Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə20/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

60                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
pir, məscid və ziyarətgahların işlərinə nəzarət etməklə, habelə 
xey riyyə işləri ilə məşğul olmuşdur. 
Bundan başqa, Mövlazadə Şəkəvi məktəb-mədrəsə işlərində 
bir çox yeniliklər yaratmış, ziyarətgahların maliyyə vəziyyətini 
nizama saldığı üçün Qafqaz müsəlmanları arasında böyük nüfuz 
qazanmışdır.
36
1907-ci ildə Şeyxülislam Axund Əbdüssəlam Axundzadə və-
fat etdikdən sonra Qafqazda bu vəzifəni tutmağa ən layiqli şəxs-
lərdən  biri  məhz  Məhəmmədhəsən  Mövlazadə  Şəkəvi  olmuş, 
lakin vəziyyətin gərginliyi və axundun şəxsiyyəti uzun müd dət 
onun bu vəzifəyə gətirilməsinə mane olmuşdur.
Nəşr olunmuş mənbələrdə Şeyxülislam Axund Məhəm məd  -
həsən Mövlazadə Şəkəvinin şəxsiyyəti və yaradıcılığı haq  qın  da 
ziddiyyətli,  dolaşıq  fikirlərin  yer  alması  müşahidə  olu n ur.  Hər 
şeydən əvvəl, şeyxülislamlıq vəzifəsindən tez bir vaxt   da uzaqlaşdı-
rılması onun şəxsiyyəti haqqında subyektiv fi kir irəli sürülməsinə 
imkan  vermişdir.  Bu  barədə  söhbət  açan  H.Məm  mədli  haqlı 
olaraq  yazır  ki,  bir  sıra  qaynaqlar,  xüsusilə  də Azərbaycan  din 
xadimlərinin elmi-dini fəaliyyətini öyrənən İran İslam Respubli-
kasının bəzi tədqiqatçıları Məhəmmədhəsən Möv  lazadənin sünni 
cərəyanının hənəfi məzhəbində olduğunu id  dia edirlər. Aydındır 
ki, bütün şeyxülislamlar şiə məzhəbində ol  muş, vəzifələrinə görə 
də Qafqaz şiə müsəlmanlarına rəhbərlik et   mişlər. Qafqazın sünni 
müsəlmanlarına rəhbərlik etmək üçün isə 1823-cü ildən müftilik 
vəzifəsi təsis edilmiş və müftinin özü sün  ni təriqətində olmuşdur. 
Qafqazın  şiə  müsəlmanlarına  rəh bər lik  edən  Məhəmmədhəsən 
Mövlazadənin sünni təriqətində ol  ma sı ilə bağlı heç bir mənbədə 
məlumat tapa bilmədiyimizdən belə he sab edirik ki, onun haqqın-
da yayılmış bu fikir həqiqətə uy ğun de yil. О, şiə təriqətində ol-
muş və şeyxülislam vəzifəsinə tə yin olu narkən bu da əsas sayılan 
səbəblərdən biri kimi nəzərə alın mışdır.
37
Həqiqətən, Şəki şəhəri əhalisinin əksəriyyəti sünni məzhə-
binə aid olsa da burada yerli sünnilərin “qızılbaş” adlandırdı-
36 
Ə.Məmmədov, F.Xalıqov. Şəki. Alim və ziyalılar. səh. 108-109.
37 
 Həmin mənbə, səh. 111.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              61
ğı şiələr ayrıca bir məhəllədə yaşayırlar. Müəlliflər şəhərin və 
bu radakı  Gəncəli  məhəlləsinin  yerləşdiyi  ərazi  barəsində  qı sa 
mə lumat verəndən sonra yazırlar: “Gəncəli məhəlləsinin di gər 
bir adı “Mövlazadələr”dir (patronim) ki, onların babaları olan 
Şeyxülislam Məhəmmədhəsən Şəkuyi
38
 Quranın məşhur tər cü-
məçisi və bilicisi kimi tanınmışdır.
39
Deməli,  Məhəmmədhəsən  Mövlazadə  Şəki  “qızılbaşlar” 
(şiə lər)  yaşayan  Gəncəli  məhəlləsində  dünyaya  gəlmişdir  ki, 
bu da onun məzhəbini sübut edir. Bu məsələ şeyxin vəzifədən 
uzaq laşdırılmasına  səbəb  ola  bilməzdi.  Görünür,  burada  onun 
şəx siyyətinin hansısa başqa cəhəti rol oynamışdır.
Şəkinin alim və ziyalıları haqqında kitabın tərtibçiləri göstə-
rir lər ki, 1907-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin şeyxül is -
lamı vəfat etdikdən sonra Məhəmmədhəsən Mövlazadə bu və zi-
fəyə yeganə layiq namizəd olsa da çar Rusiyası Daxili İşlər Na -
zirliyi onu mütərəqqi ideyalarına görə bu vəzifəyə təyin et mək 
istəmir. Lakin ziyalıların tələbi ilə 1908-ci ildə o, əvvəlcə şey-
xülislam əvəzçisi, ilin ortalarında isə şeyxülislam seçilir. Qaf qaz 
canişinliyinin təqdimatı ilə 1909-cu ildə vəzifədən azad olunur.
40
Başqa bir yerdə oxuyuruq ki, Məhəmmədhəsən Mövlazadə 
Şə kəvi  öz  dövrünün  mütərəqqi  fikirli,  xüsusən  də  azadlıq  və 
istiqlaliyyət fikirli ruhani alimi olduğu üçün çar üsul-idarəsinin 
ondan heç xoşu gəlmirdi. 1907-ci ildə Qafqaz Şeyxülislamı Əb-
düs səlam Axundzadə  vəfat  etdiyindən  millətin  ziyalı  təbəqəsi 
onun bu vəzifəyə keçirilməsini çar üsul-idarəsindən tələb edir-
di. Mütərəqqi ideyalarına görə çar Rusiyası onu təsdiq etmək 
istəmirdi. Ziyalıların tələbi ilə 1908-ci ilin əvvəlində onu bu və-
zifəyə təsdiq etsələr də 1909-cu ildə azad edirlər.
41
H.Manaflı yazır: “Qafqaz müsəlmanlarının hörmət və etima-
dını  qazanması  sayəsində  Hacı  Məhəmmədhəsən  Mövlazadə 
38 
Burada 
ىوكش
 – “Şəkuyi” oxunuşu səhvdir və ərəb dilini bilməyən tədqiqatçıların 
sa yəsində ortaya çıxmışdır. Əslində “Şəkəvi” kimi oxunmalıdır.
39 
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.
40 
əl-Bakuvi Mir Məhəmməd Kərim Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi. Ki ta-
bu-kəşfil-həqaiq ən nukətil-ayat vəd-dəqaiq. səh. 43.
41 
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.


62                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1908-ci ildə vəfat etmiş şeyxülislamı əvəz edib, sonra isə həmin 
ali vəzifəyə seçilib. Lakin bəşəri dəyərlər carçısı olan bu par-
laq zəka sahibinin şeyxülislam seçilməsi müstəmləkəçilik si ya-
sətinin girovuna çevrilən imperiya hakim dairələrinin maraqla-
rına heç cürə uyğun gəlmirdi. Məhz bu amil 1909-cu ildə onun 
həmin vəzifədən uzaqlaşdırılmasına səbəb oldu”.
42
H.Məmmədli göstərir ki, ruhani ziyalılar arasında şeyxşül-
is lam vəzifəsini tutmağa layiq namizədlər Rusiyadakı 1905-ci il 
inqilabından sonra milli oyanış hərəkatında fəal olduqlarına gö-
rə çar üsul-idarəsi tərəfindən izlənilirdi. Mövlazadə də azadlıq 
və istiqlaliyyət tələblərini ön sıraya çəkdiyindən hətta yerli jan-
darmeriyanın qəzəbinə tuş gəlmiş və qəti xəbərdarlıq almışdı.
Buna baxmayaraq Qafqaz müsəlmanlarının təkidi ilə Mə-
həm mədhəsən Mövlazadə bir müddət şeyxülislamlıq vəzifəsini 
icra etdikdən sonra 1908-ci ilin əvvəllərində bu vəzifəyə seçi-
lir və rəsmən təsdiqlənir. Lakin onun fəaliyyəti çar rejimini və 
Qafqaz canişinliyini razı salmır. 1909-cu ildə Məhəmmədhəsən 
Mövlazadə bu vəzifədən azad edilir və dini məsələlərdən uzaqlaş-
dırılır. Onun yerinə türkçülük və islamçılıqla bağlı uzun müddət 
sürgün  həyatı  keçirmiş  Axund  Məhəmmədəli  Pişnamazzadə 
təyin olunur. Çar hakimiyyəti inqilabi əhval-ruhiyyənin yayıl-
masından ruhani idarəsini uzaqlaşdırmaq üçün onun şeyxülis-
lam seçilməsinə imkan vermirdi. Lakin müsəlmanlar arasında 
xüsusilə böyük hörmətə, nüfuza, təsir imkanlarına malik Pişna-
mazzadəni  idarəyə  rəhbər  gətirməklə  həm  əhalini  nəzarətdə 
sax lamaq, həm də axundun özünə nəzarət etmək düşüncəsi ilə 
qə rar verilir və Axund Məhəmmədəli Pişnamazzadə şeyxülis-
lam seçilir. Amma əllərində təsir vasitəsini saxlamaq üçün im -
perator  tərəfindən  bu  vəzifəyə  təsdiqlənmir,  sadəcə  olaraq  bu 
vəzifənin icraçısı kimi fəaliyyət göstərir.
43
 Bu zaman nə Möv-
lazadənin şeyxülislam əvəzçisi, sonra isə şeyxülislam seçil mə-
si,  onun  bu  vəzifəyə  təsdiq  edilməsi  və  azad  edilməsi,  nə  də 
Pişnamazzadənin şeyxülislam vəzifəsinin icraçısı kimi fəaliyyət 
42 
А.Мasse. İslam. səh. 80.
43 
Ə.Məmmədov, F. Xalıqov. Şəki. Alim və ziyalılar. səh. 109-116.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə