H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

Təbii  ədalətliliyə  əsaslanan  ədalət  mühakiməsinin  əhəmiyyəti  Buddanın  öz  Ģagirdi  -  möhtərəm 
Upali ilə söhbətindən aĢkar görünür:
82
 
S:  Müəllim,  təqsirləndirilən  rahibin  iĢtirakı  ilə  həyata  keçirilməli  olan  hərəkətin  onun  iĢtirakı 
olmadan həyata keçirilməsi əmri ədalətlidirmi? Belə əmr qanunidirmi? 
C:  Upali,  istənilən  ədalətli  əmr  hərəkətin  təqsirləndirilən  rahibin  iĢtirakı  ilə  həyata  keçirilməsini 
nəzərdə tutandır. Əgər o yoxdursa, belə əmr nə hüquqi, nə də intizam baxımından qanuni deyil və 
ağlabatan və yolverilən hədlərdən kənara çıxır. 
S: Müəllim, təqsirləndirilən rahibi sorğu-sual etməklə həyata keçirilməli olan hərəkətin onu sorğu-
sual etmədən həyata keçirilməsi əmri ədalətlidirmi? Belə əmr qanunidirmi? 
C:  Upali,  istənilən  ədalətli  əmr  hərəkətin  təqsirləndirilən  rahibi  sorğu-sual  etməklə  həyata 
keçirilməsini nəzərdə tutandır. Əgər onu sorğu-sual etmirlərsə, belə əmr nə hüquqi, nə də intizam 
baxımından qanuni deyil və ağlabatan və yolverilən hədlərdən kənara çıxır. 
Eyni prinsiplər yerdəki insanlara da tətbiq olunur: 
“Tələsik qərar verən Ģəxs ədalətli deyil. Müdrik insan nəyin düzgün, nəyin səhv olduğunu araĢdırır. 
Digər  insanları  güc  tətbiq  etmədən  ədalətli  və  düzgün  qərarlara  əsaslanaraq  idarə  edən  müdrik 
insanı “qanunun əsl keĢikçisi” adlandırırlar.”
83
 
Yaponiyanın  regent-Ģahzadəsi  ġotoku  TaiĢi  (b.e.  604-cü  ili)  buddizm  prinsipləri  əsasında  özünə 
aĢağıdakıları da daxil edən “On yeddi çıxıĢ” hazırlamıĢdır: 
“... iĢlərə baxarkən qərəzsiz ol. Sənin yanına Ģikayətlə gündə minlərlə insan gəlir. Əgər onların sayı 
bir  gün üçün bu qədər çoxdursa, onda bir  neçə  il ərzində nə qədər olacaq? Əgər qanuna  əsasən 
iĢlərə baxmalı olan insan yalnız Ģəxsi mənfəəti barədə düĢünürsə və iĢlərə yalnız rüĢvət almaq üçün 
baxırsa, onda varlının Ģikayəti sanki suya atılan bir daĢı, kasıbın Ģikayəti isə sanki daĢa rast gəlmiĢ 
suyu  xatırladacaq.  Belə  Ģəraitdə  kasıb  bilməyəcək  ki  hara  getsin.  Bu  isə  Nazirin  vəzifəsindəki 
çatıĢmazlıqları göstərir.”
84
 
 
Roma hüququ 
“On iki cədvəl” qanunlarında (e.ə. 450-ci il) belə bir norma var:
85
 
“Hakim öz qərarını günəĢ batana qədər qəbul etməlidir.” 
 
Çin hüququ 
Çinin tanınmıĢ mütəfəkkirlərindən və hörmətli hakimlərindən olan Hsun Tzu (təxminən e.ə. 312-ci 
il) yazırdı:
86
 
“Qərəzsizlik - təklifləri qiymətləndirərkən nəyin rəhbər tutulmalı olmasıdır. Ədalətlilik - onların nə 
ilə ölçülməli olmasıdır. Qanunun olduğu yerdə onu tətbiq et; qanunun olmadığı yerdə isə presedent 
və  ya  analogiyaya  uyğun  hərəkət  et  –  bu,  təkliflərə  qulaq  asmağın  ən  yaxĢı  yoludur.  TərəfkeĢlik 
etmək və kiməsə üstünlük vermək sənin edə biləcəyin ən pis Ģeydir. YaxĢı qanunların mövcud olduğu 
halda belə, dövlətdə qarıĢıqlığın olması mümkündür.” 
                                                 
82
 I.B. Horner (trans.), The Book of the Discipline (Vinaya-Pitaka), Vol. IV: Mahavagga or the Great Division IX, (London, 
Luzac & Co Ltd, 1962), pp. 466-468, cited in Jayawickrama, The Judicial Application of Human Rights Law, p. 7-8. 
83
 Dhammapada, verses 256, 257. 
84
 W.G. Aston (trans.), Nihongi, Chronicles of Japan from the Earliest Times to A.D. 697 (Kegan Paul, Trench, Trubner & Co., 
1896), cited in Weeramantry, An Invitation to the Law, pp. 249-250. 
85
  The  Civil  Law,  S.P.  Scott  (trans.)  (Cincinnati,  Central  Trust  Co.,  1932),  Vol.  1,  pp.  57-59,  cited  in  Weeramantry,  An 
Invitation to the Law, pp. 265-266. 
86
 Basic Writings of Mo Tzu, Hsun Tzu and Han Fei Tzu, Burton Watson (trans.) (Columbia University Press, 1967), p. 35, 
cited in Weeramantry, An Invitation to the Law, p. 253. 


Ondan  fərqli  olaraq,  kral  ailəsindən  olan  Ģahzadə  Han  Fay  Tzu  (təxminən  e.ə.  280-ci  il)  daha 
leqalist yanaĢma irəli sürmüĢdür:
87
 
“Təcrübəli  dülgər  xəttin  düz  olub-olmadığını  gözlə  müəyyən  edə  bilsə  belə,  ölçərkən  həmiĢə 
xətkeĢdən  istifadə  edir;  müdrik  insan  da  iĢləri  yalnız  öz  zəkası  ilə  həll  edə  bilsə  belə,  həmiĢə 
özündən əvvəlki kralların qanunlarına müraciət edir. XətkeĢlə düz xətt çəkmək olar; nivelirlə bütün 
əyri yerləri hamarlamaq olar; tərəzi ilə ağır və yüngül tarazlaĢdırıla bilər; ölçü stəkanı ilə lazımi 
miqdarı  əldə  etmək  olar.  Eyni  Ģəkildə  də  qanuna  yanaĢmaq  lazımdır    -  bütün  məsələlər  yalnız 
qanunun tələb etdiyi kimi həll edilməlidir. 
Nivelir əyriliyə yol vermədiyi kimi, qanun da yüksək mövqeyə malik Ģəxslər üçün heç bir istisnaya 
yol vermir. Qanunun nə diktə etdiyini nə müdrik, nə də cəsur insanlar mübahisələndirər. Təqsirkar 
hətta  nazir  olsa  belə  cəzalandırılacaqdır;  yaxĢılıq  edən  hətta  kasıb  kəndli  olsa  belə 
mükafatlandırılacaqdır. Ona görə də, yüksək vəzifəli Ģəxslərin səhvlərinin düzəldilməsi, tabeçilikdə 
olanların  xətalarının  cəzalandırılması,  qaydanın  bərpa  edilməsi,  pozuntuların  aĢkarlanması, 
pisliyin  aradan  qaldırılması  və  bütün  insanlara  aid  ümumi  standartların  müəyyən  edilməsi  üçün 
heç nə qanunla müqayisə oluna bilməz.” 
 
Afrika Hüququ 
Mənbələrdə qeyd olunur ki,
88
 Afrikada bəziləri Qədim Yunanıstan və Qədim Roma ilə eyni vaxtda, 
digərləri  isə  Avropa  orta  əsrlər  dövründə  yaranan  çoxsaylı  müxtəlif  sivilizasiya  və  hüquq  sistemləri 
mövcud  olmuĢdur.  Müxtəlif  hüquqi  konsepsiyaların  arasında  məntiqli  davranıĢla  bağlı  konsepsiya 
xüsusilə diqqəti cəlb edir. 
“Barotse  xalqının  məntiqli,  sağlam  düĢüncəli  insan  barədə  fikirləri  ikitərəflidir  –  ümumiyyətlə, 
məntiqli  insan  və  “konkret  vəzifəni  tutan  məntiqli  insan”.  Məsələn,  əgər  icma  Ģurasının  üzvü 
vəzifəsini  tutan  bir  Ģəxsin  vəzifəsinin  nüfuzuna  uyğun  olmayan  Ģəkildə  davrandığı  iddia  olunursa, 
hakimlər  həmin  Ģəxsin  müvafiq  vəziyyətdə  icma  Ģurasının  məntiqli  üzvünün  davranmalı  olduğu 
Ģəkildə  davranıb-davranmadığı  barədə  özlərinə  sual  verməlidirlər.  Ġcmanın  bu  cür  Ģəxsdən 
gözlənilən  davranıĢ  barədə  öz  fikirləri  var  –  yanına  gələn  Ģikayətçiyə  qarĢı  ləyaqətli,  səbrli  və 
nəzakətli  davranmalıdır.  ġikayətçiyə  oturmağı  təklif  etməyən  və  onun  Ģikayətinə  qulaq  asmayan 
Ģura  üzvü  barotselərin  gözündə  “sağlam  düĢüncəli  Ģura  üzvü”  deyil.  Beləliklə,  hakimlər  qərar 
çıxararkən icmada mövcud olan standartları nəzərə alırlar. Bu, yanaĢma tərzinin çevikliyini təmin 
edir,  çünki  müasir  həyatın  Ģərtlərini  nəzərə  almaqla  qədim  standartlara  yenidən  baxıla  bilər. 
Ümumi  hüquq  sisteminə  nisbətən  gec  daxil  olan  məntiqli,  sağlam  düĢüncəli  insan  konsepti  ona 
ənənəvi Afrika hüququna xas çeviklik versə də, bu konsepsiya ümümi hüquqda hələ tam Ģəkildə öz 
təsdiqini tapmamıĢdır.” 
 
Yəhudi hüququ 
AĢağıdakı mətn məĢhur yəhudi alimi MoĢe ben Maymonun (1135-1205-ci illər) “MiĢna Tövrat”
89
  
əsərindəndir. 
1. Allah hər hansı səlahiyyətli yəhudi məhkəməsi ilə bir yerdədir. Ona görə də, hakimlər məhkəmə 
iclaslarını saçaqlarla haĢiyələnən mantiyaları geyinmiĢ Ģəkildə, qorxu və ehtiramla və ən ciddi 
qaydada keçirməlidirlər. Onlara özlərini yüngül aparmaq, zarafat etmək və ya boĢ-boĢ danıĢmaq 
qadağan edilir. Onlar bütün diqqətlərini Tövrat və müdriklik məsələlərinə yönəltməlidirlər.  
2.  Hakimliyə  bu  vəzifəyə  layiq  olmayan  (əxlaqi  səbəblərə  görə)  və  ya  hakim  olmaq  üçün  Tövratı 
lazımi  səviyyədə  bilməyən  Ģəxsi,  hətta  o,  bütün  digər  münasibətlərdə  xoĢagələn  insan  olsa  və 
heyranedici  xüsusiyyətlərə  malik  olsa  belə,  təyin  edən  sanhedrin  və  ya  kral  qadağanı  pozur, 
                                                 
87
 Yenə orada, səh. 253-254. 
88
 Weeramantry, An Invitation to the Law, pp. 35-36.
 
89
 I. Twersky (ed.), A Maimonides Reader (Behram House Inc., 1972), pp. 193-194, cited in Weeramantry, An Invitation to the 
Law, pp. 257-258. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə