H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ


Hakimlərin davranıĢı prinsipləri haqqında bəyanatın hazırlanması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   52   53   54   55   56   57   58   59   60

 
1. Hakimlərin davranıĢı prinsipləri haqqında bəyanatın hazırlanması 
1.1.  Məhkəmə  orqanları  hakimlərin  davranıĢı  prinsipləri  və  normaları  haqqında  bəyanatı  “Hakimlərin 
davranıĢı üzrə Banqalor prinsipləri”ni nəzərə alaraq hazırlamalıdır. 
1.2.  Məhkəmə  orqanları  hakimlərin  davranıĢı  prinsipləri  haqqında  bu  cür  bəyanatın  məhkəmə 
hakimiyyətinin və ictimaiyyətin nümayəndələri arasında yayılmasını təmin etməlidir. 
1.3.  Məhkəmə  orqanları  hakimlərin  davranıĢının  belə  bəyanatda  ifadə  edilmiĢ  prinsiplərini  nəzərə  alan 
hakimlərin davranıĢ etikasının zəruri element kimi onların ilkin hazırlanması və yenidən hazırlanması 
proqramlarına daxil olunmasını təmin etməlidir. 
 
2. Hakimlərin davranıĢı prinsiplərinin tətbiqi və onlara riayət olunmasının təmini 
2.1.  Məhkəmə  orqanları  hakimlərin  davranıĢ  etikası  üzrə  tərkibinə  fəaliyyətdə  olan  və/və  ya  istefaya 
çıxmıĢ  hakimlərin  daxil  olduğu  məsləhətçi  komitənin  yaradılmasının  mümkünlüyü  məsələsinə 
baxmalıdır,  bu  komitə  məhkəmə  cəmiyyətinin  üzvlərinə  onların  gələcəkdə  ehtimal  olunan  və  ya 
təklif edilən hərəkət və ya davranıĢ tərzinin qanunauyğunluğu haqqında məsləhətlər verəcəkdir.
98
 
2.2.  Məhkəmə  orqanları  hakimlərin  davranıĢ  etikası  üzrə  mötəbər,  müstəqil  komissiya  yaradılmasının 
mümkünlüyü  məsələsinə  baxmalıdır,  bu  komissiya  məhkəmə  icması  üzvlərinin  peĢə  etikasına 
uyğun  olmayan  davranıĢı  barədə  Ģikayətlərlə  məhkəməyə  müraciət  edilməsi  qanunvericilik 
qaydasında nəzərdə tutulmayan yerlərdə belə Ģikayətləri qəbul edəcək, araĢdıracaq, onlara baxacaq 
və  həll  edəcəkdir.  Komissiyanın  tərkibinin  əksəriyyəti  hakimlərdən  ibarət  ola  bilər,  lakin 
cəmiyyətin  komissiyaya  inamını  təmin  etmək  üçün  onun  tərkibinə  yetərli  sayda  hakim  peĢəsinə 
aidiyyəti  olmayan  ictimaiyyətin  nümayəndələrinin  də  cəlb  edilməsi  arzu  olunan  haldır. 
Komissiyanın vəzifəsi Ģikayətləri təqdim edənlərin və Ģahidlərin hüquqlarının qanuna uyğun olaraq 
müdafiəsini,  həmçinin  davranıĢı  Ģikayətin  verilməsi  üçün  səbəb  olmuĢ  hakim  barəsində  lazımi 
hüquqi prosedurun həyata keçirilməsini təmin etməkdən ibarətdir, bu halda, əgər hakim bunu xahiĢ 
edərsə,  Ģikayət  üzrə  təhqiqatın  ilkin  mərhələsində  prosedurun  məxfiliyi  təmin  olunur.  Buna  oxĢar 
imtiyazların  Ģahidlərə  və  baĢqa  Ģəxslərə  də  verilə  bilməsi  üçün  komissiya  tərəfindən  həyata 
keçirilən icraat barəsində qanunvericilik qaydasında mütləq və ya ixtisaslaĢdırılmıĢ imtiyaz hüququ 
verilməsinin  nəzərdə  tutulması  lazım  ola  bilər.  Komissiya  xüsusilə  ciddi  pozuntulara  aid  olan 
Ģikayətləri  hakimlərin  fəaliyyəti  üzərində  intizam  nəzarətinin  həyata  keçirilməsinə  məsul  olan 
orqana verə bilər.
99
 
                                                 
98
 Belə komitələrin yaradıldığı yurisdiksiyaların çoxunda hakim öz davranıĢının qanuniliyi barədə məsləhət rəyi tələb edə bilər. 
Komitə,  həmçinin  öz  təĢəbbüsü  ilə  məhkəmə  orqanları  üçün  maraq  doğuran  məsələlərə  aid  qərarlar  qəbul  edə  bilər.  Əgər 
hakimin  əvvəlki  və  ya  indiki  davranıĢı  onun  gələcək  hərəkət  tərzi  ilə  əlaqələndirilmirsə  və  ya  uzunmüddətli  xarakterə 
malikdirsə, həmin qərarlarda hakimin əvvəlki və ya indiki davranıĢı deyil, gələcəkdə güman edilən və ya təklif olunan hərəkət 
tərzi  nəzərdən  keçirilir.  Rəsmi  rəylərdə  həmin  rəylərin  əsasını  təĢkil  edən  faktlar  göstərilir,  eləcə  də  yalnız  bu  faktlara  aid 
tövsiyələr  verilir.  Məsləhət  rəylərində  həmin  tövsiyəyə  aidiyyəti  olan  qaydalar,  konkret  iĢlər,  həmçinin  baĢqa  hakimiyyət 
orqanları, habelə hakimlərin davranıĢının konkret halda tətbiq edilən qaydaları göstərilir. Məsləhət rəyinin orijinalı həmin rəyi 
tələb etmiĢ Ģəxsə göndərilir, rəyin qısaldılmıĢ, yəni adlar, məhkəmələrin adları, ünvanlar və məsləhət rəyini tələb etmiĢ Ģəxsi 
müəyyən  etməyə  imkan  verən  baĢqa  məlumatın  göstərilmədiyi  variantı  isə  məhkəmə  orqanlarına,  hüquqĢünaslar 
assosiasiyalarına  və  hüquq məktəbləri və  ya hüquq fakültələrinin kitabxanalarına göndərilir. Bütün rəylər məsləhət xarakteri 
daĢıyır və hüquqi baxımdan məcburi deyildir, lakin məsləhət rəyində göstərilən tövsiyələrə əməl edilməsi hakimin öz vəzifə 
borcuna vicdanlı münasibətini təsdiqləyən amil hesab edilə bilər. 
99
 Belə komitələrin yaradıldığı yurisdiksiyaların çoxunda məhkəmə tərəfindən baxılan iĢlərlə əlaqədar Ģikayətlər yalnız o halda 
qəbul  edilir  ki,  Ģikayət  iĢə  baxılmasında  əsassız  ləngiməyə  aid  olsun.  ġikayət  yazılı  Ģəkildə  və  imzalanmıĢ  halda  təqdim 
edilməli, orada hakimin adı və soyadı göstərilməli, baĢ vermiĢ davranıĢın Ģikayətçinin fikrincə, peĢə etikası normalarına uyğun 
olmaması barədə məlumat ətraflı təsvir edilməli, Ģahidlərin adları, həmçinin Ģikayəti təqdim edənin ünvanı və telefon nömrəsi 
göstərilməlidir.  Komitənin  hakim  tərəfindən  etik  normaların  pozulmasının  həqiqətən  baĢ  verə  bilməsini  qərara  aldığı  hallar 
istisna  olmaqla,  hakimə  ondan  Ģikayət  edilməsi  barədə  məlumat  verilmir.  ġikayəti  verənin  Ģəxsiyyəti  hakimə  yalnız  onun 
razılığı  ilə  bildirilir.  Lakin  bu  cür  Ģikayətə  məhkəmə  tərəfindən  baxılan  halda  Ģikayəti  verənin  özünün  Ģahid  kimi  ifadələr 
verməsi  zərurəti  yarana  bilər.  Komitə  tərəfindən  baxılan  məsələlər  barədə  məlumat  məxfi  hesab  olunur.  Əgər  komitə  hakim 
tərəfindən etik normaların bəlkə də pozulması fikrinə gələrsə, o, bir qayda olaraq, bu məsələyə hakimlə bərabər, qeyri-formal 
Ģəkildə  baxır.  Əgər  komitə  hakim  barəsində  rəsmi  ittiham  çıxararsa,  dinləmə  keçirə  və  əgər  dinləmənin  gediĢində  ittihamın 
əsaslı olması fikrinə gələrsə, hakimə fərdi qaydada töhmət elan edə və ya hakimin müəyyən müddətdə müəyyən Ģərtlərə riayət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə