Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə79/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   75   76   77   78   79   80   81   82   ...   99

 
298 
ilə  alkoqolun  insan  bədəninə  ola  biləcək  zərərini  təyin 
etmiş  və  alkoqollu  içkiləri  haram buyurmuşdur.  Inkişaf 
edən texniki imkanlar, aparılan tədqiqatlar, Islamiyyətin 
bu  hökmünü  təkzib  etməmiş,  əksinə  təsdiq  etmişdir. 
Daha  doğrusu,  buradan  onu  başa  düşməliyik  ki, 
Islamiyyət insanlar üçün nəyi əmr etmişdirsə, o insanın 
faydasınadır  və  Islamiyyət  insanlar  üçün  nəyi  qadağan 
etmişdirsə, o da insanların zərərinədir. 
Bu mövzudakı digər bir fövqəladəlik Peyğəmbərin 
(s.ə.v.)  alkoqollu  içkiləri  o  zamanın  inadcıl  və 
mühafizəkar  qəbilələrində  aradan  qaldırmasındakı 
xariqüladə 
müvəffəqiyyətindən 
ibarətdir. 
Padşah 
Sultan IV Muradın yaşadığı əsrdə yayılmış olan siqaret 
çəkmək adətini aradan qaldırmaq üçün çox çalışmasına 
baxmayaraq,  yenə  də  buna  tam  müvəffəqiyyət  ola 
bilmədiyi  tarixi  bir  həqiqətdir.  Bu  gün  də  siqaret 
çəkməyi tərgitməyin nə qədər çətin olduğu çox adama 
məlumdur. Halbuki, Peyğəmbərimizin (s.ə.v.) gətirdiyi 
iman  nuru  o  əsrdə,  o  cahillik  dövründə  o  qəbilələrin 
sümük  və  iliklərinə  qədər  işləmiş  olan  bir  çox  pis 
adətləri  aradan  qaldırmağa  müvəffəq  olmuşdur.  Alko-
qollu  içkilərin  aradan  qaldırılması  məhz  bunların  bir 
nümunəsidir.  Maraqlıdır,  yüzlərcə  alim  və  fazil 
adamlar  getsələr,  illərlə  çalışsalar,  Peyğəmbərimizin 
(s.ə.v.)  o  vaxt  bir  ildə  gördüyü  işin  yüzdə  birini  görə 
bilərlərmi? 
Bu  həqiqəti  müdafiə  edən  xarici  ölkələrdən  bir 
nümunə  göstərmək  istəyirəm.  Amerika  Birləşmiş 
Ştatlarında alkoqollu içkilərin cəmiyyətə verdiyi böyük 
zərərlərin  qarşısını  almaq  üçün  1919-cu  ildə  alkoqollu 
içkilərin  istehsalı  və  onlardan  istifadə  edilməsi  dövlət 
tərəfindən qadağan olunmuşdu. Bunun da, yəqin ki, bir 


 
299 
faydası  olmuşdu.  Məsələn,  o  illərdə  serrozdan  ölüm 
faizi  ABŞ-da  xeyli  aşağı  düşmüşdü.  Bununla  belə,  bu 
qadağa  heç  bir  zaman  qəti  bir  çarə  olmamışdır.  Daha 
doğrusu,  içki  qadağan  olunduğu  zaman  da  gizli 
emalatxanalarda emal edilib satılmışdır. Bununla bağlı 
gizli  içki  istehsalı  ilə  məşğul  olan  qaçaqçılar  ortaya 
çıxdı. Zaman-zaman belə emalatxanalar dağıdılıb, içki 
çəlləkləri  sındırıldı.  Içkiyə  olan  tələbatın  qarşısının 
alınması  mümkün  olmadığına  görə,  alkoqollu  içki 
istehsalı  və  işlədilməsi  1933-cü  ildə  yenidən  sərbəst 
buraxıldı.  Məhz  bu  məsələdə  aciz  qaldıqlarını  etiraf 
edərək,  Istanbul  Universitetinin  Tibb  fakültəsində 
illərlə  sanitariya-gigiyena  dərsi  vermiş  olan  amerikalı 
müəllim  Ord.prof.Dr.Julius  Hirsh  öz  dərs  kitabında 
aşağıdakıları yazmışdır: “Həzrəti Muhəmməd Peyğəm-
bərimizin (s.ə.v.) quran vasitəsilə içkini qadağan etmiş 
və əsrlərlə böyük insan kütlələrini içkinin zərərlərindən 
qoruya  bilmişdir.  Bu  nəticə  20-ci  əsrdə,  inkişaf  etmiş 
Amerikada,  hər  cür  təbliğata  və  texnoloji  tərəqqiyə 
baxmayaraq əldə oluna bilməmişdir”. Göründüyü kimi, 
amerikalı  alim  bu  işdə  aciz  qaldıqlarını  səmimiyyətlə 
etiraf  etmişdir  (J.Hirsh,  Hifzis-sıhha  dərs  kitabı, 
Istanbul Universiteti, Yay.No:34, 1938, səhifə 242). 
Ən böyük fəzilət odur ki, düşmənlər də onu təsdiq 
etsinlər.  Məhz  xaricdən  gəlmiş  professor  da  bu  işi 
görmüşdür. 
Belə  bir  nəticə  insanların  sadəcə  olaraq  qadağa-
larla  bu  və  buna  bənzər  zərərli  vərdişlərdən  əl çəkmə-
sinin  nə  qədər  çətin  olduğunu  göstərir.  Daha  doğrusu, 
insanlara qüvvətli bir iman şüuru verilmədikcə, bu cür 
vərdişlərdən uzaqlaşmayacaqları aydındır. 
Pis  vərdiş  yaradan  maddələr  deyincə,  insanın 


 
300 
ağlına  əvvəlcə  alkoqol  gəlir.  Bu  isə  hər  cür  alkoqollu 
içki  deməkdir.  Alkoqollu  içkilərdən  başqa  da  insanda 
müəyyən  bir  pis  vərdiş  yarada  bilən  maddələr  vardır. 
Bunlara  morfi,  həşiş,  kokain  və  s.  əlavə  edilə  bilər. 
Hətta  tibbdə  dərman  kimi  istifadə  olunan  narkotik 
maddələr,  müxtəlif  keyidici  vasitələr  də  diqqətsiz  və 
uzun müddət işlədildikdə pis vərdiş əmələ gətirir. 
Içki  və  narkotik  maddələrdən  istifadə  etməyin  pis 
bir  vərdişə  çevrilməsi  deyincə  nəyi  başa  düşməliyik? 
Məsələn,  bir  çoxumuz  qəhvə  və  ya  çay  içməyə  də 
vərdiş etmişik. Siqaret də buna əlavə oluna bilər, çünki 
bu da bir növ vərdişdir. Bununla bərabər, sözün həqiqi 
mənasında  farmokologiyada  çay,  qəhvə  içmək  vərdi-
şindən  bəhs  olunmaz.  Pis  vərdiş  yaradan  dərmanlar 
aşağıdakı  kimi  səciyyələndirilə  bilər:  Həmin  maddələr 
mərkəzi  sinir  sistemində,  yəni  beyin,  beyincik  və 
onurğa beynində əhəmiyyətli dərəcədə dəyişiklik və ya 
depressiya  yaradır.  Bunun  nəticəsində  isə  insanın 
təfəkküründə,  xasiyyətində  və  zehni  qabiliyyətində 
dəyişikliklər  olur,  davranışı,  bədənində  gedən  maddə-
lər  mübadiləsi  pozulur.  Sərxoşun  səndələyərək  güclə 
yeriməsi kimi. Bir sözlə, zərərli vərdişlərə belə bir tərif 
verilə  bilər:  Bir  maddənin  vücuda  və  ya  mərkəzi  sinir 
sisteminə təsiri, o maddənin tibbi bir məqsəd olmadan 
israrla istifadə olunmasından ibarətdir. 
 
ġərab içməyin günahları haqqında 
 
Spirtli  içkilər  və  sərxoşluq  insan  həyatının  böyük 
və ən qədim düşmənidir. 
İnsanın  cismi  və  ruh  sağlamlığını  təmin  edən, 
insanın  saədətini  düşünən,  insan  və  cəmiyyətin 
təkamülü  üçün  ən  mütərəqqi  qanunlar  verən  islam 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə