363
8. Gülmək vacibdir. Insan gülərkən nəinki üzün
əzələləri, hətta qarın, diafraqma və digər əzələlər də
hərəkətə
gəlir,
toxumalardakı
oksigen
ehtiyatı
təzələnir, ağciyər və bronxların fəaliyyəti yaxşılaşır,
nəfəs yolları təmizlənir.
Göründüyü kimi, yapon uzunömürlülüyündə heç
bir sirr və mürəkkəblik yoxdur. Bunu gündəlik həyatda
yerinə yetirmək hər adam üçün çox asandır. Lakin
nəzərə almaq lazımdır ki, insan orqanizmi çox mürək-
kəb bir sistemdir. Insan orqanizmində daima müxtəlif
proseslər gedir. Bu proseslər əsasən yeyilən qidanın
tərkibi, onun həzmi və mənimsənilməsi ilə bağlıdır.
Orqanizmdə qarşılıqlı asılılıq mövcuddur. Insan nə
qədər çox yeyirsə, bir o qədər də orqanizmdə toksiki
tullantılar toplanır və bədənin kütləsi artır. Bununla
bərabər müxtəlif xəstəliklərə tutulmaq ehtimalı da artır.
Nə yemək lazımdır ki, hər hansı xəstəliyin, o
cümlədən xərçəngin qarşısı alınsın:
1. Əsasən təzə meyvə-tərəvəz yemək lazımdır.
Sutkalıq qida rasionunda onların miqdarı bütün qidanın
70%-ə qədərini təşkil etməlidir.
2. Qidanı ağızda yaxşı çeynəmək lazımdır. 3 növ
həzm mövcuddur: ağızın tüpürcəyi ilə, mədədə və
bağırsaqda. Qida ağızda 30-36 dəfə, ət və balıq isə 46-
48 dəfə çeynənməlidir. Çeynənilən qida ağızda qatı
kisel vəziyyətində olmalıdır.
3. Qidanın tərkibində sellüloza lazımi qədər ol-
malıdır. Bu zaman qida mədə-bağırsaq sistemində yax-
şı hərəkət edir. Insulin və xolesterinin əmələ gəlməsini
aşağı salır, şəkərin yağa çevrilməsinin qarşısını alır.
Qida ilə hər gün 2-5 q sellüloza, hemisellüloza və
pektin qəbul edilməlidir.
364
4. Qida təbii halda C, E və A (beta karotin)
vitaminləri və mikroelementlərlə – kalsium, kalium,
dəmir, mis, selen, sink, yod və s. ilə zəngin olmalıdır.
5. Qida insana fərəh və sevinc gətirməli, orqa-
nizmə xoş təsir göstərməli və insana ağırlıq vermə-
məlidir.
6. Bir dəfəyə yeyilən qida az və çox olmamalıdır.
Hər bir insanın yumruğu onun ürəyinin ölçüsüdür,
əllərinizin barmaqları ilə əmələ gətirdiyiniz çökək
forma isə sizin mədənizin ölçüsüdür, onu çox da dartıb
uzatmayın.
7. Yeməyi həmişə eyni vaxtda yemək lazımdır.
Əgər iştahanız olmasa bir vaxt yeməyi buraxa bilər,
əvəzində təmiz çiy su və ya C, E və A vitamini ilə
zəngin olan yarpaqların dəmlənməsindən alınan suyu
içmək lazımdır. Su da qida maddəsidir. Orqanizmin
səmərəli qidasını 9 əsas maddə təşkil edir: amintur-
şuları (zülal əmələ gətirmək üçün), yağ turşuları
(yağlar yox), üzvi karbohidratlar, vitaminlər, mineral
duzlar, sellüloza, su, üzvi turşular və fermentlər. Bütün
ərzaq malları içərisində yalnız meyvə və tərəvəzlərdə –
günəbaxanda, qozmeyvəlilərin ləpəsində, göyərtilərdə,
kökü yeyilən bitkilərdə və dərman bitkilərində həmin
doqquz əsas maddə vardır.
8. Yağın artıq miqdarı orqanizmdə yağ əmələ
gətirir. Lakin doymamış yağ turşuları orqanizm üçün
vacibdir. Bunlar isə bitki yağlarında, qoz və fındıqda,
günəbaxanda və bitki toxumlarında vardır.
9. Karbohidratlar əsas enerji mənbəyidir. Lakin
süni şəkər dişləri xarab edir, artıq miqdarı orqanizmdə
yağa çevrilir. Karbohidratların ən yaxşı mənbəyi şirin
meyvələr, göyərti və tərəvəzlərdir.
365
Ingiltərədə həkim-tədqiqatçı Burnet hesab edir ki,
süd vəzilərinin xərçəngi, skleroz və ürək infarktı artıq
miqdarda yağ, şəkər və şirniyyat yeməklə əlaqədardır.
Yapon alimi professor Katsudzo Nişi qeyd edir ki,
şəkərin normadan artıq miqdarda qəbulu qanda şəkərlə
spirt arasındakı bərabərliyi pozur, bizim qlomusu
1
atroflaşdırır, dişləri, dayaq-hərəkətedici aparatı və
tükləri korlayır.
10. Vitaminlər, mineral duzlar, sellüloza hər gün
daima lazımdır. Vitaminlər enerji vermir və qurucu
material deyildir, lakin onlar orqanizmdə gedən bütün
həyati proseslərdə iştirak edirlər. Bu proses mineral
duzlara və sellülozaya da aiddir.
11. Əgər siz bişirilmiş, qızardılmış və pörtülmüş
qidanı çox sevirsinizsə, onda qidanı düzgün bişirmək
lazımdır. Qidanı yalnız buxarda və ya qızdırıcı şkafda
(elektriklə qızdırılan) bişirmək lazımdır. Lakin heç
vaxt yaddan çıxarmayın ki, meyvə təzə və çiy halda, ya
da təzə hazırlanmış şirə halında yeyilməlidir (qəbul
edilməlidir). Heç vaxt onları bişirməyin. Əgər
bişirilmiş bir qida məhsulu yeyirsinizsə, onu çiy
meyvə-tərəvəzlə qəbul edin. Nəzərə almaq lazımdır ki,
çiy qida bişmişdən 3 dəfə çox olmalıdır.
Tədqiqatlar göstərir ki, çox kasıblar və milyonerlər
pis qidalanır. Birincilərin gündəlik qidasında orqaniz-
min böyüməsi, bərpası, müalicəsi və bağırsaqların tə-
mizlənməsi üçün lazım komponentlər çatışmır. Milyo-
nerlərin qidasında isə yağ, zülal və karbohidratlar
çoxluq təşkil etdiyindən maddələr mübadiləsi pozulur.
1
Гломус – екстремал, стресс вя йа садяжя хястялик щалында
ганын щярякятини низама салан апаратдыр.
366
Səmərəli qidalanma və tam dəyərli qida haqqında
aşağıdakıları bilmək vacibdir:
1. Insan üçün yarayan ən əlverişli qida – “canlı”,
enerjili və təbii meyvə, tərəvəz, göyərti, qoz-fındıq,
günəbaxan, yeyilən köklərdir.
2. Daha az yarayan qida (çətin mənimsənilən,
insan fiziologiyasına uyğun olmayan) – bişirilmiş,
süni, yağlı və ətli qidadır.
3. Insan orqanizmi üçün həyat enerjisinin başlıca
mənbəyi zülal və yağ deyil, karbohidratdır. Bu
karbohidratın əsas mənbəyi isə meyvə, tərəvəz, quru
meyvə, bal, qoz-fındıq, günəbaxan, göyərti, yeyilən
köklərdir.
4. Canlı orqanizmdə hər şey qarşılıqlı çevrilir və
qarşılıqlı əvəz edilir: karbohidratlardan yağ və zülal
əmələ gəlir, yağlardan karbohidrat və s. əmələ gəlir.
Ona görə də bitki mənşəli qida qəbul etməklə insan öz
orqanizmini bütün lazımi maddələrlə təmin edə bilər.
5. Insan orqanizmində proteinlər (zülallar)
heyvanat zülallarından (ət, balıq, yumurta, pendir, süd)
deyil, aminturşularından formalaşır.
6. Aminturşuları yalnız bitkilərin tərkibində olur.
“Insan heyvanat mənşəli qidasız yaşaya bilməz” fikri
çox səhvdir. Ot yeyən heyvanlar (inək, keçi, qoyun,
dovşan, quşlar) bəs haradan zülal sintez edirlər.
7. Insanların qidasında həmişə bütün əvəzedilməz
aminturşuları ilə zəngin məhsul olmalıdır. Bunlara
kələm, yerkökü, xiyar, pomidor, badımcan, kartof,
bütün qozmeyvəlilər, günəbaxan və qabaq toxumu,
küncüt, yerfındığı, paxla (soya), paxlalılar (əsasən
sütül yetişkənlikdə) aiddir. Bütün bu məhsullar
orqanizmi tam dəyərli zülalla təmin edir. Lakin
Dostları ilə paylaş: |