Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   ...   6   7   8   9   10   11   12   13   14

 

34 



dörd sinnində olub, pədəri-büzürgvarları ilə otuz dörd sənə 

zindəganlıq*  etmişlərdir.  On  doqquz  sənə  imamət 

etmişlərdir.  Hicrətin  yüz  on  dördüncü  ilində  bazar  ertəsi 

(düşənbə)  günündə  zihiccətül-haramda  Hişam  bin 

Əbdülmalikin  zamani-hökumətində  Mədinə  valisi  olan 

İbrahim  bin  Vəlidin  təam  içərisində  o  Həzrətə  səmm 

(

zəhər) verməsilə əlli yeddi sinnində ikən dərəceyi-şəhadətə 

yetmişlərdir.  Bəqi  qəbiristanında  pədəri-büzürgvarlarının 

nəzdində dəfn olunmuşdur. Kənizdən başqa o Həzrətin iki 

zövcəsi olmuşdur: 1) Qasım bin Məhəmməd bin Əbi Bəkrin 

qızı olan Ümm Fərvə ki, imam Cəfər Sadiq əleyhissalam və 

bəradəri  (qardaşı)  Abdullahın  validəsi  olmuşdur;  2) 

Ümmülhökmdür 

ki,  Əsəd  bin  Müğeyrə  Səqəfiyyənin 

qızı[dır].  İbrahim  və  Abdullah  müşar-ileyhadan*  təvəllüd 

etmişdirlər.  Beş  nəfər  övladi-zükuru  olmuşdur:  1)  həzrət 

imam  Cəfər  Sadiq  (ə);  2)  Abdullah;  3)  İbrahim;  4) 

Übeydüllah; 5) Əli. Və iki də qızı: bir Zeynəbdir ki, Əli ilə 

bərabər bir kənizdən təvəllüd etmişlər; 2) Ümm Səlmə. 

     


O  Həzrət  buğdayı  rəngli,  mütəvəssit  qamətli  (orta 

boylu)

,  mərtub  bədənli,  müdəvvər  (girdə)  üzlü, siyah 

saqqal

lı,  çatma  qaşlı,  böyük  gözlü,  kəşidə  burunlu,  rəsuli-



Xudaya  son  dərəcə  şəbahəti  (oxşarlığı)  olmuşdur.  Hərgiz 

(heç vaxt

qəhqəhə  ilə  gülməz,  kəndisi  mütəvaze 

(

təvazökar)  olub  mütəbəssim  olduğu  halda  əksər  ovqat 

xofi-

ilahidən ağlardı. Və hər nə kəsb etsəydi, həpsini Allah 



yolunda sərf edərdi. 

 

İmam Cəfər Sadiq əleyhissalamın tərcümeyi-halı 



 


 

35 



     

Əimmeyi-isna-əşərin*  altıncısı,  Allah-təalanın  höccəti, 

məxluqatın  müqtədası  olub  iştihar  etdiyinə  (məşhur  sözə

görə  hicrətin  səksən  üçüncü  ilində  bazar  ertəsi  (düşənbə) 

günü  rəbiüləvvəlin  on  yeddisində  Mədineyi-teyyibədə 

Qasım ibn Məhəmməd ibn Əbi Bəkrin qızı Ümm Fərvədən 

təvəllüd etmişdir. On iki il cəddi-büzügvarları və on doqquz 

il  pədəri-aliləri  ilə  zindəganlıq*  edib otuz dörd il imamət 

buyurmuşlar.  Müddəti-ömrü  altmış  beş  il  olmuşdur.  İsmi-

mübarəki: Cəfər. Ləqəbi: Sadiq, Müsəddiq, Sabir. Künyəsi: 

Əbu  Abdullahdır.  Əhli-beyt  əleyhissalamın  naşiri 

(

amalların  yayıcısı)  və  məzhəbi-isna-əşərin  mürəvvici 

(

təbliğatçısı) olmuşdur.  

     


Məxsusi  kənizlərdən  başqa  iki  qadın  nikah 

buyurmuşlardır ki: 1) Həsən bin Əli bin Hüseyn bin Əli bin 

Əbi  Talibin  qızı  Fatimə;  2)  Həmideyi-bərbəriyyədir.  On 

nəfər övladı olmuşdur ki: 1) İsmayıl; 2) Abdullah Əftəh; 3) 

Ümm 

Fərvədir  ki,  bunlar  hamısı  Həsən  bin  Əli  bin 



Hüseynin  qızı  Fatimədən  təvəllüd  etmişlərdir;  4)  imam 

Museyi-


Kazım (ə); 5) İshaq; 6) Məhəmməd ki, Həmideyi-

bərbəriyyədən    mütəvəlliddirlər;  7)  Abbas;  8)  Əli;  9) 

Fatimə;  10)  Əsma  ki,  digər  qadınlardan  mütəvəllid 

olmuşlar.  Bazar  (yekşənbə)  günü  şəvvalül-mükərrəmin 

iyirmi  beşində  hicrətin  yüz  qırx  səkkizinci  ilində  Mansur 

Abbas kəndi zamani-hökumətində təam arasında o Həzrəti 

təsmim  etdirmişdir  (zəhərləndirmişdir).  Mədineyi-

münəvvərədə şəhadətə yetişib Bəqi qəbiristanında pədər və 

cəddi-büzürgvarlarının nəzdində dəfn olunmuşdur.  

     


O Həzrət qayət alim və qayət həlim (yumşaq xasiyyətli

olub  bəlalara  səbirli,  təmkinli  və  vüqarlı  bir  zati-

sütudəsifatdır.    



 

36 



     

Əksər  əşkalda  pədəri-aliqədrlərinə  şəbahəti  olub  nazik 

bədənli,  bəyaz  bəşərəli  (dərili),  qırmızı  üzlü,  mübarək 

yanaqlarında qara xal olub, kəmərli burunlu və xoşsima bir 

zat idilər.  

 

İmam Musa bin Cəfər əleyhissalamın tərcümeyi-halı 



 

     


Əimmeyi-isna-əşərin*  yeddincisi  və  imam  Cəfər  Sadiq 

əleyhissalamın  vəsisi  və  xəlifəsi  imamüssiqleyn  olub 

vi

ladəti-mübarəkəsi  Məkkeyi-müəzzəmə  ilə  Mədineyi-



münəvvərə  arasında  Əbva  deyilən  məhəlldə  səfər  ayının 

yeddisində hicrətin yüz iyirmi səkkizinci ilində Ümm Vələd 

Həmideyi-bərbəriyyə adlıdan təvəllüd etmişdir.  

     


İsmi-şərifi:  Musa.  Künyeyi-mübarəkəsi:  Əbulhəsən, 

Əbu  Abdullah,  Əbu  İsmayıl,  Əbu  Əli,  Əbu  İbrahim  və 

əlqabi*-mübarəkəsi: 

Kazım, 


Saleh, 

Sabir 


və 

Babülhəvaicdir.  

     Zövceyi-

mənkuhəsi (nikah etmiş zövcəsi) yox idi. Bütün 

övladı  kənizlərdən  təvəllüd  etmişlərdir.  İyirmi  övladi-

zükuru olmuşdur ki: 1) Əli bin Musa ər-Riza əleyhissalam; 

2) Əqil; 3) Harun; 4) Əbdürrəhman; 5) İbrahim; 6) Qasım 

əl-Əsğər;  7)  Həsən;  8)  Hüseyn;  9)  Abdullah;  10)  İsmayıl; 

11) Ömər və yaxud Məhəmməd; 12) Zeyd; 13) Əhməd; 14) 

Cəfər;  15)  Yəhya;  16)  İshaq;  17)  Abbas;  18)  Həmzə;  19) 

Abdullah;  20)  Qasım  əl-Əkbər.  Və  on  doqquz  qızı 

olmuşdur  ki:  1)  Fatimeyi-Kübra; 2) Fatimeyi-Suğra;  3) 

Rüqiyyə;  4)  Həkimə;  5)  Rüqiyyeyi-Suğra;  6)  Külsüm;  7) 

Ümm Cəfər; 8) Lübabə; 9) Zeynəb; 10) Xədicə; 11) Əliyyə; 

12) Aminə; 13) Hüsniyyə; 14) İbrahimiyyə; 15) Aişə; 16) 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə