H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

6.4.  Hakim  beynəlxalq  konvensiyalar  və  insan  hüquqlarına  dair  normaları  müəyyən  edən  digər 
sənədlər  daxil  olmaqla,  beynəlxalq  qanunvericilikdəki  müvafiq  dəyiĢikliklər  barədə  daim 
məlumatlı olmalıdır. 
 
ġərh 
 
Ġnsan hüquqları sahəsində beynəlxalq hüququn aktuallığı  
206.  Cəmiyyətlərin  getdikcə  beynəlmiləlləĢməsi  və  fərdlə  dövlət  arasındakı  qarĢılıqlı  münasibətlərdə 
beynəlxalq  hüququn  rolunun  artması  Ģəraitində  hakim  ona  həvalə  olunmuĢ  səlahiyyətləri  yalnız 
dövlətdaxili hüquq əsasında yox, həm də dövlətdaxili hüququn yol verdiyi çərçivədə beynəlxalq hüququn 
müasir  demokratik  cəmiyyətlər  tərəfindən  tanınan  prinsip  və  normalarına  uyğun  Ģəkildə  icra  etməlidir. 
Dövlətdaxili  hüququn  istənilən  tələblərinə  riayət  olunması  Ģərtilə  və  icra  edilən  funksiyaların 
xarakterindən  asılı  olmayaraq,  hakim  beynəlxalq  hüququn,  o  cümlədən  insan  hüquqları  sahəsində 
beynəlxalq  hüququn  müddəalarını,  onların  beynəlxalq  müqavilələrdə  tətbiq  olunan  beynəlxalq  adət 
hüququnda və  ya insan  hüquqlarının müdafisinə dair regional  konvensiyalarda təsbit edilməsindən asılı 
olmadan,  nəzərə  almaya  və  ya  bu  müddəaları  bilmədiyinə  istinad  edə  bilməz.  Hakimin  bu  mühüm 
vəzifəsinin təmin edilməsi üçün insan hüquq və azadlıqları sahəsində hüququn öyrənilməsi, həmin hüquq 
normalarının  hakimin  iĢində  dövlətdaxili  hüququn  yol  verdiyi  çərçivədə  praktiki  tətbiqini  xüsusi 
vurğulamaqla, yeni hakimlərin ilkin və sonrakı peĢə hazırlığı proqramlarına daxil edilməlidir. 
 
 


6.5.  Hakim  özünün  bütün  vəzifələrini,  təxirə  salınmıĢ  qərarların  çıxarılması  da  daxil  olmaqla, 
ağlabatan və ədalətli Ģəkildə, mümkün qədər qısa müddətdə yerinə yetirməlidir. 
 
ġərh 
 
ĠĢlərə mümkün qədər qısa müddətdə baxmaq vəzifəsi  
207.  ĠĢlərə  səmərəli,  ədalətli  və  mümkün  qədər  qısa  müddətdə  baxarkən,  hakim  onun  qarĢısında  çıxıĢ 
edən  tərəflərin  hüquqlarına  lazımi  diqqət  nümayiĢ  etdirməli  və  mübahisəli  məsələlərin  əlavə  xərc  və  ya 
lazımsız  təxirəsalmalar  və  gecikmə  olmadan  həllini  təmin  etməlidir.  Hakim  lazımsız  təxirəsalmaları, 
qarĢısı  alına  biləcək  gecikmələri  və  əlavə  xərcləri  azaltmaq  və  ya  aradan  qaldırmaq  üçün  məhkəmə 
baxıĢına  verilən  iĢləri  izləməli  və  nəzarətdə  saxlamalıdır.  Hakim  tərəflər  arasında  mübahisənin  barıĢıq 
yolu  ilə  tənzimlənməsini  dəstəkləməli  və  buna  kömək  etməyə  çalıĢmalıdır,  lakin  bu  zaman  tərəflər 
özlərini  onların  mübahisəsinə  məhkəmə  tərəfindən  baxılması  hüquqlarından  imtinaya  məcbur  edilmiĢ 
kimi  hiss  etməməlidirlər.  Bütün  iĢlərə  ədalətli  və  səbrli  Ģəkildə  baxmaq  vəzifəsi  məhkəmə  iĢlərinin 
mümkün qədər qısa müddətdə baxılıb həll edilməsi ilə ziddiyyət təĢkil etmir. Hakim öz vəzifələrini zəruri 
səbr nümayiĢ etdirmək və götür-qoy etməklə bahəm səmərəli və iĢgüzar icra edə bilər. 
 
Dəqiq olmaq vəzifəsi  
208. Məhkəməyə verilmiĢ iĢlərə mümkün qədər qısa müddətdə baxılıb həll edilməsi hakimdən məhkəmə 
iclaslarına  dəqiq  vaxtında  gəlməyi  və  məhkəmə  baxıĢında  olan  iĢlərin  həll  edilməsi  zamanı  operativ 
olmağı  tələb  edir;  bu  məqsədə  nail  olmaq  üçün  o,  məhkəmə  aparatı  iĢçilərinin,  çəkiĢən  tərəflərin  və 
onların  vəkillərinin  qarĢılıqlı  əməkdaĢlıq  etmələrini  tələb  etməlidir.  Məhkəmə  iclası  qaydalarının 
pozulması, onların qeyri-müntəzəmliyi məhkəmə prosesinin əsassız gecikmə və ləngimələrinə səbəb olur 
və məhkəmələrin fəaliyyəti barədə xoĢagəlməz təəssürat yaradır. Ona görə də, müntəzəm məhkəmə iclas 
saatlarının nəzərdə tutulduğu yurisdiksiyalarda hakimlər bu qaydalara, funksiyalarının məhkəmədənkənar 
qaydada tez bir zamanda yerinə yetirilməsini də təmin etməklə, ciddi Ģəkildə riayət etməlidirlər. 
 
Təxirə salınmıĢ qərarların dərhal çıxarılması vəzifəsi  
209.  Hakim  iĢin  təcililiyini  və  digər  xüsusi  halları,  iĢin  davamiyyətini  və  ya  mürəkkəbliyini,  həmçinin 
digər  iĢ  öhdəliklərini  lazımınca  nəzərə  alaraq,  təxirə  saldığı  qərarları  mümkün  qədər  tez  bir  zamanda 
çıxarmalıdır. Xüsusilə, qərarın əsaslandırıcı hissəsi hakim tərəfindən əsassız gecikdirməyə yol verilmədən 
elan edilməlidir. 
 
ġəffaflığın əhəmiyyəti 
210.  Hakim  çəkiĢən  tərəflərin  və  onların  vəkillərinin  müvafiq  iĢ  üzrə  icraatın  hansı  mərhələdə  olması 
barədə  məlumat  əldə  edə  bilmələrinə  imkan  verən  Ģəffaf  mexanizmlər  yaratmalıdır.  Vəkillərin  və  ya  öz 
maraqlarını  özlərinin  təmsil  etdiyi  tərəflərin  əsassız  Ģəkildə  ləngidildiyini  fikirləĢdikləri  qərarların 
çıxarılma  müddətləri  barədə  sorğu  verə  bilmələri  üçün  məhkəmələr  ictimaiyyətə  açıq  olan  protokolları 
təqdim  etməlidirlər.  Həmin  protokollarda  təxirəsalma  açıq-aĢkar  əsassız  olduğu  və  ya  hər  hansı  tərəfə 
ciddi  ziyan  vurduğu  hallarda  məhkəmə  daxilində  müvafiq  orqana  Ģikayət  edə  bilmək  imkanı  nəzərdə 
tutulmalıdır. 
 
 


6.6.  Hakim  bütün  məhkəmə  araĢdırmaları  gediĢində  qaydanı  gözləməli,  etiketə  riayət  etməli  və  iĢ 
üzrə tərəflərə, andlı iclasçılara, Ģahidlərə, vəkillərə və vəzifəsi ilə bağlı ünsiyyətdə olduğu digər 
Ģəxslərə  münasibətdə  səbrli,  ləyaqətli  və  nəzakətli  davranmalıdır.  Hakim  eyni  cür  davranıĢı 
tərəflərin qanuni nümayəndələrindən, məhkəmə iĢçilərindən və hakimin təsiri, tabeçiliyi və ya 
nəzarəti altında olan digər Ģəxslərdən də tələb etməlidir. 
 
ġərh 
 
Hakimin rolu 
211. Hakimin rolu, baĢ hakimlərdən birinin fikrincə, aĢağıdakılarda ifadə olunur:
74
 
“Hakimin  rolu  Ģahidlərə  yalnız  nəzərdən  yayınan  və  ya  qaranlıq  qalan  hər  hansı  məqama 
aydınlıq gətirmək lazım olduqda suallar verməklə, məhkəməyə verilən ifadələri diqqətlə dinləməkdən; iĢə 
aidiyyəti  olmayan  məsələlərin  müzakirəsini  istisna  etmək  və  təkrarlara  yol  verməmək  üçün  vəkillərin 
özlərini münasib Ģəkildə aparmalarına və qanunla nəzərdə tutulmuĢ qaydalara riayət etmələrinə nəzarət 
etmək; məntiqli müdaxilə ilə vəkillərin dediklərini anladığından və qiymətləndirə bildiyindən əmin olmaq; 
və  nəhayət,  həqiqətin  kimin  tərəfində  olduğunu  həll  etməkdir.  Əgər  hakim  bu  rol  çərçivəsindən  kənara 
çıxırsa,  hakimlik  mantiyasını  ataraq  vəkil  mantiyasını  geymiĢ  olur:    bunu  etmək  hakimə  yaraĢmır.  .  . 
Bizim standartlarımız belədir”.  
 
Məhkəmə iclasının gediĢində qaydanı gözləmək və etiketə riayət etmək 
212. “Qayda” dedikdə, hüququn tələblərinə uyğunluq və iĢə məhkəmədə baxılması prosesində müəyyən 
olunmuĢ  prosedur  qaydalara  riayət  edilməsini  təmin  etmək  üçün  zəruri  olan  səlislik  nəzərdə  tutulur. 
“Etiket” dedikdə isə, həm proses iĢtirakçılarının, həm də ictimaiyyətin nəzərində məhkəmə tərəfindən iĢə 
ədalətli  və  ciddi  Ģəkildə  baxıldığını  göstərən  diqqətlilik  və  nəzakətlilik  Ģəraiti  baĢa  düĢülür.  Ayrı-ayrı 
hakimlər onların qarĢısında çıxıĢ edən vəkilin və ya proses iĢtirakçısının konkret davranıĢı, danıĢığı və ya 
geyim tərzinin nə dərəcədə yaraĢan hal sayılması ilə bağlı müxtəlif nəzər nöqtəsi və standartlara malik ola 
bilərlər.  Bir  hakim  tərəfindən  etik  normalara  açıq-aydın  uyğun  olmayan  kimi  qəbul  edilən  hal  digər 
hakimin nəzərində zərərsiz orijinallıq kimi görünə, iĢə aidiyyəti olmaya və ya davranıĢ normalarına tam 
uyğun  gələ  bilər.  Bundan  baĢqa,  bəzi  iĢlər  digərlərindən  fərqli  olaraq  formallığa  daha  çox  riayət 
olunmasını tələb edir. Ona görə də, hər hansı konkret ölkənin ayrı-ayrı ərazilərindəki məhkəmə zallarında 
hər  bir  konkret  zaman  kəsiyində  “qayda”  və  “etiket”in  müxtəlif  təzahürlərinin  geniĢ  spektrini  görmək 
olar.  “Qayda”  və  “etiket”  anlayıĢlarının  vahid  standartını  təklif  etmək  arzuolunan  deyil  və  bu,  hər  bir 
halda  imkansızdır.  Bunun  əvəzində  hakim  məhkəmədə  qayda  və  etiketin  məhkəmə  tərəfindən  öz 
səlahiyyətlərinin  ədalətli  və  qanunun  tələblərinə  uyğun  icra  edilməsi  üçün  zəruri  olan  səviyyəsini  təmin 
etmək  və  saxlamaqdan  ötrü  ağlabatan  tədbirlər  görməli,  eyni  zamanda  vəkillərə  və  məhkəmə 
araĢdırmasının tərəflərinə ədalətlilik və hüququn tələblərinə uyğunluq təminatları təqdim etməlidir. 
 
Məhkəmə araĢdırmasının tərəflərinə münasibətdə davranıĢ 
213.  Hakimin  davranıĢı,  onun  özünü  aparmaq  manerası  hakimin  qərəzsizliyinə  olan  inamın  saxlanması 
üçün birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki məhz onun davranıĢı ilk növbədə ətrafdakıların diqqətini 
özünə cəlb edir. Qeyri-lazımınca davranıĢ qabaqcadan hasil olan qənaət və ya laqeyd münasibət təəssüratı 
yaratdığı  üçün  məhkəmə  prosesinə  olan  inamı  sarsıda  bilər.  Məhkəmə  araĢdırmasının  tərəfinə  qarĢı 
kobud,  hörmətsiz  münasibət  həmin  tərəfin  öz  iĢinin  dinlənilməsi  hüququnu  pozur  və  məhkəmə  zalında 
hökmranlıq etməli olan nüfuzu və ədəb-ərkanı sarsıdır. Hakimin nəzakətsiz davranıĢı, həmçinin tərəfin iĢə 
baxılması  prosesindən  məmnun  qalmasına  mənfi  təsir  göstərir  və  ümumilikdə  məhkəmələr  haqqında 
neqativ təsəvvür yaradır. 
 
                                                 
74
 Jones v. National Coal Board, Court of Appeal of England and Wales [1957] 2 QB p.55 at p.64, per Lord Denning. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə