H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

67 
 
paq
ları torpağın səthinə çıxır. Cücərtilər alındıqdan 65-70 gün sonra 
çiçəkləmə başlayır. Səbətlərin əmələ gəlməsi isə bir ay çəkir. Əvvəl-
cə mərkəzi səbətlər, sonra isə yan səbətlər çiçəkləyir. Çiçəkləmədən 
to
xumun yetişməsinə qədər 35-40 gün keçir. Səbətin sarğı yarpaqları 
bərk sıxılmışdır. Ona görə də toxumlar yetişdikdə tökülmür. 
Saflor istiliyə və quraqlığa davamlı bitkidir. Quraqlığı yaxşı ke-
çir
diyinə görə quraqlıq rayonlarda  onu becərməyə maraq göstərirlər. 
Günəbaxanın becərilməsi mümkün olmayan cənub-şərq zonalarında 
saflora üstünlük verilir. Saflor cücərtiləri -5, - 6 
0
C temperatura dözə 
bilirlər. Onun toxumları erkən – 2-3 
0
C temperaturda səpilir. İstiliyə 
ən  çox  tələbatı    çiçəkləmə  və  toxumların  yetişməsi  fazasında  olur. 
Çi
çəkləmə vaxtı yağıntılı havaya daha pis münasibət göstərir. Yağın-
tılı havada çiçəklər yaxşı mayalanmır. Saflor qısa gün bitkisidir. 
Torpağa o qədər də tələbkar deyildir. Duzlaşmaya dözür. Turş, 
bataqlaşmış və qrunt suları üzdə olan torpaqlarda əmələ gəlmir. Saf-
lor üçün ən yaxşı torpaqlar qara və şabalıdı torpaqlar hesab olunur. 
Sortları.  Saflor  sortlarına  misal  olaraq  Milyutinskiy-114, Don-
skiy 29/1, Daşkəndskiy-51 və s. göstərmək olar. 
Becərilmə  texnologiyası  və  yığım.  Saflor  üçün  ən  yaxşı  sələf 
herikdən,  otlardan  həmçinin  cərgəarası  becərilən  bitkilərdən  sonra 
səpilmiş dənli-taxıl bitkiləri hesab edilir.
  
Saflor özü yazlıq taxıl bitkilərinə yaxşı sələf hesab olunur. Tor-
paq
da kifayət qədər nəmlik olduqda  saflor gübrələrə tələbat göstərir. 
Dondurma  şumu  altına  N
45
P
60
  do
zasında,  kalium  çatışmayan  tor-
paqlarda isə N
45
P
60
K
45
 
dozasında mineral gübrələr verilir. 
Torpağın əsas becərilməsi günəbaxan və başqa cərgə araları be-
cərilən  bitkilərdə olduğu kimidir. Dondurma şumunun becərilməsi, 
çoxillik alaqlarla sirayətlənmiş  sahələrdə isə torpağın üzdən becəril-
məsi aparılır. Torpağın 27-30 sm dərinlikdə şumlanması yaxşı məh-
sul
darlığı təmin edir. Səpin qabağı becərmə dondurma şumunun ma-
lalan
ması və 5-6 sm dərinlikdə səpinqabağı kultivasiyanın aparılma-
sından  ibarətdir.  
S
aflor  erkən  (tarla  işlərinin  başlanğıcında  )  gencərgəli  üsulla 
cərgə araları 45 sm olmaqla ( alaqlı sahələrdə isə 60-70 sm ) SST-


68 
 
12A, SUPN-8 , SPÇ - 
6M və başqa markalı toxum səpənlərlə  səpilir. 
Toxumun səpin norması 10-12 kq/ha-dır. 
 
Hər  bir  metrdə  45  sm-  lik  cərgələrdə  4-5,  cərgəarası  60-70 sm 
olduqda  isə  6-7  ədəd  bitki  olmalıdır.  Səpin  dərinliyi  5-6 sm götü-
rülür.
  
Səpindən sonra torpaq vərdənələnir. Cücərtilər alınana qədər və 
cücərtilər  alındıqdan  sonra  2-3  cüt  həqiqi  yarpaq  fazasında  yüngül 
dişli mala ilə malalama aparılır. 
Kök  qalıqlarını  məhv  etmək  məqsədi  ilə  iynəşəkilli  disklərdən 
(KRN-
28) istifadə edilir. Vegetasiya ərzində cərgə araları  2-3 dəfə, 
alaqlar  çox  olduqda  isə  3-4  dəfə  6-8  və  8-10  sm  dərinlikdə  kulti-
vasiya edilir. 
Saflor bütün bitkil
ər və səbətlər saraldıqda xüsusi qurğular əlavə 
edilmiş taxıl kombaynları ilə yığılır. 
Hindistanda səpin vaxtı oktyabr ayından dekabr ayına qədər he-
sab olunur. Məhsul yığımı fevral mart ayında aparılır.  Boyaq almaq 
üçün safloru təmiz halda (tək) səpirlər. Belə halda  yığım çiçəklərin 
tam açıldığı gündə aparılır. Yığım gecikdirildikdə  çiçəyin tərkibin-
dəki  boyayıcı  maddənin  miqdarı  hiss  olunacaq  dərəcədə  azalır. 
Bəzən safloru adi tarlalarda “canlı çəpər” kimi əkirlər. 
Toxum məhsuldarlığı qarışıq əkinlərdə hektardan 0,1 tona qədər, 
təmiz əkinlərdə isə 0,6-0,7 ton/ha-dır.  
 
1. 8. XARDAL  
 
Xardal  (Brassica
insanların  yağlı  bitki  kimi  ən  çox  istifadə 
etdikləri bitkilərdən biridir. Xardal cinsinin 3 növü vardır: ağ xardal, 
göy  xardal  (Sarept  və  ya  Hindistan  xardalı)  və  qara  xardal.  Bu 
növlərin  morfoloji  cəhətdən  bir  çox  əlamətləri  oxşardır.  Bu  növlər 
arasında  yalnız  becərilmə  şəraiti  ilə  bağlı  olan  fərqlər  və  mənşə 
fərqləri vardır. 
Sistematikası. Xardal bitkisinin hər üç növü kələm (Brassica L.) 
cinsinə daxildir. Bu cins birillik, çoxillik, yabanı və mədəni olmaqla 
150-
dən artıq növü özündə birləşdirir. 
 


69 
 
1. 8. 1. 
Ağ xardal  
 
Əhəmiyyəti.  Ağ  xardal  müxtəlif sahələrdə  istifadə  edilir.  Ağ 
xardalın toxumlarının tərkibində 30-40%  yüksək qidalı yarımquru-
yan (yod 
ədədi 92-122) yağ, 32% zülal, 0,1-1,1% efir yağı vardır. Ağ 
xardalın  yağı  qızılı-sarı  rəngdə  olmaqla  yaxşı  saxlanılır.  Ağ  xardal 
yağı  ərzaq  kimi,  eyni  zamanda  marqarin  istehsalında,  çörəkbişirmə 
v
ə qənnadı sənayesində istifadə edilir. 
T
ərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qa-
lır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sa-
h
ələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra hey-
vandarlıqda zülallı yem kimi istifadə olunur.  
Bir çox rayonlarda ağ xardal  yaşıl  yem kimi istifadə edilir. Bu 
m
əqsədlə o qınları əmələ gələn dövrdə biçilir. Onu həm tək, həm də 
paxlalı  bitkilərlə  qarışıq  səpirlər.  Qısa  vegetasiya  müddətinə  malik 
olduğu üçün ağ xardal kövşənlik və aralıq bitki kimi də istifadə oluna 
bil
ər. 100 kq yaşıl kütləsində 12 yem vahidi və 1,3 kq həzm olunan 
protein vardır. Rusiyanın şimal rayonlarında ağ xardaldan yaşıl gübrə 
kimi istifad
ə olunur. Ağ xardal həm də yaxşı bal verən bitkidir.  
Tarixi, yayılması və məhsuldarlığı. Ağ xardalın vətəni Aralıq 
d
ənizi ölkələri hesab olunur. Buradan o demək olar ki, Şimal yarım-
kür
əsinin bütün ölkələrinə  Amerikaya, Yaponiyaya, Hindistana ya-
yılmışdır.  Hindistanda  ağ  xardal  bağ  bitkisi  kimi  becərilir. Ölkənin 
şimalında  onun  cavan  yarpaqları    qış  fəslində  tərəvəz kimi istifadə 
olunmaqla s
ənaye əhəmiyyəti daşımır. Qədim sanskrit dilində ağ xar-
dal “isidici”, “
cüzam aradan qaldırıcı” kimi tərcümə edilir.  
Rusiyada  ağ  xardalı  ilk  dəfə  XVIII  əsrdə  Aşağı  Volqaboyunda 
m
ədəniləşdirməyə  başlamışlar.  Lakin,  o  burada  çox  yayılmamışdır. 
O, xüsusi ç
əkisinə görə göy xardaldan az yer tutur. Ağ xardal Rusi-
yanın Qeyri-qaratorpaq bölgələrində əsasən yem məqsədilə becərilir. 
Qısa müddət ərzində hektardan 20-30 ton yaşıl kütlə əmələ gətirir ki, 
o da heyvandarlıqda yem kimi və ya yaşıl gübrə kimi istifadə olunur. 
Orta toxum m
əhsuldarlığı 1,2-1,5 t/ha,  yaşıl kütlə məhsuldarlığı isə 
20 ton/ha - 
ya yaxındır. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə