Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə88/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   84   85   86   87   88   89   90   91   ...   99

 
330 
Ərzaq mallarının enerji dəyəri kkal və ya kCoulla 
(1 kkal 4,184 kCoula müvafiqdir) ifadə olunur. 
Əvvəllər 
belə 
hesab 
edilirdi 
ki, 
insan 
orqanizmində  zülalın  və  həzm  olan  karbohidratların  1 
q-nın  oksidləşməsindən  4,1  kkal  (17,2  kCoul),  1  q 
yağın  oksidləşməsindən  isə  9,3  kkal  (38,9  kCoul) 
enerji  ayrılır.  Müasir  dövrdə  müəyyən  edilmişdir  ki, 
karbohidratların 
enerji 
dəyəri 
zülalların  enerji 
dəyərindən  azdır.  Ayrı-ayrı  maddələrin  oksidləşməsi 
zamanı ayrılan enerjinin miqdarı müxtəlifdir. 
1  q  zülal  4,0  kkal  (16,7  kCoul),  1  q  karbohidrat 
3,75  kkal  (15,7  kCoul)  və  1  q  yağ  9,0  kkal  (37,7 
kCoul),  1  q  üzvi  turşu  orta  hesabla  3,0  kkal  (12,54 
kCoul)  enerji  verir.  Ərzaq  mallarının  tərkibi  məlum 
olarsa,  onun  verəcəyi  enerjinin  miqdarını  asanlıqla 
hesablamaq  olar.  Belə  ki,  pasterizə  olunmuş  südün 
tərkibində 2,8% zülal, 3,2%  yağ və 4,7% şəkər vardır. 
Onda  100  q  südün  enerjivermə  qabiliyyəti  belə 
hesablanır: 2,8 x 4,0 kkal = 11,1 kkal və ya 2,8 x 16,7 
kCoul  =  45,9  kCoul  +  3,2x9,0  kkal  =  28,8  kkal və  ya 
3,2  x  37,7  kCoul  =  120,6  kCoul  +  4,7  x  3,75  kkal  = 
17,6  kkal  və  ya  4,7  x  15,7  kCoul  =  73,7  kCoul. 
Deməli,  100  q  süd  orqanizmə  57,5  (11,1+28,8+17,6) 
kkal və ya 240,2 (45,9+120,6+73,7) kCoul enerji verir. 
Əgər sutkalıq qida rasionunda 80,0 q zülal, 500,0 
q karbohidrat və 80,0 q yağ olarsa, onda belə rasionun 
ümumi enerji dəyəri belə olar: 80,0 x 4,0 kkal = 320,0 
kkal  və  ya  320,0  x  4,184=1338,9  kCoul  +  80,0  x  9,0 
kkal  =  720  kkal  və  ya  720  x  4,184  =3012,5  kCoul  + 
500  x  3,75  kkal  =  1875  kkal  və  ya  1875  x 
4,184=7845,0  kCoul.  Deməli,  sutkalıq  qida  rasionu 
orqanizmə  2915  (320+720+1875)  kkal  və  ya  12196,4 


 
331 
(1338,9 + 3012,5 + 7845,0) kCoul enerji verir. 
Ərzaq mallarının bu qayda üzrə hesablanan enerji 
dəyəri  nəzəri  enerji  adlanır.  Bu  zaman  enerji  verən 
bütün  maddələrin  orqanizmdə  tam  həzmə  getməsi  nə-
zərdə  tutulmuşdur.  Ancaq  qidanın  ayrı-ayrı  kompo-
nentləri  orqanizmdə  tam  həzm  olmur.  Belə  ki,  hey-
vanat  mənşəli  zülallar  81-93%,  bitki  mənşəli  zülallar 
isə 60-80% həzm olur. Südün və ətin yağı orqanizmdə 
95%  həzm  olur.  Bitki  mənşəli  karbohidratlar  85-99%, 
südün  karbohidratları  isə  98%  həzmə  gedir.  Ərzaq 
malının  verəcəyi  real  kaloriliyi  (enerjini)  hesablamaq 
üçün  müxtəlif  ərzaqlarda  olan  enerji  verən  ayrı-ayrı 
maddələrin  faktiki  həzmi  nəzərə  alınmalıdır.  Bunun 
üçün  enerji  verən  ayrı-ayrı  maddələrin  nəzəri  enerji 
dəyərini  onların  həzm  faizinə  vurub  100-ə  bölürlər. 
Başqa sözlə enerji verən maddələrin nəzəri kaloriliyini 
həzm  əmsalına  vurmaq  lazımdır.  Əgər  zülalın  orqa-
nizmdə  mənimsənilməsi  95  faizdirsə,  onda  hesab-
lanmış  nəzəri  kaloriliyin  miqdarını  (95  :100)=0,95 
əmsalına  vurmaq  lazımdır.  Nəticədə  qidanın  real 
kaloriliyi müəyyən olunur. 
Məs.  Nəzərə  alsaq  ki  südün  tərkibində  olan  zülal-
lar  orqanizmdə  orta  hesabla  90%,  yağlar  95%,  karbo-
hidratlar  isə  98  faiz  mənimsənilir,  onda  yuxarıdakı 
qayda  üzrə  nəzəri  kaloriliyi  müəyyən  edilmiş  100  q 
südün real kaloriliyi aşağıdakı kimi hesablanır. 
Zülalın real kaloriliyi: 11,1 kkal x 0,90 = 9,99 kkal 
və  ya,45,9  kCoul  x  0,90  =  41,31  kCoul.  Yağın  real 
kaloriliyi:  28,8  kkal  x  0,95  =  27,36  kkal  və  ya,  120,6 
kCoul  x  0,95  =  114,57  kCoul.  Karbohidratların  real 
kaloriliyi:  17,6  kkal  x  0,98 = 17,25  kCoul  və  ya, 73,7 
kcoul  x  0,98  =  72,23  kCoul.  Deməli,  100  q  süd 


 
332 
orqanizmə  54,6  (9,99+27,36+17,25)  kkal  və  ya  228,1 
(41,31+114,57+72,23)  kCoul  real  enerji  verir.  Real 
kalorilik nəzəri kalorilikdən həmişə azdır. 
Ərzaq  mallarının  həzmi,  onların  fiziki  xassələ-
rindən  və  kimyəvi  tərkibindən,  dadından  və  iyindən, 
boya  və  ətir  verən  maddələrin  olmasından  asılıdır. 
Bunlardan  başqa  qidanın  həzminə  onun  görünüşü, 
insan zövqünə oxşarlığı da təsir göstərir. 
Insana lazım olan gündəlik enerjini və orqanizmdə 
gedən bütün proseslərin normallığını təmin etmək üçün 
hər  gün  müəyyən  miqdar  qida  maddələri  qəbul  olun-
ması  vacibdir.  Orqanizmə  lazım  olan  maddələrin  qida 
rasionunda  çatışmaması  insanın  sağlamlığına  mənfi 
təsir göstərir. Odur ki, əsas qida maddələrinin fizioloji 
norması,  onların  kəmiyyət  və  keyfiyyətcə  tərkibi, 
səmərəli qidalanmanın prinsipləri  müasir elmi tələblər 
səviyyəsində  izah  edilir.  2  saylı  cədvəldə  orta  yaşlı 
insanın  əsas  qida  maddələrinə  gündəlik  tələbatı 
haqqında təsdiq olunmuş qida normaları verilmişdir. 
Bu  qida  maddələri  normalarını  təmin  etmək  üçün 
insan  gün  ərzində  müxtəlif  miqdarda  ərzaq  məhsulu 
qəbul  etməlidir.  Ərzaq  məhsullarının  gündəlik  (və  ya 
illik) norması milli xüsusiyyətlərdən, insanın yaşından, 
həyat  tərzindən  və  digər  amillərdən  asılıdır.  Azərbay-
can  üzrə  ayrı-ayrı  ərzaq  məhsullarının  istehlakı  nor-
madan  fərqlənir.  Milli  ənənələrdən  asılı  olaraq  res-
publika  əhalisi  çörək  məhsullarını  fizioloji  normadan 
artıq  istehlak  edirlər.  Ət,  süd  və  balıq  məhsullarının 
istehlakı isə fizioloji normadan bir qədər azdır. Rusiya 
Səhiyyə  Nazirliyinin  müəyyən  etdiyi  qida  məhsulla-
rının  gündəlik  istehlak  norması  orta  yaşlı  insanın 
gündəlik  sərf  etdiyi  2800-2950  kkal  enerjini  təmin 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə