Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə90/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   86   87   88   89   90   91   92   93   ...   99

 
337 
bın sağ tərəfinə tiyəsi qaba olmaqla bıçaq, ağzı  yuxarı 
xörək  qaşığı  qoyulur.  Xörək  qaşığının  əl  tutan  yeri 
(sapı) sağa olmaqla boşqabın arxasına da qoymaq olar. 
Sol  tərəfə  dişləri  yuxarı  olmaqla  çəngəl,  ondan  sonra 
xörək üçün xırda boşqab yerləşdirilir. Şirin xörək üçün 
qab nahar boşqabı ilə çarpaz sol tərəfə qoyulur. Desert 
və  çay  qaşığını  nahar  boşqabından  sağ  tərəfə  yerləş-
dirmək lazımdır. Duru xörək üçün dərin boşqabları üst-
üstə  yığıb  ev  sahibəsi  oturan  yerə  qoymaq  daha 
yaxşıdır. Çünki onun üçün şorba kasasından qonaqlara 
yemək  çəkmək  asandır.  Bunların  yanına  kiçik 
abgərdən  qoyulmalıdır.  Stola  duz,  istiot,  hər  adam 
üçün  kətan  parça  və  ya  kağız  dəsmal  qoyulmalıdır. 
Kətan  parçadan  dəsmal  yelpik,  konusvari  və  üçkünc 
formada bükülüb çəngəllərin sol tərəfinə qoyulmalıdır. 
Əgər  kağız  dəsmaldan  istifadə  olunacaqsa,  onları 
xüsusi  qablar  və  ya  stəkanlara  səliqə  ilə  yerləşdirib 
stolun bir tərəfinə və ya ortaya qoymaq olar. 
Süfrəyə  qab-qacaq  düzüldükdən  sonra  su  və  şər-
bətlər  üçün  badələr  düzülür.  Süfrəyə  mineral  su  bu-
tulkada, şərbətlər isə qrafinlərdə qoyulur. Çörək fal-fal 
doğranıb çörək qabına yığılır, üstünə ağ dəsmal salınır. 
Şam  süfrəsi  üçün  stol  səhər  yeməyində  olduğu 
kimi  hazırlanır.  Əgər  şam  yeməyində  çay  və  qəhvə 
əvəzinə  süd,  qatıq,  kefir,  meyvə  şirəsi  veriləcəksə, 
onda süfrəyə fincan əvəzinə stəkan qoyulur. Bütün süf-
rələr  üçün  qab-qacaq  və  aşxana  priborları  elə  yer-
ləşdirilməlidir  ki,  sağ  əllə  istifadə  olunanlar  əsas  boş-
qabın  sağ  tərəfində,  sol  əllə  istifadə  olunanlar  isə  sol 
tərəfində  olsun.  Boşqabları  stolun  kənarlarından  2  sm 
aralı yerləşdirmək lazımdır. 
Ziyafət  stolunu  onun  təyinatından  asılı  olaraq 


 
338 
müxtəlif  cür  hazırlamaq  olar.  Məsələn,  ad  günü  üçün 
nahar stolu, toy məclisi üçün, kiçik ziyafət üçün çay və 
qəhvə stolu, gənclər üçün kokteyl süfrəsi və s. 
Soyuq  qəlyanaltı  verməklə  nahar  süfrəsi  ailədəki 
müəyyən  bir  şənlik,  ad  günü  və  başqa  səbəblərdən 
təşkil  olunur.  Azərbaycanlılar,  bir  qayda  olaraq,  ad 
günündə  və  ailə  ziyafətlərində  duru  xörək  vermirlər. 
Plov yanında dovğa kasalarda, nazik çay stəkanlarında 
və  ya  iri  şorba  kasalarında  verilir.  Ona  görə  də  hər 
adam  üçün  ayrıca  dərin  boşqab  qoyulmur.  Dovğanı 
kiçik  piyalələrə  töküb  plovdan  sonra  yeyirlər.  Belə 
güman  edilir  ki,  turş  qatıqdan  göyərti  əlavə  edilməklə 
hazırlanmış  dovğa  plovun  həzminə  və  mənimsənil-
məsinə kömək edir. 
Ziyafət  stoluna təmiz, səliqə ilə ütülənmiş ağ süfrə 
salınır.  Süfrənin  üstünə  şəffaf  polietilen  pərdə  salmaq 
məsləhət deyil. Lakin müasir dövrdə süfrəyə ləkə düşüb 
çirklənməməsi üçün bundan geniş istifadə edirlər. 
Stola çox da iri olmayan vazada gül qoyulmalıdır. 
Bu,  stola  təntənəli  bayram  əhval-ruhiyyəsi  və  yaraşıq 
verir. 
Stolu  zövqlə  servizləşdirmək  lazımdır.  Qonaqlar 
üçün qab-qacaq və nahar priborları bir sıradan düzülür. 
Hər  adam  üçün  iri  dayaz  boşqab,  onun  üstündən  də 
qəlyanaltı  üçün  kiçik  dayaz  boşqab  qoyulur.  Əgər 
ziyafət  stoluna  duru  xörək  verilməsi  də  nəzərdə 
tutulursa,  süfrəyə  əvvəlcədən  iri  dayaz  boşqabın  içinə 
dərin  boşqab  da  qoyulmalıdır.  Əgər  3  cür  quru  xörək 
veriləcəksə,  boşqabın  sağ  tərəfinə  bıçaq  və  xörək 
qaşığı,  sol  tərəfinə  isə  çəngəl  qoyulur.  Bir  qaşıq  və 
çəngəl  isə  boşqabın  arxasında  yerləşdirilir.  Dəsmal 
üçkünc  və  ya  konusvari  bükülüb  boşqaba  qoyulur. 


 
339 
Dörd  cür  xörək  veriləcəksə,  əlavə  olaraq  bir  bıçaq  və 
çəngəl  (balıq  xörəyi  üçün)  çarpaz  şəkildə  nimçənin 
üstünə  qoyulur.  Əgər  əsas  xörəklərdən  sonra  süfrəyə 
desert  veriləcəksə,  desert  priborlarını  süfrəni  yığışdır-
dıqdan sonra (əsas yeməkdən sonra) düzmək lazımdır. 
Nimçənin arxasında su və şərbət üçün stəkan və ya 
badə  qoyulur.  Soyuq  qəlyanaltılar,  göyərti,  duz  və 
istiot,  sonradan  verilən  isti xörəklər  süfrəyə  elə  düzül-
məlidir ki, süfrə arxasında oturan hər bir adam xoşuna 
gələn  yeməyi  asanlıqla  götürə  bilsin.  Hündür  ayaqlı 
vazalardakı  yeməklər  stolun  mərkəzinə,  yastıları  isə 
servizlərin  yanına  yerləşdirilir.  Hər  xörəyi  paylamaq 
üçün  əlavə  qaşıq  qoyulmalıdır.  Souslar  onların  müşa-
yiət  etdikləri  xörəklərlə  birlikdə  stola  verilməlidir. 
Süfrəyə  bir  neçə  yerdə  sümük  və  qalıqlar  üçün  boş 
nimçələr  və  yastı  külqabı  qoyulur.  Çörəyi  fal-fal  doğ-
rayıb  qonaqlar  stol  arxasında  oturandan  sonra,  daha 
doğrusu yeməyə başlayanda gətirmək lazımdır. Gül və 
meyvə  vazalarını  stolun  uzunu  boyu  düzmək  daha 
yaxşıdır.  Lakin  süfrəni  çox  da  basırıq  etmək  məsləhət 
görülmür. 
Hətta 
soyuq 
qəlyanaltıları 
xörəklər 
yeyildikcə  süfrəyə  vermək  və  boşalan  qabları  dərhal 
yığışdırmaq lazımdır. 
Xörəklərin verilməsinin  və  yeyilməsinin müəyyən 
ardıcıllığı  olmalıdır.  Əvvəlcə  balıqdan  hazırlanmış 
duzlu  və  az  duzlu  qəlyanaltılar  verilir.  Balıq qəlyanal-
tıları  yeyildikdən  sonra  qəlyanaltı  boşqabı  dəyişdiril-
məlidir.  Sonra  ətdən  və  tərəvəzdən  hazırlanmış 
qəlyanaltılar və isti xörəklər verilir. 
Ikinci  isti  xörək  verilməzdən  qabaq  bir  qədər 
tənəffüs etmək yaxşıdır. Bu müddətdə ev sahibəsi stola 
əl gəzdirir, artıq və boşalan qabları yığışdırır, qonaqlar 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə