Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə85/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   81   82   83   84   85   86   87   88   ...   99

 
320 
sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”. 
3.  “Alahın  qulu  qiyamət  günündə,  dörd  şeydən 
hesabat  vermədikcə,  Hüzuru-Rəbbil-Aləmindən  ayrıla 
bilməz:  bunlardan  birincisi,  öz  ömrü  barədə  hesaba-
tıdır.  Yəni  ömrünü  nəyə  həsr  etdiyini  göstərməlidir. 
Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-
bat  verməlidir.  Üçüncüsü,  malını  nəyə  sərf  etdiyini, 
dördüncüsü isə canına necə baxdığını söyləməlidir”. 
4.  “Sağlamlıq  qaydalarına  riayət  edərək  qüvvətli 
olan  mömin  həmin  qaydalara  əməl  etmədiyi  üçün 
gücsüz  və  zəif  düşmüş  mömindən  Allah  qarşısında 
daha xeyirli və daha sevimlidir”. 
Hədisi-şəriflərdən  də  göründüyü  kimi,  hər  bir 
insan  öz  səhhətini  qorumalıdır.  Daha  doğrusu,  hər  bir 
şəxs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər 
şeydən  çəkinmək  məcburiyyətindədir.  Siqaret  və 
papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir. 
Peyğəmbərimiz  (s.ə.v.)  başqa  bir  hədisi-şərifində 
də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər 
müsəlmanların  incimədiyi  bir  insandır”.  Belə  ki, 
şəhərlərarası  avtobuslarda  və  yaxud  ümumi  bir  yığın-
caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri 
də  müəyyən  bir  dərəcədə  zəhərləyir.  Bu,  onun  siqaret 
çəkməyən  digər  mömin  qardaş  və  bacılarına  əziyyət 
verməsi  deyil,  bəs  nədir?  Qul  haqqının  axirətdə 
hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza 
yaxşı məlumdur. 
Burada  Türkiyə  Diyanət  Işləri  Başqanlığı  Din 
Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu 
bitirmək  istəyirik:  “Siqaret  və  ya  papiros  çəkməyin 
qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir 
çox  digər  xəstəliklərə  səbəb  olduğu  mütəxəssislər 


 
321 
tərəfindən  müəyyənləşdirilmişdir.  Bundan  başqa, 
dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə 
zərər,  yaxud  əziyyət  verməsini,  eləcə  də  israfçılığı 
haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros 
çəkməyin  istər  çəkənə,  istərsə  də  ətrafdakılara  olan 
zərərini,  əziyyətini,  eləcə  də  israfçılığı  nəzərə  alaraq, 
onun  haram  olduğunu  söyləmişdirlər.  Siqaret  çəkmək 
haqqında  dinimizdə  qəti  bir  hökm  olmadığından,  bəzi 
alimlər  onu  “məkruh”  hesab  etmişlər.  Buna  görə  də 
siqaret  çəkməyin  ən  azından  məkruh  olduğuna  heç 
şübhə  yoxdur.  Istifadə  edilməsi  haram  və  ya  məkruh 
olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”. 
Unutmayın  ki,  yalnız  özünüzü  deyil,  ailənizi, 
birlikdə  çalışdığınız  iş  yoldaşlarınızı  və  hətta  eyni  bir 
avtobusda  sizinlə  birlikdə  yol  gedən  vətəndaşları  belə 
siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-
rının  haqqını  əlindən  alırsınız.  Siz  heç  siqareti 
tərgitməyi düşündünüzmü? 
 
“Qurani Kərim” ticarət haqqında 
 
Kitabda  qida  məhsullarının  əsas  qrupları  və  geniş 
çeşidi,  onların  halal  və  haram  olması,  keyfiyyəti  və 
qidalanmada  rolu  haqqında  söhbət  açılır.  Lakin 
unutmamalıyıq  ki,  bütün  qida  məhsulları  müxtəlif 
insanlar tərəfindən hazırlanır və mübadilə  yolu ilə bir-
birinə  ötürülür.  Bu  mübadilə  hələ  qədimdən  mövcud 
olan alver, başqa sözlə ticarət  yolu ilə həyata keçirilir. 
Məhz 
buna 
görə 
Islamda, 
“Qurani-Kərim”-in 
ayələrində  və  Peyğəmbərimizin  (s.ə.v.)  hədislərində 
insanlar  təkidlə  ticarət  fəaliyyəti  ilə  məşğul  olmağa 
çağırılır.  Məhəmməd  Peyğəmbərin  (s.ə.v.)  həyatı 


 
322 
haqqında  oxuduqlarımızdan  məlumdur  ki,  Rəsulullah 
(s.ə.v.)  ilk  dəfə  əmək  fəaliyyətinə  başlayarkən  Xədicə 
anamızın  tacirləri  ilə  birlikdə  dəvə  karvanlarında 
ticarət 
etməyə 
yollanmışdır. 
Rəvayətə 
görə 
Peyğəmbərimiz  (s.ə.v.)  bu  işə  ilk  dəfə  başladığından, 
başqa  məmləkətlərə  aparılan  mallar  daha  tez  və 
nisbətən  baha  qiymətə  satılmaqla  yüksək  qazanc  əldə 
edilmişdir. 
Bu  məqsədlə  Islamda  səfər  və  səyahətlər  etmək, 
eləcə də ticarətlə məşğul olmaq tövsiyə edilir. Bununla 
da  “Allahın  mərhəmətini  axtarmağa”  insanları  dəvət 
edir.  Böyük  yaradan  səyahət  edən  tacirləri  Onun 
yolunda savaşanlarla müqayisə edir. 
“Qurani-Kərim”-də buyurulur:  
“…Qurandan  sizə  müyəssər  olanı  oxuyun. 
(Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri 
Allahın  lütfündən  ruzi  axtarmaq  üçün  (ticarət 
məqsədilə)  yer  üzünü  gəzib  dolaĢacaq,  digərləri  isə 
Allah  yolunda  vuruĢacaqdır  (cihada  gedəcəkdir)…” 
(əl-Muzəmmil, 73/20). 
Allah Təbarəkə-Təala “Qurani-Kərim”-də insanla-
rı  daxili  və xarici  ticarətə  təşbiq  edərkən, onlara  dəniz 
yollarından istifadə etməyi məsləhət görür və buyurur:  
“…Onun  (Allahın)  lütfündən  (nemətindən)  ruzi 
diləyib  axtarmağınız  (ticarət  etməyiniz)  üçün 
gəmilərin  də  orada  (suyu)  yara-yara  üzdüyünü 
görürsən.  (Bütün  bunlara  görə),  bəlkə  (Allaha)  Ģükr 
edəsiniz” (Fatir, 35/12). 
Daha sonra “Qurani-Kərim”-də buyurulur:  
“Həqiqətən,  göylərin  və  yerin  yaradılmasında, 
gecə  ilə  gündüzün  bir-birini  əvəz  etməsində, 
içərisində  insanlar  üçün  mənfəətli  Ģeylər  olan 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə