Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

22 



bəzən  də  düşməni  qılıncla  ikiyə  bölür.  Və  çeşmi-

mübarəkləri  hiddətdən  qan  çanağına  dönürdü  ki,  kimsə  o 

halda  ona  baxmağa  cəsarət  edəməzdi.  Mübarək  nərəsinin 

şiddətindən bütün mübarizlər və əsgərlər titrəyərdi.  

     

Cənab  Haqq  hüzurunda  ibadətə  durduğu  zaman  bihiss 



olur  və  bəzən  dəxi  min  rükət  namaz  edərlərdi.  Evinin  və 

ailəsinin  işlərinə  kəndisi  məşğul  olur  və  şəxsən  bazardan 

şey  alıb  evə  gətirər  idi.  Hər  giz  (heç vaxt)  yumşaq  libas 

geyməzdi və ləziz təam yeməzdi. 

 

Həzrət Fatimeyi-Zəhranın tərcümeyi-halı 

 

     


Həzrət Risalətpənahın övladının ən əzizi Fatimeyi-Zəhra 

olub. Zati-

şərifəsi sifati-müstəhsənə (xoş sifətlər) sahibidir. 

Be’sətin  beşinci  ilində  Peyğəmbərin  evində  cümə  günü 

sübh  vaxtı  cümadiyüssaniyənin  iyirmisində  təvəllüd 

etmişdir. 

     

İsmi-mübarəki:  Fatimə.  Əlqabi*-mübarəkəsi:  Zəhra, 



Meymunə, Tahirə, Zakiyə, Raziyə, Mərziyyə, Mühəddəsə, 

Mə’sumə, Sədiqə, Əzra, Bətuldur. 

     Künyati*-

şərifəsi:  Ümm  Məhəmməd,  Ümmülhəsən, 

Ümmülhüseyn, 

Ümmüləimmə, 

Ümmülxeyr, 

Ümmülmöminin, Ümmülfəzaildir. 

     

Doqquz  sinnində  ikən  həzrət  Əmirülmöminin 



əleyhissalama  təzvic  olunmuşdur.  O  Həzrətdən  beş  nəfər 

övladı  olmuşdur  ki,  imam  Həsən,  imam  Hüseyn,  Zeynəb, 

Külsüm,  Möhsündür.  Bu  sondakını  xarici  bir  sədəmədən 

dolayı vəz’i-həml edəməmiş siqt olmuşdur (zərbədən dolayı 



vaxtında doğulmamışdır).  


 

23 



     Zati-

səniyyələri  həzrət  Əli  əleyhissalamın  evində 

doqquz il yetmiş beş gün ömür edib həzrət Risalətpənahın 

rehlətindən*  yetmiş  beş  gün  keçmiş  cümadiyülulanın  on 

üçündə,  bazar  ertəsi  “düşənbə”  günü,  hicrətin  on  birinci 

sənəsində  dari-axirətə  rehlət*  buyurmuşlar;  on  səkkiz  il 

yetmiş  beş  gün  ömür  etmişlərdir.  O  Həzrətin  xatiri-

mübarəkləri  bəzi  əshabi-Həzrəti-nəbəviyyədən  rəncidə 

olduqları  (əziyyət  çəkdikləri)  üçün  kəndi  vəsiyyətlərinə 

binaən Həzrət Əli (ə) gecə ikən onu təğsilü* təkfin* edərək 

(

qüsl verib kəfənə bağlayaraq) bir rəvayətə görə öz evində, 

digər  bir  rəvayətə  görə  Peyğəmbərin  qəbri  ilə  minbəri 

arasında  və  üçüncü  bir  rəvayətə  görə  Qəbiristani-Bəqidə 

dəfn  buyurmuşlar.  Həzrət  Əmirülmöminin  (ə),  Abdullah 

bin  Abbas,  Səlman,  Miqdad,  Əmmar  Yasir,  bəni-Haşim, 

Əsma  bint  Ümeysdən  başqa  kimsə  o  Həzrətin  təşyi’i-

cənazəsində (cənazənin müşayiətində) hazır olmamışdır. 

     


Zeynəb  əleyha  salamı  Abdullah  bin  Cəfər  Təyyara 

təzvic  buyurmuşlar  idi  və  ondan  Abdullah  və  Övn  adında 

iki  nəfər  övladı  təvəllüd  bulmuşdur.  Və  Həzrət  Külsüm 

əleyha  salam  əvvəla  Övn  bin  Cəfərə  varıb,  Övn  fövt 

ol

duqda  Məhəmməd  bin  Cəfər  müşar-ileyha  ilə  izdivac 



buyurmuşlar.  Məhəmmədin  Külsümdən  bir  qızı  olub. 

Məhəmmədin  vəfatında  Abdullah  Cəfər  o  Həzrəti  əqd 

buyurmuşlar  və  Abdullahın  evində  ikən  vəfat  etmişdir.  

Zeynəb  və  Külsümdən  nəsl  baqi  qalmamışdır.  Həzrət 

Risalətpənahın  zürriyyələri  (nəvə-nəticələri)  ancaq 

Həsəneyn 

(

iki 

Həsən, 

Həsən 

ilə 

Hüseyn

əleyhimassalamdan nəşat etmişdir. 



İmam Həsən əleyhissalamın tərcümeyi-halı 

 


 

24 



     

Əimmeyi-isna-əşərin* 

ikincisi, 

ali-


əbayi-kiramın 

dördüncüsü  olub  Əmirülmöminin  əleyhissalamın  fərzəndi 

(

oğlu)  və  həzrət  Risalətpənahın  sevgili  kəriməzadəsidirlər 

(

qızının  oğludurlar).  Miladi-mübarəki  hicrətin  üçüncü 

ilində  salı  (seşənbə)  gecəsi  ramazanül-mübarəkin  15-ci 

günündə 


Mədineyi-teyyibədə 

Əmirülmöminin 

əleyhissalamın qapısı məscidi-Peyğəmbəriyə açılan evində 

təvəllüd bulduqları halda Cəbrayıl əleyhissalam nazil olaraq 

bu mövludi-

şərifin Harun əleyhissalamım oğlunun adı olan 

Şəbbər  namilə  –  ki  ərəbcə  Həsən  (yaxşı)  deməkdir  – 

təsmiyyə buyurulmasını xəbər vermişdir.     

     

Süd  anası  Peyğəmbərin  əmisi  Abbasın  zövcəsi 



Ümmülfəzldir.  Təvəllüdünün  yeddinci  günü  həzrət 

Risalətpənah əqiqə zibh buyurmuş (saçını kəsdirmiş) və şu 

zati-

mübarəkin başının tükünü həlq etdirib vəznincə gümüş 



təsəddüq  buyurmuşlardır  (kəsdirib  onun  çəkisində  gümüşü 

sədəqə vermişdir). 

     


Pədəri*-büzürgvarları  vəfat  etdikləri  vaxt  həzrət  Həsən 

əleyhissalamı  başqa  fərzəndləri  və  şiələri  (oğulları  və 



tərəfdarları)  ilə  dəvət  buyurub  kəndilərinə  vəsi  və  xəlifə 

qərar buyurmuşlardır və həzrət Risalətpənahın əmanətlərini 

ona  təslim  buyuraraq  əsrari-ilahini  (ilahi  sirrləri)  səm’i-

mübarəklərinə (mübarək qulaqlarına) təbliğ etdilər. 

     

Əlqabi*-mübarəkəsi:  Seyyid,  Səbit,  Əmin,  Höccət, 



Nəqi, Zəki, Müctəba, Zahid, Teyyib olub. Künyələri: Əbu 

Məhəmməd, Əbulqasımdır. Pədəri-büzürgvarlarının hökmü 

və Allah-təalanın əmrilə məsnədi-xilafətə (xilafətin taxtına

əyləşdilər. Məqami-lütfdə cəmi’ rəiyyətlərinə və təbəələrinə 

ədlü  ehsan  buyurdular.  Və  Müaviyə  bin  Əbu  Süfyanın 

vücudunu  rəf  etməklə  rişeyi-zülmü nüfuzunu (zülm  ilə 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə