H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

6.3.  Hakim  öz  biliklərinin  qorunması  və  geniĢləndirilməsi,  bu  məqsədlərlə  müvafiq  təlim 
vasitələrindən  və  məhkəmə  nəzarəti  Ģəraitində  hakimlərə  əlçatan  olan  digər  imkanlardan 
istifadə  etməklə,  vəzifələrinin  lazımınca  icra  edilməsi  üçün  zəruri  olan  iĢ  təcrübəsi  və  Ģəxsi 
keyfiyyətlərinin təkmilləĢdirilməsi  üçün ağlabatan tədbirlər görməlidir. 
 
ġərh 
 
Hər bir hakim sonrakı peĢə hazırlığı üçün imkanlardan istifadə etməlidir.   
199. Məhkəmə orqanlarının müstəqilliyi hakimlərə müəyyən hüquqlar verir, lakin eyni zamanda onların 
üzərinə etik xarakterli vəzifələr qoyur ki, bunlardan biri də öz hakimlik səlahiyyətlərini peĢəkarcasına və 
lazımi  qaydada  icra  etməkdir.  Bu  o  deməkdir  ki,  hakim  sonrakı  təlim  və  hazırlıq  üçün  istifadə  etməyə 
borclu  və  haqlı  olduğu  imkanların  mövcudluğu  hesabına  əldə  edilən,  saxlanılan  və  müntəzəm  olaraq 
artırılan  peĢə  ixtisasına  malik  olmalıdır.  Hakimin  ona  həvalə  olunan  vəzifələri  tam  Ģəkildə  icra  edə 
bilməsi üçün bu vəzifəyə elə ilk təyinatdaca mövcud peĢə təcrübəsinə uyğun hərtərəfli və müxtəlifyönlü 
təlim hazırlığı keçməsi arzuolunan və zəruridir. Hakim maddi və prosessual hüququn aspektləri ilə yanaĢı, 
hüququn və məhkəmələrin cəmiyyət həyatına təsiri məsələlərindən də xəbərdar olmalıdır.  
200. Hakim təkcə hüquq sahəsində deyil, cəmiyyət üçün mühüm və aktual olan digər sahələrdə də geniĢ 
və dərin biliyə malik olarsa; məhkəmə prosesinin bütün iĢtirakçılarına lazımi münasibət göstərməklə, onu 
iĢləri  həll  etməyə  qabil  edən  Ģəxsi  keyfiyyətlər  və  intellekt  (məhkəmə  iclası  zamanı  və  məhkəmədən 
kənarda)  nümayiĢ  etdirərsə,  vətəndaĢların  məhkəməyə  olan  inamı  daha  da  artar.  PeĢə  hazırlığı  hakim 
tərəfindən  öz  məhkəmə  funksiyalarının  obyektiv,  qərəzsiz  və  səriĢtəli  icra  edilməsi  üçün  və  hakimlərin 
lazım  olmayan  təsirlərdən  qorunması  baxımından  birinci  dərəcəli  əhəmiyyətə  malikdir.  Buna  görə  də, 
indiki dövrdə hakim bu vəzifəyə təyin edilməsi zamanı gender probleminə, irq, yerli mədəniyyətlər, din 
və  inancların  müxtəlifliyi,  seksual  orientasiya,  HĠV/QĠÇS-ə  yoluxma,  əlillik  və  sair  məsələlərə  həssas 
yanaĢma kimi aspektləri əhatə edən təlim kursları çərçivəsində hazırlıq keçməlidir. Əvvəllər belə hesab 
olunurdu ki, hakim bu cür bilikləri vəkil kimi iĢlədiyi dövrdə qazanır. Lakin təcrübə belə təlimlərin necə 
faydalı  olduğunu  -  xüsusilə,  hakimlərə  gələcək  fəaliyyətlərində  üzləĢə  biləcəkləri  həmin  məsələlərə 
düzgün  yanaĢmağa kömək etməsi baxımından, bu cür qruplara və azlıqlara mənsub Ģəxslərə hakimlərlə 
birbaĢa əlaqəyə girmək, onlarla birlikdə dinləmələrin aparılması imkanlarının təmin edilməsinin mühüm  
əhəmiyyət daĢıdığını göstərdi. 
201. Təlimlər yalnız peĢəkar karyerasının baĢlanğıcında vəzifəyə təyin olunan və əsasən universitetlərdə 
keçilən  təlimlərdə  iĢtirak  edən  hakimlər  üçün  deyil,  həm  də  ən  yaxĢı  və  ən  təcrübəli  hüquqĢünaslar 
arasından seçilən hakimlər üçün zəruridir. “YaxĢı vəkil pis hakim, babat vəkil isə yaxĢı hakim ola bilər. 
Qiymətləndirmənin  keyfiyyəti  və  məhkəmədə  özünü  aparmaq  manerası  hüquq  məsələlərində  məlumatlı 
olmaqdan daha çox əhəmiyyətli ola bilər”.
73
 
 
Hakimlərin peĢə hazırlığı proqramının məzmunu 
202.  Hakim  vəzifələrinin  icrası  -  həm  iĢə  təzə  baĢlayan  gənc  hakim,  həm  də  təcrübəli  sabiq  vəkil  üçün 
yeni fəaliyyət sferası olmaqla, bir çox məsələlərə, xüsusilə hakimlərin peĢə etikası, məhkəmə prosesinin 
və  məhkəmə  araĢdırmasında  iĢtirak  edən  bütün  Ģəxslərlə  qarĢılıqlı  münasibətlərin  xüsusiyyətləri 
məsələlərinə  xüsusi  yanaĢmanı  nəzərdə  tutur.  Yeni  hakimlərin  peĢə  təcrübəsinin  səviyyəsindən  asılı 
olaraq, təlim hazırlığı yalnız məhkəmə iĢlərinə baxılmasının üsul və metodlarının öyrədilməsindən ibarət 
olmalı  deyil,  həm  də  cəmiyyətin  sosial  problemləri  barədə  məlumatlı  və  ictimai  həyatın  mürəkkəbliyini 
və  çoxĢaxəliyini  əks  etdirən  müxtəlif  məsələlər  haqda  hərtərəfli  anlayıĢa  malik  olmağın  zəruriliyini 
nəzərə  almalıdır.  Digər  tərəfdən,  müvafiq  təlim  proqramlarını  hazırlayarkən  hakimlərin  seçilməsi 
metodlarının konkret xüsusiyyətlərini də nəzərə almaq vacibdir. Təcrübəli vəkilə yalnız yeni peĢəsi üçün 
zəruri olan məsələlərlə bağlı təlim keçilməlidir. O, məhkəmə prosesi, sübutların sistemi, məhkəməyə aid 
                                                 
73
 Sir Robert Megarry VC, „The Anatomy of Judicial Appointment: Change But Not Decay‟, The Leon Ladner Lecture for 
1984, 19:1 University of British Columbia Law Review, 113 at 114. 


adət  və  tələblər  barədə  qənaətbəxĢ  biliklərə  malik  ola  bilər.  Lakin  həmin  Ģəxs  heç  vaxt  HĠV/QĠÇS-ə 
yoluxmuĢ  Ģəxslə  rastlaĢmamıĢ  ola  və  ya  bu  cür  Ģəxslərin  xüsusi  hüquqi  və  ya  digər  tələbatları  barədə 
fikirləĢməmiĢ  ola  bilər.  Bu  mənada,  peĢə  təlimi  onun  üçün  yenilik  ola  bilər.  Bir  çox  ümumi  (anqlo-
sakson) hüquq sistemli ölkələrdə nisbətən yeni olsa da, təcrübə göstərir ki, hakimlərin belə peĢə hazırlığı 
məhkəmə  sisteminin  özü  tərəfindən  nəzarət  edildiyi  təqdirdə  yeni  hakimlər  üçün  çox  faydalı  ola  və 
onların hakim kimi uğurlu karyerasının möhkəm təməlini qoya bilər.  
 
Məhkəmə orqanlarının bütün səviyyələrində ixtisasartırma kursları 
203.  Öz  məhkəmə  karyerasının  baĢlanğıcında  əldə  etməli  olduğu  əsas  biliklərdən  əlavə  hakim  bu 
biliklərini  daim  geniĢləndirməyə  və  dərinləĢdirməyə  çalıĢmalıdır.  Qanunvericilik  və  texnologiyalardakı 
mütəmadi dəyiĢikliklər, həmçinin bir çox ölkələrdə hakimin üzərinə yeni vəzifəyə keçməsi zamanı yeni 
vəzifələrin həvalə oluna bilməsi hakimlərin peĢə hazırlığını həyati zəruri edir. Ona görə də, ixtisasartırma 
proqramları  xidməti  karyerada  dəyiĢikliklər  olduğu  halda,  məsələn,  cinayət  məhkəməsindən  mülki 
məhkəməyə  və  ya  əksinə  keçdikdə,  xüsusi  yurisdiksiyada  (məsələn,  ailə  və  ya  yetkinlik  yaĢına 
çatmayanlarla  bağlı  iĢlər  üzrə  məhkəmələrdə)  vəzifəyə  təyin  olunduqda  və  ya  məhkəmənin,  yaxud 
məhkəmə  kollegiyasının  sədri  vəzifəsini  qəbul  etdikdə,  təlim  imkanlarını  təmin  etməlidir.  Daimi 
ixtisasartırma imkanları məhkəmə orqanlarının bütün səviyyələrində təmin olunmalıdır. Ġmkan daxilində 
məhkəmə sisteminin bütün instansiyalarının nümayəndələri birgə məĢğələlərdə iĢtirak etməlidirlər ki, bu 
da  onların  fikir  mübadiləsini  təmin  etməklə  yanaĢı,  bütün  instansiyalardan  olan  hakimlərin  bir-birinin 
problemləri  və  narahatlıqları  barədə  məlumatlanmasına  imkan  verməklə  və  məhkəmə  sisteminin  bütün 
səviyyələrində ardıcıllığın və birliyin təmininə yardım etməklə, həddindən artıq ciddi ierarxik baryerlərin 
aradan qaldırılmasına kömək edir. 
 
Hakimlərin peĢə hazırlığına məhkəmə orqanları cavabdehlik daĢımalıdır. 
204.  Zəruri  resursların  təmin  edilməsi  və  müvafiq  xərclərin  ödənilməsi  -  zərurət  olduqda,  beynəlxalq 
birliyin dəstəyi ilə - dövlətin vəzifəsi olsa da, hakimlərin peĢə hazırlığının təĢkil edilməsi və ona nəzarət 
olunmasında məhkəmə orqanları əsas rol oynayır və ya buna görə cavabdehlik daĢıyır. Hər bir ölkədə bu 
funksiyanın həyata keçirilməsi ədliyyə nazirliyinə və ya icra və ya qanunvericilik hakimiyyətinə tabe olan 
digər orqana deyil, məhkəmə sisteminin özünə, yaxud, məsələn, məhkəmə komitəsi kimi digər müstəqil 
orqana  həvalə  olunmalıdır.  Hakimlərin  assosiasiyaları  da  fəaliyyətdə  olan  hakimlərin  ixtisaslarının 
artırılması  üçün  müvafiq  imkanların    təmin  edilməsində  mühüm  rol  oynaya  bilər.  Müasir  cəmiyyətin 
mürəkkəbliklərini  nəzərə  alaraq,  hakimin  məhkəmədə  demək  olar  ki  hər  gün  iclas  keçirməklə,  üzləĢə 
biləcəyi  bütün  problemləri  optimal  Ģəkildə  həll  etməyə  hazır  olacağını  düĢünmək  olmaz.  Ġnformasiya 
sistemlərindəki texnoloji dəyiĢikliklər hətta yüksək ixtisaslı hakimləri belə müvafiq peĢə hazırlığı zərurəti 
ilə qarĢı-qarĢıya qoymuĢdur ki, onlara bu imkanın yaradılması təmin edilməlidir.  
 
PeĢə  hazırlığına  məsul  orqan  hakimlərin  intizam  icraatına  və  ya  təyinatına  məsul  orqanlardan 
ayrıca fəaliyyət göstərməlidir.  
205. Səlahiyyətlərin düzgün bölüĢdürülməsini təmin etmək üçün hakimlərin peĢə hazırlığına məsul orqan 
onların  intizam  icraatına  və  ya  təyinatına  və  xidmətdə  yüksəliĢinə  məsul  orqanlardan  ayrıca  fəaliyyət 
göstərməlidir.  Hakimlərin  peĢə  hazırlığı  məhkəmə  orqanlarının  və  ya  digər  müstəqil  orqanın  nəzarəti 
altında hakimlərlə məsləhətləĢmələr əsasında peĢə hazırlığı proqramlarını hazırlamağa və onların tətbiqini 
təmin etməyə imkan verən Ģəxsi büdcəyə malik  xüsusi avtonom qurum tərəfindən həyata keçirilməlidir. 
Təlimlərin  hər  bir  sahə  üzrə  hakimlər  və  ekspertlər  tərəfindən  keçilməsi  çox  mühümdür.  Müəllimlər 
hakimlərin  peĢə  hazırlığına  məsul  orqanın  öz  peĢəsində  ən  yaxĢı  olan  nümayəndələri  arasından  onların 
keçilən mövzular üzrə bilikləri və pedaqoji iĢ qabiliyyətləri nəzərə alınmaqla diqqətlə seçilməlidir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə