Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə59/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   55   56   57   58   59   60   61   62   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              181
öl   kə mizin görkəmli din və ictimai xadimi Hacı Allahşükür Pa-
şa  zadənin şəxsində mövcuddur...” 
Tarix elmləri doktoru Seyidağa Onullahinin Şeyxülis-
lam Allahşükür Paşazadənin tarix elmləri doktoru alimlik 
dərəcəsi almaq üçün məcmu halında təqdim edilmiş “Qaf-
qazda İslam” (Bakı, 1991) və “İslamda ümmət və şüubilik” 
(Bakı, 1992) kitablarına opponent rəyindən.
“Şübhəsiz,  Qafqaza  dair  məsələlərdə  dini  konfessiyaların 
ruhani liderləri mühüm rol oynayırlar. Sizin münaqişəli və  ziy-
yətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəa  liy-
yətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması na mi nə 
səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir...” 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin.
“Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən 
xoş münasibətlərlə fəxr etməyə haqqınız var” 
Roma Papası II İohan Pavel.
“Sizin uzun illər boyu xalqa göstərdiyiniz sədaqətli xidmət 
gələcək nəsillər üçün gözəl örnəkdir... Sülh və xalqlar arasında 
ədalətli münasibətlər uğrunda mübariz kimi rolunuz Azər bay-
canın hüdudlarından aşaraq Sizə beynəlxalq nüfuz və dünya ça-
pında ehtiram qazandırmışdır” 
Ümumgürcüstan Katolikos–Patriarxı II İliya.
“Artıq 30 ildən çox müddətdə Sizi tanıdığımdan demək istə-
yirəm ki, möhtərəm Şeyxülislam, Siz yüksək mənəvi prinsiplərə 
sadiq insan, öz ölkəsinin ardıcıl vətənpərvəri və müdrik diplomat 
kimi parlaq nümunəsiniz. Siz Pravoslav kilsəsinin ali mükafat-
larına layiq görülmüş ilk müsəlman lider kimi tarixə düşmüşsü-
nüz... Siz dünya miqyaslı din xadiminə, dinindən və etiqadından 
asılı olmayaraq xoşməramlı insanların ehtiram bəslədiyi liderə 
çevrilmisiniz” 
Moskva və Bütün Rusiya Patriarxı Kirill.


182                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
“Mən  Sizin  insanlar  arasında  sülh  və  qarşılıqlı  anlaşma-
nın bərqərar edilməsi yönündə çoxşaxəli fəaliyyətinizə, mahir 
rəhbərlik  bacarığınıza  görə  Sizə  böyük  ehtiram  bəsləmişəm... 
Bəşəriyyət naminə əməkdaşlığımızı və birgə səylərimizi qürurla 
xatırlayıram” 
Vicdana Çağırış Fondunun prezidenti Artur Şnayerabşın.
“Uzun illər boyu tanıdığım və hər zaman təmas içində qal-
dığımız  mümtaz  şəxsiyyət  Allahşükür  Paşazadənin  Azər bay-
canın digər İslam ölkələri ilə münasibətlərinin məzmun və sə-
viyyəsinin yüksəldilməsindəki və nəhayət, ölkənin 1991-ci il də 
İslam Konfransı Təşkilatına rəsmən üzv olmasında böyük xid-
mətlərinin, həmçinin qəhrəman Azərbaycan xalqının haqq işinin 
dünyaya çatdırılmasındakı rolunun bizzat şahidi olmuşam” 
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi  
Ekmələddin İhsanoğlu.
2.5. Şeyxülislam Hacı Allahşükür Paşazadənin layiq 
görüldüyü orden və medallar
2.5.1. Dövlət Ordenləri:
Azərbaycan Respublikasının  
“Şöhrət” ordeni ilə təltif olunmuşdur  
- 26 avqust 1994-cü il.
Azərbaycan Respublikasının  
“İstiqlal” ordeni ilə təltif olunmuşdur  
- 26 avqust 1999-cü il.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              183
Azərbaycan Respublikasının  
“Şərəf” ordeni ilə təltif olunmuşdur  
- 26 avqust 2009-cu il.
SSRİ-nin “Xalqlar dostluğu”  
ordeni ilə təltif olunmuşdur  
- 16 may 1988-ci il.
Misir Ərəb Respublikasının  
I dərəcəli “əl-Elm və əməl”  
ordeni ilə təltif olunmuşdur  
- 28 yanvar 1992-ci il.
Çeçenistan Respublikasının  
Milli Qəhrəmanı “Koman Turpal”  
ordeni ilə təltif olunmuşdur  
- 26 sentyabr 1998-ci il.
Gürcüstan Respublikasının  
“Şərəf” ordeni ilə təltif olunmuşdur  
- 5 dekabr 2001-ci il.
Vatikan dövlətinin “Müqəddəs Qreqori” 
ordeni ilə təltif olunmuşdur  
- 2005-ci il.


184                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Rusiya Federasiyasının  
“Dostluq” ordeni ilə təltif olunmuşdur  
- 3 oktyabr 2006-cı il.
İordaniya Krallığının I dərəcəli  
“Kral Hüseyn” ordeni ilə təltif olunmuşdur 
- 2007-ci il.
Rusiya Federasiyasının  
“Şöhrət” ordeni ilə təltif olunmuşdur  
- 6 noyabr 2009-cu il.
Gürcüstan Respublikasının “Qoyunun  
qızıl dərisi” ordeni ilə təltif olunmuşdur  
- 6 noyabr 2009-cu il.
Çeçenistan Respublikasının  
“Kadırov” ordeni ilə təltif olunmuşdur  
- 3 noyabr 2009-cu il.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              185
2.5.2. Dini İdarələrin Ordenləri
Rus Pravoslav Kilsəsinin  
“Böyük Knyaz Vladimir” adına  
I dərəcəli ordeni ilə təltif olunmuşdur  
- 25 may 2001-ci il.
Rus Pravoslav Kilsəsinin “Müqəddəs  
Sergi Radonejevski” adına I dərəcəli  
ordeni ilə təltif olunmuşdur  
- 14 sentyabr 2005-ci il.
Rusiya Müftilər Şurasının I dərəcəli  
“əl-Fəxr” ordeni ilə təltif olunmuşdur  
- 16 dekabr 2005-ci il.
Rus Pravoslav Kilsəsinin “Şöhrət və 
Şərəf” ordeni ilə təltif olunmuşdur  
- 6 noyabr 2009-cu il.
Bakı və Xəzəryanı Yeparxiyanın  
I dərəcəli “Müqəddəs Apostol Varfolomey” 
ordeni ilə təltif olunmuşdur  
- 2009-cu il.
Şimali Qafqaz Müsəlmanları Koordinasiya 
Mərkəzinin I dərəcəli  
“Ümmət qarşısında xidmətlərinə görə”  
ordeni ilə təltif olunmuşdur  
- 6 noyabr 2009-cu il.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə