Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   ...   6   7   8   9   10   11   12   13   14

 

37 



Ümm  Səlmə;  17)  Meymunə;  18)  Ümm  Külsüm;  19) 

Aməmə (ﺔﻤﻣﺁ). 

      

Müddəti-ömrləri  əlli  beş  sənə  olmuşdur.  Harun  ər-



Rəşidin  hökuməti  zamanında  Həccə  getdikdə  Harun  ər-

Rəşid o Həzrət üçün iki kəcavə tərtib verərək hər birini bir 

qatıra təhmil etdirdi (yüklətdirdi). Və sonra vəq’eyi-Mədinə 

əhlindən  gizlətmək  üçün  o  Həzrəti  kəcavələrin  birində 

oturdub,  bir  vaxtda  olaraq  onları  evindən  çıxarıb  hərəsinə 

bir qaç süvari qoşaraq birini Bəsrəyə

P13F

1

P



 

və digərini Kufəyə

P14F

2

P



 

tərəf  göndərdi.  Bə’dəhü*  Bəsrədəki  İsa  bin  Cəfər  bin 

Mansura  bir  fərman  yazaraq  o  zati-aliqədrin  orada  həbs 

edilməsini əmr etdi. Bəsrədə bir il həbsdə qaldıqdan sonra 

İsa  bin  Cəfər  o  Həzrəti  qətl  etmək  haqqında  fərman 

çıxdıqda  müşar-ileyh  bu  əmri-şəni’i  (alçaq  əmri)  ifadan 

iste’zarda bulundu  (

üzr  istədi).  Fəqət  sonra  cənab 

Vilayətpənahini  Bağdada

P15F

3

P



 

göndərməsini  əmr  aldığından 

                                                 

1

 



Bəsrə – İraqi-Ərəbidə və Şəttülərəbin sahili-qərbində bir saatlıq 

məsafədə  həmnamı  olan  vilayətin  mərkəzi  bir  şəhər  olub. 

Bağdadın  460  kilometr  cənub-şərqində  və  Bəsrə  körfəzi 

müntəhasından 90 kilometr yuxarıda olaraq 30 saniyə 29 dəqiqə 

30  dərəcə  ərzi-şimali  ilə  36  saniyə  19  dəqiqə  45  dərəcə  tuli-

şərqidə vaqe və Şəttülərəbə bir xəndəqlə mərbutdur. 

2

 

Kufə  –  İraqi-Ərəbin  ən  məşhur  şəhərlərindən  olub  Bağdadın 



150  kilometr  cənubunda  və  Nəcəfin  3  kilometr  şərqində  olaraq 

Fəratdan ayrılan bir cədvəlin üzərində vaqe idi. Bu şəhər Ömər 

bin 

Xəttab 


həzrətləri 

zamanında 

və 

Qadisiyyə 



müzəffəriyyətindən sonra olaraq Bəsrə ilə bir sənədə, yəni 17-ci 

sali-


hicridə Sə’d bin Əbi Vəqqas tərəfindən e’mar olunmuşdur. 

3

 



Bağdad  –  Asyayi-Osmaninin  ən  məşhur  və  ən  böyük 

şəhərlərindən olub həmnamı olan vilayətin və bütün İraqi-Ərəbin 

mərkəzidir. Dəclənin iki tərəfində olaraq 50 saniyə 19 dəqiqə 33 

dərəcə  ərzi-şimali  ilə  15  saniyə  2  dəqiqə  42  dərəcə  tuli-şərqidə 




 

38 



kəndilərini orada Fəzl bin Rəbi’əyə təslim etmişdir. O dəxi 

Həzrətin  bir  çox  müddət  orada  qaldığından  sonra 

kəndilərini  qətl  etməsi  haqqında  əmr  aldısa  da  fəqət  bunu 

icradan imtina etdiyinə görə Fəzl bin Yəhyaya təslimə əmr 

aldı.  Fəzl  o  Həzrətə  evlərin  birində  yer  verib  ətrafında 

mühafizlər qoydurdu. İmam (ə) həbsdə ikən gecələri sabaha 

qədər ibadətlə keçirir və çox günləri oruc tutaraq Qur’ani-

şərif  qiraət  etməklə  məşğul  olurdu.  Bu  vaxtda  mübarək 

vücuduna  son  dərəcə  zə’f  ariz  olmuşdur.  Fəqət  Fəzl  bin 

Yəhya  kəndilərinə  sərbəsti  verərək  son  dərəcə  ehtiram 

edərdi.  Harun  ər-Rəşid  Rəqqə

1

 



şəhərində  bulunduğu  vaxt 

Fəzlin böylə rəftarından hiddətlənərək kəndilərinə o Həzrəti 

qətl etməyi əmr etdi. İmtina etdiyi üçün Həzrəti Abbas bin 

Məhəmmədə təslim etməyə əmr alaraq kəndisinə dəxi yüz 

tazi

yanə  vuruldu.  Abbas  bin  Məhəmməd  dəxi  Harunun 



əmrilə  o  Həzrəti  Sindi  bin  Şahikə  təslim  etmişdir.  Bu 

vəq’əni eşidən Yəhya bin Xalid Rəşidin hüzuruna gələrək, 

Həzrəti  qətl  etməyi  təəhhüd  edərək  (öhdəsinə  alaraq

Bağdada  tərəf  azim  oldu  (yollandi). Oraya varid olduqda 

dərhal Sindi bin Şahiki İmam əleyhissalamın qətlinə məmur 

etdi.  Müşar-ileyh*  də  təam  içərisinə  səmm  (zəhər)  daxil 

edərək  həzrət  Vilayətpənahı  təsmim  qılmışdır.  Üç  gündən 

                                                                                                  

vaqedir.  Şəhərin  qismi-ə’zəmi  (böyük  hissəsi)  Dəclənin  şərq 

cəhətində  olub.  Dəmafə  təsmiyyə  olunur  (adlanır).  Nəhrin 

cəhəti-qərbiyyəsindəki qismi isə bu məhəllədən ibarət olub Kərx 

və Zəvra ismilə mərufdur (məşhurdur). 

1

 

Rəqqə – Hələb vilayət və sancağında və Hələbin 220 kilometr 



şərqində  olaraq  Fəratın  sahili-şərqisində  və  Bəlix  nəhri 

mənsəbinin  12  kilometr  yuxarıda  vaqe  qəza  mərkəzi  bir 

qəsəbədir.  Əsl  Rəqqə  Fəratın  qərbi  sahilində  olub, indiki 

Rəqqənin yerinə Əfəqə şəhəri bulunurdu. 




 

39 



sonra  rəcəbül-mürəccəbin  iyirmi  beşində  hicrətin  yüz 

səksən üçüncü ilində dari-axirətə rehlət buyurmuşlar (axirət 



evinə köçmüşlər). 

    


Sindi  bin  Şahik  məhbəsə  (həbsxanaya)  daxil olaraq 

tamam füqəhanı (fəqihləri) və Bağdad əhlini, hətta Heysəm 

bin 

Ədi ki məşahiri-üləma və üdəbadan (məşhur alimlərdən 



və ədiblərdən) idi, hazır edib o Həzrətin cərahət və ixtinaq 

(

kəsmək və boğmaq) ilə vəfat etməməsinə istişhad (şahidlik

etdilər.  Bə’dəhü*  Sindi,  Yəhya  bin  Xalidin  əmrilə 

cənazeyi-mübarəkəni  Bağdad  körpüsü  üzrə  qoyaraq  şöylə 

elan etdi: – 

Camaat,  bu  imam  Musa  bin  Cəfər 

əleyhimassalamın nəşidir ki, rafizilər onun layəmut (ölməz

olmasını etiqad edirdilər. Siz baxınız ki, bu dəxi, sair əşxas 

kim

i,  vəfat  etmişdir.  Əhali  birər-birər  o  nəşi-mübarəkə 



yaxaraq övdət*  edirdilər. Sonra  cənazəni qəbiristana  həml 

etidklərində  bir  rəvayətə  görə  Salman  Əbi  Cəfər  Mansur 

onla

ra  təsadüf  ilə  cənazəni  onlardan  alıb  qüsl  verərək  beş 



yüz dinar qiymətində  və Qur’an yazılı  bir parça ilə  təkfin 

edib  (


kəfənləyib)  kamal  hüznü  yas  ilə  o  zati-aliqədri 

Bağdadın  qərbində  Qüreyş  məzarıstanında  bəni-Haşim 

məqbərəsində dəfn buyurdular. 

     


Həzrət uzun boylu, zəif, buğdayı rəngli, bəşuş (gülərüz), 

səxavətli və əksər ovqat əhalidən üzlət ixtiyar edərdi (təcrid 



olunardı). Sual olunmadan bəxşiş edər və kimsəyə on min 

dinardan az para verməzdi. 

 

İmam Rza əleyhissalamın tərcümeyi-halı 

 

     


İmami-vacibül-itaət Əli bin Musa ər-Rza əimmeyi-isna-

əşərin* 


səkkizincisi 

və 


imam 

Museyi-Kazım 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə