H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

çünki  deyilmiĢdir  ki:  “Qərar  verərkən  insanlara  olan  hörməti  əsas  götürmək  lazım  deyil”. 
Ənənəyə əsasən, bu nəsihət hakimləri təyin etmək səlahiyyəti olanlara ünvanlanmıĢdır.  
Ravvinlər demiĢlər: “Demə ki, filankəs yaraĢıqlıdır, mən onu hakim edəcəm; filankəs cəsarətlidir, 
mən  onu  hakim  edəcəm;  filankəs  mənim  qohumumdur,  mən  onu  hakim  edəcəm;  filankəs  xarici 
dilləri  bilir,  mən  onu  hakim  edəcəm”.  Əgər  sən  belə  etsən,  həmin  adam  günahkarlara  bəraət 
verəcək və günahsızları məhkum edəcək - ona görə yox ki, o pis və ədəbsiz adamdır, ona görə ki, 
onun biliyi yoxdur.” 
3.  Öz  vəzifəsini  müəyyən  haqq  müqabilində  əldə  etmiĢ  hakimin  qarĢısında  ayağa  qalxmaq 
qadağandır. Ravvinlər bizə deyirlər  ki,  ona  nifrət edin,  axı onun hakim  mantiyası  yük daĢıyan 
eĢĢəyin palanı kimidir. 
 
Xristianlıq 
Bibliyada,  “Nəticə”  kitabında  (1.14)  nifrətlə  barmağı  ilə  yolundan  azmıĢ  hakimi  göstərən 
insanlardan bəhs edilir: 
“Səni bizə kim hakim qoyub?” 
“Romalılara Nəsihətnamə”də (2.1) deyilir: 
“Beləliklə,  sən  ey  baĢqasını  mühakimə  edən  adam,  kim  olursansa  ol,  sən  də  üzürsüzsən,  çünki 
baĢqasını  mühakimə  etdiyin  məhkəmə  ilə  özünü  də  məhkum  edirsən,  ona  görə  ki,  baĢqasını 
mühakimə edərkən özün də həmin iĢləri görürsən.” 
Özünün “Dağdakı Xütbə”sində Hz. Ġsa buyurur (Matfeyin Ġncili 7:12): 
“Beləliklə,  insanların  sizinlə  necə  rəftar  etməsini  istəyirsinizsə,  siz  də  onlarla  o  cür  rəftar  edin, 
çünki Peyğəmbərlərin qanunu da  elə bundadır.”  
Bu kəlamda ədalətli məhkəmə haqqında Əhdi-Ətiq təlimi yığcam Ģəkildə ifadə edilmiĢdir. Məsələn, 
“Levit” kitabında (19:15) deyilir: 
“Məhkəmədə haqsızlıq etməyin; nə məzluma tərəfkeĢlik et, nə də güclünün xoĢuna gəlməyə çalıĢ; 
sənə yaxın və əziz olanı ədalətlə mühakimə et.” 
“Ġkinci qanunauyğunluq” kitabında (1:16) bəyan edilir: 
“Aralarında  münaqiĢəsi  olan  soydaĢlarınızı  dinləyin;  münaqiĢə  istər  öz  soydaĢlarınız  arasında, 
istərsə  də  onlarla  yadelli  arasında  olsun,  ədalətlə  mühakimə  edin;  məhkəmədə  heç  kimə  fərq 
qoymayın, kiçiyi də böyük kimi dinləyin: heç kimdən qorxmayın. 
Hakimə  qeyri-qanuni  təsir  göstərmək  imkanına  malik  olmayan  Ģəxslər  bu  əsasla  mühakimə 
olunmağı dəstəklədiklərinə görə onlar da digərlərini mühakimə edərkən yalnız bu standartı tətbiq 
etməlidirlər.”  
 
Ġslam hüququ 
Ġslam hüquqĢünasları hakimlərin öz peĢə vəzifələrini düzgün icra etmələri üçün zəruri olan bir sıra 
xarakterik meyarları müəyyənləĢdirmiĢlər. Bunlara aĢağıdakılar aiddir:
90
 
Yetkin  yaĢ:  Yetkinlik  yaĢına  çatmayan  Ģəxs  hakim  təyin  oluna  bilməz.  Özünə  və  öz  hərəkətlərinə 
cavab  verə  bilməyən  Ģəxsə  baĢqa  Ģəxslərin  taleyini  həll  etmək  səlahiyyəti  verilə  bilməz.  Hakim 
psixi  və  fiziki  baxımdan  sağlam  olmaqla  yanaĢı,  həm  də  dərin  bəsirət  sahibi  olmalıdır.  Hakimin 
yaĢlı olması məcburi Ģərt deyil, lakin ahıl yaĢ onun hakim kimi ad-sanını və nüfuzunu artırır. 
Sağlam düĢüncə: YaĢlı və ya xəstə olduğuna görə sağlam mühakimə yürüdə bilməyən Ģəxs hakim 
kimi  fəaliyyət  göstərə  bilməz.  Hakim  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  Ģəxs  öz  hərəkətlərinə 
görə hüquqi məsuliyyət daĢıya biləcək səviyyədə tam anlaqlı olmalıdır. O, yüksək intellektə və bir 
                                                 
90
 Ġslamda məhkəmə sistemi, “Ġslamı özün üçün kəĢf et” layihəsi, www.islamtoday.com 


Ģeyi digərindən fərqləndirmək üçün lazım olan biliyə malik olmalı; huĢsuz və unutqan, baĢısoyuq 
və laqeyd olmamalıdır. 
Azadlıq: Hakim tamamilə azad olmalıdır. 
Təmiz  əxlaq:  Hakim  düz  və  namuslu  olmalı,  günahlardan  və  əxlaqsız  davranıĢdan  uzaq  durmalı, 
Ģübhəli  hərəkətlərdən  çəkinməli,  ictimai  normalara  riayət  etməli  və  həm  dini,  həm  də  dünyəvi 
məsələlərdə nümunəvi davranıĢ sərgiləməlidir. 
Müstəqil  hüquqi  düĢüncə  və  mühakimə  yürütmək  qabiliyyəti:  Hakim  bu  və  ya  digər  hadisəyə  öz 
qiymətini  verərkən  hüququn  bilavasitə  ilkin  mənbələrinə  müraciət  və  ondan  istifadə  etmək  və 
hüquqi analogiyalar aparmaq bacarığına malik olmalıdır. 
Hissiyyat  orqanlarına  tam  sahib  olma:  Hakim  normal  görə,  eĢidə  və  danıĢa  bilməlidir,  çünki  kar 
hakim  digər  insanların  danıĢdıqlarını  eĢidə  bilməz;  kor  hakim  zahiri  görünüĢə  əsasən  iddiaçını 
cavabdehdən,  çəkiĢən  tərəflərdən  birinin  lehinə  müdafəçini,  ittiham  və  müdafiə  tərəflərinin 
Ģahidlərini və ya baĢqasının adından danıĢan Ģəxsləri fərqləndirə bilməz; danıĢa bilmək imkanından 
məhrum  hakim  isə  onun  jestlərlə  olan  dili  ətrafdakıların  əksəriyyəti  üçün  anlaĢılan  olmadığı  üçün 
qərarını ifadə edə bilməz. 
Hakimin  davranıĢının  və  fəaliyyətinin  ictimaiyyət  tərəfindən  qəbul  edilməsini  təmin  etmək  və 
insanların  onun  düzlüyü  və  qərəzsizliyindən  Ģübhələnmələrinə  Ģərait  yaratmamaq  üçün  Ġslam 
hüquqĢünasları aĢağıdakıları müəyyən etmiĢlər:
91
 
1. Hakimə ticarətlə məĢğul olmaq qadağandır. Əgər ona bu imkan verilərsə, onda istisna deyil ki, 
bəzi  Ģəxslər  hakimə  müəyyən  xidmətlər  göstərə  və  güzəĢtlər  təqdim  edə  və  bunun  müqabilində 
hakimdən artıq məhkəmə zalında onlara xüsusi iltifatla yanaĢmasını tələb edə bilərlər.   
2.  Hakimə  hədiyyələr  qəbul  etmək  qadağandır.  Hakimin  öz  yurisdiksiyası  altında  olan  hər  hansı 
digər Ģəxsin ona təklif edə biləcəyi yaxĢılığın bütün növləri və formaları hədiyyə hesab edilir. 
3.  Hakimə  ictimaiyyətin  qınağına  səbəb  ola  biləcək  istənilən  iĢlərdə  iĢtirak  etmək  qadağandır.  O, 
digər  insanlarla  həddindən  artıq  fəal  əlaqələrdən  çəkinməlidir.  Bu,  hakimi  onların  təsirindən 
qoruyur və onun qərəzsizliyinə və obyektivliyinə kölgə salmalarına imkan vermir. Və əksinə, hakim 
onun  iĢtirakının  münasib  olduğu  ictimai  tədbirlərdə  iĢtirak  etməkdən  uzaq  durmamalıdır.  O, 
insanlarla  zarafat  etməməli,  öz  hərəkət  və  sözləri  ilə  onları  güldürməməli,  danıĢdığı  zaman  isə 
səhvlərə  və  qüsurlara  yol  vermədən  dəqiq,  inandırıcı  Ģəkildə  və  düzgün  danıĢmalı,  həmçinin  bu 
zaman kiməsə riĢxənd etməməli və təkəbbürlü olmamalıdır. 
4.  Məhkəmə  iclas  zalı  ciddilik,  sağlam  mühakimə,  təmkinlilik  və  hörmətin  hökmranlıq  etdiyi  bir 
yeridir.  O,  qeyri-ciddi  və  ədəbsiz  davranıĢların,  qəsdən  uzun-uzadı  çıxıĢların  və  axmaq  ədaların 
yeri deyil. Bu, eyni dərəcədə həm iĢ üzrə tərəflərə, həm Ģahidlərə, həm də məhkəmə zalında iĢtirak 
edən digər Ģəxslərə aiddir. Hakim zala daxil olub öz yerini tutduğu zaman abırlı görkəmdə olmalı, 
ona  təqdim  olunan  bütün  iĢləri  dunləməyə  və  bu  iĢlər  üzrə  bütün  məlumatlara,  dəlillərə  və  Ģahid 
ifadələrinə  baxmağa  tam  hazır  olmalıdır.  Hakim  hirsli  vəziyyətdə  olmamalı,  hərarətdən  əziyyət 
çəkməməli, güclü sevinc, kədər və ya həyəcan hissinin  təsiri  altında olmamalıdır. Onu həddindən 
artıq  yorğunluq  hissi,  həmçinin  tualetə  getmək    zərurəti  əldən  salmamalıdır,  çünki  bütün  bunlar 
onun  fikirlərini  qarıĢdıra  və  çəkiĢən  tərəflərin  ifadələrini  düzgün  qiymətləndirmək  qabiliyyətinə 
mənfi təsir göstərə bilər. 
5. Hakim diqqətinin yayınmasına və zəifləməsinə yol verməməlidir. O, yalnız iĢə aidiyyəti olan sual 
və  cavablarla  kifayətlənərək  mümkün  qədər  az  danıĢmalı  və  səsinin  tonunu  yalnız  proses 
iĢtirakçılarının  nalayiq  davranıĢlarının  qarĢısını  almaq  üçün  qaldırmalıdır.  O,  qəzəbsiz  ciddi  üz 
ifadəsini  həmiĢə  saxlamalıdır.  O,  sakit  və  əzəmətli  Ģəkildə  oturmalı,  baxılan    iĢə  dəxli  olmayan 
məsələlərlə bağlı zarafat etməməli və danıĢmamalıdır. 
6. Hakim geyim tərzi və səliqəli xarici görünüĢü də daxil olmaqla, proses iĢtirakçılarının qarĢısına 
onlarda özünə hörmət hissi doğuracaq Ģəkildə çıxmalıdır. 
                                                 
91
 Yenə orada. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə