Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   ...   6   7   8   9   10   11   12   13   14

 

31 



(

oxşarlıqları)  olaraq  pək  ziyadə  tənasüb  əndama  (çox 

mütənasib bədənə) malik idilər. 

 

İmam Zeynəlabidin əleyhissalamın tərcümeyi-halı 



 

     


Əimmeyi-isna-əşərin  dördüncüsü  və  həzrət  imam 

Hüseyn 


əleyhissalamım  oğlu  olub  Mədineyi-teyyibədə 

həzrət  Əmirülmöminin  əleyhissalamın  xilafət  zamanında 

cümə  günü  cümadiyülulanın  on  beşində,  hicrətin  otuz 

altıncı  ilində  təvəllüd  bulmuşlardır.  On  il  əmucəsi  (əmisi

imam  Həsən  bin  Əli  əleyhimassalam  ilə  və  on  ilə  dəxi 

pədəri-büzürgvarlarilə  zindəganlıq*  etmişlərdir.  Otuz dörd 

il imamət edib əlli bir sənə həyat sürmüşlərdir. Anası İran 

padşahı  Yəzdəcirdin  qızı  Şəhrəbanu  (Şahzənan);  ismi-

mübarəki Əli, künyələri Əbu Məhəmməd, Əbulhəsəndir. 

     


Əlqabi-mübarəkələri:  Zeynəlabidin,  Seyyidüssacidin, 

Zəki,  Əmindir.  Çox  səcdə  etdiyi  üçün  Səccad  ləqəbilə 

müləqqəb olmuşlardır.  

    


Cəddi-büzürgvarları  və  validi-mükərrəminin  vəsiyyətinə 

binaən  imamət  məsnədinə  cülus etdi  (əyləşdi).  Əcəb  odur 

ki, Məhəmməd bin Hənifə ilə o Həzrətin beynində imamət 

xüsusunda  göftəguları  (söhbətləri)  olduqda  Həcərüləsvəd 

fəsih bir ərəbcə o Həzrətin həqqaniyyətinə (haqlı olduğuna

izhari-


şəhadət etmişdir. Hişam bin Əbdülməlik bin Mərvan 

Kindi 


bir  rəvayətə  görə  atasının,  digər  bir  rəvayətə  görə 

bəradəri  Vəlidin  əyyami-xilafətində  həccə  əzimət  etdikdə 

təvaf 

vaxtında 



Həcərüləsvədi 

istilam 


etməyə 

(

danışdırmağa)  nə  qədər  səy  etdisə  də  fəqət  xalqın 

izdihamına  görə  buna  müvəffəq  olamadı.  Sonra bir 

minbərdə  oturub  da  əhaliyə  tamaşa  etdikdə  Şam 




 

32 



əyanlarından bir camaat Hişamın xidmətində bulunurlardı. 

Bu  əsnada  həzrət  Vilayətpənah  oradan  übur  edirdilər 

(

keçirdilər).  Əhali  Həzrəti  gördükdə  ehtiramına  binaən 

kəndilərinə  yol  açaraq  keçmələrinə  imkan  verdilər.  Bu 

halda  Şam  əyanlarından  biri  Hişamdan  əhali  arasında  bu 

qədər  möhtərəm  və  əziz  olan  bu  şəxsi-aliqədrin  kim 

olduğunu sorduqda Şam əhlinin o Həzrətə bu qədər meyl və 

rəğbət göstərmələri Hişama xof verərək cavabında “mən bu 

şəxsin halına alim deyiləm” dedi. Fəqət məclisdə hazır olan 

şair  Fərəzdəq  “mənim  bu zati-aliməqama  gözəl  surətdə 

mərifətim  vardır”  deyə  o  Həzrətin  şənində  bədahətən  bir 

qəsidə inşad etdilər. Hişam o qəsidəni eşitdikdə Fərəzdəqin 

həbsinə əmr etdi. Fərəzdəqin qəsidəsi həzrət Vilayətpənahın 

səm’i-mübarəkinə (mübarək qulağına) yetişdikdə Fərəzdəq 

üçün  on  iki  min  dinar  hədiyyə  buyurdular.  Fərəzdəq  isə 

qəsidəni  axirət  savabına  nail  olmaq  üçün  inşad  etdiyini 

söyləyərək  qəbul  etmədilər.  Həzrət  “biz  əhli-beyt  əta 

etdiyimiz şeyi geri almarıq” deyə həman məbləği Fərəzdəqə 

iadə etmişlərdir (qaytarmışlardır). Buna binaən Hişam bin 

Əbdülməlik  Mərvan  o  Həzrəti  təsmim  etdirib 

(

zəhərləndirib)  şənbə  günü  məhərrəmül-haramın  on 

ikisində  hicrətin  yüz  onuncu  ilində  dərəceyi-şəhadətə 

yetişdilər.  Mədineyi-teyyibədə  Bəqi  qəbiristanında  əmmi-

büzürgvarlarının  (böyük  əmilərinin)  nəzdində  dəfn 

olunmuşlar. 

     


Kənizi-xassələrindən başqa o Həzrət imam Həsənin qızı 

Ümm  Abdullahı  nikah  etmişlərdir.  On  bir  nəfər  övladi-

zükura malik olmuşdur: 1) imam Məhəmməd Baqir (ə); 2) 

Zeyd; 3) Ömər; 4) Abdullah; 5) Həsən; 6) Hüseyn Əkbər; 

7)  Hüseyn  Əsğər;  8)  Əbdürrəhman;  9)  Süleyman; 10) 



 

33 



Məhəmməd  Əsğər;  11)  Əli  Əsğər.  Və  beş  nəfər  dəxi  qızı 

olmuşdur:  1)  Xədicə;  2)  Fatimə;  3)  Əliyyə;  4)  Ümm 

Küls

üm; 5) Ümm Həsən namilə məşhur Məlikədir. 



     

Həzrət  cəddi-büzürgvarları  həzrət  Əmirülmöminin 

əleyhissalama  həpsindən  fəzlə  şəbih  olub  (hamıdan  artıq 

oxşayıb),  qaməti-mübarəki  nəhayət  dərəcə  mövzun 

(

mütənasib),  qırmızı  tüklü,  ənzə*,  bəyaz  çöhrəli  və 

zəmanələrinin  ən  abidi  olub  hər  gecə  bir  Qur’an  xətm 

buyurar  idilər.  Və  hər  gecə  mübarək  çiyninə  bir  qədər 

yemək alaraq füqəraya əta buyurarlar idi. Və kimsə təamı 

kəndilərinə  kim  əta  etdiyini  bilməz  idi.  Və  səcdədən 

mübarək alnı nasırlanaraq (qabar bağlayaraq) ayda bir dəfə 

kəsdirirdi.  Buna  binaən  o  Həzrətə  Züssəfənat  (qabarlı

deyərdilər. 

 

İmam Məhəmməd Baqir əleyhissalamın tərcümeyi-halı 



 

     


Əimmeyi-isna-əşərin*  beşincisi,  imam  Zeynəlabidin 

əleyhissalamın  vəsi  və  xəlifəsi,  ünsü  cinnin  (insan  ilə 



cinnin) 

imamı olub viladəti-mübarəkəsi rəvayəti-məşhurəyə 

binaən cümə günü rəcəbül-mürəccəbin qürrəsində (birində

hicrətin əlli yeddinci ilində Mədineyi-münəvvərədə pədəri-

büzürgvarları  Əli  bin  əl-Hüseyn  əleyhissalamın  xaneyi-

mübarəkələrində  Fatimə  Həsən  bin  Əli  əleyhissalamın 

qızından  təvəllüd  etmişdir.  Künyəsi  Əbu  Cəfər,  ləqəbi 

Baqirdir*

.  O  Həzrət  tamam  ülumi-əvvəlinü  axirini  şərhü 

bəst  etdiyi  (bütün  elmləri  öyrəndiyi)  üçün  həzrət 

Risalətpənah kəndilərini bu ləqəblə müləqqəb buyurmuşlar.  

O  Həzrət  birinci  ülvidir  ki,  iki  ülvidən  təvəllüd  etmişdir. 

Cəddi-büzürgvarlarının  Kərbəlada  vəqti-şəhadətlərində 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə