H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   52   53   54   55   56   57   58   59   60

G
ĠRĠġ 
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”ndə məhkəmə orqanlarının rəhbər tutmalı olduğu 
altı əsas dəyər və ya göstərici müəyyən edilmiĢdir: müstəqillik, obyektivlik və qərəzsizlik, vicdanlılıq və 
ələalınmazlıq,  etik  normalara  riayət  edilməsi,  bərabərlik,  həmçinin  səriĢtəlilik  və  çalıĢqanlıq.  Onlar 
hakimlərin  peĢə  etikası  standartlarının  yaradılmasına  imkan  verməlidir.  “Banqalor  prinsipləri”  hakimlər 
tərəfindən  öz  vəzifə  borclarının  icrası  zamanı  onlar  üçün  rəhbər  müddəalar  qismində  hazırlanmıĢdır  və 
məhkəmə orqanlarına hakimlərin davranıĢını tənzimləmək üçün müəyyən çərçivələr təqdim edir. Bundan 
baĢqa,  onlar  icra  və  qanunverici  orqanların  nümayəndələrinin,  habelə  vəkillərin  və  geniĢ  ictimaiyyətin 
məhkəmə  sisteminin  rolunu  daha  yaxĢı  anlamasına  kömək  etməli  və  cəmiyyətə  məhkəmə  orqanlarının 
fəaliyyətinin  müəyyənləĢdirilməsi  və  qiymətləndirilməsi  üçün  müvafiq  standartı  təklif  etməlidir. 
“Banqalor  prinsipləri”nin  Ģərhi  bu  prinsipləri  daha  dəqiq  və  dərindən  anlamağa  kömək  etməyə 
yönəlmiĢdir. 
“Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”nin  “Prinsiplərin  tətbiq  edilməsi”  bölməsində 
deyilir: 
“Məhkəmə vəzifəsinin xüsusiyyətlərini nəzərə alaraq, əgər onların yurisdiksiyası çərçivəsində belə 
mexanizmlər  hələ  mövcud  deyilsə,  milli  məhkəmə  orqanları  tərəfindən  bu  prinsiplərin  tətbiq  edilməsi 
mexanizmlərinin yaradılması üçün səmərəli tədbirlərin görülməsi zəruridir”. 
Bəzi  yurisdiksiyalar  çərçivəsində  müvafiq  mexanizmlər  və  prosedurlar  artıq  mövcuddur;  onlar 
qanunvericiliyin  müvafiq  müddəalarına  və  ya  hakimlərin  davranıĢ  etikası  standartlarının  müəyyən 
edilməsi üçün məhkəmənin reqlamentinə əsasən təsis edilmiĢdir. BaĢqa ölkələrdə belə mexanizmlər hələ 
yaradılmamıĢdır.  Müvafiq  olaraq,  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının 
möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupu bu tədbirlər kompleksini  “Hakimlərin davranıĢı üzrə 
Banqalor  prinsipləri”nin  praktikada  səmərəli  həyata  keçirilməsi  üçün  rəhbər  göstəriĢlər  və  oriyentirlər 
kimi təklif edir. 
Bu  sənəd  iki  hissədən  ibarətdir.  Birinci  hissədə  məhkəmə  orqanları  tərəfindən  həyata  keçirilməli 
olan tədbirlər təsvir edilir. Ġkinci hissədə məhkəmə orqanlarının müstəqilliyinin təminatına yönəldilmiĢ və 
dövlətin  müstəsna  səlahiyyətlərinə  daxil  olan  institusional  tədbirlər  nəzərdən  keçirilir.  Doğrudur, 
hakimlərin  müstəqilliyi  xeyli  dərəcədə  məhkəmə  cəmiyyəti  üzvlərinin  peĢə  amalları  və  dəyər 
oriyentasiyaları  sistemi  ilə  müəyyən  edilir,  bununla  belə,  dövlət  hakimlərin  və  məhkəmə  orqanlarının 
baĢqa iĢçilərinin öz dəyər oriyentasiyalarına uyğun hərəkət etmələrinə imkan verən institusional qaydanı 
təmin  etməlidir.  Ədalət  mühakiməsinin  aparılması  sistemini  siyasi  təsirdən  və  ya  müdaxilədən  təkcə 
hakimlərin  gücü  hesabına  qorumaq  mümkün  deyildir.  Hakim  icra  və  ya  qanunverici  hakimiyyətlə 
lazımsız  əlaqə  və  münasibətlərdən  azad  olmalıdır,  lakin  məhkəmə  hakimiyyəti  sisteminin  hakimiyyətin 
digər iki qolundan müstəqilliyi məhz dövlət tərəfindən institusional qaydada təmin edilməlidir.
97
 
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nin tətbiq edilməsi üzrə tədbirlərə dair bu bəyanat 
hazırlanarkən, baxılan məsələlər dairəsi ilə əlaqədar geniĢ milli və beynəlxalq konsensusu əks etdirmək 
məqsədilə  bir  sıra  milli  konstitusiyaların  müddəaları,  həmçinin  müvafiq  regional  və  beynəlxalq 
təĢəbbüslər nəzərə alınmıĢdır. Ġstifadə edilmiĢ materiallar arasında aĢağıdakıları qeyd etmək lazımdır: 
(a)  Məhkəmə  orqanlarının  müstəqilliyi  Prinsiplərinin  (“Sirakuz  prinsipləri”)  Layihəsi,  ekspertlər 
komitəsi tərəfindən 1981-ci ildə hazırlanmıĢdır; 
                                                 
97
  Ġnsan  hüquqları  üzrə  Komitə  özünün  32  (2007)  №-li  Ümumi  Ģərhində  göstərir  ki,  Mülki  və  siyasi  hüquqlar  haqqında 
Beynəlxalq  Paktın  14  (1)  maddəsində  təsbit  edilmiĢ  müstəqillik  tələbi,  xüsusilə,  hakimlərin  təyin  edilməsi  proseduruna  və 
bunun üçün zəruri olan ixtisas səviyyəsinə, həmçinin onların müəyyən edilmiĢ pensiya yaĢınadək və ya vəzifədə olmanın təsbit 
edilmiĢ  müddəti qurtaranadək vəzifədə  olmasına dair təminatlara, onların  vəzifəsinin artırılması,  baĢqa  vəzifəyə  keçirilməsi, 
səlahiyyətlərinin dayandırılması və ya ona xitam verilməsini tənzimləyən Ģərtlərə, habelə hakimiyyətin icra və ya qanunverici 
qolları tərəfindən siyasi müdaxilədən real müstəqilliyə aiddir. Müvafiq olaraq, dövlətlər məhkəmə orqanlarının müstəqilliyinə 
təminat  verən,  qərarların  qəbul  edilməsi  prosesində  hakimləri  siyasi  təsirin  istənilən  formalarından  ya  konstitusion  normalar 
əsasında,  yaxud  hakimlərin  vəzifəyə  təyin  edilməsi,  pul  mükafatı,  vəzifədə  olma  müddəti,  xidmət  üzrə  irəliləyiĢi, 
səlahiyyətlərinin  dayandırılması  və  ya  vəzifədən  kənar  edilməsi,  həmçinin  hakimlər  barəsində  tətbiq  edilən  intizam 
sanksiyaları  üçün  dəqiq  prosedurlar  və  obyektiv  meyarlar  müəyyən  edən  qanunların  qəbul  edilməsi  vasitəsilə  müdafiə  edən 
konkret tədbirlər görməlidirlər. 


(b)  Hakimlərin  müstəqilliyinin  Minimal  Standartları,  Beynəlxalq  HüquqĢünaslar  Assosiasiyası 
tərəfindən 1982-ci ildə qəbul edilmiĢdir; 
(c)  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Məhkəmə  orqanlarının  müstəqilliyinə  aid  Əsas  Prinsipləri, 
1985-ci ildə qəbul edilmiĢdir; 
(d)  Ədalət  mühakiməsinin  müstəqilliyinə  dair  Ümumi  Bəyannamənin  Layihəsi  (“Sinqxvi 
Bəyannaməsi”); 
(e)  Avropa  ġurası  Nazirlər  Komitəsinin  Hakimlərin  müstəqilliyi,  səmərəliliyi  və  rolu  haqqında  R 
(94) 12 №-li Tövsiyəsi, 1994-cü ildə qəbul edilmiĢdir; 
(f)  Məhkəmə  orqanlarının  müstəqilliyi  prinsipləri  haqqında  Pekin  Bəyanatı,  1995-ci  ildə  Asiya-
Sakit okean regionu ölkələrinin baĢ hakimlərinin Konfransı tərəfindən qəbul edilmiĢdir; 
(g) Hakimlərin statusu haqqında Avropa Xartiyası, 1998-ci ildə qəbul edilmiĢdir; 
(h) Hakimlər haqqında Ümumi Xartiya, 1999-cu ildə Beynəlxalq Hakimlər Assosiasiyası tərəfindən 
qəbul edilmiĢdir; 
(i) Millətlər Birliyi üçün parlamentin aliliyinə və məhkəmə orqanlarının müstəqilliyinə aid Rəhbər 
Prinsiplər, 2001-ci ildə Leytimer-Hausda təsdiq edilmiĢdir; 
(j) Avropa hakimlərinin Məsləhət ġurasının rəyləri:  
-  Rəy  №  1  (2001):  Məhkəmə  orqanlarının  müstəqilliyi  və  hakimlərin  dəyiĢilməzliyi  ilə  bağlı 
standartlar haqqında; 
-  Rəy  №  2  (2001):  Məhkəmə  orqanlarının  səmərəliliyinin  təmin  edilməsi  və  insan  hüquqlarının 
müdafiəsinə  dair  Avropa  Konvensiyasının  6-cı  maddəsinin  yerinə  yetirilməsi  üçün  məhkəmələrin 
maliyyələĢdirilməsi və idarə olunması haqqında; 
-  Rəy  №  3  (2002):  Hakimlərin  peĢə  davranıĢını,  xüsusilə  etik  normaları,  vəzifəsi  ilə  bir  araya 
sığmayan davranıĢı və qərəzsizliyi tənzimləyən prinsiplər və qaydalar
- Rəy № 10 (2010): Məhkəmə orqanlarının Ģurası haqqında; 
(k) hüququn aliliyi/hakimiyyətin bölünməsi haqqında Blantir rəsmi məlumatı, inkiĢaf üzrə Cənubi-
Afrika Birliyi regionunda (SADC) hakimiyyətin üç qolunun nümayəndələri tərəfindən 2003-cü ildə 
dərc edilmiĢdir; 
(l)  Məhkəmə  orqanlarının  müstəqilliyi  haqqında  Qahirə  Bəyannaməsi,  2003-cü  ildə  Ədalət 
mühakiməsi məsələləri üzrə ikinci ərəb Konfransının iĢtirakçıları tərəfindən qəbul edilmiĢdir; 
(m)  Hakimlərin  müstəqilliyi  və  ədalət  mühakiməsinin  əlçatanlığı  prinsipləri  haqqında  Suva 
Bəyanatı, 2004-cü ildə hakimlər kollokviumunun iĢtirakçıları tərəfindən qəbul edilmiĢdir; 
(n)  “Ədalət  mühakiməsi  mühüm  əhəmiyyətə  malikdir”  -  Ġrlandiyada  hakimlərin  müstəqilliyi  və 
məsuliyyəti haqqında Ġrlandiya VətəndaĢ Azadlıqları ġurasının məruzəsi, 2007-ci il; 
(o)  Ġnsan  hüquqları  üzrə  Komitənin  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  14-cü 
maddəsinin mənası haqqında 32 (2007) №-li Ümumi Ģərhi; 
(p) Venesiya Komissiyasının hakimlərin təyin edilməsi məsələsinə dair Məruzəsi, 2007-ci il; 
(q)  Hakimlərin  vicdanlılığının  möhkəmləndirilməsi  məsələsi  üzrə  rəhbər  müddəaların  Layihəsi, 
BirləĢmiĢ Millətlər TəĢkilatının Narkotiklər və cinayətkarlıq üzrə Ġdarəsi, oktyabr 2009-cu il. 
 
 
 
1-ci hissə 
M
ƏHKƏMƏ 
O
RQANLARININ 
Ö
HDƏLĠKLƏRĠ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə