Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə19/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              57
məsləhət  görülür,  bütün  insanların Allah  tərəfindən  eyni  mən-
şə dən yaradıldığı, hamının Adəm peyğəmbərin (ə) və Həvvanın 
öv ladları olduğu bildirilirdi. Bundan əlavə, sənəddə “Əlahəzrət 
imperatora” səcdə etmək, dua oxumaq, çar üsul-idarəsinə hör-
mətlə yanaşmaq tövsiyə olunurdu. Çarizm dövründə yazılan bu 
“Tövsiyənamə”ni fəaliyyəti boyunca nəzarətdə olan Şeyxülislam 
Axund  Əbdüssəlam  Axundzadə  istəməsə  də  imzalamaqla  çar 
hökumətini özünün imperiyaya sədaqətinə inandıra bilmişdi.
35
Şeyxülislam  Axund  Əbdüssəlam  Axundzadənin  1907-ci 
ilə  kimi  (vəfatına  qədər)  qüsursuz  işlədiyini  nəzərə  alan  çar 
Ru siyası  onun  fəaliyyətini  III  dərəcəli  “Stanislav”,  III  və  II 
dərəcəli “Anna” ordenləri ilə qiymətləndirir. İslam təlimini ge-
niş ləndirdiyinə və uğurlu nəticələrə nail olduğuna görə Axund 
Əb düssəlam İran tərəfindən də IV və III dərəcəli “Şiri-Xurşud” 
ordenləri ilə təltif edilmişdir. 1896-cı ildə çarın tacqoyma mə-
ra simində iştirak edən Şeyxülislam Əbdüssəlam Axundzadə öl-
kədə İslamın da inkişaf etməsindən ötrü ona xeyir-dua vermiş-
dir.
1905-ci ildə baş verən erməni-müsəlman davasında Axund 
Əb düssəlam  Axundzadə  həm  şeyxülislam,  həm  də  sözün  əsl 
mənasında böyük insan kimi bu ədavəti yaradanlara və iki qon-
şu xalq arasında qırğın salanlara qarşı mübarizəyə başlayır. Hər 
bir  azərbaycanlını  səbr  və  təmkinə  çağıran  Şeyxülislam  Əb-
düssəlam Axundzadə erməni ailələri ilə də görüşərək “Daşnak-
sutyun” partiyasının fəaliyyətini lənətləyir və onları baş verən 
mü naqişələrin səbəbkarları adlandırırdı.
Beləliklə,  Şeyxülislam Axund  Əbdüssəlam Axundzadənin 
fəa liyyətinin yalnız dini işlərlə məhdudlaşmadığı, həm də onun 
milli maraqların ifadəçisi kimi çıxış etdiyi məlum olur. Bütün 
bunlar Axund  Əbdüssəlamın  ümummilli  ideyalar  uğrunda  nə 
qə dər fəal mübariz olduğunun bariz sübutudur.
Beşinci Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1907-
ci ildə 64 yaşında Tiflisdə vəfat etmiş və müsəlman qəbiris tan lı-
ğında dəfn edilmişdir.
35 
Həmin mənbə, səh. 103-104.


58                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Axund Əbdüssəlam Axundzadənin elmi 
yaradıcılığı
Şeyxülislamlıq  fəaliyyəti  ilə  yanaşı,  elmi  yaradıcılıqla  da 
məşğul olan Axund Əbdüssəlam Axundzadə bir çox elmi əsər-
lə rin  müəllifidir.  Şeyxin  dinə,  dilçiliyə,  ədəbiyyata,  tarixə, 
təhsil metodikasına dair kitabları vardır. O, “Fars dilinin açarı”, 
“Müqəddəs  peyğəmbərlər  tarixi”,  “Qısa  qrammatika”,  “Xətti-
təliq və nəstəliq” və başqa qiymətli əsərlərin müəllifidir. Şey-
xin peyğəmbərlərin (ə) həyatından bəhs edən “Müqəddəs pey-
ğəmbərlərin tarixi” adlı əsəri 1992-ci ildə AMEA-nın Mə həm-
məd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən çap edilmişdir.
Ötən  əsrin  əvvəllərində  onun  “Ən  gözəl  fikirlər  kitabı”, 
“Vəz və nəsihət”, “Yəqin etmək kitabının mütaliəsi və ora dakı 
mətləblərin  rədd  edilməsi”,  “Hökmlərin  başlıcası”,  “Cə ha lət 
dərdinin dərmanı və təbavi üsulunun şərh və bəyanı”, “Tər bi yə 
kitabı”, eləcə də digər kitabları Tiflis, Təbriz və Tehran şəhər-
lərində müxtəlif vaxtlarda nəfis şəkildə çap edilmişdir.
Rus dilində yazdığı “Müxtəsər sərf” və “Müsibəti-Xos rov-
bəy” adlı əsərləri AMEA-nın Əlyazmalar İnstitutunda qorunsa 
da bu günə qədər çap olunub Azərbaycan oxucularına çatdırıl-
mamışdır.
M.F.Axundovun  yeni  əlifba  ilə  bağlı  fikirlərini  bəyənən 
Əb düssəlam Axundzadə  oxumağa  təzə  başlayan  uşaqların  tə-
limi  üçün  “Kitabi-muəllimul-ətfal”  əsərini  qələmə  alır.  Onun 
yeniyetmə və uşaqlar üçün qələmə aldığı “Sərməşq” adlı kitabı 
gö zəl xətlə yazmaq qaydalarına, yazı nümunələrinə və hikmətli 
söz lərə həsr edilmişdir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              59
Şeyxülislam Axund Məhəmmədhəsən  
Mövlazadə Şəkəvi 
Yaşadığı illər 1853-1932,  
şeyxülislamlıq müddəti 1907-1909
Zaqafqaziya şeyxülislamları içərisində bu vəzifəni ən az icra 
etmiş şəxs Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə Şə-
kəvi olmuşdur. Buna baxmayaraq о, ilahiyyat elmləri sahəsində 
öz sözünü deməyə imkan tapmış, Azərbaycan dilində “Kitabul-
bəyan fi təfsiril-Quran” əsərini yazıb nəşr etdirmişdir.
Şeyxülislam  Axund  Məhəmmədhəsən  Mövlazadə  Şəkəvi 
haqqında məlumatlar yalnız son illərdə aparılmış tədqiqatlarda 
üzə çıxarılmışdır.
Məhəmmədhəsən İsmayıl oğlu Mövlazadə 1853-cü ildə Şəki 
şə hərinin  Gəncəli  məhəlləsində  anadan  olmuşdur.  O,  əvvəlcə 
Şəki  mollaxanasında,  sonra  Gəncə  mədrəsəsində  təhsil  almış, 
bir  müddət  Gəncə  Cümə  məscidində  mollalıq  etdikdən  sonra 
İraqa getmiş və orada ali dini təhsil alaraq vətənə qayıtmışdır.
Qurani-Kərimi  mükəmməl  öyrənməsi,  ərəb,  fars,  türk  və 
rus dillərini səlis bilməsi onun çoxcəhətli ictimai fəaliyyət gös-
tərməsinə  əlverişli  yol  açmış,  tezliklə  İslam  ziyalısı  kimi  cə-
miy yətdə  ad-san  qazanmasına  imkan  vermişdir.  Mövlazdənin 
şəriət qaydalarının izahı ilə bağlı söhbətlərini dinləyənlərin sayı 
həd dən artıq çox olardı. O, belə məclislərdə İslam dininin və 
mə dəniyyətinin mahir təbliğatçısı kimi çıxış edərdi. Dövrünün 
maarifçilik hərəkatına qoşulmuş Mövlazadə bütün vətən övlad-
larının təhsil almasına çalışar, bunun üçün Qurani-Kərimdən və 
hədislərdən iqtibaslar gətirməyi xoşlayardı.
Mövlazadə Şəkəvi 1893-cü ildə Tiflisdəki müsəlman ruhani 
məktəbində şəriət və fiqhdən dərs demiş, sonralar Cəbrayıl və 
Gəncə qəzalarının qazısı olmuş, bu vəzifədə fəallığı sayəsində 
Qafqaz Müsəlmanları Ruhani İdarəsi Rəyasət Heyətinin üzvü se-
çilmişdir. İki il sonra Tiflis və Kutaisin qazısı seçilən Mövlazadə 
həmin şəhərlərdə din xadimlərindən imtahan götürən Attestasi-
ya Komissiyasına rəhbərlik etmiş, fəqihliklə, məktəb, mədrəsə, 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə