ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 21
1.2. Qafqaz Müsəlmanları İdarəsinin təsis olunması
XIX əsrin əvvəllərində Qafqazın (Zaqafqaziya) Rusiya im-
periyasına qatılması ilə əlaqədar bölgədə İslam təsisatlarının
quruluşunda əhəmiyyətli dəyişikliklər baş verdi. 1823-cü ildə
Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tif-
lis şəhərində şeyxülislam vəzifəsi təsis edildi. Bundan 9 il
sonra, 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı
olan müfti vəzifəsi də təsis edilir. Lakin şeyxülislam və müfti
vəzifələrinin təsis edilməsi hələ Qafqaz (Zaqafqaziya) Ruhani
İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada
fəaliyyət göstərən dini başçılar idilər.
Şeyxülislamın rəhbərlik etdiyi şiə, müftinin rəhbərlik etdiyi
sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli əsasnaməsi ilə
təs diq edildi və 1917-ci ilin fevralına qədər bu əsasnamə əsa-
sın da fəaliyyət göstərdi. Şeyxülislam və müfti çarın Qafqaz ca -
nişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyyəti isə
çarizm üsul-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar döv-
lət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bə-
rabər tutulurdu. İslam ideologiyasını imperiyanın səadəti naminə
xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və
sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə
də elan etdi. Həmin nizamnaməyə görə, buraya (şiəlikdə) şey-
xülislamlar, qazılar və axundlar, sünnilikdə isə müftilər, imam-
xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mol-
lalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyidlər,
mürşidlər və b. daxil idi.
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda mü-
səlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam, müf ti
və s., şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məc lis-
lərinin üzvləri, məscid mollaları. Bununla yanaşı, ru ha nilər dini
ideologiya, ehkam, əməli həyat məsələlərini həll et mək və onlara
dini, ictimai qiymət vermək səlahiyyəti baxı mın dan üç zümrəyə
aid edilirdi: birinci ali zümrəyə Qafqaz ru hani idarələrinin baş-
22 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
çıları - şeyxülislam və müftilər, ikinci or ta zümrəyə quberniya
ruhani məscidlərinin üzvləri və qazılar, üçüncü aşağı zümrəyə
isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər,
mükəbbirlər), əməleyi-movtlar (yas mə rasimini aparanlar) və s.
daxil idi.
Bakı və Gəncə (o zamankı Yelizavetpol) quberniyalarının
hər birində şiə və sünni cərəyanlarına aid olan, eləcə də yanaşı
fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədri durur du.
Hər məclisdə iki nəfər üzv və başqa məmurlar fəaliyyət gös tərirdi.
Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə,
16 nəfər sünni qazısı, 1823-cü ildən bu günə kimi isə 12 şeyxül-
is lam və 11 müfti olub.
Hələlik isə XIX əsr idi və yenicə rus əsarətinə düşmüş
Azərbaycanda tez-tez işğalçılara qarşı üsyanlar baş verir, bu üs-
yanlara çox vaxt xalqın ruhani atası olan din xadimləri başçılıq
edirdilər. Belə bir şəraitdə çarizm işğal etdiyi ərazilərin əhalisini
ram etməyin yollarını axtarırdı. Peterburqda yaxşı başa düşürdülər
ki, bunun ən yaxşı yolu cəmiyyətin ruhani təbəqəsini ələ almaqla
mümkün ola bilər. Xristian və müsəlman mədəniyyətləri kimi
iki yad amilin toqquşduğu bir məkanda müsəlman əhalisini idarə
etməyin yeganə çıxış yolu həqiqətən bunda idi. Azərbaycanda
zora arxalanan yadelli mədəniyyət yüz illər ərzində təşəkkül tapıb
inkişaf etsə də top-tüfəng qarşısında aciz qalan yerli mədəniyyəti
istədiyi kimi sıxışdırıb məhv edə bilmədi. Bunun bir neçə səbəbi
vardı: ictimai şəraitdə azərbaycanlıların dil birliyi, qüdrətli
ədəbiyyatı, mənəvi şəraitdə isə İslam dini yerli mədəniyyətin
özünümüdafiəsinin rəhninə çevrildi.
Ümumiyyətlə İslam mədəniyyətinin sivilizasiya qarşısın-
da ən böyük dünyəvi xidməti onun birləşdiricilik bacarığı ilə
ölçülə bilər. Tarixən İslam dini Azərbaycanda da dili, dini, xal-
qı vahidləşdirmiş, onun vahid mədəniyyət məkanı yaratması-
na əlverişli yol açmışdı. İslam dini Qafqaz Albaniyasında ya-
yılmasaydı Azərbaycan olmaya bilərdi.
6
Azərbaycan xalqının
taleyində bu cür möhtəşəm rol oynamış İslam dini yeni dövrün
6
Axundzadə Mirzə Əbu Turab. İslamın təfriqəsi səbəbləri. səh. 31-34.
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 23
işğalçılarına qarşı mübarizədə də öz sözünü demiş oldu. Qanlı
döyüşlər düşmənin qələbəsi ilə nəticələnsə də İslam dininə və
anadilli İslam mədəniyyətinə sığınan xalq yadelli qüvvəyə qarşı
özünün gizli sürən mübarizəsini davam etdirirdi. Bunu görən
çarizm açıq-aşkar baş verən üsyanların qarşısını almaq və belə
bir mübarizəni tədricən söndürmək üçün Qafqazın müsəlman
əhalisini bir ittifaqda birləşdirmək və ona ayrıca bir qurum va-
si təsi ilə təsir göstərmək siyasətinə rəvac verdi. Bununla da bir
tə rəfdən Qafqaz müsəlmanlarının gözlənilməz çıxışlarının qar-
şısını almaq, digər tərəfdən ruhani rəhbərliyinin hərəkətlərini
məhdudlaşdırmaq, beləliklə regionun müsəlman əhalisini daha
asan idarə etmək mümkün olacaqdı.
İşğal dövründə və sonrakı illərdə baş verən qanlı-qadalı qır -
ğınlardan sonra Azərbaycanda da din xadimləri siyasi sabitli-
yin yaradılmasına böyük əhəmiyyət verir, çalışırdılar ki, sülh
və əmin-amanlıq bərqərar olsun. Buna görə də işğalçıların
təşəbbüsü etiraz doğurmadı. Məhz belə bir şəraitdə Qafqaz Mü -
səlmanları Ruhani İdarəsi yaradıldı və müsəlmanların dini şə-
rait, eləcə də məişət məsələləri bu dövrdən etibarən həmin ida rə
tərəfindən tənzimlənməyə başlandı
7
. Lakin bu o qədər də asan
başa gəlmədi.
Belə ki, daxili-siyasi qarşıdurma və toqquşmalar, müt lə qiy-
yətin polis-bürokrat maşınının səhlənkarlıq və sürün dür mə çiliyi
XIX əsrin 60-cı illərinin axırlarına qədər müsəlman din adam-
larının statusunun müəyyən edilməsi, onların müxtəlif fəaliyyət
aspektlərinin qaydaya salınması ilə bağlı bir çox məsələlərin
əməli həllinin başa çatdırılmasına imkan vermirdi. Halbuki bu
məsələlərin nəzəri cəhətdən işlənib hazırlanması ilə 40 ildən ar-
tıq bir müddət ərzində o dövrün heç də səriştəsiz olmayan mü tə-
xəssisləri məşğul olmuşdular.
8
Qafqaz Müsəlmanları İdarəsinin yaradılması ilə bağlı ilk
təkliflər hələ 1842-ci ildə irəli sürülmüşdü. Dini baxımdan ruha-
7
Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam: Tarix və müasirlik. səh. 94.
8
Əlizadə Aygün. Qurani-Kərimin təfsirləri. Quran və sünnə. Konfrans materialları,
səh. 14, 7.
Dostları ilə paylaş: |