.
22
bəzən də düşməni qılıncla ikiyə bölür. Və çeşmi-
mübarəkləri hiddətdən qan çanağına dönürdü ki, kimsə o
halda ona baxmağa cəsarət edəməzdi. Mübarək nərəsinin
şiddətindən bütün mübarizlər və əsgərlər titrəyərdi.
Cənab Haqq hüzurunda ibadətə durduğu zaman bihiss
olur və bəzən dəxi min rükət namaz edərlərdi. Evinin və
ailəsinin işlərinə kəndisi məşğul olur və şəxsən bazardan
şey alıb evə gətirər idi. Hər giz (heç vaxt) yumşaq libas
geyməzdi və ləziz təam yeməzdi.
Həzrət Fatimeyi-Zəhranın tərcümeyi-halı
Həzrət Risalətpənahın övladının ən əzizi Fatimeyi-Zəhra
olub. Zati-
şərifəsi sifati-müstəhsənə (xoş sifətlər) sahibidir.
Be’sətin beşinci ilində Peyğəmbərin evində cümə günü
sübh vaxtı cümadiyüssaniyənin iyirmisində təvəllüd
etmişdir.
İsmi-mübarəki: Fatimə. Əlqabi*-mübarəkəsi: Zəhra,
Meymunə, Tahirə, Zakiyə, Raziyə, Mərziyyə, Mühəddəsə,
Mə’sumə, Sədiqə, Əzra, Bətuldur.
Künyati*-
şərifəsi: Ümm Məhəmməd, Ümmülhəsən,
Ümmülhüseyn,
Ümmüləimmə,
Ümmülxeyr,
Ümmülmöminin, Ümmülfəzaildir.
Doqquz sinnində ikən həzrət Əmirülmöminin
əleyhissalama təzvic olunmuşdur. O Həzrətdən beş nəfər
övladı olmuşdur ki, imam Həsən, imam Hüseyn, Zeynəb,
Külsüm, Möhsündür. Bu sondakını xarici bir sədəmədən
dolayı vəz’i-həml edəməmiş siqt olmuşdur (zərbədən dolayı
vaxtında doğulmamışdır).
.
23
Zati-
səniyyələri həzrət Əli əleyhissalamın evində
doqquz il yetmiş beş gün ömür edib həzrət Risalətpənahın
rehlətindən* yetmiş beş gün keçmiş cümadiyülulanın on
üçündə, bazar ertəsi “düşənbə” günü, hicrətin on birinci
sənəsində dari-axirətə rehlət* buyurmuşlar; on səkkiz il
yetmiş beş gün ömür etmişlərdir. O Həzrətin xatiri-
mübarəkləri bəzi əshabi-Həzrəti-nəbəviyyədən rəncidə
olduqları (əziyyət çəkdikləri) üçün kəndi vəsiyyətlərinə
binaən Həzrət Əli (ə) gecə ikən onu təğsilü* təkfin* edərək
(
qüsl verib kəfənə bağlayaraq) bir rəvayətə görə öz evində,
digər bir rəvayətə görə Peyğəmbərin qəbri ilə minbəri
arasında və üçüncü bir rəvayətə görə Qəbiristani-Bəqidə
dəfn buyurmuşlar. Həzrət Əmirülmöminin (ə), Abdullah
bin Abbas, Səlman, Miqdad, Əmmar Yasir, bəni-Haşim,
Əsma bint Ümeysdən başqa kimsə o Həzrətin təşyi’i-
cənazəsində (cənazənin müşayiətində) hazır olmamışdır.
Zeynəb əleyha salamı Abdullah bin Cəfər Təyyara
təzvic buyurmuşlar idi və ondan Abdullah və Övn adında
iki nəfər övladı təvəllüd bulmuşdur. Və Həzrət Külsüm
əleyha salam əvvəla Övn bin Cəfərə varıb, Övn fövt
ol
duqda Məhəmməd bin Cəfər müşar-ileyha ilə izdivac
buyurmuşlar. Məhəmmədin Külsümdən bir qızı olub.
Məhəmmədin vəfatında Abdullah Cəfər o Həzrəti əqd
buyurmuşlar və Abdullahın evində ikən vəfat etmişdir.
Zeynəb və Külsümdən nəsl baqi qalmamışdır. Həzrət
Risalətpənahın zürriyyələri (nəvə-nəticələri) ancaq
Həsəneyn
(
iki
Həsən,
Həsən
ilə
Hüseyn)
əleyhimassalamdan nəşat etmişdir.
İmam Həsən əleyhissalamın tərcümeyi-halı
.
24
Əimmeyi-isna-əşərin*
ikincisi,
ali-
əbayi-kiramın
dördüncüsü olub Əmirülmöminin əleyhissalamın fərzəndi
(
oğlu) və həzrət Risalətpənahın sevgili kəriməzadəsidirlər
(
qızının oğludurlar). Miladi-mübarəki hicrətin üçüncü
ilində salı (seşənbə) gecəsi ramazanül-mübarəkin 15-ci
günündə
Mədineyi-teyyibədə
Əmirülmöminin
əleyhissalamın qapısı məscidi-Peyğəmbəriyə açılan evində
təvəllüd bulduqları halda Cəbrayıl əleyhissalam nazil olaraq
bu mövludi-
şərifin Harun əleyhissalamım oğlunun adı olan
Şəbbər namilə – ki ərəbcə Həsən (yaxşı) deməkdir –
təsmiyyə buyurulmasını xəbər vermişdir.
Süd anası Peyğəmbərin əmisi Abbasın zövcəsi
Ümmülfəzldir. Təvəllüdünün yeddinci günü həzrət
Risalətpənah əqiqə zibh buyurmuş (saçını kəsdirmiş) və şu
zati-
mübarəkin başının tükünü həlq etdirib vəznincə gümüş
təsəddüq buyurmuşlardır ( kəsdirib onun çəkisində gümüşü
sədəqə vermişdir).
Pədəri*-büzürgvarları vəfat etdikləri vaxt həzrət Həsən
əleyhissalamı başqa fərzəndləri və şiələri (oğulları və
tərəfdarları) ilə dəvət buyurub kəndilərinə vəsi və xəlifə
qərar buyurmuşlardır və həzrət Risalətpənahın əmanətlərini
ona təslim buyuraraq əsrari-ilahini (ilahi sirrləri) səm’i-
mübarəklərinə (mübarək qulaqlarına) təbliğ etdilər.
Əlqabi*-mübarəkəsi: Seyyid, Səbit, Əmin, Höccət,
Nəqi, Zəki, Müctəba, Zahid, Teyyib olub. Künyələri: Əbu
Məhəmməd, Əbulqasımdır. Pədəri-büzürgvarlarının hökmü
və Allah-təalanın əmrilə məsnədi-xilafətə (xilafətin taxtına)
əyləşdilər. Məqami-lütfdə cəmi’ rəiyyətlərinə və təbəələrinə
ədlü ehsan buyurdular. Və Müaviyə bin Əbu Süfyanın
vücudunu rəf etməklə rişeyi-zülmü nüfuzunu (zülm ilə
Dostları ilə paylaş: |