Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə16/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

48                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
lışmaqla yanaşı, həmçinin ədəbi-bədii yaradıcılıqla da məşğul 
olmuşdur. Şeyxülislam Fazil İrəvaninin sevimli şagirdlərindən 
olan Axund Əhməd Hüseynzadə onun təklifi ilə işə qəbul edil-
miş, müavin vəzifəsinə qədər yüksəlmiş və sonda şeyxülislam 
təyin edilmişdir.
Şeyxülislam  Fazil  İrəvaninin  istefasından  sonra  Qafqazın 
yeni canişini knyaz Orbeliani bu vəzifəyə uzun müddət fəaliyyəti 
ilə hökumətə sədaqətli olduğunu isbat etmiş, dindarlar arasında 
hörmət qazanmış Axund Əhməd Hüseynzadənin namizədliyini 
müdafiə etdi. Knyaz Orbeliani belə hesab edirdi ki, on dörd il 
əvvəl Fazil İrəvaninin şeyxülislam təyin edilməsi o vaxtkı ca-
nişinin səhvi idi. Uzun müzakirələrdən sonra, 1862-ci ildə İm-
perator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqazi-
ya şeyxülislamı təyin olunması barədə qərarı təsdiq etdi və bu 
vəzifəni icra etməsinə görə Şeyxülislam Əhməd Hüseynzadəyə 
1600 rubl məvacib kəsdi.
Şeyxülislam  Əhməd  Hüseynzadə  atasından  və  ustadından 
fərqli olaraq bir çox hallarda özünü din rəhbərindən daha çox 
çar Rusiyasına tabe olan məmur kimi aparırdı. Şeyxülislamlı-
ğının ilk illərində məscid və mədrəsələri təftiş etdikdən sonra 
tərtib etdiyi hesabat, müridizmin yayılması və aradan qaldırıl-
ması haqqındakı mülahizələri, eləcə də yerlərdə din xadimləri 
ilə davranışları onun “etimadı doğrultduğunu” göstərirdi. Şey-
xülislam  Əhməd  Hüseynzadə  Qafqaz  canişini  Orbelianiyə 
təqdim etdiyi ilk hesabatında yazırdı: “Hökumətin nəzarətində 
olan qəzalarda qazılar şəriət qaydalarına əməl etmirlər. Mollalar 
isə  özbaşınalıq  etməklə  hökumət  işlərinə  qarışırlar.  Bu  üzdən 
qazılarla mollalar arasında dərin ixtilaf mövcuddur. 
Digər tərəfdən şəhər pişnamazları da qazıların işlərinə qa-
rışır, onların qərarlarından dolayı verilən şikayətlərə müdaxilə 
edərək baxmaqla əhali arasında dini rəhbərliyin nüfuzunu aşağı 
salmağa çalışırlar. 
Beləliklə, ruhanilərin vəzifə və hüquqları dəqiq müəyyən-
ləşməyənədək onlar hökumətə heç bir fayda verməyəcəklər”.
32
32 
Həmin mənbə, səh. 87.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              49
Bütün  bunlarla  yanaşı,  Şeyxülislam  Əhməd  Hüseynzadə 
bil dirirdi ki, molla və pişnamazlar qazıları hörmətdən saldıqla rı 
kimi, qazılar da əksər hallarda şeyxülislamla hesablaşma yaraq 
tabeçilikdən imtina edirlər. Buna görə də Qafqaz müsəl manlarının 
ali dini rəhbəri özünün və tabeliyində olan din xa dim lərinin sta-
tuslarının yerli müsəlmanlar tərəfindən deyil, məhz hakimiyyət 
strukturları tərəfindən müəyyən edilməsini tə ləb edirdi.
Atası  Məhəmmədəli  Hüseynzadədən  fərqli  olaraq  müri-
dizmin tamamilə əksinə olan Şeyxülislam Əhməd Hüseynzadə 
müri dizmin  mahiyyəti  barədə  deyirdi:  “Müridizm  müridin 
mürşidə  mü nasibəti  deməkdir.  Bəzi  üləmalar  özlərini  Pey-
ğəmbərin (s) göstərişlərinə hüquqi təfsirlər verməyə həsr edir, 
digərləri əxlaqi, nəsihətamiz kitablar yazmaqla məşhurlaşır və 
beləliklə  gələcək  xoşbəxtlik  haqqında  mücərrəd,  anlaşılmaz 
fikirlər yayırlar. Belələri xalq arasında təriqət mürşidləri adı ilə 
ta nınırlar. Onlar ustalıq və məharətlə niyyətlərini cahil xalqdan 
giz lədirlər. Onlara inanmamaq üçün təhsil və əqli inkişaf tələb 
olu nur ki, Qafqaz xalqları da təhsilə və əqli qabiliyyətlərinin in-
ki şafına tamamilə yaddır”.
33
 
Şeyxülislam Əhməd Hüseynzadə yerli əhalinin mürşidlərin 
ar dınca getmə səbəblərini dini-fəlsəfi cərəyan kimi müridizmin 
mahiyyətində deyil, savadsızlığın geniş yayılmasında axtarır və 
bununla da əhalinin guya ki, aldanmış olduğunu sübut etmək 
istəyirdi. Elə buna görə də Əhməd Hüseynzadə Azərbaycanın 
müx təlif bölgələrində imperiya əleyhinə qalxmış qüvvələrə qar-
şı mübarizə aparılmasını təklif etməklə yanaşı, həm də müridiz-
min  yayılmamasına  çalışır,  müridizmi  azərbaycanlıları  savad-
sız lığa sürükləyən cəhalət vasitələrindən biri hesab edirdi.
Ali dini rəhbər olmasına baxmayaraq əslində geniş səla hiy-
yətlərə malik olmayan Şeyxülislam Əhməd Hüseynzadə hərbi 
və  mülki  rəhbərliyin  razılığı  olmadan  heç  bir  şikayətə  baxa 
bil məzdi. Hətta hər hansı bir məscidə molla təyin etmək üçün 
dini rəhbər mütləq çar məmurunun icazəsini almalı və həmin 
məmurun mövqeyi ilə razılaşmalı idi.
33 
Həmin mənbə, səh. 88.


50                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1872-ci  ildə  şeyxülislamlıqla  bağlı  çar  tərəfindən  xüsusi 
fərman imzalandı. Bu fərmana görə, 5 aprel 1872-ci ildə Zaqaf-
qaziya Şiə Müsəlmanları Ruhani İdarəsi, eləcə də Zaqafqaziya 
Sünni Müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cəd-
vəlləri əsasında idarə aparatları formalaşdırıldı. Fərmanın im za-
lan masından sonra Əhməd Hüseynzadənin fəaliyyəti geniş lən di 
və səlahiyyətləri artırıldı.
1881-ci ildə isə Şeyxülislam Əhməd Hüseynzadə III dərəcili 
“Mü qəddəs Vladimir” ordeni ilə təltif edildi.
Sayca üçüncü Şeyxülislam Axund Əhməd Hüseynzadə Səl-
ya ni 1887-ci ildə Tiflisdə vəfat etmişdir. O, humanistliyi, gö zü-
açıq lığı, geniş biliyi və hazırcavablığı ilə müasirlərindən fərq-
lən  mişdir.
Şeyxülislam Əhməd Hüseynzadənin elmi yaradıcılığı
Dövrünün  seçilmiş  ziyalılarından  biri  Mirzə  Fətəli Axun-
dovla sıx əlaqədə olan Şeyxülislam Əhməd Hüseynzadə Azər-
bay can xalqının inkişafı və tərəqqisi uğrunda səmərəli işlər gör-
müşdür. O, M.F.Axundovla birlikdə Qori Müəllimlər Semina-
riyasında  Azərbaycan  şöbəsinin  açılmasında  yaxından  iştirak 
et miş, islamşünas alim olmaqla yanaşı, dünyəvi elmlərə dair bir 
ne çə dərsliklər yazmışdır. Şeyxülislam Əhməd Hüseynzadə dini 
əsərləri  ilə  yanaşı,  “Dilguşə”,  “Tərbiətul-ətfal”,  “Muəllimul-
ətfal-fi-təriqe təlime ətfal”, Azərbaycan tarixindən və ədə biy ya-
tından bəhs edən “Bəsaul nas-fi-məmləkətul Qafqaz” və “Ta-
rixi-ədəbiyyayiti-türk”  adlı  əsərlərin  müəllifi  kimi  də  məşhur 
idi.  Bu  əsərlərin  bəziləri  –  “Dilguşə”  (“Ürək  açan”,  1870), 
“Tə r  biətul-ətfal” (“Uşaqların tərbiyəsi” 1870), (“Muəllimul-ət-
fal-fi-təriqe təlime ətfal”, 1875) kitabça şəklində Tiflisdə li to -
qrafiya üsulu ilə çap edilmişdir. AMEA-nın Məhəmməd Füzu li 
adına  Əlyazmalar  İnstitutunda  saxlanılan  tamamlanmamış  əs-
əri – “Muəllimul-ətfal-fi-təriqe təlime ətfal” Azərbaycan və fars 
dillərindədir. “Bəsaul-nas fi-məmləkətul-Qafqaz” adlı çox qiy   -
mətli əsəri isə XIX əsrdə A.A.Bakıxanovun “Gülüstani-İrəm” 
əsərindən  sonra Azərbaycan  tarixindən  bəhs  edən  ikinci  mü-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə