H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə235/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   232   233   234   235   236   237   238   239   240

məsini  təmin  etmək  məqsədilə  onların  üzərində  nəzгırətin  gücləndirilməsi  uğ-  runda 

alimlərin  beynəlxalq  hərəkatı  genişlənir.  Bəşəriyyətin  taleyi,  sivilizasiyanın  gələcəyi 

mənafeləri  elmi-texniki  nailiyyətlərin  etik  normaları  və  dəyərlərlə  uyğunlaşdırılmasma 

diqqəti  artırmağı  tələb  edir.  Elmi  tədqiqatların  humanist  ideallarla  birləşdirilməsi 

zəruriliyinin başqa bir alternativi yoxdur. Elmi idrak ilə humanist, etik prinsiplərin üzvi 

şəkildə əlaqələndirilməsi sosial tərəqqinin gələcək inkişafınm rəhnlcfir. 



3.

 

Müasir dövrün qlobal problemləri 

Müasir şəraitdə dünya sivilizasiyası cəmiyyət, insan və təbiət arasında qarşılıqlı 

münasibətlərin daha da inkişafı ilə səciyyələnir. Bununla  yanaşı hazırda ictimai tərəqqi 

həm də bir sıra qlobal, ümumbəşəri problemlər doğurur ki, dünya sivilizasiyasının taleyi, 

bəşəriyyətin  bu  günü  və  gələcəyi  onların  həllindən  çox  asılıdır.  Bu  qlobal  problemlər 

hansılardır? Göstərmək lazımdır ki, bəzən onların tərkibinə hazırda qarşıda duran bütün 

təbii-elmi,  elmi-texnixi  və  sosial  problemləri  daxil  edirlər.  Bu  cür  yanaşdıqda  qlobal 

problemlər bəşəriyyətin qarşısında duran bütün vəzifələr içərisində əriyir. Əslində qlobal 

problemlər bəşəriyyətin həll edəcəyi bütün vəzifələri deyil, onun taleyi ilə bağlı olan ən 

əsas vəzifələri əhatə edir. Hər şeydən əwəl, onlar öz mahiyyəti etibarilə bütün bəşəriyyətin 

mənafeyini  ifadə edən,  perspektivdə  isə  onun  gələcəyini  müəyyən  edəcək  ümumbəşəri 

xarakterli problemlərdir. Digər tərəfdən, buraya elə problemlər aiddir ki, onlar sözün əsl 

mənasında  ümumdünya  xarakteri  daşıyır,  yəni  dünyanın  bütün  əsas  regionlarında 

cəmiyyətin inkişafınm obyektiv amili kimi çıxış edir. Sonra, bunlar elə problemlərdir ki, 

onların vaxtında həll olunmaması bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə törədir, odur 

ki,  cəmiyyətin  gələcək  tərəqqisi  naminə  onlar  gecikmədən  həll  olunmalıdır.  Nəhayət, 

qlobal problemlərə elə təbii, elmi-texniki, sosial-siyasi problemlər daxildir ki, onları bütün 

bəşəriyyətin gərgin, ümumi əməyi və birgə səyləri nəticəsində həll etmək mümkündür. 

Onlar bir ölkənin və dövlətin gücü ilə, yerli və ya regional miqyasda həll edilə bilməz. 

Yuxarıda  göstərilən  əlamətlərə  əsasən  müasir  dövrün  qlöbal  problemlərinin 

aşağıdakı növlərini göstərmək olar: 

-

 

xalqlar arasında həyati mənafelər üzrə razılıq, qarşılıqlı etimad və ümumbəşəri 



həmrəylik əsasında sosial tərəqqinin dinc, sülh yolu ilə inkişafının təmin edilməsi

-

 



inkişaf  etmiş  qərb  dövlətləri  ilə  zəif  inkişaf  etmiş  Asiya,  Afrika  və  Latın 

Amerikası  ölkələri  arasında  iqtisadi  və  mədəni  inkişaf  səvİ

30

'əsindəki  artmaqda  olan 



fərqin aradan qaldırılması; 

-

 



bəşəriyyətin inkişafı üçün zəruri olan təbii ehtiyatlara və xammala (bərpa olunan 

və  bərpa  olunmayan  ehtiyatlara),  o  cümlədən  lazımi  miqdarda  və  keyfiyyətli  ərzaq 

məhsullarına və enerjiyə artmaqda olan tələbatınm ödənilməsi; 

-

 



insanın  biosferaya  geniş  miqyasda  müdaxilə  etməsinin  faciəli  nəticəsi  olan 

ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpağm və su hövzələrinin) sənaye və kənd 

təsərrüfatı tullantıları ilə hədsiz dərəcədə çirklənməsinin qarşı 

473 



sının  alınmäsı;  inkişaf  etməkdə  olan  ölkələrdə  sürətli  artımın,  demoqrafik  partlayışın 

məhdudlaşdmiması və inkişaf etmiş ölkələrdə doğumun əhali artımının normal həddindən 

aşağı  olması  nəticəsində  yaranan  demoqrafik  böhranın  aradan  qaldmlması.  Burada 

əhalinin sadə təkrar istehsalının təmin edilməsi və əhalinin nisbi qocalmasının qarşısının 

alınması;  elmi-texniki  inqilabın  törətdiyi  arzuolunmaz  nəticələri  irəlicədən  görmək  və 

aradan  qaldırmaq,  onun  yaratdığı  misilsiz  imkanlardan  bütövlükdə  cəmiyyətin  və 

şəxsiyyətin mənafeyi naminə istifadə edilməsi

-  əhalinin  sağlamlığının  qorunması  ilə  əlaqədar  səhiyyənin  qarşısında  duran 

vəzifələrin yerinə yetirilməsi (Spidə, narkomaniya ya və digər dəhşətli xəstəliklərə qarşı 

səmərəli  mübarizə  aparılması),  təhsil  və  ictimai  təminatın  yaxşı-  laşdmlması,  keçmişin 

mədəni irsinə və əxlaqi dəyərlərə münasibətlə bağlı məsələlərin həll edilməsi. 

Əlbəttə,  həmin  problemlərin  xeyli  hissəsi  əvvəllərdə  mövcud  olmuşdur.  Lakin 

indiki  şəraitdə  onlar  kəsgin  şəkil  almışdır.  Qlobal  problemlərin  həlli  yollarını  işləyib 

hazırlamaq  və  həyata  keçinnək  üçün  birinci  növbədə  on-  lann  mahiyyəti  və  yaranma 

səbəbləri  araşdırılmalıdır. Bəzi  qlobalist  nəzəriyyələr  bu  problemləri  fatalist  mövqedən 

izah  edərək  onların  labüdlüyünü,  qarşısıalın-  mazlığını  sübut  etməyə  çalışırlar. Onlarm 

fikrincə  bu  problemlər  labüd  olaraq  və  avtomatik  surətdə  faciəli  nəticələrə  gətirib 

çıxarmalıdır.  Bu  mövqe  doğru  deyildir.  istər  hazırki  dövrdə  mövcud  olan,  istərsə  də 

gələcəkdə yarana biləcək qlobal problemləri mütərəqqi ictim.ai qüvvələrin fəaliyyətini, 

baxış və məqsədlərini birləşdirmək əsasında tam həll etmək mümkündür. 

Bəşəriyyətin  bütün  tarixi  ərzində  tədricən  əmələ  gəlmiş  və  müasir  dövrdə  isə 

kəskin  şəkildə  çıxış  edən  qlobal  problemlərin  yaranması  aşağıdakı  iki  yol  ilə  baş 

vermişdir.  Onlar  bir tərəfdən  insan  və  onun  şüurlu fəaliyyətinin  inkişafı,  insanla  təbiət 

arasındakı 

münasibətlərin 

təkmilləşməsi 

nəticəsidir. 

Bu 


əmək 

alətlərinin 

təkmilləşməsində, cəmiyyətin maddi mədəniyyəti və istehsalın inkişafında ifadə olunur. 

Digər tərəfdən, qlobal problemlərin yaranması, dərinləşməsi, bəşəriyyətin gələcəyi üçün 

təhlükəyə çevrilməsi xeyli dərəcədə sosial tərəqqinin ziddiyyətli təbiəti ilə izah olunur. 

Qlobal  problemlər  öz  mənşəyinə  və  təbiətinə  görə  ikitərəfli  xarakter  daşıyır. 

Onlarda  təbii  və  sosial  tərəfi  bir-birindən  ayırmaq  olmaz.  Doğrudan  da  insanla  təbiət 

arasında özünü göstərən qlobal problemləri yalnız müəyyən sosial münasibətlər şəraitində 

həll etmək olar. Digər tərəfdən müharibə və sülh problemi, yaxud inkişaf etməkdə olan 

ölkələrin geriliyi sosial sferada yaranmasına baxmayaraq təbii tərəfə, yəni "insan-təbiət" 

münasibətlərinə güclü təsir göstərir. 

Deyilənlərdən  aydın  olur  ki,  qlobal  problemləri  həll  etmək  üçün  iki  qrup  ilkin 

şərtlər  yaratmaq  tələb  olunui'.  Bunlardan  birincisi,  elmi-texniki  tərəqqini  həyatın  irəli 

sürdüyü  məsələlərə  cavab  verə  biləcək  səviyyədə  inkişaf  etdirmək,  ikincisi  isə  həmin 

problemləri faktiki surətdə həll etməyə imkan verən sosial- siyasi şəraitin yaradılmasıdır. 

Müasir dövrün bütün qlobal problemləri bir-birilə sıx vəhdətdə çıxış edir və 



474 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə