H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   52   53   54   55   56   57   58   59   60

 
3. ĠĢlərin bölgüsü 
3.1. ĠĢə baxılması üçün hakimin təyin edilməsi məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosedurunun 
ayrılmaz tərkib hissəsidir. 
3.2.  Məhkəmənin  hakimləri  arasında  iĢ  bölgüsü,  o  cümlədən  məhkəmə  iĢlərinin  bölgüsü  qabaqcadan 
müəyyən edilmiĢ, qanunla nəzərdə tutulmuĢ və ya müvafiq məhkəmənin bütün hakimləri tərəfindən 
öz  aralarında  razılaĢdırılmıĢ  qaydada  həyata  keçirilməlidir.  Bu  qayda  dəqiq  müəyyən  edilmiĢ 
hallarda, məsələn, konkret  hakimin  bu və  ya digər məsələyə  aid  xüsusi təcrübəsini və  ya biliklərini 
nəzərə  almaq  zəruri  olduqda  dəyiĢdirilə  bilər.  Belə  bölgü,  məsələn,  əlifba  sırası  ilə  və  ya  xronoloji 
ardıcıllıqla, yaxud hər hansı baĢqa sərbəst seçim proseduruna uyğun olaraq avtomatik bölgü sistemi 
üzrə həyata keçirilə bilər. 
3.3. Tutarlı səbəblər olmadığı  halda, iĢ  hakimdən geri  götürülə bilməz.  ĠĢin  geri  götürülməsi  üçün belə 
əsaslar və müvafiq prosedurlar qanunda və ya məhkəmənin reqlamentində nəzərdə tutulmalıdır. 
 
4. Məhkəmələrin idarə edilməsi 
4.1. Məhkəmələrin idarə edilməsi üçün, o cümlədən məhkəmə orqanları iĢçilərinin təyin edilməsi, onların 
fəaliyyətinə  və intizamına nəzarət  üçün məhkəmə  icmasının özü və  ya onun tabeliyində  və nəzarəti 
altında olan orqan məsuliyyət daĢımalıdır. 
4.2.  Məhkəmə  orqanları  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi 
məsələsi  üzrə  Hakimlər  Qrupu  tərəfindən  hazırlanmıĢ  “Məhkəmə  iĢçilərinin  davranıĢ  Prinsipləri”ni 
nəzərə  alaraq,  onları  qəbul  etməli  və  məhkəmələrin  iĢçiləri  tərəfindən  bu  prinsiplərə  riayət 
olunmasını təmin etməlidir. 
4.3.  Məhkəmə  orqanları  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  Ģəffaflığın,  düzgünlüyün, 
vicdanlılığın  və  səmərəliliyin  artırılması  üçün  informasiya  və  rabitə  texnologiyalarından  istifadə 
etməyə çalıĢmalıdır. 
4.4. Məhkəmə orqanları ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına kömək üzrə funksiyasını yerinə 
yetirərkən, məhkəmə iĢlərinin yoxlanması, məhkəmə istifadəçiləri və baĢqa əlaqədar tərəflər arasında 
sorğular aparılması, məhkəmə istifadəçilərinin komitələri ilə birgə müzakirələr keçirilməsi və baĢqa 
üsul  və  vasitələrdən  istifadə  etməklə,  cəmiyyətdə  ədalət  mühakiməsinin  həyata  keçirilməsindən 
məmnunluq  dərəcəsini  təhlil  etməyə  və  məhkəmə  icraatı  prosesində  sistem  nöqsanlarını  aradan 
qaldırmaq məqsədilə onları aĢkar etməyə çalıĢmalıdır. 
4.5.  Məhkəmə  orqanları  məhkəmə  istifadəçilərinin  Ģikayətlərinə  daim  reaksiya  verməli  və  öz  fəaliyyəti 
haqqında illik hesabatlar dərc etməli, bu hesabatlarda, o cümlədən  yaranmıĢ problemlər və ədliyyə 
sisteminin  fəaliyyətinin  təkmilləĢdirilməsi  məqsədilə  görülmüĢ  tədbirlər  haqqında  məlumat  əks 
etdirilməlidir. 
 
5. Ədalət mühakiməsinə əlçatanlıq 
5.1. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyinin təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. 
Məhkəmə  orqanları  öz  səlahiyyətləri  daxilində  ədalət  mühakiməsinə  əlçatanlığın  təmin  edilməsinə 
kömək etməlidir. 
5.2.  Pulsuz  hüquqi  yardımın  təqdim  edilməsi  üçün  kifayət  qədər  imkan  olmadıqda,  Ģəxsi  vəkillər 
tərəfindən  təqdim  edilən  xidmətlərin  qiymətinin  yüksək  olmasını  nəzərə  alaraq,  məhkəmə  orqanları 
bunun məqsədəuyğun və arzuedilən olduğu yerlərdə tərəflərin mənafelərinin pulsuz (pro bono) təmsil 
edilməsinə  kömək,  “məhkəmənin  dostu”  (amicus  curiae)  deyilən  Ģəxsin  təyin  edilməsi,  məhkəmə 
                                                                                                                                                                            
etməsi üçün onun hərəkətləri üzərində nəzarəti təyin edə bilər. Komitənin fikrincə, kifayət qədər ciddi hesab edilən və hakimin 
pensiyaya  getməsini,  onun  barəsində  ictimai  məzəmmət  tədbirinin  görülməsini  və  ya  hakim  vəzifəsindən  kənarlaĢdırılmasını 
tələb edən ittihamlar hakim barəsində intizam nəzarətinin həyata keçirilməsinə məsul olan orqana verilir. 


mübahisələrinin  alternativ  həlli  və  əks  təqdirdə  məhkəmə  prosedurunun  gediĢatında  nümayəndələri 
olmayacaq  Ģəxslərin  maraqlarının  müdafiəsi  üçün  ictimaiyyətin  nümayəndələrinin  iĢtirakı  ilə 
məhkəmə  proseduru,  eləcə  də  hüquqĢünas  ixtisası  olmayan  Ģəxslərin  (o  cümlədən,  hüquqĢünas 
diplomu  olmayan  hüquq  iĢçilərinin)  tərəfləri  məhkəmə  qarĢısında  təmsil  etməsinə  icazə  verilməsi 
kimi təĢəbbüslərin həyata keçirilməsinin mümkünlüyü məsələsinə baxmalıdır. 
5.3.  Məhkəmə  orqanları  məhkəmədə  iĢə  baxılması  prosedurunun  ədalətli,  dəqiq  və  sürətlə  keçirilməsini 
və  yekunlaĢdırılmasını  təmin  etmək  üçün  məhkəmə  iĢlərinin  idarə  edilməsinin  müasir  metodlarını 
tətbiq etməlidirlər.
100
 
 
6. Məhkəmə funksiyalarının icrasında Ģəffaflıq  
6.1.  Məhkəmə  prosesi  prinsipcə  açıq  keçirilməlidir.  Dinləmələrin  ictimai  xarakteri  məhkəmə  icraatı 
prosesinin Ģəffaflığını təmin edir. Məhkəmə orqanları ictimaiyyətə məhkəmə dinləmələrinin vaxtı və 
yeri haqqında məlumat  verməli, eləcə də, baĢqa amillərlə yanaĢı, iĢə potensial marağı və məhkəmə 
araĢdırmasının  müddətini  də  nəzərə  alaraq,  cəmiyyətin  əlaqədar  üzvlərinin  məhkəmə  prosesində 
iĢtirak etmələri üçün kifayət qədər imkan yaradılmasını ağlabatan həddə təmin etməlidir.
101
 
6.2. Məhkəmə orqanları ədalət mühakiməsinin həyata keçirilməsində Ģəffaflığın artırılmasına fəal kömək 
etməli  və  ictimaiyyət,  KĠV  və  məhkəmə  istifadəçiləri  üçün  məhkəmə  nəzarətinə  riayət  edilməklə, 
həm  məhkəmə  baxıĢında  olan,  həm  də  məhkəmə  baxıĢı  baĢa  çatdırılmıĢ  iĢlər  üzrə  icraata  aid  olan 
bütün  məlumata  məhkəmənin  veb  saytı  və  ya  məhkəmə  iĢlərinin  istifadə  üçün  açıq  olan  müvafiq 
materialları  vasitəsilə  müraciət  imkanının  etibarlı  olmasını  təmin  etməlidir.  Belə  məlumata 
əsaslandırılmıĢ məhkəmə qərarları, tərəflərin ərizələri, vəsatətlər i və Ģahid ifadələri daxil olmalıdır, 
lakin affidevitlər (yəni,  and içməklə  verilmiĢ  yazılı  ifadələr),  yaxud məhkəmə  tərəfindən hələ  sübut 
kimi  qəbul  edilməmiĢ  baĢqa  sübutedici  sənədlər  ümumi  əlçatan  məlumat  kateqoriyasından  istisna 
edilir. 
6.3.  Məhkəmə  orqanları  məhkəmə  sistemindən  istifadə  olunmasını  sadələĢdirmək  məqsədilə 
məhkəmələrin  potensial  istifadəçiləri  üçün  standart,  istifadəsi  rahat  olan  forma  və  təlimatların, 
həmçinin məhkəmə rüsumu, məhkəmə iĢlərinin icraatı qaydası, məhkəmə iclaslarının qrafiki və sair 
məsələlər haqqında dəqiq və düzgün məlumatın əlçatan olmasını təmin etməlidir. 
6.4.  Məhkəmə  orqanları  Ģahidlərin,  məhkəmənin  baĢqa  istifadəçiləri  və  cəmiyyətin  əlaqədar  üzvlərinin 
məhkəmə  binasında  istiqamətlənməsi  üçün  asan  oxunan  niĢanlar  və  göstəricilər  olmasını  təmin 
                                                 
100
  Ənənəyə  görə,  məhkəmə  mübahisəsinin  tərəfləri  iĢin  irəliləyiĢinə  nəzarət  edir,  hakimlər  və  məhkəmə  iĢçiləri  isə  bu 
məsələdə onlara  kömək edirlər. Hazırda bir sıra yurisdiksiyalar daxilində etiraf edilir  ki,  məhkəmə orqanları, xüsusən  birinci 
instansiya  məhkəmələrində  -  iĢ  üzrə  qərar  çıxarılmasına  qədər  iddia  qaldırılan  andan  baĢlayaraq  məhkəmə  tərəfindən  qərar 
çıxarılmasından  sonrakı  bütün  mərhələlər  də  daxil  olmaqla,  araĢdırmanın  gediĢini  fəal  idarə  etməlidirlər.  Məhkəmə  iĢinin 
məhkəmə  tərəfindən  fəal  idarə  edilməsi  məhkəmə  mübahisələrinin  ədalətli,  mütəĢəkkil  qaydada  və  tezliklə  həll  edilməsinə 
imkan  yaratmalıdır.  Bu  isə,  xüsusən  onu  nəzərdə  tuta  bilər  ki,  iĢ  üzrə  icraatın  bütün  mərhələlərində  konkret  iĢi  eyni  hakim 
aparır - yəni, məhkəmə araĢdırmasının praktiki olaraq dəyiĢilməli olmayan müddətləri müəyyən edilir; hakim özü dinləmələrin 
qrafikini  qurur  və  məhkəmə  araĢdırmasınadək  olan  dövrdə  müvafiq  göstəriĢlər  verir;  əgər  iĢə  məhkəmə  tərəfindən 
baxılmalıdırsa,  bu  halda  iĢə  yenə  həmin  hakim  baxır.  Hakimin  fəal  iĢtirakı  onun  iĢ  üzrə  icraatın  gediĢində  qarĢıya  çıxan, 
məsələn,  məhkəmə  çəkiĢməsinə  aid  sənədlərin  lazımi  qaydada  tərtib  edilməməsi  ilə,  gərəksiz  sənədlərin  çox  olması  və 
məhkəmə təhqiqatının uzadılması üçün tez-tez istifadə edilən baĢqa üsullarla bağlı çətin vəziyyətləri səmərəli tənzimləməsinə 
imkan  verir.  Bu  həm  də  həftələrlə  və  ya  aylarla  uzana  biləcək  qısa,  qırıq-qırıq  dinləmələr  əvəzinə,  iĢə  ardıcıl  və  fasiləsiz 
baxılmasının təmin edilməsinə imkan yarada bilər. 
101
  Məhkəmə  araĢdırmasının  açıq  aparılması  tələbi  yazılı  təqdimatlar  əsasında  həyata  keçirilə  biləcək  istənilən  apellyasiya 
icraatına  və  ya  məhkəmədən  əvvəl  mərhələdə  çıxarılan  qərarlara  mütləq  mənada  aid  deyildir.  Mülki  və  siyasi  hüquqlar 
haqqında Beynəlxalq Paktın 14 (1) maddəsinə əsasən, demokratik cəmiyyətdə əxlaq, ictimai asayiĢ (ordre public) və ya dövlət 
təhlükəsizliyi  mülahizələrinə  görə,  yaxud  tərəflərin  Ģəxsi  həyatının  maraqları  bunu  tələb  edərsə  və  ya  məhkəmənin  fikrincə, 
məhkəmə  araĢdırmasının  açıq  aparılması  ədalət  mühakiməsinin  maraqlarını  poza  biləcəyi  xüsusi  hallarda,  məhkəmə 
ictimaiyyətin məhkəmə araĢdırmasında və ya onun bir hissəsində iĢtirak etməsinə icazə verməmək səlahiyyətinə malikdir. Belə 
xüsusi  hallar  istisna  olmaqla,  araĢdırma  ictimaiyyət,  həmçinin  KĠV  üçün  açıq  olmalı  və  məsələn,  hansısa  konkret  bir 
kateqoriyaya  aid  Ģəxslərin  iĢtirak  etməsi  ilə  məhdudlaĢdırılmıĢ  olmamalıdır.  Hətta  ictimaiyyətin  məhkəmə  araĢdırmasına 
buraxılmadığı hallarda da, yetkinlik yaĢına çatmamıĢ Ģəxslərin maraqları baĢqa qərar tələb etdiyi və ya ər-arvad mübahisələri 
və ya uĢaqlar üzərində qəyyumluq məsələsi ilə bağlı hallar istisna olmaqla, məhkəmənin qərarı, o cümlədən çıxardığı ümumi 
nəticələr, sübutlar və hüquqi əsaslandırması açıq elan edilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə