Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   ...   6   7   8   9   10   11   12   13   14

 

43 



    

Əimmeyi-isna-əşərin* onuncusu, insü cinnin (insanlarla 



cinnlərin)  imamı,  pədərlərinin*  xəlifəsi  və  vəsisi  olub. 

Şənbə günü rəcəbül-mürəccəbin beşində, hicrətin iki yüz on 

ikinci 

sənəsində  Sürya  deyilən  yerdə  Mədinə  şəhərində 



Məmun  ər-Rəşidin  zamani-səltənətində  Səmanədən 

təvəllüd  etmişdir.  İsmi-  mübarəki:  Əli.  Əlqabı*:  Nəqi, 

Hadi,  Nasih,  Mürtəza,  Alim,  Fəqih,  Əmin,  Mütəvəkkil, 

Fəttah,  Teyyib.  Künyeyi-mübarəkəsi:  Əbulhəsəni-salis. 

Ömri-

şərifi qırx il olub otuz üç il imamət etmişdir. Cəddi-



büzürgvarlarının  zamani-rehlətində  (vəfatı  zamanında

yeddi  sinnində  idilər.  Həzrət  təqiyyə  etdiyi  üçün  heç  bir 

yerdə  məks  etməyib  (uzun  müddət  qalmayıb)  əksər  ovqat 

səfərdə  idi.  Müddəti-imamətində  Hədisə  adlı  bir  kənizi-

xassı təsərrüf edərək ondan beş övladı təvəllüd etmişdir. 1) 

imam  Həsən  Əskəri  (ə);  2)  Hüseyn;  3)  Məhəmməd;  4) 

Kəzzab  ilə  məşhur  olub  əksər  ömrünü  ovbaşü  əlvat  (lotu-

potu

ilə  naməşru  (qanunsuz)  işlərə  məşğul  olmaqla 

keçirmişdir; 5) Aişədir. 

     


Mədinə  valisi  Abdullah  bin  Məhəmməd  xəbər  verməsi 

üzərinə  Mütəvəkkil  Abbas  bin  Yəhya  bin  Hərsəməni 

Mədineyi-münəvvərəyə 

göndərərək, 

Həzrəti 


Sərrəmənraə

1

 



(Samirə)-yə  gətirdərək  on  il  orada  iqamət 

etdirdikdən sonra Mütəvəkkil tərəfindən təsmim edilmişdir 

                                                 

1

 



Sərrəmənraə  –  İraqdakı  Samirə  qəsəbəsinin  nami-digəri  olub. 

Rəvayətə  görə  ismi-əsliyi-qədimi  Saməra  yaxud  Samira  olub. 

Xəlifə  Mötəsimbillah  yolu  tövsi’  və  təzyin  və  məqərr  ittixaz 

(

genişləndirib  bəzəyəndə  və  paytaxt)  etdiyində  “görən  sevinir” 

mənasıyla  Sərramənraə  təsmiyyə  etmişdi  (adlandırmışdı). 

Bağdadın  107  kilometr  şimal-qərbində  olaraq  Dəclənin  sol 

kənarında nəhri-Vandan mə’xuz cədvəllərlə irva olunur (arxlarla 

suvarlanır). Bu ovada vaqe qəza mərkəzidir.  



 

44 



(

zəhərləndirilmişdir).  Qırx  bir  yaşında  ikən  rəcəbül-

mürəccəb  ayının  üçündə  hicrətin  iki  yüz  əlli  dördüncü 

ilində  şəhid  olaraq  Sərrəmənraədə  kəndi  evlərində  dəfn 

olunmuşlardır. 

     

Həzrət mütəvəssitülqamə (orta boylu), ziyadəcə mərtub, 



ağ,  qırmızıca,  çıxıq  yanaqlı  olub.  Geniş  gözlü  idi,  açıq 

qaşlı, iri dişli, siması sevimli idi. O dərəcədə ki, mükəddər 

birisi  kəndilərinə  baxdıqda  kədəri  zail  olur  idi.  Daima 

mütəbəssim  bir  halda  Cənab  Haqqın  zikrinə  məşğul  olur 

idi. 

Vüqarlı, kərəmli, cəlalətli bir zat olub qayət həyasından 



kimsənin üzünə baxmazlar idi. Mübahisədə israr etməz və 

yüksəkdən söyləməz idi. 

 

İmam Həsən Əskəri əleyhissalamım tərcümeyi-halı 

      


      

Əimmeyi-isna-əşərin*  on  birincisi,  atasının  vəsi  və 

xəlifəsi olub cümə günü rəbiüssani ayının dördündə hicrətin 

iki  yüz  otuz  ikisində  Hədisədən  Mədineyi-münəvərədə 

V

asiqbillahın  hökumət  zamanında  təvəllüd  etmişdir.  İsmi-



mübarəki:  Həsən  və  Abdullah  olub.  Əlqabi-mübarəkəsi: 

Əskəri,  Zəki,  Xalis,  Sirac.  Künyəsi:  Əbu  Məhəmməddir. 

Altı  il  imamət  etmişdir.  Həzrət  bir  rəvayətə  görə  Nərcis 

banu  namında  bir  kənizi,  yaxud  Süsən  namında  digər  bir 

kənizi  ixtiyar  etmiş  idi.  Vəsi  və  xəlifəsi  olan  həzrət 

Sahibüləmr  (ə)  ismində  bir  övladi-zükuru*  olmuşdur. 

Həzrət  iyirmi  sinnində  ikən  rəbiüləvvəl  ayının  səkkizində 

hicrətin  iki  yüz  altmışıncı  ilində  Mötəmidəlallah  Əhməd 

bin  Cəfər  Mütəvəkkilin  əmrilə  məsmum  olaraq 

(

zəhərləndirilərək)  şəhadətə  yetmişdir.  Samirədə  pədəri-

büzürgvarlarının cünbündə (yanında) dəfn olunmuşdur. 



 

45 



     

Həzrət buğdayı rəngli, orta boylu, gözəl üzlü, siyah  və 

müqəvvəs (qövsvari) qaşlı, geniş alınlı, qırmızı yanaqlı və 

sağ  yanağında  bir  xal  olaraq,  mütənasib  vücudlu  xəlq 

buyurulmuşlardır.  Nəhayət  dərəcədə  səxavətli,  həyalı, 

iffətli, zöhdlü (tərki-dünya) olub daima səcdə əsəri mübarək 

alnında  aşkar  idi.  Dost  və  düşmən  indində  (yanında

m

əhbubül-qəlb  bir  zat  olub  kimsə  kəndilərindən 



inciməmişdir  və  hər  kəsin  sualına  mütabiq  (müvafiq

surətdə dərhal cavab əta edərlərdi. 

 

Həzrət Mehdi Sahibüzzaman əleyhissalam 

 

    



Əimmeyi-isna-əşərin*  on  ikincisi,  həzrət  imam  Həsən 

Əskəri  əleyhissalamın  vəsi  və  xəlifəsi,  sahibi-dəvəti-

nəbəviyyə, 

xatəmi-vilayəti-mühəmmədiyyə, 

pərkari-

daireyi-


nübüvvət  (peyğəmbərlik  dairəsinin  pərgarı), 

məzhəri-əsrari-üluhiyyət  (ilahi  sirrlərin  zahir  olduğu  yer), 

qövs (

)

ﺙﻮ��ﻏ i-aləm    (aləmin  sığınacağı),  xəlifeyi-ə’zəm, 



Əbulqasım Məhəmməd bin əl-Həsən Mehdi Sahibüzzaman 

sələvatüllahi əleyhi. 

     

Cümə gecəsi (leylətül-bərat deyilir) şabanül-müəzzəmin 



on  beşində,  hicrətin  iki  yüz  əlli  beşinci  ilində,  qeysəri-

Rumun  qızı  Nərcis  banudan,  digər  bir  rəvayətə  görə  İsa 

əleyhissalamın  həvarisi  Şəm’un  nəslindən  Bəşu’a  bin 

Qeysərin qızı Süsən namdan Mö’təmid Abbasinin xilafəti-

zamanında  Sərrəmənraə  bələdəsində  təvəllüd  etdikləri 

vaxtda səcdəyə düşmüş və kəlmeyi-şəhadətini qiraət edərək 

əcdadi-büzürgvarlarının  isimlərini  pədəri-büzürgvarlarına 

qədər  birər-birər  zikr  etmiş  və  sureyi-Qəsəsin  əvvəlindən 

bir qaç ayə tilavət buyurmuşlardır. 



 

46 



     

İsmi-mübarəki:  Məhəmməd.  Əlqabi-şərifi:  Mehdi, 

Müntəzir,  Sahibüzzaman,  Höccət,  Qaim,  Sahibüləmr, 

Xatəmüləimmə. 

Künyeyi-mübarəkəsi: 

Əbulqasımdır. 

Viladətlərindən  sonra  Mötəmid  Abbasinin  xilafət 

zamanında  düşmənlərin  xofundan  Sərrəmənraədə  beyti-

mövrus

ələrində (vərasət yoli ilə onlara çatmış evdə) cəddü 



pədəri-büzürgvarlarının  ibadət  etdiyi  sərdabədə  xüsusi 

şiələrindən  (tərəfdarlarından)  başqa  ümumi  əhali 

nəzərindən 

qeybət 


etdiyi 

mütəvatir 

olmuşdur 

(

söylənmişdir). Sünni və şiə o Həzrətin axır zamanda zühur 

edəcəyinə mötəqid olub (inanıb) haqqında bir çox rəvayati-

mütəvatirə  varid  olmuş  və  zühuruna  bir  taqım  əlamətlər 

olacağını  və  kəndilərinə  xas  vükəla  və  süfəra  (vəkillər  ilə 

səfirlər)  bulunduğunu  nəql  etməkdədirlər.  Həzrət 

H

öccətüllahın  iki  dəfə  qaib  olması  rəvayət  olunmaqdadır. 



Birinci  qeybəti-suğra  (kiçik),  digəri  qeybəti-kübradır 

(böyük)

.  Qeybəti-suğralarıyla  qeybəti-kübraları  arası  74 

sənə*  davam  etmişdir.  Qeybəti-suğralarında  xofi-əşrardan 

(

şərin  qorxusundan)  və  təqiyyə  etdiklərindən  Həzrətə 

Nahiyeyi-

müqəddəsə  və  Sahibdar  namları  təbir  olunurdu. 

Əhalinin  məsaili  və  həvaici  (məsələləri  və  ehtiyacları

süfərayi-ərbəə  (dörd  səfir)  vasitəsilə  həzrət  Höccətüllahın 

hüzuruna  ərz  olunur  və  cavab  alırdılar.  Süfərayi-ərbəə 

şunlardır:  Osman  bin  Səidülümri  olmuşdur  ki,  vəfat 

etdiklərində  İmam  əleyhissalamın  fərmanıyla  oğlu  Əbu 

Cəfər Məhəmməd bin Osmanı kəndi yerinə təyin etmişdir. 

Və  müşar-ileyh*  dəxi  heyni-vəfatında  Həzrətin  əmrilə 

Əbulqasım Hüseyn bin Ruh Novbəxtini kəndi yerinə təyin 

etmiş  və  bu  dəxi  üç  yüz  iyirmi  altı  tarixi-hicridə  vəfat 

etdikdə  həzrət  Vilayətpənahın  əmrilə  Əbulhəsən  Əli  bin 



 

47 



Məhəmməd  əs-Səmirini  təyin  buyurmuşlardır.  Şabanın  on 

beşində  üç  yüz  iyirmi  doqquzuncu  sənədə*  müşar-ileyh* 

naminə  Həzrətin:  “Ey  Əli  bin  Məhəmməd  əs-Səmiri,  altı 

günə qədər dünyadan rehlət edəcəyindən (köçəcəyindən) bir 

yenə  kimsəni  təyin  etməyəcəksən,  çünki  qeybəti-kübra 

dedikləri  qeybət  tam  vaqe  oldu  və  zühur ancaq çox uzun 

müdd

ətdən  sonra  qəlblərin  qəsavətlə  (rəhmsizliklə)  və  yer 



üzünün  zülmlə  dolmasından  sonra  cənab  Haqqın  iznilə 

olacaqdır. Bu qeybət zamanı kimsə məni görməyəcək və bu 

iddiada bulunan əşxas (şəxslər) dəxi müftəri və kəzzabdırlar 

(iftiraç



ı  və  yalançıdırlar)”  məzmununda  tövqisi  (fərmanı

sadir olmuşdur.  

     Zühurunu 

göstərən  əlaimi-məhtumə  (vacib  əlamətlər

bunlardır: 1) yəmənli bir zatın xürucilə (ortaya çıxmasıyla

Həzrətin  zamani-xürucunun  (ortaya  çıxması  zamanının

yaxınlaşmasını  söyləyərək  bey’ətə  dəvət  etməsi;  2)  Əbu 

Süfyan övladından Osman bin Ənbəsə namlı (adlı) rəcəbül-

mürəccəb  ayında  xüruc  edib  səkkiz  ay  hökumət  edərək 

Şam


1

,  Dəməşq

2

, Hüms


3

,  Fələstin

1

,  Ürdün


2

, Qin


nəsrin

3

 



                                                 

1

 



Şam – hər nə qədər beynül-əvam (avamlar arasında) bu isim 

Dəməşq  şəhərinə  verilirsə  də,  əsl  Şam  lisani-ərəbidə  (ərəb 



dilində)  qədimən  Suriya  deyilən  xətteyi-vasiənin  ismi  olub. 

Mərkəzi olan şəhərin ismi isə Dəməşqdir. 

2

 

Dəməşq – Suriya vilayətinin və bütün Suriya qitəsinin mərkəzi 



bir şəhər olub, Asiya qitəsində biladi-Osmaniyyənin ən böyük və 

ən  mühüm  şəhəridir.  Şərq  və  cənub  cəhətindən  bərrüş-Şam 

deyilən  çölə  qədər  mümtədd  olan  (uzanan)  Qutə  ismilə  məruf 

gözəl  və  münbit  bir  ovanın  kənarında  vaqe  olub,  şimalən 

Qasibun  dağıyla  və  qərbən  və  qərb-cənubi  cəhətdən  dəxi 

cəbəlüş-Şeyxin digər ətəklərilə mühatdır (əhatə olunur).  

3

 Hüms  – 



Suriya qitəsinin ən məşhur şəhərlərindən olub, Suriya 

vilayətində  Həma  sancağına  məlhəq  bir  qəzanın  mərkəzidir. 




 

48 



vilayətlərini  təsərrüf  etdikdən  sonra  Mədinə  ilə  Məkkə 

arasında vaqe Beyda deyilən yerdə tamam əsgərlərilə ərzə 

(

yerə)  batmaları;  3)  nəfsi-zəkiyyə  (pak  nəfs)  sahibi olan 

sadati-


hüsniyyədən  Məhəmməd  bin  Həsən  zati-kiramın 

(

hörmətli  zatın)  rükn  ilə  məqam  arasında  on  beş  gecə 

Həzrətin zühurundan əvvəl qətl olunması; 4) asiman (səma

tərəfindən Cəbrayıl həzrət Mehdini ismü ləqəbilə Günəşin 

tülu’undan (

çıxmasından) əvvəl nida etməsi (çağırması) və 

bu  nidanı  dəxi  cənab  Haqqın  iznilə  kəndi  lisanlarında 

(

dillərində)  eşitmələri.  Sonradan  bu  günün  axırlarında 

Şeytan ərz (yer) tərəfindən əhalini Osman bin Ənbəsə tərəfə 

                                                                                                  

Dəməşqin  150  kilometr  şimalında  və  iskələsi  olan  Tərablisi-

Şamın  90  kilometr  şərq-şimalısında  olaraq  Asi  nəhrinin  sahili-

yəminində, yəni şərqində və 20 saniyə, 43 dəqiqə, 34 dərəcə ərzi-

şimal ilə 13 saniyə, 22 dəqiqə, 34 dərəcə tuli-şərqidə vaqedir. 

1

 



Fələstin – qədimən Qəzzə ilə Yafə arasında və Finikə, yəni ərzi-

Kən’anın cənubunda və ərzi-Müqəddəsin qərbində sahil boyunca 

uzanan  kiçik  bir  xəttəyə  məxsus  olan  bu  isim  bə’dəhy  Şam 

qitəsinin  bütün  qismi-cənubisində  təmim  olunaraq,  Finəkənin 

nisfi-

cənubusunu  və  bütün  ərzi-Müqəddəsi  və  bəhri-Lut 



hövzəsini  əhatə  etmişdi.  Kütübi-islamiyyədə  (müsəlman 

kitablarında) Fələstin ismi bu ikinci surətlə qullanmışdır.  

2

  Ürdün  – 



Fələstində  məşhur  bir  nəhr  olub  əl-yövm  (bu gün

nəhrüş-Şəriə ismilə dəxi mərufdur. Bu nəhr Siriya, yəni bəhrüş-

Şam  ilə  Fələstin  arasında  cəbəlüş-Şeyxin  ətəklərində  nəb’anla 

(

şırıltıyla) pək alçaq və dolaşıqlı bir vadinin içində cənuba doğru 

axaraq  Hillə  və  Təbəriyyə  göllərinin  içindən  keçdikdə  və  200 

kilometrəlik cərəyandan sonra bəhri-Luta mənsəb olur.  

3

 

Qinnəsrin  –  Şamda  25  kilometr  cənub-qərbisində  və  nəhri 



sahili-

qərbisi qürbündə bulunmuş bir əski qəsəbə olub 17-ci sali-

hicridə  (hicrətin  17-ci  ilində)  Əbu  Übeydə  bin  əl-Cərrah 

mərifətilə  fəth  olunmuş  və  dördüncü  qərni-hicri  əvasitində 

(

hicrətin  dördüncü  əsrin ortalarında) Seyfüddövlə bin  Həmdan 

zamanında xarab olub, bir daha e’mar olunamamışdır.  




 

49 



dəvət  nidası  edəcəyi; 5) ramazanül-mübarəkin  on  beşində 

küsufi-


Şəms  (Günəşin  tutulması)  olub  və  axırlarında 

xüsufi-


Qəmər (Ayın tutulması) vaqe olacağı; 6) tək illərdə o 

Həzrət  zahir  olaraq  müstəcarda  minbərə  çıxacaqlarından 

sonra 

cənab  Haqq  tərəfindən  nami-mübarəklərilə  cümə 



günü ramazanül-

mübarəkin  iyirmi  üçündə  çağırılacağı  və 

şənbə  günü  məhərrəmül-haramın  onunda  rükn  ilə  məqam 

arasında Hətimdə* Cəbrayıl (ə) üç yüz on üç nəfər ilə ona 

bey’ət  edəcək  və  sağ  tərəfində  duraraq  əhalinin  cənab 

Mehdini 


yüksəkdən  dəvət  eyləyəcəyi.  Ətraf  ərzdə  (yerdə)  

Həzrətin  bütün  şiələri  o  vaxtda  hüzuri-mübarəklərinə 

şərəfyab olaraq bey’ət edəcəkləri. Bu gündə dəxi Həzrət on 

min əsgər ilə Mədinəyə tərəf əzimət buyuraraq (yollanaraq) 

bütün  yer  üzünü  zülm  və  məfsədətdən  (fəsaddan)  pak 

edəcəklərdir.  

     

Xəlqən  və  xülüqən  tamamı  tamamına  həzrət 



Risalətpənaha bənzər bir zati-müqəddəsdir. 

     


Əşxasi-mövsuqədən  (mötəbər  şəxslərdən)  hüzuri-

Vilayətpənahini  dərk  edənlərin  əsamiləri  (isimləri):  həzrət 

Risalətpənahın övladından məhsub olan (hesab olunan) və 

İraqda  bulunan  Məhəmməd  bin  İsmayıl  bin  Musa  bin 

Cəfərdir; 2) Əbu Nəsr Zərifülxadim; 3) Əhməd bin İshaq; 

4) 


İbrahim bin İdris; 5) Qənbər Kəbirin oğlu və Əbulhəsən 

Rizanın köləsi Qənbər; 6) Əbu Harun. 1) Ənas* tayfasından 

imam Məhəmməd Təqi əleyhissalamın qızı və həzrət imam 

Həsən  Əskərinin  əmməsi  (bibisi)  Həkimə;  2)  İbrahim  bin 

Əbd Nişaburinin xadiməsi. 

    


Vükəla  və  süfəradan  (vəkillərdən  və  səfirlərdən)  o 

Həzrəti  görüb  hüzuruna  yetişənlər:  1)  Məhəmməd  bin 

Hümam;  2)  İshaq  bin  Yaqub;  3)  Əbulqasım  bin  Calis;  4) 



 

50 



Əbu Abdullah Kindi; 5) Harun Fərah; 6) Əbu Abdullah bin 

Ruh; 7) 


Məsrur  Təbbax;  8)  İshaq  Katib  Novbəxti;  9) 

Sərreyi-Məxtumə  Sahibi;  10)  Həsən  bin  Harun  Deynuri; 

11) İbn Barşaleyi-İsfahani; 12) Həsən bin Nəzr Qumi; 13) 

Həsən bin Yaqub kəndi oğlu ilə; 14) Qasım bin Musa kəndi 

oğlu ilə; 15) Əli bin Məhəmməd Kəlili; 16) Məhəmməd bin 

Məhəmməd Kəlili; 17) Mərdas Qəzvini; 18) Məcruh Farsi; 

19) 

İbn əl-Xal Şəhrizori; 20) Əbu Sabit Mərvi; 21) Fəzl bin 



Yəzid  Yəməni;  22)  İbn  Ə’cəm;  23)  Şəmətati;  24) 

Sahibülmövlud bin Misri; 25) Əbu Zücac Məkki; 26) Haci; 

27) Bilali; 28) 

Əttar;  29)  Abdullah  Asim  əl-Kufi;  30) 

Məhəmməd  bin  İbrahim  bin  Məhziyad  İxvani;  31) 

Məhəmməd  İshaq  Qumi;  32)  Məhəmməd  bin  Saleh 

Həmədani;  33)  Əbu  Cədər  Razi;  34)  Məhəmməd  bin 

Abdullah  Razi;  35)  Qasım  ibn  Əla  Azərbaycani;  36) 

Məhəmməd  bin  Şazan  Nişaburi;  37)  Əbu  Abdullah 

Cüneydi; 38) Zeydan S

əmiri;  39)  İshaq  Qumi;  40)  Əbu 

Məhəmməd  bin  Harun;  41)  Sahibülhissat;  42)  Əbu  Cəfər 

Rəqq; 43) Sahibi-Əlfdinar; 44) Rəf’ülbeyza. 

 

    Cü



madiyülulanın qürrəsi (biri) 1335 – mütabiqi-10 fevral 

1917


 

(

Rusiya  ərazisində  1918-ci  ildə  yulian  təqvimindən 



qriqorian təqviminə keçiddən  sonra – 23 fevral 1917)                                                                                         

 

 



 

 

 



 


 

51 



Sözlük 

 

Baqir – (burada) açan, 



dərk edən 

Bə’dəhü – ondan sonra 

Bəhri-Əhmər – qırmızı dəniz 

Cədd – baba  

Cəddə – nənə  

Əimmeyi-isna-əşərə – on iki imam 

Əlqab – ləqəblər 

Ənas – qadın cinsindən olan 

Ənzə 



 



alnın hər iki tərəfinin tükü tökülmüş olan 

Ərş, kürsi və sidrətülmüntəha – (burada) müvafiq olaraq göyün 

yeddinci, səkkizinci və doqquzuncu qatları 

Hətim  –  Kə’bənin  önündə  qövsvari  şəkildə  mühəccərlə 

ayrılmış yer 

Künyat – 

künyələr 

Qəryə – kənd  

Mədfən – dəfn edilən yer 

Müşar-ileyh – adı çəkilən 

Övdət – qayıtma, qayıdış 

Pədər – ata  

Rehlət – köçmə, (burada) ölüm 

Risalət – elçilik 

Sənə – il  

Sinn – 


yaş (il) 

Süls – 


üçdə bir 

Təğsil – qüsl vermə, qüsl etmə 

Təkfin – kəfənə bağlama 

Zindəganlıq – yaşayış, yaşama, ömür 

Zükur – 

kişi cinsindən olan                



Zürriyyə – nəvə-nəticə, törəmə 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə