Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə22/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

keyfiyyətlərindən  asılıdır.  Bunun  ən  bariz  nümunəsini 

Azərbaycan  Prezidentinin  timsalında  görmək  olar. 

Azərbaycanın  çoxəsrlik  tarixi  boyunca  Heydər  Əliyev 

qədər  dövlətimizin  inkişafı,  xalqımızın  arzu  və  amalları 

uğrunda  ardıcıl  və  məqsədyönlü  mübarizə  aparan,  dini- 

mənəvi  dəyərlərə,  tariximizə  qayğı  ilə  yanaşan  dövlət 

başçımız  olmamışdır".  Şübhəsiz  ki,  hörmətli  Şeyxin  bu 

fikirləri  real  faktlardan,  əməli  işlərdən  qaynaqlanaraq 

meydana çıxan  sözlərdir.  Bu, əslində  Azərbaycandakı  hər 

bir  din  adamının  duyğularının  ifadəsi  idi  ki,  bu  ifadə  də 

ölkədə  keçirilən  prezident  seçkilərində  ümummilli 

liderimiz  Heydər  Əliyevin  2  dəfə  dövlət  başçısı 

seçilməsinə,  sonra  isə  bu  siyasi  kursun  layiqli  davamçısı 

İlham  Əliyevin  Prezident  seçilməsi  üçün  dindarlarımızın 

da öz səsini  verməsi  ilə bir daha sübut olundu.  Mən  1993- 

cü  və  1998-ci  illərdə  prezident  seçkilərində  olduğu  kimi, 

2003-cü  ilin  prezident  seçkilərində  Heydər  Əliyev  və 

İlham  Əliyev  siyasi  kursunun  təntənəsi  üçün  bir  din 

xadimi  kimi  öz  imkanlarımdan,  nüfuzumdan  istifadə 

edərək,  Şirvan  bölgəsinin  əksər  rayonlarında,  sözün 

həqiqi  mənasında,  həm  qəlbən,  həm  də  özümün  və 

ailəmizin 

bütün 

imkanlarından 



istifadə 

edərək 


Prezidentimizə  ictimai  vəkil 

kimi  onun  təbliğat 

kampaniyasında  yaxından  iştirak  edirdim.  Məhz  İlham 

Əliyevin  Azərbaycanımızın  gələcəyi  və  milli-mənəvi 

dəyərlərimiz  üçün  etibarlı  təminatçı  olduğuna  dərindən 

inanırdım  və  fəxrlə  deyə  bilərəm  ki,  həmin  inamımı 

dindarlarımıza,  ağsaqqalarımıza,  ən  müxtəlif  insanlara

94

çatdırdığıma görə bu  gün  qürur hissi  keçirirəm.  Məhz  elə 



bu  inam,  bu  əqidə  idi  ki,  prezidentliyə  namizəd  İlham 

Əliyevin  Bakı  kəndlərinin  ağsaqqalları,  din  xadimləri  ilə 

görüşünü  hələ  seçkilərdən  qabaq  mənim  "ilham   Ə liyevi 

artıq  qəlb lərd ə  P rezident  seçm işik,  s e ç k i g ü n ü   bunu 

y a ln ız  form al  olaraq  tə sd iq lə y ə c ə y ik "   fikirini  xüsusi 

qürur  hissi  ilə  diqqətə  çatdırmağım  elə  oradaca  din 

xadimlərimiz  tərəfindən  alqışlarla  qarşılanmışdı.  Çünki, 

mənim  həmin  görüşdə  söylədiklərimin  real  olacağına  öz 

şəxsi  mülahizələrim  nəticəsində  inanırdım.

Seçkiqabağı  Mingəçevirdə  Bakı  İslam  Universitetinin 

filialında  bölgə  dindarları,  ağsaqqalları  üçün  keçirdiyimiz 

seminarlar  və  digər  kütləvi  tədbirlərdə,  eləcə  də  Şirvan 

bölgəsinin  digər  rayonlarında  ictimaiyyətlə  çoxsaylı 

görüşlərim izdə 

ağsaqqallarla, 

din 


xadim lərimizlə 

söhbətlərdə  xalqın  ümummilli  liderimizin  siyasi  xəttinə 

və  onun  layiqli  davamçısının  məhz  İlham  Əliyevin 

olacağına  əminlik  hissi  bizim  inamımızı  daha  da  artırırdı. 

Çünki  xalq  məhz  Heydər Əliyevin  müstəqil  Azərbaycana 

rəhbərliyi  dövründə  azərbaycançılığımızın,  milli-mənəvi 

dəyərlərim izin  qorunması  və  inkişafında  kəmiyyət 

irəliləyişi  ilə  yanaşı  ciddi  keyfiyyət  irəliləyişin  də  şahidi 

olmuşdu.  Bu  dəyişiklik  həyatımızın  bütün  sahələri  ilə 

yanaşı  milli-mənəvi  anlamda  da  aydın  hiss  olunurdu. 

Təsadüfi  deyil  ki,  Qafqaz müsəlmanlarının  X  qurultayı  ilə 

XI  qurultayı  arasında  bu  inkişaf  dinamikasını  Qafqaz 

Müsəlmanları  İdarəsinin  sədri,  Şeyxülislam  Hacı 

Allahşükür  Paşazadə  belə  ifadə  etmişdi:

95



"Əgər biz ötən  qurultayda  yeni  məscidlərin  açılmasını, 

dini  təhsilin  inkişafını,  müqəddəs  yerlərə  ziyarətlərin 

genişləndiyini  iftixarla  qeyd  etmişdiksə,  bu  gün  tam 

qətiyyətlə  deyə  bilərik  ki,  dini  həyatımızda  hiss  ediləcək 

keyfiyyət  dəyişikliyi  baş  verir.  Dini  maarifçilik  işi 

güclənmişdir.  Bakı  İslam  Universiteti  və  Bakı  Dövlət 

Universitetinin  ilahiyyat  fakültəsi  ali  dini  təhsil 

proqramları  üzrə  yüksək  ixtisaslı  kadrlar  hazırlayırlar. 

Hazırda,  hər  iki  təhsil  ocağında  uzaq  xaricdən  və  Şimali 

Qafqaz  respublikalarından  tələblərin  qəbulu  üçün  hər cür 

şərait  yaradılmışdır.  Ayrı-ayrı  mədrəsələrin  və  Quran 

kurslarının  fəaliyyətində  müəyyən  naqislik  nəzərə çarpsa 

da,  bütövlükdə  ibtidai  və  orta dini  təhsil  problemi  də  həll 

edilmiş  sayıla  bilər.  Bu  günkü  gənc  nəsil  öz  əqidə 

seçimini müstəqil  və şüurlu surətdə edə bilir.  Məscidlərdə 

oxunan  xütbələrin  səviyyəsi  yüksəlmişdir.  Dini  kadrların 

seçilməsi  və yerləşdirilməsinə diqqət artırılmışdır.  Amma 

bununla kifayətlənmək  olmaz və bu  istiqamətdə hələ çox 

iş görülməlidir.

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  xeyli  müddətdir  ki, 

dini  missionerlik ciddi  problemə  çevrilmişdir.  Bu  gün  elə 

dini  icmalarla  rastlaşırsan  ki,  heç bir Avropa ölkəsində bu 

cür  icmaların  öz  dağıdıcı  mövqelərini  təbliğ  etməsinə 

icazə  verməzdilər.  Bəzən  bizdə  bunu  tolerantlıq 

nümunəsi  kimi  qələmə  vermək,  daha  doğrüsü  bu  amillə 

öz  dağıdıcı  niyyətlərini  pərdələmək  istəyənlər  də  tapılır. 

Lakin deməliyik ki, tolerantlığın da müəyyən hüdudları və 

meyarları  vardır.  Qafqaz  Müsəlmanları  İdarəsi  öz 

tərəfindən  belə  missionerliyə  qarşı  ən  təsirli  mübarizə 

yolunu  dini  maarifçiliyin  gücləndirilməsində  görür".

96

Heydər 


Əliyev 

dövründə 

Azərbaycanda 

dini 


maarifçilik  sahəsində  görülmüş  böyük  işlər  sırasında 

Qafqaz  Müsəlmanları  İdarəsinin  nəzdində  Elmi-Dini 

Şuranın  yaradılması  oldu.  1998-ci  ildən  fəaliyyətə 

başlamış  bu  şuraya  görkəmli  elm  xadimi,  tanınmış 

ilahiyyətçi  alim Azərbaycan  Milli  Elmlər Akademiyasının 

müxbir  üzvü,  filologiya  elmləri  doktoru,  professor  Vasim 

Məmmədəliyev başçılıq edir.  Möhtərəm  Şeyxülislamımız 

Allahşükür  Paşazadənin  təşəbbüsü  ilə  yaradılmış  Elmi- 

Dini  Şuranın  fəaliyyətinə Heydər Əliyev həzrətləri  xeyir- 

dua  vermişdi  ki,  bu  da  mərhum  Prezidentimizin  dinə 

bəslədiyi  böyük qayğı  və  ehtiramın,  diqqət və  himayənin 

bariz  nümunəsi  idi.  Görkəmli  alimlər,  elm  və  din 

xadimlərinin bir araya gəldiyi bu mötəbər qurum müstəqil 

dövlətimizdə  İslam  dininin  öz  layiqli  yerini  tutması,  dini- 

mənəvi  dəyərlərin  təbliği  və  təşviqi,  din  sahəsində  elmi 

əsaslarla  bir  sıra  layihələrin  gerçəkləşdirilməsi,  sanballı 

elmi  əsərlərin  işıq üzü görməsi  üçün var-qüvvə  ilə çalışır.

Heydər  Əliyevin  dinin  elmi  cəhətdən  öyrədilməsinə 

olan  qayğısını,  onun  vaxtilə  orta  məktəblərin  yuxarı 

siniflərində  müqəddəs  dinimizin  tarixinin  öyrədilməsi  ilə 

bağlı  təkliflə  çıxış  etməsi  bir daha  sübut  edir.  O,  ürəkdən 

istəyirdi  ki,  azərbaycanlı  gənclər  müqəddəs  dinimizin 

əsaslarını,  fəlsəfəsini,  moram  və  tövsiyyələrini  dərindən, 

elmi  əsaslarla  öyrənsinlər. 

1988-ci 

ildə  Qafqaz 

Müsəlmanları  İdarəsi  nəzdində təsis olunmuş mədrəsənin 

bazasında  1991-ci  ildə  yaradılmış  Bakı  İslam  İnstitutu 

(yeri  gəlmişkən,  mən  özüm  həmin  institutun  ilk 

məzunlarındanam  -  X.B.)  Heydər  Əliyevin  dövründə

97



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə