Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə57/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   53   54   55   56   57   58   59   60   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              175
Prezidentlə görüşdə Azərbaycanın Türkmənistan Respubli-
kasındakı Fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə də 
iş tirak edib.
Həmin gün Azərbaycan nümayəndə heyəti Qıpçaq qəsə bə-
sindəki “Türkmənbaşının Ruhu” məscidinə baş çəkərək ölkənin 
ilk  Prezidenti  Safarmurad  Niyazovun  məzarını  ziyarət  edib. 
Şeyxülislam Allahşükür  Paşazadə  həzrətləri  “Fəxri  qonaqlar” 
kitabında bu sözləri yazıb: “Azərbaycan Respublikasından olan 
nümayəndə  heyəti  Türkmənistanın  birinci  Prezidenti  Safar-
murad Atayeviç  Niyazovun  məqbərəsini  dərin  hüznlə  ziyarət 
etdi.  Onun  məqbərəsinin  doğulduğu  kənddə,  Mərkəzi  Asiya-
nın ən möhtəşəm məbədlərindən olan “Türkmənbaşının ruhu” 
məscidinin yaxınlığında yerləşməsi türkmən  xalqının  öz  dini-
mənəvi dəyərlərinə necə bağlı olduğunu sübut edir. Məhz buna 
görə Uca Allah türkmən xalqına müstəqillik, bununla bərabər 
qüdrət və xoşbəxtlik bəxş etdi. Bu səbəbə görə Allah türkmən 
xalqına təkcə öz ölkəsində deyil, ölkə sərhədlərindən kənarda da 
nüfuza sahib liderlərə etibar etməyi nəsib etdi.
Bu gün müstəqil Türkmənistan Respublikasının sükanı arxa-
sında ölkənin stabil tərəqqisini və vətəndaşlarının rifahını təmin 
edən təcrübələrdən keçmiş siyasi xadim Prezident Qurban qulu 
Məlikquluyeviç Berdiməhəmmədov dayanır.
Uca Allah unudulmaz mərhum Safarmurad Atayeviç Niya-
zovun ruhunu şad etsin! Amin!
Qafqaz Müsəlmanları İdarəsinin və MDB Müsəlmanlarının 
Məşvərət Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri 
Şeyxülislam Hacı Allahşükür Paşazadə.
Qıpçaq, 14 yanvar 2014-cü il”.
Günün  ikinci  yarısında  Şeyxülislam  həzrətlərinin  başçılıq 
etdiyi  nümayəndə  heyəti  Türkmənistan  Parlamentində  olub. 
Qonaqları  səmimi  qarşılayan  ölkə  Parlamentinin  Sədri  Ağca 
Nurberdiyeva  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri Allahşü-
kür Paşazadənin və Milli Məclis təmsilçilərinin Türkmənistana 
səfərini mühüm hadisə hesab edib, belə səfərlərin əhəmiyyətindən 
danışıb.


176                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Nümayəndə heyəti Ağca Nurberdiyevanın yenidən Türk mə-
nistan Məclisinin Sədri seçilməsi münasibəti ilə Azərbaycan Mil-
li Məclisi Sədrinin ünvanladığı təbrik məktubunu təqdim edib.
Şeyxülislam  həzrətləri  Türkmənistan  Parlamentinin  Sədri 
Ağca Nurberdiyevanı Azərbaycana səfərə dəvət edib.
Xarici  İşlər  Nazirliyində  keçirilən  görüş  də  səmimi  olub. 
Şeyxülislam  həzrətlərinin  başçılıq  etdiyi  nümayəndə  heyətini 
qə bul  edən  nazir  Rəşid  Meretov  dövlətlərimiz  arasındakı  əla-
qələrin yüksək səviyyədə olduğunu deyib və münasibətlərin da-
ha da inkişaf etdirilməsi üçün səylərin davam edəcəyinə inandı-
ğını ifadə edib. Rəşid Meretov Azərbaycanın diplomatik sahədə 
qazandığı uğurlardan qürur hissi keçirdiyini söyləyib. Xarici İş-
lər naziri ölkəsinin Azərbaycanın haqlı mövqeyini bundan son  ra 
da dəstəkləyəcəyini diqqətə çatdırıb.
Nümayəndə heyətini Türkmənistanın Dini Qurumlarla İş üz rə 
Dövlət Komitəsində və Müftilikdə də böyük ehtiramla qarşı la yıb-
lar. Dövlət Komitəsinin sədri Çarıgəldi Seryayev Şeyxül is lam Al-
lahşükür Paşazadənin Türkmənistana səfərini mühüm ha disə ad lan-
dırıb. Görüş zamanı əməkdaşlığın perspektivləri müzakirə edi lib. 
Hər iki ölkədə dini-mənəvi sahədə sabitliyin, to lerantlıq mühi ti nin 
mövcudluğu ifadə olunub, bu sahədə dövlət baş çıları İlham Əli yevlə 
Qurbanqulu Berdiməhəmmədovun xid mətləri xüsusi vurğulanıb.
Həmin gün Türkmənistan tərəfi Şeyxülislam Allahşükür Pa-
şa zadənin  başçılıq  etdiyi  nümayəndə  heyətinin  şərəfinə  rəsmi 
qə bul keçirib.
Yanvarın 15-də azərbaycanlı qonaqlar Türkmənistanın qə-
dim Mərv şəhərinə gediblər. Hava limanında Şeyxülislam həz-
rətlərini Mərv vilayətinin meri B.Atamuradov, Müfti Hacı Əh-
məd, digər rəsmi şəxslər qarşılayıblar.
Şeyxülislam həzrətlərinin rəhbərlik etdiyi nümayəndə heyəti 
“Qədim Mərv” Tarixi-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq 
Muzeyi ilə yaxından tanış olub. Tarixi məkanlar, muzeydə sax-
lanılan nadir eksponatlar qonaqlarda böyük maraq doğurub.
Həmin gün axşam nümayəndə heyəti Azərbaycana qayıdıb.
105
105 
“Haqqın nuru” qəzeti, № 2(197).


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              177
* * *
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allah-
şükür Paşazadə fevralın 4-də Mərmərə Qrupu Strateji və Sosial 
Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XVII Avrasi-
ya İqtisadi Zirvəsində iştirak etmək üçün İstanbula səfər edib. 
Səfər çərçivəsində Şeyxülislam həzrətləri Fənər Rum Patriarxı 
Varfolomeylə görüşüb. 
* * *
Martın 5-6 tarixində Səudiyyə Ərəbistanında Ümumdünya 
İslam Liqası tərəfindən təşkil edilən “İslam dünyası –problemlər 
və  həll  yolları:  İslam  həmrəyliyi”  Beynəlxalq  konfransı  keçi-
rilmişdir.  Konfrans  İki  Müqəddəs  Məscidin  xadimi  Səudiyyə 
kralı Abdullah  ibn  Əbdüləziz Al-Səudun  rəhbərliyi  ilə  “İslam 
həmrəyli” şüarı altında baş tutdu.
İslam Aləmi Liqasının Baş katibi, doktor Abdullah ibn Əb-
dül mühsin ət-Türkinin dəvətilə konfransın işində Şeyxülislam 
Al lahşükür  Paşazadənin  başçılıq  etdiyi  Qafqaz  Müsəlmanları 
İdarəsinin nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində 
müsəlman alimlərinin Ümumdünya Assosiasiyasının Baş konf-
ransının üzvlərinin iclası da keçirilib. 
Səfər zamanı Şeyxülislam Allahşükür Paşazadə İslam Alə-
mi Liqasının Baş katibi, doktor Abdullah ibn Əb dül  müh sin ət-
Türki, Səudiyyə Ərəbistanı Həcc naziri və di gər rəsmi şəxslərlə 
bir  sıra  ikitərəfli  görüşlər  keçirmişdir.  Şey   xülislam  həzrətləri 
Konfransın  plenar  iclasında  “İslam  həm rəy liyi  –  günümüzün 
aktual problemi” məruzəsilə çıxış etmişdir.  
* * *
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allah-
şükür  Paşazadənin  başçılıq  etdiyi  nümayəndə  heyəti  aprelin 
10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında 
səfərdə olmuşdur. 
Paytaxt Çerkessk şəhərində “Ruhanilik-Rusiyanın birliyinin 
möhkəmləndirilməsində  və  millətlərarası  münasibətlərdə  mü-
hüm amil kimi” mövzusunda keçirilən konfransda iştirak edən 
Şeyxülislam Allahşükür Paşazadə nitq söyləmişdir. 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə