Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə30/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

90                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
vəzifələrdən danışarkən demişdir: “Mən, Şeyxülislam Ağa Əli-
zadə bütün Qafqaz, bütün dünya müsəlmanlarına üzümü tu taraq 
deyirəm:  gəlin, sülhün müdafiəsi uğrunda aparılan mü qəddəs 
işə  qoşulun,  müharibəyə  qarşı  öz  səsinizi  ucaldın,  müharibə 
tərəfdarlarının cəhdlərinin qarşısını alın, onlara öz məqsədlərini 
həyata keçirməyə imkan verməyin. Qoy sülh qə ləbə çalsın!”
75
Daim Azərbaycanın istiqlaliyyəti uğrunda gedən müba ri zə-
lərdə iştirak edənlərin öncüllərindən olan Qafqaz Müsəlmanları 
İdarəsinin səkkizinci Şeyxülislamı Ağa Əlizadə 1954-cü il de-
kabrın 15-də 83 yaşında vəfat etmişdir.
Şeyxülislam Ağa Əlizadənin dəfn mərasimi barədə “Kom-
munist” qəzetinin 1954-cü il 21 dekabr saylı nömrəsində oxuyu-
ruq: “Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri, Şey-
xülislam Axund Əlizadənin vəfatı münasibətilə dekabrın 19-da 
Bakıda dua mərasimi keçirilmiş və mərhum dəfn edilmişdir. Dua 
mərasimində və şeyxülislamın dəfn edilməsində iştirak etmək 
üçün Bakıya gəlmiş Orta Asiya və Qazaxıstan Müsəlmanları Ru-
hani İdarəsi Rəyasət Heyətinin üzvü, Qazı Ziyaüddin Babaxanov, 
Dağıstan və Şimali Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin 
müavini Şəfi Siracəddinzadə, Gürcüstan müsəlmanlarının qazı-
sı və Batumi məscidinin baş mollası Məmmədəli Diasamidze, 
Ermənistan  müsəlmanlarının  nümayəndəsi  Şeyx  Rza  Rzayev, 
Azər baycan, Gürcüstan, Ermənistan və Dağıstan müsəlman cə-
miyyətlərinin nümayəndələri, pravoslav kilsəsinin, erməni kil-
səsinin, ruhani-bantist xristianlar cəmiyyətinin ruhaniləri və nü-
mayəndələri, habelə başqaları iştirak etmişlər”.
76
75 
Həmin mənbə, səh. 32.
76 
Həmin mənbə, səh. 69.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              91
Şeyxülislam Axund Şeyx Mirmöhsüm  
Şeyx Əli oğlu Həkimzadə 
Yaşadığı illər 1882-1967, 
şeyxülislamlıq müddəti 1954-1966
Möhsüm Şeyx Əli oğlu Hə kim-
zadə  1882-ci  ildə Azərbaycanın  qə-
dim mədəniyyət mərkəzlərindən olan 
Şamaxının İmamlı məhəlləsində, ta-
nınmış din xadimlərindən olan Şeyx 
Əlinin  ailəsində  dünyaya  göz  aç-
mışdır.
Xorasanda və Nəcəfdə ali ruhani 
təhsil alan, dövrünün mütərəqqi fikir-
li  ziyalılarından,  din  xadimlərindən 
bi ri olan Şeyx Əli Şamaxıda “İmam-
lı” məscidinin axundu, həmçinin şəhərdə fəaliyyət göstərən şiə 
ic masının rəhbəri idi. Şəhərdə fəaliyyət göstərən sünnü icması-
na isə Hacı Məcid Əfəndi rəhbərlik edirdi.
XX  əsrin  əvvəllərində  bir  çoxlarının  məzhəblər  arasında 
süni  şəkildə  qarşıdurma  yaratmaq  cəhdlərinə  baxmayaraq  bu 
iki icma başçısı həmişə qarşılıqlı anlaşma, mehribançılıq, dost-
luq, qardaşlıq hissləri və duyğularına arxalanmış, şamaxılıları 
gözlənilən böyük bəladan qurtarmışlar.
77
İbtidai təhsilini öz evində atası Şeyx Əlidən alan Möhsü mün 
çalışqanlığı, iti zəkası, Quran ayələrini aydın avazla oxu yub dərk 
etməsi çoxlarının diqqətini cəlb edirdi. Mollaxanada təhsilini başa 
vurandan sonra anası ərəb və fars dillərini mü kəmməl öyrənmiş 
oğlunu ali ruhani təhsil almaq üçün İranın Məş həd şəhərinə yol-
layır. Burada yeddi il mükəmməl təhsil alan Möhsüm Həkimzadə 
Xorasanın məşhur üləmaları, görkəmli din xadimləri qarşısında 
müvəffəqiyyətlə  imtahan  verib  əvvəlcə  axundluq,  sonralar  isə 
77 
İmana inam. Bir ömrün salnaməsi. Bakı, “Qismət”-2012, səh. 27.


92                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə İrandan Şamaxıya 
qayıdanda dövrünün sayılıb-seçilən din xadimlərindən olan Şeyx 
Möhsüm Həkimzadənin artıq 32 yaşı vardı. 
78
Xurafatdan uzaq, İslamın ən mütərəqqi, işıqlı ideyalarının 
əvəz siz  təbliğatçısı  Şeyx  Möhsüm  Həkimzadə  ilə  bircə  dəfə 
söh bət  edən  onun  dünyagörüşünə,  iti  ağlı  və  zəkasına,  islami 
də yərlər haqqında sonsuz bilgilərinə heyran olurdu. Şamaxıya 
bö yük ümidlərlə və arzularla dönən Şeyx Möhsüm üçün ağrılı 
hadisə atasının ölümü oldu.
Atasının ölümündən sonra Zaqafqaziya şeyxülislamının sə-
rəncamı ilə Şamaxı şəhərinin “İmamlı” məscidinin axundu və-
zi fəsinə təyin edilən Şeyx Möhsüm Həkimzadə gördüyü iş lərlə 
bütün şamaxılıların hörmətini qazandı.
1918-ci ildə Stepan Şaumyanın başçılığı ilə Stepan Lalaya-
nın  qaniçən  dəstəsi  Şamaxıda  tarixdə  görünməyən  qırğınlar 
tö  rətdilər. Şəhəri ələ keçirən daşnak cəlladları Şamaxını yerlə-
yeksan etdilər. Küçələrdə kəsilmiş başlar, başdan ayrı düşmüş 
me  yitlər,  döşü,  saçı  kəsilmiş  qadın  cəsədləri,  sinəsi  xəncərlə 
par   çalanmış, başı güllə ilə dağılmış uşaq meyitlərinin sayı-hesa-
bı yox idi. Ən dəhşətlisi o idi ki, şəhər məscidlərinə sığınan in-
san lar elə oradaca diri-diri yandırılırdı.
Şamaxı şəhərinin təhlükəsizliyini qoruya biləcək bir dəstə 
olmadığı üçün əhalinin bir hissəsi qorxusundan meşələrə çəkilir, 
qalanları isə Allah evi olan məscidlərə sığınırdılar. Lakin buna 
əhəmiyyət verməyən Lalayan və onun dəstəsi həmin müqəddəs 
səcdəgahları  içərisində  sığınacaq  tapmış  sakinləri  ilə  birlikdə 
yandırırdılar. Aldığı tapşırıqları layiqincə yerinə yetirən erməni 
daşnakları  şəhərdə  ziyalıları,  hörmət  sahibi  olan  ağsaqqalları, 
Allah  adamlarını  məhv  etmək  istəyirdilər.  Ermənilərin  məhv 
etmək istədikləri ziyalılardan biri də Şeyx Möhsüm ağa idi.
Böyük çətinliklərlə şəhərdən qaçmağı bacaran Şeyx Möh-
süm anası Seyid Mina ilə Sabirabadda məskunlaşdı. Böyük hör-
mətlə qarşılanan Şeyx Möhsüm ilahiyyat elminin mahir bilicisi 
kimi Sabirabad şəhər məscidinin axundu təyin edildi.
78 
Həmin mənbə.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə