320
sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”.
3. “Alahın qulu qiyamət günündə, dörd şeydən
hesabat vermədikcə, Hüzuru-Rəbbil-Aləmindən ayrıla
bilməz: bunlardan birincisi, öz ömrü barədə hesaba-
tıdır. Yəni ömrünü nəyə həsr etdiyini göstərməlidir.
Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-
bat verməlidir. Üçüncüsü, malını nəyə sərf etdiyini,
dördüncüsü isə canına necə baxdığını söyləməlidir”.
4. “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli
olan mömin həmin qaydalara əməl etmədiyi üçün
gücsüz və zəif düşmüş mömindən Allah qarşısında
daha xeyirli və daha sevimlidir”.
Hədisi-şəriflərdən də göründüyü kimi, hər bir
insan öz səhhətini qorumalıdır. Daha doğrusu, hər bir
şəxs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər
şeydən çəkinmək məcburiyyətindədir. Siqaret və
papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir.
Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisi-şərifində
də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər
müsəlmanların incimədiyi bir insandır”. Belə ki,
şəhərlərarası avtobuslarda və yaxud ümumi bir yığın-
caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri
də müəyyən bir dərəcədə zəhərləyir. Bu, onun siqaret
çəkməyən digər mömin qardaş və bacılarına əziyyət
verməsi deyil, bəs nədir? Qul haqqının axirətdə
hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza
yaxşı məlumdur.
Burada Türkiyə Diyanət Işləri Başqanlığı Din
Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu
bitirmək istəyirik: “Siqaret və ya papiros çəkməyin
qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir
çox digər xəstəliklərə səbəb olduğu mütəxəssislər
321
tərəfindən müəyyənləşdirilmişdir. Bundan başqa,
dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə
zərər, yaxud əziyyət verməsini, eləcə də israfçılığı
haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros
çəkməyin istər çəkənə, istərsə də ətrafdakılara olan
zərərini, əziyyətini, eləcə də israfçılığı nəzərə alaraq,
onun haram olduğunu söyləmişdirlər. Siqaret çəkmək
haqqında dinimizdə qəti bir hökm olmadığından, bəzi
alimlər onu “məkruh” hesab etmişlər. Buna görə də
siqaret çəkməyin ən azından məkruh olduğuna heç
şübhə yoxdur. Istifadə edilməsi haram və ya məkruh
olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”.
Unutmayın ki, yalnız özünüzü deyil, ailənizi,
birlikdə çalışdığınız iş yoldaşlarınızı və hətta eyni bir
avtobusda sizinlə birlikdə yol gedən vətəndaşları belə
siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-
rının haqqını əlindən alırsınız. Siz heç siqareti
tərgitməyi düşündünüzmü?
“Qurani Kərim” ticarət haqqında
Kitabda qida məhsullarının əsas qrupları və geniş
çeşidi, onların halal və haram olması, keyfiyyəti və
qidalanmada rolu haqqında söhbət açılır. Lakin
unutmamalıyıq ki, bütün qida məhsulları müxtəlif
insanlar tərəfindən hazırlanır və mübadilə yolu ilə bir-
birinə ötürülür. Bu mübadilə hələ qədimdən mövcud
olan alver, başqa sözlə ticarət yolu ilə həyata keçirilir.
Məhz
buna
görə
Islamda,
“Qurani-Kərim”-in
ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində
insanlar təkidlə ticarət fəaliyyəti ilə məşğul olmağa
çağırılır. Məhəmməd Peyğəmbərin (s.ə.v.) həyatı
322
haqqında oxuduqlarımızdan məlumdur ki, Rəsulullah
(s.ə.v.) ilk dəfə əmək fəaliyyətinə başlayarkən Xədicə
anamızın tacirləri ilə birlikdə dəvə karvanlarında
ticarət
etməyə
yollanmışdır.
Rəvayətə
görə
Peyğəmbərimiz (s.ə.v.) bu işə ilk dəfə başladığından,
başqa məmləkətlərə aparılan mallar daha tez və
nisbətən baha qiymətə satılmaqla yüksək qazanc əldə
edilmişdir.
Bu məqsədlə Islamda səfər və səyahətlər etmək,
eləcə də ticarətlə məşğul olmaq tövsiyə edilir. Bununla
da “Allahın mərhəmətini axtarmağa” insanları dəvət
edir. Böyük yaradan səyahət edən tacirləri Onun
yolunda savaşanlarla müqayisə edir.
“Qurani-Kərim”-də buyurulur:
“…Qurandan sizə müyəssər olanı oxuyun.
(Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri
Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət
məqsədilə) yer üzünü gəzib dolaĢacaq, digərləri isə
Allah yolunda vuruĢacaqdır (cihada gedəcəkdir)…”
(əl-Muzəmmil, 73/20).
Allah Təbarəkə-Təala “Qurani-Kərim”-də insanla-
rı daxili və xarici ticarətə təşbiq edərkən, onlara dəniz
yollarından istifadə etməyi məsləhət görür və buyurur:
“…Onun (Allahın) lütfündən (nemətindən) ruzi
diləyib axtarmağınız (ticarət etməyiniz) üçün
gəmilərin də orada (suyu) yara-yara üzdüyünü
görürsən. (Bütün bunlara görə), bəlkə (Allaha) Ģükr
edəsiniz” (Fatir, 35/12).
Daha sonra “Qurani-Kərim”-də buyurulur:
“Həqiqətən, göylərin və yerin yaradılmasında,
gecə ilə gündüzün bir-birini əvəz etməsində,
içərisində insanlar üçün mənfəətli Ģeylər olan
Dostları ilə paylaş: |