Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə20/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

yaxından  iştirak  etməli,  haqq  olan  qanunlarımızın,  öz 

müqəddəs  dinimizin,  mənəvi  dəyərlərimizin  qədrini 

bilməliyik.

Bəli,  Heydər  Əliyev  dərin  əqidə  sahibi  idi.  O,  həm işə 

bir  mövqedə  olanları  qiymətləndirirdi.  Onu  yaxından 

tanıyanların  yəqin  ki,  yaxşı  yadında  olar.  Kimsə  hansısa 

bir  məsələ  barədə  konkret  fikir  söyləməyəndə  H eydər 

Əliyev  həmişə  "mövqeyini  bildir"  kəlməsini  işlətm əyi 

çox  sevirdi.  Bu  fikirlərin  təsdiqi  kimi,  Heydər  Əliyev 

haqqında  belə  bir  mövqedə  olmaq  vacibdir  ki,  o, 

həqiqətən  ibrət  götürüləsi  müdrik  dühadır.  Mən  onun 

müdrikliyi,  cəsarəti  haqqında  daim  m ətbuatda  çıxış 

etməyi, televiziyada, radioda onun siyasətini  təbliğ etm əyi 

özümə  borc  bilirəm.  Qeyd  etmək  istəyirəm  ki,  bizim 

ailədə  də  Heydər  Əliyevə  həmişə  xüsusi  hüsn-rəğbət 

bəslənilib.  Bunun  təsdiqi  kimi,  qardaşım  Əliağa  barədə 

"AzərTAc"  tərəfindən  1998-ci  ilin  iyunun  17-də yayılmış 

məlumatı  və  həmin  ilin  14  iyulunda  "Respublika" 

qəzetində çap olunmuş fikirlərimi olduğu kimi xatırlatmaq 

istərdim:

"M ingəçevir.  Milli Qurtuluş günü münasibətilə burada 

Rusiyanın  Novosibirsk  şəhərində  yaşayan  iş  adamı  və 

Azərbaycan  cəmiyyətinin  rəhbəri  Hacı  Əliağa  Babayevin 

şəxsi  vəsaiti  hesabına  500  şəhid  və  qaçqın  ailəsinə  20 

milyon manat dəyərində ərzaq bağlamaları paylanmış, əlil 

uşaqlar  və  ruhi  xəstələr  dispanserində  nahar  süfrəsi

84

açılmışdır.  Həmyerlimiz  bu  xeyirxah  hərəkəti  ilə 



Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  hakimiyyətə 

qayıdış  gününə  öz ehtiramını  bildirmişdir.

AzərTAc-ın  müxbiri  öyrənmişdir  ki,  Hacı  Əliağa 

Babayevin  təşəbbüsü  ilə  Novosibirskdə  Azərbaycan 

Prezidenti  Heydər  Əliyevin  doğum  gününün  75  illiyinə, 

hakimiyyətə  qayıdışının  5-ci  və  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  80-ci  ildönümlərinə  həsr  olunmuş 

tədbirlər  keçirilmişdir.  Bu  toplantılarda  iştirak  edən 

azərbaycanlılar dövlətimizin  başçısının  apardığı  daxili  və 

xarici 


siyasəti 

ürəkdən 


bəyəndiklərini 

bildirmiş, 

Prezidentin  ünvanına təbrik teleqramları  göndərmişlər.

A zərTA c".

"Respublika" qəzetində isə (1998-ci  il  14  iyul  nömrəsi) 

verdiyim  müsahibədən  çap  olunmuş  parçalar  mənim 

Heydər  Əliyev  dühası  barədə  mətbuatda  gedən 

fikirlərimin  cəmi  bir  epizodudur.  Hələ  o  vaxt  qürurla 

deyirdim:

"Mən  Heydər  Əliyev  şəxsiyyətinin  pərəstişkarıyam. 

Özüm və Həcc ziyarətində olmuş ailəmiz üçün böyük fəxr 

sayıram ki, Allah-Taala bizə xalqımızın yetirdiyi ən böyük 

şəxsiyyət  olan  cənab  Heydər  Əliyevin  adma  belə  bir 

ibadətgah  ucaltmaq  səadəti  nəsib  eləyib.  Beş  il  əvvəl  öz 

varlığının  "olum  ya  ölüm"  məqamını  yaşayan  ölkəmiz, 

xalqımız  üçün  Tanrı  Heydər  Əliyevi  xilaskar göndərdi.  O 

kişinin  hakimiyyətə  ikinci  qayıdışı  milli  Qurtuluşumuzun, 

işıqlı  sabahımızın təməlini  qoydu.

85



Doğma  şəhorimizin  300  ən  igid,  qeyrətli  övladı  şəhid 

olub.  Onların,  demək  olar,  hamısını  əllərimlə  torpağa 

tapşırmışam.  Hər dəfə də  elə  bil  ən əziz,  doğma  adamımı 

dəfn  etmişəm.  Şükür  Allaha,  dörd  ildir  ana-bacı,  ata- 

qardaş  gözlərinin  yaşı  quruyub.  Gecə-gündüz  a tə ş  

səslərindən,  qumbara  partlayışından  evdə  oturm aq 

mümkün deyildi.  Sərbəst küçədə gəzmək qorxulu idi.  İndi 

sabitlikdir.  Hər  kəs  bilir  ki,  pis  əm əlinin  cəzasını 

alacaqdır.

Hamısı,  Allahın  köməkliyi  ilə,  o  kişinin  fəaliyyəti  ilə  

bağlıdır.  Beş  il  əvvəl  niyyət  eləyib,  şəhər  dindarları  ilə 

m əsləhətləşib  bu  Allah  evinin  inşasına  başladıq. 

Möhtərəm  Şeyximizin  xeyir-duası,  maddi  və  m ənəvi 

dəstəyi, 

Rusiyada  yaşayan  qardaşlarımın, 

habelə 


Mingəçevirin  xeyirxah  insanlarının  maddi  və  mənəvi 

köməyi  sayəsində bu  Allah  evi  tikilib  ərsəyə gəldi.  Şükür 

ki,  artıq  "Heydər"  məscidimiz  hazırdır.  Bir  dəfəyə  1500 

adamın  namaz  qıla  biləcəyi  qoşa  minarəli  məscid  Şərq 

memarlığının ən yaxşı ənənələrini özündə birləşdirir.  Onu 

da  deyim  ki,  Rusiyada  yaşayan  qardaşım,  iş  adamı  Hacı 

Əlağa  da  Novosibirskdə  Azərbaycançılığımızın  qorunması, 

təbliği, 

milli-mənəvi 

dəyərlərimizin 

yaşanması 

istiqamətində  konkret  işlər  görür.  Orada  Azərbaycan 

lobbisi  yaradıb.

İnşallah,  11  oktyabrda  ölkə  başçımızın  yenidən 

Azərbaycan  Prezidenti  seçilməsindən  sonra  təntənəli 

açılış 


mərasimi 

keçirəcəyik. 

Doğma 

şəhərim iz



86

Mincəçevirin  50 yaşı  bu  il  tamam  olur.  "Heydər"  məscidi 

şəhərin  50  illiyinə  də  ən  layiqli  hədiyyə  olacaqdır.  Mən 

bu  təşəbbüsümüzü  bəyənib,  alqışlayıb,  iki  dəfə 

Mingəçevirə  təşrif gətirib  “Heydər”  məscidinin  inşasına 

öz  xeyir-duasını,  məsləhətlərini  vermiş,  həmişə  də  mənə 

bu  xeyirxah  işin  başa  çatdırılmasında  mənəvi,  maddi 

yardımçı  olmuş  dini  rəhbərimiz  Şeyxülislam  Hacı 

Allahşükür 

Paşazadə 

həzrətlərinə 

öz 


dərin 

minnətdarlığımı  bildirirəm.

Bu  günlərdə  Peyğəmbər Salavatullahın  Mövludu  günü 

münasibətilə  Şirvan  və  Qarabağ  bölgəsi  ağsaqqallarının, 

seyid və din  xadimlərinin iştirakı  ilə "Heydər"  məscidində 

xalqıma  etdiyim  müraciətdə  dediklərimi  bir  də  təkrar 

etmək  istəyirəm.

Allah-taala  mənim  xalqıma  Heydər  Əliyev  kimi  dərin 

zəkalı,  təmiz  imanlı,  bütün  qəlbi  ilə  göydə  Allaha,  yerdə 

öz  xalqına  bağlı  bir  dövlət  xadimi,  siyasətçi,  diplomat 

bəxş  edib.  Onun  qədir-qiymətini  bilməliyik,  onu  istər  iç, 

istər  kənar düşmənlərdən  qorumalıyıq.  Dindarlar  özlərini 

son  beş ildəki  kimi  heç vaxt azad, sərbəst, Tanrı dərgahına 

yaxın  hiss  etməyiblər.  Dinimizin  hərtərəfli  inkişafı, 

millətimizin  bir  milyardlıq  İslam  dünyasında  öz  layiqli 

yerini tutması  Heydər Əliyevin adı ilə bağlıdır.  Allah-taala 

Heydər Əliyevi  müsəlman  dünyasına  sonadək  versin,  onu 

bütün  bəlalardan  qorusun,  İlahi  amin!"

87



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə