72
Foto 6.Böyrək patologiyası olan hamilə qadına aid cift toxumasında əsasən
damarətrafı sahələri əhatə edən kollagen proliferasiyası (boyaq: hematoksilin-eozin;
böyütmə: ×40)
CIFT VENALARINDA DOLUQANLILIQ
Venoz qanın damarlarda toplanması nəticəsində toxumalarda hipoksiya və
buna müvafiq olaraq işemik dəyişikliklər yaranır. Bu səbəbdən toxumada damarların
vəziyyəti mühüm morfoloji əlamət hesab edilir. Doluqanlı damarlar hematoksilin və
eozin ilə boyanmış preparatlarda ciftin stromasında, mənfəzində narıncı rəngli
eritrositlər olan, ətrafında çəhrayı rəngli damar divarı ilə əhatə olunmuş strukturlardır.
Arterial damarlardan fərqli olaraq venaların divarı daha incə olması ilə fərqlənir.
Foto 7 A - Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında bəzi
venoz damarlarda zəif dərəcli doluqanlılıq (boyaq: hematoksilin-eozin; böyütmə:
×100); B – Böyrək patologiyalı hamilə qadına aid cift nümunəsində ekatatik
genişlənmiş venoz damarlar, damarətrafı fibroz və fokal nekroz sahəsi (boyaq:
hematoksilin-eozin; böyütmə: ×40).
Venoz doluqanlılıq da digər parametrlər kimi 4 dərəcə ilə qiymətləndirilir:
venoz doluqanlılıq qeydə alınmayan nümunələr 0; bəzi venalarda dolqanlılıq olan
nümunələr 1 (Foto 7A); əksər venalarda doluqanlılıq olan nümunələr 2 (Foto 7 B);
əksər venalarda doluqanlılıq olan, bununla yanaşı damarətrafı qansızmalar və
hemosiderin topantıları qeydə alınan nümunələr isə 3 bal ilə qiymətləndirilmişdir.
73
CIFT TOXUMASININ ÖDEMI
Bu parametr əksər vaxtlar venoz doluqanlılıq təsadüf edilən cift nümunələrində
qeydə alınır. Qan durğunluğu ilə əlaqədar olaraq toxumalarda plazmanın toplanması
ödem şəklində özünü biruzə verir. Hipoksiyaya məruz qalan ciftlərdə ödem ən çox
rast gəlinən əlamətlərdən biridir. Cift toxumasında ödem adətən damarətrafı
sahələrdə və terminal xovların stromasında müəyyən edilir. Tədqiqata cəlb edilən cift
nümunələrində ödemin olmaması 0 bal, terminal xovların 10%`də ödemin olması 1
bal (Foto 8 A), terminal xovların 10-50%`də ödemin olması 2 bal, terminal xovların
50%`dən çoxunda ödemin olması isə 3 bal (Foto 8B) ilə qiymətləndirilmişdir.
Foto 8A - Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında
bəzi xovlarda zəif dərəcəli ödem və xovlararası sahədə az miqdarda fibrin lifləri
müəyyən edilir (boyaq: hematoksilin-eozin; böyütmə: ×100); B – Böyrək
patologiyası olan hamilə qadına aid cift nümunəsində terminal xovlarla yanaçı lövbər
xovlarda geniş ödem sahələri (boyaq: hematoksilin-eozin; böyütmə: ×100).
CIFTDƏ DEGENERATIV DƏYIŞIKLIKLƏR
Cift toxumasında degenerativ dəyişikliklərdən ən çox təsadüf olunanı distrofik
kalsinoz və hialinozdur. Bəzi hallarda ödem ilə trofoblastlarda hidropik distrofiya da
müaşhidə edilə bilər. Mikroskopik müayinədə distrofik kalsinoz tünd bənövşəyi
rəngli qalın sahələr şəklində, terminal xovların arasında və ya lövbər xovların
stromasında görünə bilər. Hialinoz isə çəhrayı homogen sahələr şəklində, ciftin geniş
74
birləşdirici toxuma olan nahiyələrində qeydə alınır. Bu parametrlərin rast
gəlinməməsi 0 bal, fokal olaraq tək ocaq şəklində görünməsi 1 bal, birdən çox sahədə
az miqdarda rast gəlinməsi 2 bal, yayılmış şəkildə əksər sahələrdə qeydə alınması 3
bal ilə qiymətləndirilmişdir (Foto 9A və 9B).
Foto 9A – böyrək patologiyası olan hamilə qadına aid cift nümunəsində lövbər xovda
yayılmış hialinoz (boyaq: hematoksilin-eozin; böyütmə: ×100); B - böyrək
patologiyası olan hamilə qadına aid cift nümunəsində çoxsaylı distrofik kalsinoz
ocaqları (boyaq: hematoksilin-eozin; böyütmə: ×40).
XOVLARARASI SAHƏDƏ FIBRIN LIFLƏRIN TOPLANMASI
Ciftdə terminal xovların arasında az və ya çox miqdarda fibrin liflərin
çöküntüsü müşahidə edilir. Əsasən ciftin hipoksiyası zamanı müşahidə edilən bu
dəyişiklik bəzən hətta normal ciftlərdə də görünə bilir. (Foto 10).
75
Foto 10.Böyrək patologiyası olan hamilə qadına aid cift nümunəsində
xovlararası sahədə bol miqdarda fibrin depozitləri (boyaq: hematoksilin-eozin;
böyütmə: ×100).
Mikroskopik müayinədə terminal xovların arasındakı sahələrdə homogen
çəhrayı rəngə boyanmış, diqqətlə baxdıqda incə lifli arxitektura ilə seçilən strukturlar
xarakterikdir.
HAMILƏ QADINLARDA BÖYRƏKLƏRIN XƏSTƏLIKLƏRININ
PROFILAKTIKASI TƏDBIRLƏRININ IŞLƏNIB HAZIRLANMASI
Müasir mərhələdə sidik-ifrazat sistemi orqanlarının birincili profilaktikasının
– fərdi, ailə və populyasiya səviyyəsində təzahür edən risk amillərinin erkən aşkar
edilməsinə əsaslanmış - təşkilati-metodik məsələlərinin həll edilməsi aktual olaraq
qalır. Bundan başqa, son illər hamilə qadınlar arasında xronik xəstəliklərin
strukturunda böyrəklərin patologiyasının (xüsusilə sidik-ifrazat sistemi orqanlarının
zədələnmələri ilə şərtlənmiş) xüsusi çəkisinin artması baş verir. Bir qayda olaraq,
onlar çox gec, artıq böyrəklərin funksiyalarının dərin dəyişiklikləri mərhələsində
aşkar edilir, bəzən də erkən vaxtda əlillik və letal nəticələrlə başa çatır.
76
Hamilə qadınlar arasında sidik-ifrazat sistemi orqanlarının xəstələnmə
səviyyəsinin azaldılmasına yönəldilmiş müalicə-bərpaedici və profilaktika
tədbirlərinin təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış kompleks
proqramın hazırlanması zərurəti hazırkı tədqiqatların aparılması üçün zəmin
olmuşdur.
Müayinələrin yekun mərhələsində hamilə qadınlarda böyrəklərin mövcud
profilaktikası sisteminin təhlili aparılmışdır. Əldə olunmuş məlumatların
epidemioloji təhlilinin nəticələrinin sayəsində əsas, ağırlaşmış və yanaşı diaqnozlar
(xəstəliklərin 10-cu baxış Beynəlxalq təsnifatına əsasən qoyulmuş) da nəzərə
alınmaqla hər nefroloji xəstəlik hadisəsinin qeydə alınması məsləhət görülür.
«Böyrəklərin xronik xəstəliyi» diaqnozu (mütləq onun dərəcəsi təyin edilməklə)
qoyulmalıdır.
Profilaktika proqramı üzrə aparılan tədbirlər hamilə qadınlarda hazırkı
müayinələrin sayəsində təyin edilmiş böyrək xəstəliklərinin formalaşmasının risk
amillərinə təsir göstərilməsini nəzərə tutur. Müasir dövrdə böyrəklərin xronik
xəstəliklərinə şərait yaradan məlum risk amillərindən əksəriyyəti potensial aradan
qaldırıla bilər və onlarla mübarizə yumaqcıq filtrasiyasının saxlanmış və ya cüzi
azalmış sürət həcmində xüsusilə səmərəlidir.
Həyat keyfiyyətinin göstəriciləri həkimə müalicənin gedişini izləməyə və onun
nəticəsini proqnozlaşdırmağa, yeni metodların tətbiqinin nəticələrini, həmçinin
müxtəlif farmakoloji preparatların klinik effektivliyini qiymətləndirməyə imkan verir.
Həyat keyfiyyətinin dəyişilməsi heç də həmişə klinik yaxşılaşma ilə paralel getmir.
Bununla belə, məhz həyat keyfiyyəti müalicənin uğurunu və xəstəliyin proqnozunu
təyin edir.
Ənənəvi olaraq tibb elmi və təcrübəsində xəstəliyin biotibbi aspektlərinin:
xəstənin vəziyyətini xarakterizə edən və müalicənin nəticələrini əks etdirən klinik və
metabolik parametrlərin öyrənilməsinə diqqət verilmişdir. Lakin kəskin xəstəlik
üçün vacib və kafi olmasına rəğmən xronik xəstəliklər zamanı ön plana xəstənin
həyatına onların təsir xüsusiyyətləri, onun psixi və sosial statusu - həm öz
xəstəliyinə, həm də müalicənin nəticələrinə münasibətdə - çıxır.
77
Biotibbi sağlamlıq modelin əvəzinə biopsixososial model gəlir, onun
mərkəzində xəstə bir şəxsiyyət kimi durur – xəstəliyə dair öz subyektiv təsəvvürləri,
qorxuları və həyəcanları, öz şəxsi müşahidələri və təcrübəsi ilə birlikdə. Özü də
xəstəlik təkcə fərdin özünə deyil, həm də onun ailəsinə, iş yoldaşlarına təsir göstərir.
Həyat keyfiyyətinin öyrənilməsi məqsədilə yaradılmış metodikaların
əksəriyyəti fiziki və psixi vəziyyətlərin, sosial məhdudiyyətlərin öyrənilməsini, rol
fəaliyyətini və öz vəziyyətinin subyektiv qavranmasını nəzərdə tutur. Həyat
keyfiyyətinə həmçinin xəstənin yaşı, cinsi, sosial-iqtisadi vəziyyəti, əmək
fəaliyyətinin növü, dini fikirləri, mədəni səviyyəsi təsir edir. Xəstələrin həyat
keyfiyyətinə xəstəliyin təsirinin öyrənilməsi - bu və ya digər xəstəliyin nəticəsində
baş verən məhdudiyyətlərin xəstələr tərəfindən özbaşına qiymətləndirilməsinin
öyrənilməsinə əsaslanmışdır. Belə məlumatların əldə olunması sorğu vasitəsilə, anket
və ya sorğu vərəqələrinin, testlərin və ya şkalaların xəstələrin özləri və ya tibb heyəti
tərəfindən doldurulması ilə mümkündür.
Yanaşı gedən patologiya BP-nin klinik gedişinin ciddi ağırlaşması (xəstələrin
həyat keyfiyyətini ağırlaşdıran) sayılır - onlara ürək-damar sisteminin, sidik-ifrazat,
endokrin sistemin xəstəlikləri, qidalanma pozulmaları və maddələr mübadiləsinin
pozulması aiddir, bu isə fiziki aktivliyin xeyli məhdudlaşmasını, peşə və məişət
qayğılarının yerinə yetirilməsi zamanı funksional imkanların azalmasını göstərir.
Ambulator-poliklinika müəssisələrində müşahidə altında saxlanan BP olan hamilə
qadınlarda müalicə-profilaktika tədbirlərinin və bərpaedici proqramların müntəzəm
yerinə yetirilməsi psixoloji salamatlıq fonunda həyat keyfiyyətinin əksər fiziki
meyarlarının optimallaşmasına imkan verir.
Beləliklə, BP olan hamilə qadınlarda HK-nin aşkar olunan fərdi xüsusiyyətləri
aparılan müalicənin effektivliyinin qiymətləndirilməsi zamanı istifadə edilə bilər. BP-
nin tam nəzarətdə saxlanması BP olan hamilə qadınların həyat keyfiyyətinin fiziki,
sosial, psixoemosional tərkib elementlərinə müsbət təsir göstərir və onu sağlam
şəxslərin həyat keyfiyyətinə yaxınlaşdırır. İlk dəfə olaraq Bakı şəhərində BP olan
hamilə qadınlarda xüsusi SF-36 sorğu vərəqi vasitəsilə həyat keyfiyyətinin aşağı
78
səviyyəsi müəyyən olunmuş və öyrənilmiş, müalicənin dinamikasında onun
yaxşılaşdırılması üzrə metodlar işlənib hazırlanmışdır.
IXTISARLARIN SIYAHISI
AFP - alfa- fetoprotein
AS – amniosentez
AFS – antifosfolipid sindrom
AOS - antioksidant sistem
AOM – antioksidant müdafiə
BPÖ – biparietalölçü (dölünbaşının)
AİQ – anadangəlmə inkişaf qüsurları
DBİL – dölün bətndaxili inkişafının ləngiməsi
KÇOİX- kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
LHP - lipidlərin hidroperoksidləri
HSQ–histerosalpinqoqrafiya
YFS- yumaqcıq filtrasiyasının sürətinin
DN – diabetiknefropatiya
DDL- sindrom - disseminasiyalı damardaxili laxtalanma sindromu
BU – budun uzunluğu
DNT – dezoksiribonuklein turşusu
MBY – mədə-bağırsaqyolu
KT - kompütertomoqrafiyası
KUR – kompensator-uyğunlaşma reaksiyaları
KTQ – kardiotokoqrafiya
TQV – turşu-qələvivəziyyəti
LPS – lipopolisaxarid
SİY – sidik-ifrazıyolları
SDX – sidikdaşı xəstəliyi
TDH – tənəffüsün dəqiqəlik həcmi
UDQ - uşaqlıq-dölqandövranı
UCS - uşaqlıq-ciftsahəsi
MRT - maqnit-rezonanstomoqrafiya
H.H. – hestasiya həftəsi
AMH – aşağı molekullu heparinlər
NL - neytrallipidlər
HLA – insanın leykositar antigenləri
KRVİ - kəskin respirator virus infeksiyaları
DS - dölyanı sular
KRX - kəskin respirator xəstəlik
QD – qarındairəsi
OƏ – oksidləşmə əmsalı
QOM-test – qranulositlərin oksidləşmə metabolizmi
CÇ – cift çatışmazlığı
79
BP – böyrək patologiyası
NYCVA – normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması
PNL – polimorf nüvəli leykositlər
SAT – sistolik arterial təzyiq
SDO – sistolo-diastolik nisbət
QZ
- qan zərdabı
SRO - sərbəst radikallı oksidləşmə
DEBA (VEGF) - damar-endotelial böyümə amili
SOD - super oksidismutaza
TBA – transformasiyaedən böyümə amili
USM – ultrasəs müayinəsi
XBP- xronik böyrək patologiyası
XP – xronik pielonefrit
XQ – xronik qlomerulonefrit
DXBDH – dölün xronik bətndaxili hipoksiyası
XQT – xorionikqonadotropin
KLS- kasacıq-ləyən sistemi
ÜYT – ürək yığılmalarının tezliyi
MSS – mərkəzi sinir sistemi
sAMF – siklik adenozin mono fosfat
DİK – dövredən immun kompleks
FL - fosfolipidlər
FPK - feto-plasentar kompleks
FPÇ - feto-plasentar çatışmazlıq
FPS – fetoplasentar sistem
ŞNA – şişin nekrozu amili
EKQ - elektrokardioqrafiya
EXO-KQ - exokardioqrafiya
EU – ekskretor uronefroqrafiya
80
ƏDƏBİYYAT:
1.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi. Doğum evlərində (şöbələrində)
doğuşayardım işinin təşkili üzrə metodik təlimat. Bakı, 2013.
2.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi. Vaxtindan əvvəl doğuşlar üzrə
klinik protokol Bakı, 2011, 16 səh.
3.
BağırovaH. “Mamalıq”. AzərbaycanTibbUniversiteti, TəbibNəşriyyatı, Bakı,
2007, 367 səh.
4.
Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol. B.:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TTTQBZ, 2008, 20 səh.
5.
Məmmədov C., Əliyeva F., Əliyeva E., Axundova N., Məmmədova L.,
Bədəlova A., Qəhrəmanova F., Babayeva A., Hüseynova G. Vaxtından əvvəl
doğuşlar üzrə klinik protocol, Bakı, 2011, 16 səh.
6.
Məmmədov C., Əliyeva F., Tağıyeva İ., Məmmədova L., Bədəlova A.,
Rəhimova Ş., Qazıyeva S. Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika
və müalicəsi üzrə klinik protocol, Bakı, 2011, 19 səh.
7.
Məmmədov C., Əliyeva F., Abışov N., Əliyeva E., Həsənova M., Qurbanova
V., Vəzirova R., Şəmsəddinskaya N., Quliyeva G., Orucova L. Hamiləlik dövründə
trombofilik ağırlaşmalar üzrə klinik protokol. Bakı, 2013, 28s.
8.
Məmmədov C., Əliyeva F., Axundova N., Əliyeva E., Məmmədova L.,
Bədəlova A., Qəhrəmanova F., Babayeva A., Hüseynova G. Normal doğuş üzrə
klinik protokol. Bakı, 2012. 24 səh.
9.
Tağıyev N.Ə. Neonatologiya: dərslik / ATİ. B.: Çaşıoğlu, 2008, 536 səh.
10.
Безнощенко Г.Б. Беременность и пиелонефрит. Омск, 2006, 178 с.
11.
Волков А.Е. Ультразвуковая диагностика в акушерстве и гинекологии.
Ростов-на-Дону, Феникс, 2007, 477 с.
12.
Гайтон А.К., Джон Э. Холл. Медицинская физиология. М: Логосфера
2008, 1256с.
13.
Иванов Д.Д. Лекции по нефрологии . Донецк: издатель Заславский А. Ю.,
2010, 200 с.
81
14.
Лопатин Н.А. Урология. М: ГЭОТАР-Медиа, 2007; 368с.
15.
Максимова А.С. Заболевания почек. Санкт-Петербург, Феникс, 2007,
256с.
16.
Медведев М.В. Алгоритмы пренатальной диагностики: Учеб. пособие
.М.: «Реальное Время», 2005, 168с.
17.
Мухин Н.А. Нефрология: национальное руководство. М.: Гэотар-Медиа,
2009, 720 с.
18.
Тареева И.Е. Нефрология: рук.для врачей. М.: Медицина, 2007, 688 с.
19.
Харкевич О.Н., Лискович В.А., Шишко Г.А. Методические
рекомендации.
Алгоритмы
анализа
эффективности
акушерской
и
перинатальной служб в лечебно-профилактических учреждениях республики.
М., 2006, 20 с.
20.
Шехтман М.М. Руководство по экстрагенитальной патологии у
беременных. М.: Триада, 2003, 816 с.
21.
Шехтман М.М. Акушерская нефрология. М.: Триада - X, 2010, 256 с.
22.
Шехтман М.М., Павлов В.В. , Линева О.И. Почки и беременность.
Самара: ГП Перспектива, 2007, 256 с.
23.
Шрайер Р.В. Руководство по нефрологии. Пер. с англ. Под ред. Н.А.
Мухина. М: ГЭОТАР-Медиа, 2009; 547с.
24.
Экстрагенитальная патология и беременность. Под ред Л.С. Логутовой.
М: Литтерра, 2012, 431с.
25.
Энкин М. Т. Руководство по эффективной помощи при беременности и
рождении ребенка: СПб.: ИД «Петрополис», 2009, 240с.
82
MÜNDƏRİCAT:
Hamilə
qadinlarda
böyrək
patologiyasi
probleminin
müasir
vəziyyəti...............................................
Böyrəklərin müxtəlif xəstəlikləri zamanı hamiləlik və doğuşlar...................
Pielonefrit.............................................................................................
Qlomerulonefrit...........................................................................
Sidikdaşixəstəliyi........................................................................................
Hidronefroz....................................................................................................
Böyrəklərin anomaliyasi........................................................................................
Simptomsuz bakteriuriya...........................................................................................
Böyrək
patologiyası zamanı hüceyrə membranlarının struktur-funksional
dəyişiklikləri.........................................................................................................
Böyrək patologiyası olan qadınlarda hamiləliyin və doğuşların aparılmasının ümumi
prinsipləri................................................................................................
Hestasiya zamanı sidik-ifrazat sisteminin (SİS) infeksiyalarının laborator
diaqnostikası.......................................................................................................
Hamiləlik zamanı SİS-nin infeksiyalarının diaqnostikası zamanı aparılan instrumental
müayinələr.....................................................................................
Hamiləlik zamanı SİS-nin infeksiyalarının profilaktikası və müalicəsi......
Bakı şəhərində hamilə qadınlarda böyrəklərin patologiyası ilə xəstələnmənin
strukturu........................................................................................................
Böyrək patologiyasi olan hamilələrə aid cift nümunələrinin histopatoloji
xüsusiyyətləri...................................................................................................................
Hamilə qadınlarda böyrək xəstəliklərinin profilaktikası............................
İxtisarlarin siyahisi...........................................................................
İstifadə olunmuş ədəbiyyatin siyahisi...................................
Dostları ilə paylaş: |