢdırması  ilə  bağlı  qərar 
çıxarılması və ya istənilən baĢqa hərəkət üçün lazım ola biləcəyi qədər” vəzifədə qalmaqda davam edə bilər. 


və  ya  hakim  müavinlərinin  olması  daxili  qanunvericiliklə  nəzərdə  tutulmuĢ    hallarda  onlar  elə 
Ģərtlərlə təyin edilməli və vəzifədə olmanın və ya sonradan hakim kimi iĢləməsi haqqında məsələnin 
obyektiv  müzakirəsinin  elə  təminatlarına  malik  olmalıdırlar  ki,  belə  hakimlərin  müstəqilliyi  ilə 
əlaqədar istənilən risklər mümkün qədər istisna olunsun. 
13.4.  Hakimlərin  sınaq  müddətinə  təyin  edilməsi  sui-istifadə  halında  məhkəmə  orqanlarının 
müstəqilliyinə  xələl  gətirə  biləcəyindən,  onların  nəzərdə  tutulmuĢ  səlahiyyət  müddətinə  təyin 
edilməsi  haqda  qərar  yalnız  hakimlərin  təyin  edilməsi  üçün  məsul  olan  müstəqil  orqan  tərəfindən 
qəbul edilməlidir. 
13.5.  Hakimlərin  müntəzəm  rotasiyası  sistemi  qanunla  nəzərdə  tutulduğu  və  ya  bu  məsələnin  lazımi 
müzakirəsindən sonra məhkəmə hakimiyyəti sistemi tərəfindən müvafiq  göstəriĢ verildiyi və  yalnız 
məhkəmə  orqanının  özü  və  ya  müstəqil  orqan  tərəfindən  tətbiq  edildiyi  hallar  istisna  olmaqla, 
hakimin  bir  yurisdiksiyadan,  bir  vəzifədən  və  ya  məhkəmədən  digərinə  köçürülməsi  yalnız  onun 
razılığı ilə həyata keçirilə bilər.
104
  
 
14. Hakimlərin pul mükafatı 
14.1.  Hakimlərin  məvacibi,  iĢ  Ģəraiti  və  pensiyaları  onların  statusuna,  peĢə  ləyaqətinə  və  məsuliyyət 
yükünə adekvat və uyğun olmalı və bu meyarlara uyğunluğun təmin edilməsi üçün həmin məsələyə 
müntəzəm olaraq yenidən baxılmalıdır. 
14.2. Hakimlərin məvacibinə, iĢ Ģəraitinə və pensiyalarına qanunla təminat verilməli və hakimlər vəzifəyə 
təyin olunandan sonra onların zərərinə dəyiĢməməlidir. 
 
15. Hakimlərin intizam məsuliyyəti 
15.1. Hakim barəsində  intizam icraatına yalnız ciddi vəzifə xətasına yol verildiyi halda baĢlamaq olar.
105
 
Hakimlər barəsində tətbiq edilən hüquq normalarında hakimlərin onlara qarĢı intizam sanksiyalarına 
səbəb ola biləcək davranıĢı, həmçinin bu halda tətbiq edilən prosedurlar maksimum konkret Ģəkildə 
müəyyən edilməlidir. 
15.2. Hakimin ciddi xətası nəticəsində zərər çəkdiklərini iddia edən Ģəxslər intizam icraatının baĢlanması 
üçün məsul olan Ģəxsin və ya orqanın adına Ģikayət vermək hüququna malik olmalıdırlar. 
15.3. Qanuna əsasən, Ģikayətləri və hakimlərdən bu Ģikayətlərə dair izahatları almaq və bununla əlaqədar 
hakim  barəsində  intizam  icraatının  baĢlanması  üçün  kifayət  qədər  əsasların  olub-olmaması  barədə 
qərar  qəbul  etmək  və    əgər  belə  əsaslar  vardırsa,  icraatı  intizam  orqanına  vermək  üçün  müvəkkil 
edilmiĢ xüsusi orqan təsis və ya xüsusi Ģəxs təyin etmək lazımdır.
106
  
15.4.  Hakim  barəsində  intizam  icraatının  baĢlanması  ilə  bağlı  səlahiyyətlər  qanunverici  və  ya  icra 
hakimiyyətlərindən  asılı  olmayan,  tərkibinə  fəaliyyətdə  olan  və  ya  istefaya  çıxmıĢ  hakimlərin  daxil 
olduğu orqana və ya məhkəməyə verilməlidir, onların tərkibinə hakim olmayan Ģəxslər də daxil ola 
bilər, bu Ģərtlə ki, həmin Ģəxslər qanunverici və ya icra orqanlarının tərkibinə daxil olmasınlar. 
15.5.  Ġstənilən  intizam  icraatı  hakimlərin  davranıĢ  standartları  nəzərə  alınmaqla,  həmçinin  müdafiə 
olunmaq hüququna tam həcmdə təminat verən prosedurlar əsasında müəyyən edilməlidir. 
15.6. Ġntizam orqanının qərarından məhkəməyə Ģikayət etmək imkanı mövcud olmalıdır. 
15.7. Ġstənilən intizam icraatının gediĢatında çıxarılmıĢ və hakim barəsində intizam sanksiyalarının həyata 
                                                 
104
 Hakimlərin baĢqa iĢə keçirilməsi məsələsi bir sıra beynəlxalq hüquq aktlarında nəzərdən keçirilir, çünki müstəqil və cəsarətli 
hakimləri cəzalandırmaq və baĢqalarının onlardan nümunə  götürməsinə  mane olmaq  üçün  hakimin baĢqa iĢə  keçirilməsindən 
istifadə oluna bilər.
 
105
 Ġntizam sanksiyalarının tətbiq edilməsi ilə nəticələnə biləcək davranıĢ və xətaları peĢə standartlarına riayət edilməməsindən 
fərqləndirmək  lazımdır.  PeĢə  standartları  hakimlərin  inkiĢaf  etdirməyə  çalıĢmalı  olduğu  ən  qabaqcıl  təcrübədir  və  bütün 
hakimlər  ona  nail  olmağa  cəhd  etməlidirlər.  PeĢə  standartlarına  riayət  edilməməsini  intizam  icraatı  ilə  nəticələnən  xətalarla 
eyniləĢdirmək  lazım  deyildir.  Lakin  peĢə  standartlarının  pozulması  o  qədər  ciddi  ola  bilər  ki,  intizam  sanksiyalarına  haqq 
qazandıran və bunu tələb edən davranıĢı təĢkil edə bilər. 
106
  Belə  prosedur  olmadıqda,  hakimlər  məhkəmə  tərəfindən  çıxarılmıĢ  qərardan  narazı  qalan  tərəflərin  tələbi  ilə  baĢlanılmıĢ 
intizam icraatının obyekti ola bilərlər.
 


keçirilməsini nəzərdə tutan qəti qərar, bu icraatın qapalı, yoxsa açıq aparılmasından asılı olmayaraq, 
elan edilməlidir. 
15.8.  Hər  yurisdiksiya  həddində  intizam  icraatı  çərçivəsində  tətbiq  edilə  biləcək  sanksiyalar  mümkün 
qədər  konkret  ifadələrlə  müəyyən  edilmiĢ  olmalı  və  belə  sanksiyaların  törədilmiĢ  hüquq 
pozuntularının ağırlıq dərəcəsinə mütənasib tətbiq edilməsi təmin olunmalıdır. 
 
16. Hakimlərin vəzifədən çıxarılması 
16.1. Hakim tutduğu vəzifədən yalnız ciddi xəstəlik halında, ağır cinayətin törədilməsində təqsirkar, açıq-
aĢkar səriĢtəsiz hesab edildikdə və ya onun davranıĢı məhkəmə orqanlarının müstəqillik, qərəzsizlik, 
vicdanlılıq və ələalınmazlıq prinsiplərinə açıq-aydın uyğun olmadıqda çıxarıla bilər. 
16.2.  Qanunverici  hakimiyyətə  hakimin  tutduğu  vəzifədən  çıxarılması  səlahiyyətlərinin  verildiyi 
ölkələrdə belə səlahiyyət yalnız hakimlər barəsində intizam icraatına baĢlamaq səlahiyyətləri verilmiĢ 
müstəqil orqanın müvafiq tövsiyəsindən sonra həyata keçirilə bilər. 
16.3. Tərkibinə hakimin daxil olduğu məhkəmənin ləğv edilməsi həmin hakimin məhkəmə vəzifəsindən 
kənar  edilməsi  üçün  səbəb  və  ya  əsas  ola  bilməz.  Məhkəmənin  ləğv  edilməsi  və  ya  yenidən  təĢkil 
edilməsi  halında  bu  məhkəmənin  tərkibində  fəaliyyətdə  olan  bütün  hakimlər  ləğv  edilmiĢ 
məhkəmənin  əvəzinə  yaradılan  məhkəməyə  yenidən  təyin  edilməli  və  ya  ekvivalent  statusa  və 
səlahiyyət  müddətinə  malik  olan  baĢqa  məhkəmə  vəzifəsinə  təyin  edilməlidirlər.  Ekvivalent  statusa 
və səlahiyyət müddətinə malik belə məhkəmə vəzifəsi olmadıqda, hakim öz vəzifəsini itirməsinə görə 
tam həcmdə kompensasiya almalıdır. 
 
17. Məhkəmə orqanlarının büdcəsi 
17.1.  Məhkəmə  orqanlarının  büdcəsi  onlarla  qarĢılıqlı  əlaqədə  müəyyən  edilməlidir,  həm  də  onların 
büdcəsi formalaĢarkən nə icra orqanları, nə də qanunverici orqanlar məhkəmə orqanlarına hər hansı 
təzyiq göstərmək imkanlarına malik olmalıdırlar. 
17.2.  Hər  bir  məhkəmənin  səmərəli  iĢləyə  bilməsi  və  iĢ  həcminin  həddən  artıq  olmaması  üçün  dövlət 
məhkəmə hakimiyyəti sistemini kifayət qədər maliyyə vəsaitləri və resurslarla təmin etməlidir. 
17.3.  Dövlət  məhkəmə  hakimiyyəti  sistemini  hakimlərin  peĢə  hazırlığının  və  yenidən  hazırlanmasının 
təĢkil  edilməsi  və  praktiki  həyata  keçirilməsi  üçün  lazım  olan  maliyyə  və  baĢqa  resurslarla  təmin 
etməlidir. 
17.4.  Məhkəmə  orqanları  üçün  ayrılmıĢ  büdcəni  onların  özləri  və  ya  hakimiyyətin  icra  və  qanunverici 
qollarından  asılı  olmayan  və  məhkəmə  orqanları  ilə  məsləhətləĢmələr  əsasında  fəaliyyət  göstərən 
baĢqa  orqan  idarə  etməlidir.  Məhkəmə  orqanları  üçün  ayrılmıĢ  maliyyə  vəsaitləri 
özgəninkiləĢdirilməkdən və lazım olmayan Ģəkildə istifadədən qorunmalıdır. 
 
A
NLAYIġLAR 
Tətbiqetmə tədbirləri haqqında bu bəyanatda aĢağıda göstərilmiĢ sözlər aĢağıdakı mənalara malikdir: 
“ĠĢə  aidiyyəti  olmayan  əsaslar”  -  termini  irqi mənsubiyyət,  dərinin  rəngi,  cins,  din,  milli  mənĢə,  silk, 
əmək  qabiliyyətsizliyi,  yaĢ,  ailə  vəziyyəti,  seksual  orientasiya,  ictimai-iqtisadi  vəziyyət  və  digər  oxĢar 
səbəbləri bildirir. 
“Hakim”  -  termini  təyinat  üsulundan  asılı  olmayaraq,  məhkəmə  səlahiyyətləri  verilmiĢ  istənilən  Ģəxsi, 
həmçinin magistratı və müstəqil məhkəmənin üzvünü bildirir. 
 
 


 
 
 
 
 

H
AKĠMLƏRĠN   
D
AVRANIġI ÜZRƏ 
B
ANQALOR   
P
RĠNSĠPLƏRĠ”NĠN 
K
OMMENTARĠYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab pulsuz paylanılır. 
 
Kağız formatı 21x29,7 A4, Ofset 70 qr/m
2

SifariĢ № 1233, Tiraj: 1000 
 
“OSKAR” NPM-nin mətbəəsində ofset üsulu ilə çap olunmuĢdur. 
Bakı, Tbilisi prospekti 3001, 
Tel: 430 23 10, 430 23 20 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə