Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə78/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   74   75   76   77   78   79   80   81   ...   99

 
294 
iradə və kamilləşməyə təkandır. 
16.
 
Orucluq 
sənin 
Allah 
qarşısında 
həm 
nümayişin, həm də vədindir. 
17.
 
Oruc böyük səbr və gözəl əxlaqdır. 
Ramazan  mənəvi,  həm  də  fiziki  sağlamlıq  ocağı, 
sən xəstə, oruc dərmanın, Allah isə həkimindir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
295 
ġƏRABIN HARAM OLMASI HAQQINDA 
 
“Qurani-Kərim”-in  9  surəsinin  11  ayəsində  şərab 
haqqında Allah kəlamları buyrulmuşdur. 
 
Sıra  
sayı 
Surənin 
nömrəsi 
Surənin adı 
Ayələrin nömrəsi 

2  
əl- Bəqərə 
219 


ən-Nisa 
28, 43 


əl-Maidə 
90, 91 


əl-Ənam 
132 


ət-Tövbə 
111 

16 
ən- Nəhl 
67 

18 
əl-Kıəf 


70 
əl-Məaric 
19 

74 
əl-Muddassir 
38 
 
Məlum  olduğu  kimi,  alkoqollu  içkilər  Peyğəmbə-
rimiz  (s.ə.v.)  tərəfindən  “Içki  bütün  pisliklərin  ana-
sıdır!”  deyə  səciyyələndirilmişdir.  Doğrudan  da,  elm 
və  texnologiya  inkişaf  etdikcə,  bunun  bir  həqiqət  ol-
duğu ortaya çıxmışdır. Lap yaxın zamanlara qədər “az 
miqdarda  içki  insan  bədəni  üçün  faydalıdır”  deyənlər 
indi  həmin  söylədiklərinin  səhv  olduğunu  etiraf 
etməkdən çəkinmirlər. 
Içki  sadəcə  insan  səhhətinə  zərərli  olmaqla  qal-
mayıb, bu gün yol və iş qəzalarını da törədən ən böyük 
səbəblərdəndir.  Ailə  narazılıqları  və  boşanmaların  ən 
böyük  səbəblərindən  biri  də  alkoqollu  içkilərin  mey-
dana  gətirdiyi  rahatsızlıqdır.  Alkoqollu  içkilər  adam 
öldürmə,  soyğunçuluq  və  s.  kimi  hər  cür  cinayətin  də 
meydana gəlməsində ən mühüm amillərdən biridir. Bu 
gün  bütün  bu  həqiqətlər  statistik  nəticələrə  görə  də 


 
296 
müəyyənləşdirilmişdir.  Doğrudan  da  “Içki  bütün 
pisliklərin anasıdır!”. 
Dinimizdə  alkoqollu  içkilər  qəti  surətdə  haram 
edilmişdir.  ancaq  bu  işdə  dinimiz  tədricən  tərgitmə 
qaydasını,  yəni  yavaş-yavaş  pis  vərdişin  aradan 
qaldırılması  üsulunu  seçmişdir.  Çünki  insanlar 
əvvəlcədən  qazandıqları  vərdişlərindən  asanlıqla  əl 
çəkə  bilməzlər.  Bu  mövzuda  tədricən  gələn  ayələrlə 
içkinin  zərərləri  başa  salınmış,  ən  nəhayətdə  isə  qəti 
surətdə  haram  edilmişdir.  İçki  birdən-birə  qəti  surətdə 
haram  edilmiş  olsa  idi,  içkiyə  mübtəla  olmuş,  bu  pis 
vərdiş sümüklərinə qədər işləmiş olan o əsrin insanları 
islamiyyəti  qəbul  edəndə  tərəddüd  edə  bilərdilər, 
qazandıqları vərdişi buraxmaq istəməzdilər. Bu baxım-
dan  insanı  yaradan,  hər  bir  xüsusiyyəti  ilə  insanı  ta-
nıyan böyük Allah  bu dünyada təbiətə,  yəni  yaradılışa 
uyğun  üsulla  əmr  etmiş,  alkoqollu  içki  vərdişlərini 
tədricən qadağan etmişdir. Bu mövzuda ən axırda nazil 
olan ayələr “Maidə” surəsinin 90 və 91-ci ayələridir.  
“Ey iman gətirənlər! ġərab da (içki də), qumar 
da,  bütlər  də,  fal  oxları  da  ġeytan  əməlindən  olan 
murdar  bir  Ģeydir.  Bunlardan  çəkinin  ki,  nicat 
tapasınız!”.  “ġübhəsiz  ki,  ġeytan,  içki  və  qumarla 
aranıza ədavət və kin salmaqdan və namaz qılmaq-
dan  ayırmaq  istəyir.  Artıq  bu  iĢə  son  qoyacaqsı-
nızmı?”.(əl-Maidə, 5/90-91) 
Bu  son  ayələr  ilə  alkoqollu  içkilər  qəti  surətdə 
haram  edilmişdir.  Peyğəmbərin(s.ə.v.)  müasirlərindən 
həzrəti  Enes  deyir:  “Biz  içki  aləmində  idik.  Mən 
paylayırdım. Bir adam gəlib, “Içki haram edildi”, dedi. 
Yoldaşlar  dərhal  “Bu  içkini  qablardan  yerə  tök  və 
qabları  da  təmizlə”  əmrini  verdilər.  O  xəbərdən  sonra 


 
297 
heç kim ağzına içki almadı”. 
Içki  haqqında  Peyğəmbərimizin  (s.ə.v.)  bir  çox 
hədisləri vardır. Ən mötəbər hədis kitablarında olan bu 
hədisi-şəriflərdən bir neçəsi aşağıda verilmişdir. 
“Hər  sərxoşluq  verən  şey  haramdır  (içkidir)  və 
sərxoşluq verən hər şey haramdır” (Buhari və Müslim). 
“Bir  şeyin  çox  miqdarda  qəbul  edilməsi  insana 
sərxoşluq verirsə, onun azı da haramdır” (Əbu Davud, 
Tirmizi). 
“Bu  məlumdur  ki,  içki  dərman  deyildir.  Əksinə 
mərəzdir  (xəstəlik  törədicidir)”  (Əbu  Davud,  Tirmizi, 
Müslim). 
“Rəbbim  ümmətimə  haram  etdiyi  şeylərdə 
(ümmətimin)  şəfasını  verməz”  (Tacul  Usul,  cild  3, 
səhifə 142). 
Həzrəti  Osmanın  rəvayət  etdiyi  digər  bir  hədisi-
şərifdə:  “Içki  pisliklərin  anasıdır”.  Digər  bir  rəvayətə 
görə isə “Içkidən çəkinin, çünki içki hər cür pisliklərin 
anasıdır”  deyilmişdir  (Həzrəti  Osmandan  alınmışdır. 
Sünəni-Nəsaidə). 
Yenə  Həzrəti  Osmanın  rəvayət  etdiyi  başqa  bir 
hədisi-şərifdən:  “Içkidən  çəkinin.  Allaha  and  olsun  ki, 
içki  ilə  iman  bir  yerdə  birləşməz.  Yəni  biri  digərini 
aradan çıxardır” (Həzrəti Osmandan alınmış Nəsaidə). 
“Həm sərxoşluqverici, həm də narkotik maddələr-
dən  istifadə  etməyi  ümmətimə  qadağan  edirəm” 
(Buhari). 
Dinimizdə  alkoqollu  içkilər  qəti  surətdə  qadağan 
olunarkən,  alkoqolun  zərərlərini  tam  mənası  ilə 
göstərəcək  bu  günkü  texniki  imkanlar,  şübhəsiz  ki,  o 
əsrdə mövcud deyildi. Bununla belə, insanı möcüzəli və 
antik bir saat kimi yaradan böyük Allah əzəli olan elmi 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə