H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   52   53   54   55   56   57   58   59   60

etməlidir. Bundan əlavə, ictimai informasiya xidmətində iĢləmək üçün yetərli sayda məhkəmə iĢçiləri 
olmasını  təmin  etmək  lazımdır.  Belə  xidmətlər  məhkəmə  binasına  giriĢin  bilavasitə  yaxınlığında 
olmalıdır.  MüĢtərilərlə  iĢ  xidmətləri  və  resurs  mərkəzləri  də  vətəndaĢlar  üçün  münasib  yerdə 
olmalıdır.  Məhkəmə  istifadəçilərinə  yerlər  ümumi  istifadə  yerlərinə  təqdim  edilən  tələblərə  cavab 
verən xüsusi gözləmə otaqları, həmçinin  xüsusi ehtiyacları  olan Ģəxslər  üçün, məsələn, zərərçəkmiĢ 
uĢaqlar  və  ya  imkanları  məhdud  olan  Ģəxslər  üçün  əlveriĢli  Ģəraiti  olan  təhlükəsiz,  rahat  və  təmiz 
yerlər verilməlidir. 
6.5.  Məhkəmə  orqanları  ədalət  mühakiməsi  sisteminin  cəmiyyətin  həyatında  rolu  haqqında  əhalinin 
məlumatlandırılma dərəcəsinin artırılması və məhkəmə sisteminin fəaliyyəti ilə əlaqədar bəzi qeyri-
müəyyənliklərin  öhdəsindən  gəlmələrinə  kifayət  qədər  geniĢ  yayılmıĢ  səhv  təsəvvürlərin  aradan 
qaldırılması üçün nəzərdə tutulmuĢ sosial yönümlü proqramların həyata keçirilməsinin mümkünlüyü 
məsələsinə baxmalıdır.
102
 
6.6 Məhkəmə orqanları KĠV-lərin məhkəmə prosesləri, o cümlədən konkret iĢlər üzrə çıxarılmıĢ qərarlar 
haqqında cəmiyyətin məlumatlandırılması üzrə öz qanuni funksiyasını yerinə yetirməsi üçün onlara 
lazımi kömək etməlidir. 
 
7. Hakimlərin peĢə hazırlığı 
7.1.  Məhkəmə  orqanları  malik  olduqları  bütün  imkanları  həddində  hakimlərin  peĢə  hazırlığının  təĢkil 
edilməsini, həyata keçirilməsini və ona nəzarəti özləri təmin etməlidir. 
7.2.  PeĢəkar  hakimlərin  hazırlanması  üçün  müvafiq  imkanlar  olmadığı  yurisdiksiyalarda  məhkəmə 
orqanları müvafiq kanallar vasitəsilə belə imkanların qazanılmasını təmin etməkdə və ya yerli ekspert 
potensialının formalaĢmasında milli və beynəlxalq strukturlardan və təhsil müəssisələrindən lazımlı 
kömək almağa çalıĢmalıdır. 
7.3.  Hakim  vəzifəsinə  təyin  edilən  bütün  Ģəxslər  dövlətdaxili  və  beynəlxalq  maddi  hüququn  müvafiq 
tərəfləri, həmçinin prosessual normalar haqqında lazımi səviyyədə biliklərə malik olmalı və ya hakim 
kimi  öz  vəzifə  borclarını  yerinə  yetirməyə  baĢlayana  qədər  bu  bilikləri  əldə  etməlidirlər.  Lazımi 
qaydada  təyin  edilmiĢ  hakimlər  həm  də  məhkəmə  fəaliyyətinə  aidiyyəti  olan  baĢqa  məsələlər,  o 
cümlədən  məhkəmə  iĢlərinin  idarə  edilməsi  və  məhkəmənin  idarə  edilməsi,  informasiya 
texnologiyaları,  ictimai  elmlər,  hüquq  tarixi  və  hüquq  fəlsəfəsi,  habelə  mübahisələrin  həllinin 
alternativ metodları üzrə giriĢ kursu keçməlidirlər. 
7.4.  Hakimlərin  dünya  baxıĢlarının  yetərincə  geniĢ  olmasını  və  onların  qabaqcadan  yanlıĢ  fikirdə 
olmamasını,  eləcə  də  məhkəmə  orqanlarının  qərəzsizliyini  təmin  etmək  üçün  məhkəmə  iĢçilərinin 
peĢə hazırlığı dünyagörüĢlərinin plüralizmi prinsipinə əsaslanmalıdır. 
7.5. PeĢə hazırlığı proqramı müntəzəm əsasda təmin olunmalıdır; bu halda hakimlər üçün ixtisasartırma 
və  yenidənhazırlanma  proqramları  məhkəmə  icması  üzvlərinin  könüllü  iĢtirakı  prinsipinə 
əsaslanmalıdır. 
7.6.  Əgər  hüquqi  materiallarda  (məsələn,  məhkəmə  qərarları  toplularında,  apellyasiya  məhkəməsinin 
qərarlarında  və  s.)  istifadə  edilən  dil  hüquq  təhsilinin  təmin  olunduğu  dildən  fərqlənirsə,  həm 
hakimlərin, həm də vəkillərin həmin dili öyrənməsini təmin etmək lazımdır. 
7.7. PeĢə hazırlığı proqramları məhkəmə sisteminin müxtəlif bölmə və səviyyələrinin nümayəndələrinin 
görüĢməsinə,  təcrübə  mübadiləsi  etməsinə  və  dialoq  əsasında  ümumi  fikrə  gəlməsinə  imkan  verən 
                                                 
102
  Hakimlərin  müstəqilliyini  və  qərəzsizliyini  təmin  etmək  üçün  onların  cəmiyyətdən  təcrid  edilməli  olması  barədə  ənənəvi 
fikrə  rəğmən,  məhkəmələrin  ictimaiyyətlə  iĢ  proqramları  hakimlərin  fəallığını  və  iĢlədiyi  icmalarla  birbaĢa  qarĢılıqlı 
fəaliyyətdə  olmasını  nəzərdə  tutur.  Təcrübə  göstərir  ki,  cəmiyyətin  hüquq  və  məhkəmə  icraatı  məsələləri  barədə  məlumatlı 
olması  həm  məhkəmə  sisteminin  Ģəffaflığının  artırılmasına  imkan  yaradır,  həm  də  cəmiyyətin  məhkəmə  orqanlarına  olan 
inamını  artırır.  Son  zamanlar  ortaya  çıxan  yanaĢmalarda  bələdiyyə  binasında  görüĢlər,  televiziya  və  radio  veriliĢlərinin 
hazırlanması, ictimaiyyətin məlumatlandırılma dərəcəsini artırmaq məqsədilə məhkəmə istifadəçisinin məlumat kitabçası kimi 
materialların  (Ģəxsin  həbs  edilməsi,  həbsdə  saxlanması,  girov  müqabilində  həbsdən  azad  edilməsi,  cinayət  icraatı  və  mülki 
icraat haqqında əsas məlumatların, həmçinin cinayətdən zərərçəkmiĢlər və Ģahidlər üçün faydalı məlumatın toplandığı kitabça 
Ģəklində) yayılması və sair tədbirlər nəzərdə tutulur. 


Ģəraitdə həyata keçirilməlidir. 
 
8. Məsləhət rəyləri 
8.1.  Hakim  və  ya  məhkəmə  konstitusiya  normasında  və  ya  qanunda  birbaĢa  nəzərdə  tutulduğu  hallar 
istisna olmaqla, icra və ya qanunverici orqanlara məsləhət rəyləri verməməlidir. 
 
9. Hakimlərin toxunulmazlığı 
9.1.  Hakim  istənilən  halda  cinayət  əməli  hesab  edilən  əməlin  törədilməsinə  görə  ümumi  hüquq 
normalarına  uyğun  olaraq  cinayət  məsuliyyəti  daĢımalıdır  və  adi  cinayət  təhqiqatı  halında  öz 
toxunulmazlığına istinad edə bilməz. 
9.2.  Hakim  öz  xidməti  vəzifələrini  icra  edərkən  onun  hərəkətləri  ilə  əlaqədar  mülki  iddiaların  təqdim 
edildiyi halda, Ģəxsi toxunulmazlığından istifadə etməlidir. 
9.3.  Yurisdiksiya,  maddi  hüquq  və  ya  məhkəmə  proseduru  sahəsində  məhkəmə  səhvləri  məhkəmə 
qərarlarından  və  ya  məhkəmə  nəzarətindən  Ģikayət  verilməsi  sistemi  çərçivəsində  Ģikayət  verilməsi 
yolu ilə düzəldilməlidir. 
9.4.  Hakimin  etinasızlığı  üzündən  və  ya  məhkəmə  səlahiyyətlərindən  sui-istifadə  etməsi  səbəbindən 
məhkəmə  iĢinin  tərəfinə  zərər  vurulmuĢ  olduqda,  dövlət  tərəfindən  hakim  barəsində  reqres  hüququ 
olmadan dövlətə qarĢı iddianın verilməsi nəzərdə tutulmalıdır. 
9.5.  Məhkəmə  orqanlarının  müstəqilliyi  hakimi  cəmiyyət  qarĢısında  məsuliyyətdən  azad  etmədiyinə  və 
hakimin  hərəkətləri  barəsində  cəmiyyət  tərəfindən  edilən  qanuni  tənqid  qanuna  uyğun  olaraq 
məsuliyyətin  təmin  edilməsi  vasitəsi  olduğuna  görə,  hakim  məhkəmənin  ünvanına  olan  tənqidləri 
məhdudlaĢdırmaq  üçün  məhkəməyə  hörmətsizlik  ifadə  edən  davranıĢla  əlaqədar  nəzərdə  tutulmuĢ 
cinayət hüququ normalarının və ya prosedurların tətbiqindən mümkün qədər çəkinməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə