347
və soyurlar. Soyulmuş portağalı dilimləyir, tumlarını
bıçaqla çıxarırlar. Portağal dilimləri bütöv olduqda
(zədələnmədikdə) başqalarına təklif oluna bilər.
Naringinin qabığı nazik olduğundan əllə soyub
dilimləyirlər. Tumlarını nəzərə çarpmadan çıxarıb
boşqaba qoyurlar.
Qarpız və qovunu dilimləyib iri boşqabda süfrəyə
verirlər. Desert boşqabda qarpız çəngəllə, qovun isə
çəngəl-bıçaqla yeyilir.
Şaftalını sol əllə götürüb dairəvi formada bıçaqla
kəsib 2 yerə ayırır və bıçaqla çəyirdəyini çıxarırlar.
Yarı bölünmüş şaftalını dişləyib yeyirlər. Ərik
şaftalıdan kiçik olduğu üçün onu yarı bölüb birbaşa
yemək olar.
Bananı sol əllə tutub bıçaqla yarısına qədər soyur
və dilimləyib yeyirlər, o biri yarısını axıra qədər
tədricən soyaraq az-az yeyirlər. Ingiltərədə bananı
soyub desert boşqaba qoyur, sonra çəngəllə yeyirlər.
Bananın qabığını başqa meyvələr kimi qarşınızdakı
boşqaba qoymalısınız.
Ananasın qabığını süfrə başında təmizləyib
dilimləyirlər ki, ətri otağa yayılsın. Kəsilmiş dilimlər
şəffaf boşqabda stol boyu qonaqlara təklif edilir.
Ananas dilimləri desert boşqaba qoyulub meyvə bıçağı
və çəngəllə, yaxud çay qaşığı ilə yeyilir.
Yapon xurmasını (Korolyok sortu) bıçaqla
boşqabda iki yerə bölüb çay qaşığı ilə yeyirlər. Tumu
qaşıqla kənar edilir.
Giləmeyvələri pay şəklində boşqablara qoyub
süfrəyə verirlər, əks halda onlar (əsasən, moruq və
çiyələk) əzilir. Giləmeyvələrin üstünə şəkər səpilir və
çay qaşığı ilə yeyilir. Ziyafət və şənlik məclislərində
348
giləmeyvələri çalınmış qaymaqla süfrəyə vermək daha
yaxşıdır.
Qoz və fındıq süfrəyə ləpələnmiş və ya qabıqlı
verilir. Qabıqlı qoz xüsusi qozsındıranla sındırılır,
ləpəsi əllə götürülüb yeyilir. Fındıq ləpəsini və
yerfındığını qovrulmuş halda süfrəyə vermək yaxşıdır.
Kişmiş süfrəyə verilməzdən əvvəl soyuq su ilə 1-2
dəfə yuyulmalı, süzgəcdən suyu süzüldükdən sonra
otaq temperaturunda sərilib qurudulmalıdır. Kişmiş və
digər quru meyvələr ümumi qabdan xörək qaşığı ilə
götürülüb desert boşqaba qoyulur, əllə yeyilir.
Əgər stol arxasında bir meyvəni yarı bölüb
yeməlisinizsə, onda yoldaşınıza yaxşı və iri tikəni
təklif etməlisiniz. Özünüzə saplaqlı, özəkli və
çəyirdəkli hissəsini saxlamalısınız.
Meyvə-giləmeyvə süfrə arxasında elə yeyilməlidir
ki, kənardakıların əhvalı və iştahı pozulmasın. Alma,
armud, şaftalı, ərik və iri gavalıları baş, şəhadət və orta
barmaqla bütöv və ya yarım dilim şəklində tutub
dişləyib yemək olar. Meyvə yeyildikdən sonra ağız
kağız salfetka ilə silinir.
Böyük məclisdə masabəyi salfeti stolun üstünə
qoyub, stol arxasından qalxdıqda nahar bitmiş hesab
edilir. Yalnız bundan sonra qonaqlar öz salfetlərini
stolun üstünə qoyub qalxa bilərlər.
Ümumiyyətlə,
yeyib
qurtardıqdan
sonra
“Əlhəmdülillah” deyib çəngəl-bıçağı paralel şəkildə
dəstəyi sağa olmaqla boşqabın üstünə qoyurlar.
Çəngəlin dişləri yuxarı olmalıdır.
Stol arxasından durarkən kişilər yanlarındakı
qadınlara ayağa qalxmaqda kömək edir, onların
stolunu kənara çəkirlər.
349
Səmərəli qidalanmaın islami prinsipləri
Müasir elmdə əsas tutulan səmərəli qidalanmanın
prinsipləri 14 əsr öncə Islamda təlqin olunan
buyuruqlarda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində
deyilmişdir. Hədislərdə qidalanma haqqında çox dərin
elmi əsası olan, lakin 14 əsr öncə insanlara izah
edilməsi qeyri-mümkün olan fikirlər günah və savab,
halal və haram baxımından söylənilmişdir:
“Acmamış süfrəyə oturmayın”,
“Çox yemək pis şeydir”,
“Ümmətim üçün ən çox qorxduğum şeylər köklük,
çox yatmaq və tənbəllikdir”,
“Yeməyi qəbul etməzdən əvvəl və sonra əlləri
yuduqda yeməyə xeyir-dua verilir”,
“Qonşusu ac olan dindar doyunca yeməz”,
“Insan oğlunun mədəsini doldurmasından daha
zərərli bir şey yoxdur. Adəm nəslinə belini
doğruldacaq bir tikə loxma bəsdir. Əgər çox lazım
olarsa, onda mədənin üçdə birini yemək, üçdə birini su
və üçdə birini tənəffüs üçün ayırın”.
“Üç şey rədd olunmaz – biri süd, biri yumurta, biri
də yağ”. Bu yağ yerdən çıxan yağdır, yəni bitki
yağıdır.
əl-Muminun surəsində buyurulur: “Sina dağından
çıxan bir ağac da yaratdıq ki, o yeyənlər üçün
zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ
bitirər”. (əl-Muminun, 23/20).
Peyğəmbərimiz (s.ə.v.) də bu xüsusda “Zeytun
yağı yeyin və ömür sürün” kəlamını buyurmuşdur.
“Kişi həzm edəməyəcəyi qədər yeyərsə, zərər
görər. Süfrədən doymadan qalxmaq lazımdır”.
350
Yeməyi aramla yemək, xırda tikələr şəklində ağıza
qoyub lazımınca çeynəməklə doyumluq hiss etmək
mümkündür. Bu zaman qida yaxşı həzm olunur.
Bəziləri belə hesab edirlər ki, düzgün qidalanma daha
çox və dadlı yeməklər qəbul edilməsinə əsaslanır.
Yağlı, şirin və unlu məmulatla qidalanmaqla kökəlmək
insan orqanizminə ziyandır.
əl-Əraf surəsi 31-ci ayədə buyurulur: “…yeyin-
için, lakin israf etməyin, çünki Allah israf edənləri
sevməz”, kəlamı da səmərəli qidalanmaya bir
nəsihətdir.
Kök bir adama işarə ilə Peyğəmbərimiz (s.ə.v.)
buyurmuşdur:
“Kaş ki, qarnın belə kök olmayaydı, sənin üçün
daha xeyirli olardı”.
“Çox yeməklə sağlıq və sağlam olmaq bir arada
ola bilməz”.
“Mədəni yemək və içməklə tikəbasa doldurmaq-
dan çəkinin. Çünki belə yemək bədəni pozar, xəstəliyə
səbəb olar. Eyni zamanda Allah piylənmiş kök bədəni
olanları sevməz”.
Bir başqa hədisdə buyurmuşdur:
“Çox yeyib-içməklə qəlblərinizi öldürməyin. Zira
qəlb bir əkin tarlası kimidir, çox su basınca toxumu
kəsər və çürüdər”.
“Qəlbin daralması toxluqdandır”. Həzrəti Ömər də
köklüyə qarşı belə deyir:
“Kökəlməkdən çəkinin. Çünki köklük vücudu
boğur, xəstəlik gətirir”.
Müasir dövrdə insanların rahatsızlığına səbəb olan
amillər – yağlı diyet, duzlu diyet və köklükdür. Insan
həmişə öz qidasına fikir verməli, nə yediyini, necə
Dostları ilə paylaş: |