Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə10/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

30                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
nisi olmaq iddia edənlər о gunə şəxslər olsun ki, əqəllən və fa-
tından sonra bir əməl, bir fel ilə yad-bud olsunlar, əqəllən öz lə-
rin dən sonra bir əsər qoyub getsinlər.
Bunu nə cür etmək və şeyxülislamı nə növ əşxaslardan in-
tixab etmək, kim intixab etsin gərək? – məsəlləri barəsində gə-
ləcək nömrəmizdə müfəssələn yazarız”
16
 (Yeri gəlmişkən, mə-
qalədə müəllifin vəfat etmiş şeyxülislama qarşı bu cür kəskin 
mövqeyini başa düşmək çətindir. Ola bilsin ki, o, burada diqqəti 
yeni  dövrün  tələblərinə  yönəltməyə  çalışmışdır.  Əslində  isə 
Axund Əbdüssəlam Axundzadə öz dövrünün mükəmməl alim-
lə rindən biri olmuş, özündən sonra elmi irs qoyub getmiş, “Mü-
qəddəs peyğəmbərlər tarixi” adlı kitabı 1993-cü ildə təkrar nəşr 
olunmuşdur).
Bundan sonra uzun müddət çar üsul-idarəsi Qafqazda şey-
xül islam  vəzifəsinə  özünün  seçdiyi  adamın  təyin  olunması-
na cəsarət etmir və həmin müddət ərzində bu vəzifə boş qalır. 
Mət buatda şeyxülislamın seçki yolu ilə təyin edilməsi məsələsi 
getdikcə daha da şiddətli mübahisələr obyektinə çevrilir. Eyni 
zamanda ziyalılar arasında bu vəzifəni tuta biləcək namizədlər 
axtarılmağa başlayır.
Əhməd  bəy  Ağayevin  məqalələrində  oxuyuruq:  “Şeyxül-
is lam” kəlməsi nə deməkdir? Şeyxülislam, yəni Qafqaz dairə-
sin də olan müsəlmanların ruhani rəisi, müsəlmanların böyüyü, 
nümayəndəsi, şeyxi. Bu gunə şəxsin danışdığı sözlər, eylədiyi 
feillər, tutduğu işlər cümləsi millətə aiddir, guya millət özü da-
nışıbdır-edibdir.
Kəlmənin mənası böylə olduqda ismi-mənaya mütabiq gəl-
mək üçün və şeyxülislam doğrudan və həqiqi millət rəisi, mil  lət 
nümayəndəsi olmaq üçün bədihi və aşkardır ki, ən əvvəl lazım 
olan şərt budur ki, şeyxülislamı millət intixab etsin və illa şey-
xülislamlıq öz mənasından saqit oluyor. Fəqət o şəxs, o adam 
millət nümayəndəsi, millət rəisi ola bilir ki, millət özü öz ixti-
yarı ilə onu özünə şeyx, rəis və nümayəndə intixab etsin. Çün-
ki  millət  bir  şəxsi  özünə  rəisi-ruhani,  şeyx,  nümayəndə  təyin 
16
 “İrşad” qəzeti, 1907, №118, 2.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              31
etdikdə bilir ki, kimi təyin ediyor, kimin zöhd və təqvasına, ki-
min elm və danişinə, kimin iman və sədaqətinə, kimin heysiy-
yat  və  ehtirami-şəxsiyyətinə  etibar  ediyor.  Bu  gunə  şəxs,  bir 
tə  rəfdən, öz ehtirami-şəxsiyyəsini mühafizə etməklə və o biri 
tə rəfdən, millət və qövmün dərd və ehtiyacatına sidqü-səfa üzrə 
qalmaqla, doğrudan da millət rəisi, millət şeyxi olub, millətin 
nümayəndəsi olar və çox millət özü bu gunə şəxsi intixab edər, 
əvvəla onun millət yanında böyük bir nüfuz və şanı olar, saniyə 
hökumət yanında ali və həqiqi bir heysiyyət və vəqə dara olar. 
Lakin vaqiədə iş və əhval bu növ deyil. Vaqiyədə şeyxülislamı 
intixab edən hökumət özüdür. Millətin və tayfanın bu intixab-
dan əsla nə xəbəri nə qarışacağı olmıyor. Hökumət isə çox vaxt 
öz intixabında səhv və xəta edər və bu da bir təbii və qeyri-qabi-
li-islah bir əmrdir, çünki bədbəxtanə bizim hökumət kişilərimiz 
əksəri-övqat bizim övza və əhvalımızdan bixəbərdirlər və ara-
mızda hankı alim ələmdir, hankı şəxs əfzəldir, hankı zat öz elm 
və danişi ilə, öz sifati-cəmiləsi ilə millətin qəlbini cəlb edə bil-
miyor. Bu halətdən olaraq bir şeyxülislam vəfat etdikdə, bir arı 
səbtəsini arılar çulğalayan kibi, hökumət kişiləri və dəftərxanaları 
da ənvai-əqsami-həşərat ilə çulğalayırlar, hər kəsin bir azca sa-
vadı var isə, hər kəs tənbəl deyil isə və fikrində böyük bir ləqəbə 
haiz olubdur, milləti sərnigun və xəcil etmək varsa, fövri sahibi-
nüfuz kişilərdən, hökumət adamlarından özlərinə hamilər tapıb 
dəftərxanalar,  postxanalar  və  teleqrafxanalar  canbaşa  gəliyor. 
Hətta sərfi-bisavadlar belə bu gunə fikrə düşüyorlar…
Bundan maəda şeyxülislam o qədər sıxıntı və nəzalət altın-
da dolanıyor ki, hökumətdən biizn bir qədəm belə qoymağa ix-
tiyarları yoxdur. Məsələn, Şeyxülislam Axundzadə on iki illik 
şeyxülislamlıq əsnasında bir dəfə belə Qafqaz dairəsinə çıxıb da 
öz ziri-dəstində olan ruhanilər ilə əlaqə edib işlərinə, övzaları-
na sərkeşlik etmək izninə nail olmadı. Əvvəlcə Knyaz Qalıtsin 
mane olurdu, sonra qraf cənabları gəldikdə erməni-müsəlman 
ha disəsi araya düşüb mane oldu.
İşdə bu gunə şeyxülislamlıqdan nə gözləmək olar”.
17
17
 “İrşad” qəzeti, 1907, №119, 2.


32                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Daha  sonra  ədib  yazır:  “Şeyxülislamlığı  məşğul  edən  zat 
surəti-vaveyla əvəzinə, gərək həm hökumət indində və həm ca-
maat yanında möhtərəm, müəzzəz, sözü ötən, rəyi eşidilən bir 
zat olsun”.
18
Göründüyü  kimi,  müəhərririn  sözləri  xalqın  yeni  dövrdə 
şey xülislamlığa necə tələbkarlıqla yanaşıldığını və bu vəzifəni 
tu tacaq şəxsdən zəmanənin tələbinə müvafiq coşqun fəaliyyət 
um duğunu əks etdirirdi. XX əsrin şeyxülislamı xalq arasından 
çıxan yüksək səviyyəli alim şəxs, ziyalı, millətin və Qafqaz mü-
səl manlarının mənafeyini hər addımda müdafiə etməyi bacara-
caq ağsaqqal olmalı idi. Belə bir şəxsin axtarıb tapılması və xalq 
tərəfindən seçilməsi aktual şərt kimi irəli sürülürdü.
Başqa  bir  hissədə  on  bir  nəfərin  imzası  ilə  çap  olunmuş 
ya zıda oxuyuruq: “Əlan İslam tayfasına şeyxülislamlıq mə sə-
ləsindən mühüm və vacib məsələ yoxdur və ola da bilməz. Pəs 
cəmi millətə vacibdir ki, bu şərafətdə olan rəyasəti-milləti-mil-
li  nəcibei-islaiyyəyi  öylə  bir  şəxsə  verməyi  o  mənsəbə  layiq 
olan nəinki öylə şəxs ki, şəriətdən, müsəlmançılıqdan bibəhrə 
olubdur, bisavad çinovnik zümrəsinə girsin. Danışıqlara görə, 
vaqiada  guya,  şeyxülislamı  bu  gunə  adamlardan  təyin  etmək 
fik rindədirlər. Əgər həqiqətən belə olsa, müsəlmanlara çox ar 
ol sun! Əcəb yatağan, yuxusu ağır bihimyət camaatdırlar! Doğ-
rudur!
Bizə məlumdur ki, şeyxülislam nəsəb etmək hökumət ixti-
yarındadır. Lakin bunu da bilirik ki, iltimasi-təvəqqei-xahiş yo-
lunun qapısını biz müsəlmanların üzünə bağlamayıblar! Haçan 
biz müsəlmanlar xahiş elədik, bizi cavab eylədilər?
Nə eybi var ki, biz layiq elmli təmiz üləmalardan bir nəfəri 
öz aramızda zəbdə edib, icmaən hökumətə göstərib, hökumətdən 
xahiş edək, şeyxülislamlıq mənsəbinə nəsəb etsin! Əgər biz mü-
səl manlar xahiş elədik, hökumət qəbul eləmədi, nə eybi var, bi zə 
bir zərər-ziyan varid olmayacaq ki, adətində qalmalıdır, qalsın…
Gərək  üləma  və  əhli-qələm  və  rəislər  məclis  tərtib  edələr 
xə bər verələr ki, Gəncə, Şuşa, Şirvan, İrəvan və qeyri yerlərdən 
18 
“İrşad” qəzeti, 1907, №120, 2.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə