Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


gəmilərin  dənizlərdə  üzməsində,  quruyan  yer



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə86/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   82   83   84   85   86   87   88   89   ...   99

 
323 
gəmilərin  dənizlərdə  üzməsində,  quruyan  yer 
üzünü  Allahın  göydən  yağmur  yağdıraraq  yenidən 
diriltməsində,  cins-cins  heyvanları  onun  hər 
tərəfinə  yaymasında,  küləyin  bir  səmtdən  baĢqa 
səmtə əsməsində, göylə yer arasında (Allahın hikmət 
və  qüdrətinə  dəlalət  edən)  əlamətlər  vardır”  (əl-
Bəqərə, 2/164). 
Islamın meydana gəldiyi ilk dövrdən bu günə kimi 
tacirlər  həcc  ziyarəti  zamanı  ticarət  etməyin,  onların 
ziyarətinin  səmimiliyinə  və  dualarının  təmizliyinə, 
xətər gətirəcəyinə şübhə edir, qorxudurlar və qorxurlar. 
Bu barədə “Qurani-Kərim”-də buyurulur:  
“(Həcc  mövsümündə)  Rəbbinizdən  (ticarətlə) 
ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan 
qayıdarkən  MəĢərülhəramda  Allahı  xatırlayın.  Sizi 
doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua 
edin),  çünki  siz  bundan  əvvəl  (doğru  yolu) 
azanlardan idiniz!” (əl-Bəqərə, 2/198). 
Lakin  bu  zaman  (yəni  Həcc  ziyarəti  zamanı) 
Allahı unutmamalı, Onun ehkamlarını, yerinə yetirmək 
vacibdir. Bu barədə “Qurani-Kərim”-də buyurulur:  
“O  kəslər  ki,  nə  ticarət,  nə  alıĢ-veriĢ  onları 
Allahı  zikr  etməkdən,  namaz  qılmaqdan  və  zəkat 
verməkdən  yayındırmaz.  Onlar  qəlblərin  və 
gözlərin  haldan-hala  düĢəcəyi  (dəhşətdən  ürəklərin 
duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən 
(qiyamət günündən) qorxarlar” (ən-Nur, 24/37). 
Başqa ayələrdə buyurulur:  
“Ey  iman  gətirənlər!  QarĢılıqlı  razılıqla  edilən 
alıĢ-veriĢ  müstəsna  olmaqla,  bir-birinizin  mallarını 
haqsız  bəhanələrlə  (haqsız  yerə)  yeməyin  və 
özünüzü  öldürməyin!  Həqiqətən,  Allah  sizə  qarĢı 


 
324 
mərhəmətlidir” (ən-Nisa, 4/29). 
 “…Artıq  sizə  Rəbbinizdən  aĢkar  bir  dəlil 
(möcüzə)  gəldi.  Ölçüdə  və  tərəzidə  düz  olun. 
Adamların  mallarının  dəyərini  (və  ya  onların 
haqqını) azaltmayın…” (əl-Əraf, 7/85). 
“Ölçəndə  ölçüdə  düz  olun,  (çəkəndə)  düzgün 
tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə 
etibarılə daha yaxĢıdır!” (əl-Isra, 17/35). 
Bu  ayəti  -  kərimələrdən  məlum  olur  ki,  Rəbbimiz 
insanlara  ölçüdə  və  tərəzidə  düz  olmağı  buyurmaqla 
yanaşı,  malların  dəyərini  və  alıcıların  haqqını 
azaltmamağı da göstərir. 
Belə rəvayət olunur ki, ulu Peyğəmbərimiz (s.ə.v) 
bir  gün  bazarda  dolaşarkən  taxıl  (buğda,  arpa)  satan 
birinə  rast  gəlir.  Taxıl  xoşuna  gəlir.  Əlini  taxıl  kisəsi-
nin  içinə  soxub  baxdıqda  alt  hissənin  yaş  odduğunu 
hiss edir. “…Bu nə hal” deyə soruşur. Adam: Üzərinə 
yağış  yağdığından  yaş  olmuşdur.  Bunun  üzərinə 
Həzrəti Peyğəmbər (s.ə.v.): “O yaş hissəni üstə qoy ki, 
hər kəs görsün. Bizi aldadan bizdən deyildir”, buyurur.  
Bu  mənada  14  əsr  öncə  çox  deyilib.  Satıcılar 
satdıqları  malın  həqiqi  durumunu  (keyfiyyətini) 
alıcılara doğru-düzgün bəyan etməlidirlər.  
Ulu  Peyğəmbərimiz  (s.ə.v.)  bu  xüsusda  demişdir: 
“Satıcılar  doğru  olub  və  satdıqları  malın  durumunu 
olduğu  kimi  bəyan  edərlərsə,  satdıqlarının  bərəkətini 
görərlər.  Doğruluqdan  uzaq  olarlarsa  və  malın 
qüsurunu  söyləməzlərsə,  bir  qazanc  əldə  etsələr  belə, 
satdıqlarından xeyir və bərəkət görməzlər”.  
“Qurani-Kərim”-in  ər-Rəhman  surəsində  buyuru-
lan  Allah  kəlamları  həm  dünyanın  ədalət  tərəzisindən 
və həm də ticarətlə məşğul olanlara bir tövsiyə, göstə-


 
325 
riş verilməklə insafı əldən verməmək məsləhət görülür. 
Ayələrdə buyurulur: 
“Göyü  O  ucaltdı,  tərəzini  (ədalət  tərəzisini)  O 
qoydu!”. 
“Ona  görə  ki,  çəkidə  həddi  aĢmayasınız  (insafı 
əldən verməyəsiniz)”. 
“Tərəzini  düz  tutun,  çəkini  əksiltməyin!  (Çəkidə 
insaflı olun, tərəzini korlamayın!) (ər-Rəhman, 55/7-9). 
Ayələrdən  məlum  olduğu  kimi,  Allah-Təbarəkə-
Təala  insanları  hər  sahədə  ədalət  tərəzisinə  uyğun 
hərəkət etməyi buyurmuşdur. 
Peyğəmbərimizin 
(s.ə.v.) 
tacirlər 
barədə 
hədislərində  deyilir:  “Vicdanlı,  doğru,  düz  və  etibar 
qazanmış  tacirlər  qiyamət  günündə  Allah  yolunda 
canını  vermiş  şəhidlərlə  bir  yerdə  olacaqlar.  Onlar 
peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar”. 
Biz Ulu Peyğəmbərimizdən onun əshabələrinin bu 
barədə söylədikləri hədislərə də nəzər salmaq istərdik. 
Cabirdər  (A.o.r.):  Biz  Peyğəmbər  (s.ə.v.)  ilə 
namaz qılarkən, bir də baxıb gördük ki, Şamdan buğda 
ilə  yüklənmiş  karvan  gəldi.  O  saat  qaçıb  ona  tərəf 
getdilər.  Peyğəmbərlə  (s.ə.v.)  on  iki  nəfərdən  başqa 
heç kim qalmadı. Bununla əlaqədar: “Bir ticarət və  ya 
bir  əyləncə  görən  kimi  o  saat  hər  tərəfdən  tökülüşüb 
oraya yığışmayın!” - mənasını verən ayə nazil oldu. 
Əbu Hureyrədən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyur-
muşdur:  “Bəşəriyyətin  elə  bir  zamanı  gələcək  ki,  insan 
aldığının halal və ya haram (olduğuna) baxmayacaq”. 
Doğrudan  da  bu  günümüzdə  marketlərdə  satılan 
çoxçeşidli  ərzaq  məhsullarının  mənşəyinə,  harada  və 
necə  istehsal  edildiyinə,  halal  və  haram  olduğuna 
varmadan insanlar öz tələbatlarını ödəmək üçün  malın 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə