Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə26/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   22   23   24   25   26   27   28   29   ...   83

78                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
man din xadimlərini daim nəzarətdə saxlayır, onların atdığı hər 
ad dımı izləyirdi. Zor işlətməklə müsəlman din rəhbərlərini ci-
had və fətvaya qarşı çıxararaq qəzetlərdə müsahibələrini dərc 
et dirirdilər. 
Təsadüfi deyildi ki, Şeyxülislam Axund Məhəmmədəli Pişna-
maz zadə “Tiflisskiy listok” qəzetinin müxbirinə müsahibəsində 
de mişdi: “Türkiyənin müqəddəs müharibə elan etməsinin müsəl-
man dünyasında əks-səda oyadacağını düşünmək olmaz. Belə ki, 
müqəddəs müharibə dini motivlərə görə aparılır; müsəlmanlar 
din-imana görə təqiblərə məruz qalsalar, onların əmlakları qa-
nunsuz  şəkildə  müsadirə  olunsa,  onda  hər  bir  müsəlman  onu 
sıxışdırana qarşı mübarizə aparmalıdır. Rusiyada müsəlmanlar 
təqib edilmirlər, onlar digər vətəndaşlarla birlikdə bərabərdirlər 
və  qanunların  himayəsindədirlər.  Qəzavata  çağırış  bəhanələri 
haqqında da danışmaq lazım deyil. Müqəddəs müharibə başqa 
dövlətlərin  müsəlman  təbəələri  arasında  tərəfdar  tapmayacaq-
dır”.
Müsahibədəki  fikirlərə  görə  elə  düşünmək  olmaz  ki,  Mə-
həm mədəli Pişnamazzadə Azərbaycanın müstəqillik əldə et mə-
sinin əleyhinə olub çar Rusiyasının ağalığını və onun Qafqaz 
siyasətini dəstəkləyirdi. Şeyxülislam siyasi manevr edərək da-
ha  böyük  amallar  uğrunda  mübarizə  aparmaq  məqsədilə  rus 
mə murlarının istəklərini məcburi ifadə etmişdi. Məhəmmədəli 
Piş namazzadədən  fərqli  olaraq  Tiflis  qubernatoru  bilmirdi  ki, 
şeyxülislam  bu  müsahibənin  müsəlmanlar  arasında  geniş  ya-
yılmayacağını  hesablayıb.  Birincisi,  müsəlman  əhali  rus  dili-
ni  bilmirdi,  ikincisi  isə  mətbuatın  tirajı  və  təsir  imkanla rı  o 
səviyyədə deyildi. Bu amilləri əsas götürən şeyxülislam mü sa-
hibəsi ilə əslində imperiya məmurlarına jest edir, əvəzində söz-
lərinin müsəlmanlara çatmayacağını, rus siyasətinin həyata keç-
məyəcəyini hesablayır və istəyinə də nail olur.
69
1914-cü  ildə Tiflisə  gələn  Çar  II  Nikolay  həm  şiə  müsəl-
manlarının  lideri  Şeyxülislam  Məhəmmədəli  Pişnamazzadə, 
həm də sünni müsəlmanlarının lideri Müfti Hüseyn Əfəndi Qa-
69 
Həmin mənbə, səh. 117-118.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              79
yıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların sima-
sında bütün müsəlmanları salamlamışdı.
Bir il sonra, yəni 1915-ci ilin yanvarın 14-də Daxili İşlər 
İdarəsinin təqdimatına əsasən İmperator II Nikolay tərəfindən 
Axund  Məhəmmədəli  Pişnamazzadə  Zaqafqaziya  Şiə  Ruhani 
İdarəsinin sədri və Zaqafqaziya şeyxülislamı vəzifəsinə rəsmən 
təsdiqlənir. Bu vaxta qədər Məhhəmmədəli Pişnamazzadə altı il 
idi ki, bu vəzifəni əvəzedici olaraq icra edirdi.
Şeyxülislamlıq  vəzifəsinə  rəsmən  təsdiqləndikdən  sonra 
Mə həmmədəli Pişnamazzadə əvvəlki səylərini daha da artırır və 
mü səlmanların azadlığı uğrunda geniş mübarizəyə başlayır. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  yarananda  Şeyxülislam 
Məhəmmədəli  Pişnamazzadənin  göstərdiyi  xidmətlər  bir  da-
ha sübut edir ki, o, heç vaxt rus imperiyasının istədiyini ye rinə 
yetirməmiş,  əksinə,  özünə  qədərki  və  özündən  sonrakı  bü tün 
şeyxülislamlardan  fərqli  olaraq  daha  çox  qətiyyət  və  əzm-
karlıqla imperiyaya qarşı mübarizə aparmışdır. Bunu şeyxülis-
lamlar içərisində siyasi baxışlarına görə Axund Məhəmmədəli 
Pişnamazzadənin iki dəfə sürgün həyatı yaşaması da sübut edir.
1915-ci  ildə  Türkiyənin  Ərdəhan  və  Qars  mahallarında 
gedən döyüşlər nəticəsində hər iki valideynini itirmiş kimsəsiz 
uşaq ların  qayğısına  qalmaq  məqsədi  ilə  Qafqaz  Şeyxülislamı 
Axund Məhəmmədəli Pişnamazzadənin “Son xəbər” qəzetinin 
1915-ci il 7-ci nömrəsində bir elanı dərc olunur. Şeyxülislam 
müsəlmanlardan xahiş edirdi ki, bu il orucluq bayramında Qaf-
qaz  müsəlmanları  fitrə-sədəqələrini  başqa  yerə  verməyib  ru-
hani  və  qazılar  vasitəsilə  Tiflisə  göndərsinlər.  Toplanacaq  bu 
fitrə-sədəqələr hesabına Tiflisdə “Yetimlər evi” açılacaq, orada 
Ərdəhan və Qars döyüşləri nəticəsində hər iki valideynini itirən 
uşaqlar saxlanılacaq, onlara təlim-tərbiyə veriləcəkdir. Şeyxü-
lislamın təklifi müsəlmanlar tərəfindən razılıqla qarşılanır.
1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq 
Cümhuriyyətinin yarandığını elan edir. Müstəqillik elan olunan-
dan dərhal sonra Qafqaz şiə və sünni ruhani idarələri bu şəhərdə 
yerləşdiyi üçün hər iki idarə öz fəaliyyətini dayandırır. Müstəqil 


80                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
döv lətlərin yaranması və bu dövlətlər arasında münasibətlərin 
bir çox hallarda gərgin olması diyarda yaşayan müsəlmanların 
vahid dini idarədə birləşməsini demək olar ki, mümkünsüz edir-
di.  Bunu  nəzərə  alan  AXC  hökuməti  Güney  Qafqaz  Ruhani 
İdarəsinin Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncəyə kö-
çü rülməsini məqsədəuyğun hesab etdi. Bununla da Gəncədə va-
hid dini idarənin yaradılması məsələsi gündəmə gəldi. 
1918-ci ilin oktyabrında Şeyxülislam Məhəmmədəli Piş na-
mazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni məzhəb başçı-
larının yığıncağı çağırıldı. Bundan bir il qabaq Müfti Hüseyn 
Qa yıbzadə vəfat etmiş və onun vəfatı çar Rusiyasının dağıldığı 
illərə təsadüf etdiyi üçün yerinə yeni müfti təyin edilməmişdi. 
Bu  vəzifəni  Mustafa  Əfəndizadə  icra  edirdi  ki,  o  da  ruhani 
idarənin yığıncağında üzvlər tərəfindən seçilmişdi. 1918-ci ilin 
30  oktyabrında  Şeyxülislam  Məhəmmədəli  Pişnamazzadənin 
im zası ilə hökumətə 367 nömrəli təkliflər məktubu ünvanlanır. 
Hə min təkliflər 4 bölmədən ibarət idi:
1. Azərbaycan Xalq Cümhuriyyəti hüdudlarında “Məşixət-i 
İslamiyyə” adı altında ruhani idarəsi təsis edilsin və ona Tür ki-
yədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;
2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin 
iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədi ilə birinə 
şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;
3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən 
Nazirlər Şurasının üzvü hesab edilsin;
4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin bir-
başa  sərəncamına  kredit  ayrılsın.  Sadalanan  və  digər  bu  kimi 
dini məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımızla 
fövqəladə yığıncaq çağırılsın.
70
Lakin Şeyxülislam Məhəmmədəli Pişnamazzadənin məktu-
buna uzun müddət cavab verilmədi. İrəli sürülən təkliflər yalnız 
1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı. 
Artıq  Məhəmmədəli  Pişnamazzadə  çoxdan  istefa  vermiş  və 
1918-ci ilin dekabrında  Ağa Əlizadə şeyxülislam təyin edilmiş-
70 
Həmin mənbə, səh. 120-121.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə