Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə87/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   83   84   85   86   87   88   89   90   ...   99

 
326 
zahiri  görünüşünə  və  keyfiyyətinə  görə  istənilən 
məhsulları  alıb  istehlak  edirlər.  Insan  hansı  malı 
(ərzağı)  aldığını,  nə  vaxt,  necə  və  nə  yediyini  bilməli 
və daim buna özü nəzarət etməlidir. 
 
Ticarət və alver haqqında kəlamlar 
 
1.
 
Ticarət  ilahi  sözdür,  onu  sevməmək  və  ya  ona 
pis münasibət Allaha qarşı üsyan deməkdir. Düz ticarət 
etməyənlər  dünya  malında  boğulan,  axirətdə  isə 
Cəhənnəm  odunda  yananlardır.  Cəhənnəm  isə  ağır  və 
əzablı bir yer. 
2.
 
Ən gözəl alış-veriş Allah yolunda olanıdır. 
3.
 
Alverin  ziyanını  hesabla,  gəliri  onsuz  da 
sənindir. 
4.
 
Hər bir satıcı bilməlidir ki, Allah onun ruzisini 
alıcı ilə göndərir. 
5.
 
Məcburi alver xalqı mənəviyyatdan, dövləti isə 
xalqdan ayırar. 
6.
 
Məcburi  alver  xalqın  məhvinə  və  dövlətin 
dağılmasına səbəb olar. 
7.
 
Məcburi  alverin  səbəbi  dövlətin  xalqa  xidmət 
edə bilməməsidir. 
8.
 
Məcburi  alver  insanı  həm  zəhmətdən,  həm  də 
insanlıqdan məhrum edər. 
9.
 
Məcburi  alver  cəmiyyəti  əvvəl  çobansız  bir 
sürüyə və sonra isə idarə olunmaz ilxıya çevirər. 
10.
 
Xalqı  məcburi  alverə  vadar  etmək  onu  kölə 
şəklinə salmaq və ya məhv etməkdir. 
11.
 
Ruzimiz bizdən qabaq yaradılıb. 
12.
 
Ruzini verən Allahdır, itirən bəndə. 
13.
 
Ruzisini tərəzi gözündə axtaranlar imansızlardır. 
 


 
327 
 
ƏRZAQ  MƏHSULLARININ  QIDALILIQ 
DƏYƏRI  VƏ  BALANSLAġDIRILMIġ   
QIDA    NORMALARI  
 
Ərzaq  mallarının  qidalılıq  dəyəri  onların  kimyəvi 
tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddə-
lərin həzmi ilə xarakterizə olunur. Məhsulda maddələr 
mübadiləsi  üçün  bioloji  cəhətdən  vacib  sayılan  mad-
dələr  (zülallar,  yağlar,  karbohidratlar,  vitaminlər,  mi-
neral  maddələr  və  s.)  nə  qədər  çox  olursa,  onun 
qidalılıq dəyəri də bir o qədər yüksək hesab olunur. 
Ayrı-ayrı  ərzaq  mallarının  qidalılıq  dəyəri  eyni 
deyildir.  Bir  çox  məhsulların  tərkibində  bioloji  cəhət-
dən  vacib  hesab  olunan  kompleks  maddələr  vardır. 
Belə  məhsullara  yumurta,  balıq  kürüsü,  ət,  balıq,  süd 
və  başqaları  misal  ola  bilər.  Şəkər,  nişasta  və  patka 
kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil 
olunduğundan,  orqanizm  üçün  ancaq  enerji  dəyərinə 
malikdirlər. 
Toxumaların  əmələ  gəlməsində,  sintezində  və 
maddələr mübadiləsində iştirak edən maddələr qidanın 
bioloji  dəyərini  xarakterizə  edir.  Bir  çox  məhsullar 
(ədviyyələr, tamlı qatmalar) isə enerji vermirlər. Ancaq 
qida  məhsuluna  əlavə  edilməklə  onun  dadını  yaxşı-
laşdırır və asan mənimsənilməsinə səbəb olur. 
Ərzaq məhsulları orqanizm üçün zərərsiz olmalıdır. 
Onlarda  ağır  metal  duzlarının,  alkoloidlərin,  bəzi 
qlükozidlərin (insan səhhətinə zərərli dozada), zülalların 
parçalanmasından  əmələ  gələn  zəhərli  maddələrin, 
həmçinin  ziyanlı  mikroorqanizmlərin  və  ya  onların 
həyat fəaliyyəti məhsullarının olmasına icazə verilmir. 


 
328 
Insan  öz  yaşayışı  prosesində  enerji  sərf  edir  və 
bunun  miqdarı  insanın  yaşından,  orqanizmin  fizioloji 
vəziyyətindən,  əməyinin  xarakterindən,  yaşadığı  yerin 
iqlim  şəraitindən  və  s.  asılı  olur.  Enerji  isə  karbohid-
ratların,  yağların,  zülalların  və  müəyyən  miqdarda 
turşuların  oksidləşməsi  nəticəsində  əmələ  gəlir.  Ona 
görə  də  insan  orqanizminin  sutkada  sərf  etdiyi  enerji 
məlum  olmalıdır  ki,  vaxtında  onun  ehtiyatını  bərpa 
etmək mümkün olsun. 
Enerji  almaq  məqsədilə  insan  orqanizminə  lazım 
olan  maddələr  qida  vasitəsilə  qəbul  olunur.  Eyni 
zamanda  qida  maddələri  orqanizmdə  toxumaların  və 
orqanların  tərkib  maddələrinin  yeniləşməsi,  boy  inki-
şafı və bədənin kütləsinin artması üçün də lazımdır. Bu 
baxımdan  qida  insanın  yaşayışı  və  onun  iş  qabiliyyəti 
üçün lazım olan optimal şəraiti təmin etməlidir. 
Müasir  şəraitdə  kifayət  miqdarda  yüksək  keyfiy-
yətli  ərzaq  mallarının  olması,  balanslaşdırılmış  qida-
lanmanı  təşkil  etməyə  imkan  verir.  Balanslaşdırılmış 
qidalanma  dedikdə,  orqanizmdə  toxumaların  yeniləş-
məsi,  enerji  sərfinin  təmin  olunması  üçün  tərkibində 
bütün maddələri, o cümlədən çoxlu miqdarda mübadilə 
prosesində  nizamlayıcı  kimi  iştirak  edən  maddələri 
olan  məhsullarla  vaxtlı-vaxtında  təmin  olunması  başa 
düşülür.  Bu  zaman  qida  maddələri  biri  digəri  ilə 
normal  nisbətdə  olmalıdır.  Ümumiyyətlə,  balanslaşdı-
rılmış  qidalanma  zamanı  56  addan  artıq  əvəzolunmaz 
komponentlərin olması vacibdir. 
Balanslaşdırılmış  qidalanma  eyni  zamanda  müəy-
yən  rejim  (gün  ərzində  qida  qəbulunun  bölgüsü,  qida 
məhsulunun  lazım  olan  temperaturda  olması  və  s.) 
tələb edir. 


 
329 
Balanslaşdırılmış  qidalanma  zamanı  orqanizmə 
lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4 
nisbətində olmalıdır. Ağır əməklə məşğul olanlar üçün 
bu  1:1:5  nisbətində  ola  bilər.  Balanslaşdırılmış  qida-
lanma zamanı müxtəlif peşə adamları üçün lazım olan 
zülalın, yağın və karbohidratların miqdarı müxtəlifdir. 
Qidalanma  zamanı  zülalın,  yağın  və  karbohidrat-
ların  təbiəti  vacib  əhəmiyyətə  malikdir.  Orqanizmə 
lazım  olan  gündəlik  enerjinin  15%-i  zülalların,  30%-i 
yağların  və  50%-dən  çoxu  isə  karbohidratların  payına 
düşməlidir. Eyni zamanda zülallar üzrə enerjinin 50%-i 
heyvanat  zülallarının,  yağların  verəcəyi  enerjinin  isə 
60%-i  bitki  yağlarının  hesabına  yaranmalıdır.  Karbo-
hidratlar  üzrə  lazım  olan  enerjinin  75%-i  nişastanın, 
20%-i şəkərlərin, 3%-i pektinli maddələrin və 2%-i isə 
sellülozanın payına düşməlidir. 
Əmək  fəaliyyəti prosesində enerji sərfi, bilavasitə 
insanın məşğul olduğu işin xarakterindən asılıdır. 
Rusiya TEA-nın Qidalanma  Institutunun məluma-
tına görə müxtəlif əməklə məşğul olan adamların gün-
dəlik enerji sərfi təxminən 1 saylı cədvəldəki kimidir.  
 
Cədvəl 1. Əməyin xarakterindən asılı olaraq  
gündəlik enerji sərfi 
 (kkal/kCoul) 
1. 
Fiziki əməklə əlaqəsi olmayan peşə 
sahibləri üçün 
3000-3200/12570-
13468 
2. 
Mexanikləşdirilmiş  əməklə  məşğul 
olan peşə sahibləri üçün 
3500/14668 
3. 
Mexanikləşdirilməmiş və ya qismən 
mexanikləşdirilmiş  əməklə  məşğul 
olan peşə sahibləri üçün 
4000/16760 
4. 
Mexanikləşdirilməmiş  ağır  əməklə 
məşğul olan peşə sahibləri üçün 
4500-5000/18855-
20950 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə