66 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
cəli məhəlləsində dünyaya göz açdığına görə özünə Gəncəvi tə-
xəl lüsü götürmüşdür”.
Şübhəsiz ki, müəlliflərin çoxu Hacı Şeyx Həsən Mollazadə
Gən cəvi və Gəncəli məhəlləsində anadan olmuş Şeyxülislam
Ha cı Məhəmmədhəsən Mövlazadənin adları arasında ox şar-
lı ğı qarışdırmışlar. Tədqiqatçı А.Xəlilov bu barədə yazır ki,
ХIХ əsrin sonu – ХХ əsrin əvvəllərində tarixşünaslıq və is-
lam şünaslıq elmləri sayəsində yaradılmış əsərlərin mil li elm
və mədəniyyətimizdə xüsusi yeri vardır. Bu sahədə fəaliy yət
göstərən maarifçi tarixşünas alimlərimizdən biri də Hacı Şeyx
Həsən Mollazadə Gəncəvi (1860-1930)
49
olmuşdur. Bağ dad -
da ali dini təhsil alan Mollazadə Gəncəvi tarixşünaslıq və is-
lаmşünaslığa dair bir sıra əsərlər yazıb-yaratmış, əsərləri Gən-
cə də Əbilov, Haqverdiyev və Həsənzadə mətbəələrində, Bakı da
Oru cov qardaşlarının mətbəəsində, Tiflisdə isə “Qeyrət” mət-
bəə sində çap edilmişdir.
50
1960-cı ildə çap olunmuş “ХIХ əsrdə və ХХ əsrin əv vəl-
lərində Azərbaycanda tarix elminin inkişafı” adlı əsərin mü-
əllifləri Ə.N.Quliyev, İ.М.Həsənov və İ.V.Striqunov yazırlar ki,
Azərbaycan tarixçilərinin yuxarıda təsvir edilən qrupunun digər
nümayəndəsi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi idi. О, 1853-
ci ildə Nuxada anadan olmuş və Gəncə şəhərində ruhani təhsili
almışdı. Sonralar Mollazadə Cəbrayıl və Tiflis qəzalarında qazı,
Zaqafqaziya Şiə Ruhani İdarəsi Rəyasət Heyətinin üzvü olmuş,
şeyxülislam və s. vəzifələrdə çalışmışdır.
51
Fikrimizcə, müəlliflərin qeyd etdiyi ali ruhani vəzifələrində
Ha cı Şeyx Həsən Mollazadə Gəncəvi yox, Axund Hacı Mə-
həm mədhəsən İsmayıl oğlu Mövlazadə işləmişdir. Bu fikri
mü əlliflərin göstərdikləri mənbə də (Azərb. MDTA, f. 290, si-
ya hı 240-8, iş 4151, v. 16-21; siyahı 990-10, iş 6128, v. 1-6)
49
Həm Mövlazadənin, həm də Mollazadənin doğum-ölüm tarixlərinə diqqət yetir-
məli.
50
Görünür, Şeyxülislam Mövlazadənin də Bağdadda ali təhsil alması, bir müddət
Gən cədə yaşaması və işləməsi, əsərlərinin “Qeyrət” mətbəəsində nəşr edilməsi bu
do laşıqlığın meydana çıxmasında rol oynamışdır.
51
Göstərilən əsər, səh. 189.
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 67
təs diq edir. Çünki qeyd olunan mənbədə Axund Hacı Mə həm-
məd həsən Mövlazadənin fəaliyyətindən bəhs olunur. Lakin nə -
dənsə müəlliflər Mövlazadəni Mollazadə ilə səhv salmışlar. Bu
qəbildən səhv fikirlər M.İsmayılovun “Şəki” (Bakı-1982, səh.
108-109) kitabında və Əbdürrəhim Abdullayevin “Şəkinin şair-
ləri” (“Ədəbiyyat və incəsənət” qəzeti-1989, 11 dekabr) adlı mə -
qaləsində də təkrar olunmuşdur. Adları çəkilən mənbələrə əsas-
lanan müxbir Gülməmməd Məmmədzadə də H.Mollazadə haq-
qında bəhs etmişdir. О, “İslam” qəzetində çap etdirdiyi “İlahiy-
yatçı alim” adlı məqaləsində (1990-cı il, 20 dekabr) Axund Ha -
cı Məhəmmədhəsən İsmayıl oğlu Mövlazadə Şəkəvidən bəhs
edərkən Hacı Şeyx Həsən Mollazadəyə məxsus adlarını çək-
diyimiz əsərləri də onun adına yazır. Həsən Nəsrudan tər cü mə
etdiyi və müsəlmanların arasında məccani yayılmaq üçün Ha -
cı Zeynalabdin Tağıyevin vəsaiti hesabına iki cilddə çap olun-
muş “Tərcümeyi-Töhfeyi-Nəsruhiyyə fi əhvali-məmalikil-kü -
rətil-ərziyyə və şiyə coğrafiyə ümumiyyətud-duvəlul-aləm”, iki
cilddə “Kitabul-bəyan fi təfsiril-Quran” və peyğəmbərlərin (ə)
həyat və fəaliyyətinə həsr edilmiş “Tarixi müqəddəsi Ənbiya
əh valatı” adlı əsərləri olmuşdur. Adları çəkilən digər əsərlər Ha-
cı Şeyx Həsən Mollazadənin qələminin məhsuludur.
52
Göründüyü kimi, Şeyxülislam Mövlazadə Şəkəvi öz döv-
rünə görə kifayət qədər zəngin elmi işlər yazıb nəşr etdirməyə
müvəffəq olmuşdur. Bu əsərlər həm də müəllifin şəxsiyyəti və
məs ləki haqqında söz deməyə imkan verir. Bununla yanaşı,
müəllifin ən böyük əsəri olan “Kitabul-bəyan fi təfsiril-Quran”
təkcə onun yaradıcılığı üçün deyil, bütövlükdə Azərbaycan ila-
hiyyat elmi üçün mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Qurani-Kərimi təfsir etmək üçün
ərəb dilini, həmçinin Quranın sinonimlərinin mənasını bilmək,
ayələrinin şəni-nüzuluna müraciət etmək, İslam tarixini, pey-
ğəm bərlərin (ə) tarixini və Quranın nazil olduğu mühitin tarixi-
ni bilmək, Quranın bütün ayələrinin həmahəngliyinə diqqətlə
52
Xoyi Аbbas, Fəridəni Məşayex. Müsəlmanların böyük öndəri. İmam Cəfər Sadiq (ə).
“Cahan” jurnalı. №1, 1997, səh. 28.
68 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
ya naşmaq, Məkkə və Mədinə ayələrini tanımaq, hər bir surənin
məq sədinə tam nəzər salmaq və onun əsas məqsədinə tam diqqət
ye tirmək, Quranın üslubu və bəyan xüsusiyyətlərini bilmək la-
zımdır.
53
Şeyxülislam Mövlazadə Şəkəvi bütün bu sahələrə xiri-
dar olan alim kimi tanınmış və buna görə də ХIХ əsrin sonların-
dan Quranın təfsiri üzərində işləməyə başlamışdır.
Bəllidir ki, Azərbaycan dilində Quranın ilk təfsiri Mir Mə-
həm mədkərim ağa tərəfindən yazılmışdır. Bundan sonra keçən
çox qısa bir müddət ərzində (cəmi iki il sonra) Mövlazadə Şə-
kəvinin əsərinin nəşr olunması sübut edir ki, şeyxülislam özü-
nün bu təfsirini Mir Məhəmmədkərim ağa ilə demək olar ki,
eyni zamanda yazmağa başlamışdır. Bu barədə Şeyxülislam
Allah şükür Paşazadə həzrətləri yazır: “Hələ ХХ əsrin əv vəl lə-
rin də Qurani-Kərim ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə
edil mişdir. Bakı qazısı, o dövrün tanınmış ilahiyyatçısı Mir
Mə həm mədkərim ağa 1904-1906-cı illərdə “Kəşfül-həqaiq ən
nikətil-ayat vəd-dəqaiq” əsərini yazır. Qurani-Kərimin təfsiri və
tərcüməsinə həsr edilmiş bu əsərdə Quranın mənaları o dövr də
ən geniş yayılmış və məqbul sayılan ilahiyyat bilikləri sə viy-
yəsində, habelə zamanın ruhuna uyğun şəkildə açıqlanmış və
oxu culara çatdırılmışdır.
Bir qədər sonra, 1908-ci ildə isə Şeyxülislam Məhəmmədhəsən
Mövlazadə Şəkəvi həzrətləri Tiflisdə öz təfsir tərcüməsini çap
etdirmişdir. Hər şeydən əvvəl deyək ki, bu əsərlərin nəşri ara-
sında zaman fasiləsi bir o qədər böyük olmasa da müəlliflər
tamamilə müstəqil olmağa çalışmış, Qurani-Kərimin təfsiri və
tərcüməsi işində çox zəruri sayılan varislik prinsipinə kifayət
qədər əhəmiyyət verməmişlər. Doğrudur, müəlliflərin istifadə
etdikləri məxəzlərin bir çoxu eyni məxəzlər olduğundan mübarək
Quran ayələrinin təfsiri və tərcüməsində müəyyən yaxınlıq hiss
olunur. Lakin Məhəmmədəsən Mövlazadə Şəkəvi həzrətləri
Mir Məhəmmədkərim ağadan qətiyyən təsirlənməmiş, bəlkə
də onun tərcüməsindən heç istifadə etməmişdir. İkincisi, hər iki
tərcümənin dili ağırdır, tərcümələrdə o dövr üçün, yəqin ki, ay-
53
М.М.Seyidzadə. İslamda Həccin tarixi-mədəni və sosial-siyasi rolu. səh. 11-17.
Dostları ilə paylaş: |