Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   11   12   13   14   15   16   17   18   19

3 . A Ğ A C   K U L T U
%
Naxçıvanda  mövcud  olan  inama  görə,  hər  bir  əşyanın  və 
ya  canlının  sahibi  vardır.  Buna “yiyə”  deyilir.  Heç təsadüfü  deyilidr 
ki,  alət  xarab  olduqda,  işə  yaramadıqda  və  ya  heyvan  ziyanlıq 
etdikdə  yiyəsinə  qarğayırlar.  Toplanmış  materillar  sübut  edir  ki, 
xalq  inamına  görə  dağın,  daşın,  suyun,  ağac və  kolların  da sahibi 
vardır.
Həmin  inamın  paralellərini  araşdırarkən  məlum  olur  ki, 
Sibir və Altay türklərində də  eyni  inanc  mövcuddur.  Bu,  yakutlarda 
"iççi’  ,  digər  türk  xalqlarında  “eçi’  ,  “yeçi”  ,  "yeyə”(bizdəki  kimi) 
adlanır.111
Ağac  kultunu  araşdırarkən  bir  sıra  məsələlərlə  yanaşı, 
“Ə shabi-Kəhf  də  və  digər  ziyarətgahlarda  ətrafdakı  ağac  və 
kollara 
parça 
bağlanmasının 
mənasını 
və 
genezisinin 
öyrənilməsinə  xüsusi  diqqət  yetirilmişdir.  Müqayisəli  araşdırmalar 
göstərir  ki,  bu  inanc  digər  türk  xalqlarında,  o  cümlədən  Anadolu 
türklərinədə  də  mövcuddur.  Yəni  bir sıra  ziyarətgahlarda  ağac  və 
kollara  bez,  parça  bağlama  adəti  vardır.112  Görkəmli  araşdırıcı 
Y.Kalafat:  "Ayrı-ayrı  iyeleıfe  bərabər, 
bu  inamın  ağac  (meşə) 
yiyəsi / /  iyəsi ilə bağlı olduğunu söyləyir.” 113
Oxşar olaraq  Sibir və Altay xalqlarında ağaclara bez,  parça 
bağlama  ağac  yiyəsini  (  iççi  )  razı  salmaq  üçündür.  Bu,  ağac 
ruhuna  qurban  xarakteri  daşıyır.  Yakutlarda  ağaca  bağlanan  bez 
və  ya  parça  “sarama”  adlanır.  Ağacı  da  insan  kimi  canlı  hesab
69


edən  yakutlar  ona  alqışlar  söyləyirlər.  Oxşar  alqışa  və  insanın 
ağacla  təmas  qura  bilməsinə  “Kitabi-Dədə  Qorqud”  boylarında 
rast  gəlirik.  “Salur  Qazanın  evinin  yağmalandığı  boy”da  kafərlər 
Uruzu  asmaq  üçün  ağacın  yanına  gətirərkən  deyir.  “Mərə  kafər
%  
w
aman.  Tanrının  birliginə  yoqdır  güman.  Qoyun,  mən  bu  ağacla 
söyləşəlim.”
A ğac! A ğa c!  Dersəm sana ərinmə ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Museyi-Kəlimin əsası ağa c!
Böyük-böyük suların köprisi ağac!
Qara-qara dənizlərin gəmisi ağac!
Şahi-Mərdan Əlinin Düldülinin əyəri ağac!
Zültüqarın, qınilə qəbzəsi ağa c!
Şah Həsənlə Hüseynin beşigi ağac!
Əgər ərdir, əgər övrətdir, qorxısı ağa c!
Başın ala baqar olsam, başsız ağa c!
Dibin ala baqar olsam, dibsüz ağa c!
Məni sana asarlar götürməgil, a ğ a c!
Götürcək olursan, yegitlligüm  səni tutsun, a ğ a c!
Bizim eldə gərək idin a ğ a c!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para toqrylardı ağac !m
Məlumdur  ki,  ağac  hər  yer  üçün  qapı,  hamı  üçün  beşik, 
yəhər və  ya  qılınc  qəbzəsi,  qını  ola  bilər.  Lakin  bu  ağac  ən  kutsal 
ağaca  bərabər  tutulur.  Çünki  islamın  iki  müqəddəs  şəhərinin
70


qapısı  Musa  peyğənbərin  (  ə.s.  )  əsas  möcüzəsi  hesab  edilən 
əsası,  İslamda  möminlərin  mövlası,  Allahın  Aslanı,  Əhli-Beytin 
atası  Hz.Əlinin  mifik  gücə  malik  Düldülünün  yəhəri,  Zülfüqarının 
qını,  qəbzəsi,  Peyğənbər  balaları,  Əhli-Beyt  seçkinləri  İmam 
Həsənlə İmam Hüseynin beşigi adlanır.
Dastanda  ağac  insan  həyatının  simvolu  kimi  verilir. 
Oğulun,  qardaşın  ölümü,  düşmən  əlinə  keçməsini 
uca  dağın 
yıxılması,  qaba  ağacın  kəsilməsinə  bənzədirdilər.  Bamsı  Beyrək 
dustaqlıqdan  qayıdıb  tanınmaz  qiyafədə  bacıları  ilə  görüşüb, 
onların ağlayıb-sızıldadıqlannın səbəbini soruşduqda bacısı deyin
Qarşu yatan qara tağım yıqılubdır,
Ozan,sənin xəbərin yoq,
Kölgəlicə qaba ağacım kəsilübdir,
Ozan, sənin xəbərin yoq.
Dünyəlikdə bir qardaşım alınubdır,
Ozan, sənin xəbəri yoq.
Çalma ozan, ayıtma ozan.115
Məlum  olduğu  kimi,  hər ağaca  qaba  ağac  deyilməz.  Uruz 
söyləşdiyi  ağaca  ancaq  ağac  kimi  baxır.  Sanki  qaba  ağac  Uruzun 
özüdür.  Eynilə  Beyrək  də  ailəsinin,  bacılımın  yeganə  oğlu, 
qardaşı olduğundan Qaba ağacdır. Ailədə iki və ya da çox oğul 
(qardaş)  olduqda  bunlar  Qaba  ağac  deyil,  onun  budaqları 
adlanırdı.
“Uşun  qoca  oğlu  Səkrək  boyum da  Səkrək  qardaşı  Əkrək
*
haqqında eşitdiklərini və sağlığını  anasına bildirincə anası dedi:
71


Qaba ağacda tal-budağın qurımışdı
yaşarıb gögərdi a xır.116
Deməli,  Əkrək  Qaba  ağacın  şah-tal  budağıdır.  Çünki  o, 
yaşca böyükdür, bir budaq da Səkrəkdir.
Ağac inamı ilə bağlı maraqlı məsələlərdən biri də Basatın:
Anam adını sorar olsan,-Qaba A ğ a c!
а л и и * ,  
Q c z & z tı.
/İ<0 
n   kLı  J fru z u is ) 
C^)<2u 
t t Ö r f 0#  c - jc j
fr-7
n -  
-
/tcsO tjrtH  U 
2LCCttcCt*<4r
 

O yU -l 
.yfj£cct<-  CCfUX-
atasının  adını  Qağan  Aslan  deməsi  məntiqə  uyğundur.  Lakin 
Qaba ağac mifik təfəkkürlə bağlıdır!
Oğuz  xaqanın  həyatı  ilə  bağlı  rəvayətdən  məlum  olur  ki, 
onun  iki  xatundan  6  oğlu  olur.  Birinci  xatunla  bağlı  rəvayətdə 
deyilir ki,  Oğuz xaqan  bir yerdə Tanrıya yalvarmaqda idi.  Qaranlıq 
çökdü  və  göydən  bir  göy  (mavi)  işıq  düşdü.  Günəşdən,  aydan 
daha  parlaq  bir  işıq.  Oğuz  xaqan  baxdı  ki,  işığın  ortasında  bir qız 
oturmuş.  Oğuz  qızla  evləndi.  3  oğlu  oldu.  Adlarını  Gün,  Ay,  Ulduz 
qoydu.118
İkinci  xatunla  bağlı  rəvayətdə  isə  Oğuz  ov  zamanı  gölün 
ortasında bir ağac görür. Ağacın  koğuşunda mavi  gözlü, çox gözəl 
bir  qız.  Onunla  evləndi.  Oğuz  xaqanın  ondan  üç  oğlu  oldu. 
Bunların  adlarını  Göy,  Dağ,  və  Dəniz  qoydular.119  Bu  rəvayətlə 
bağlı  inam  “Kitabi-Dədə  Qorqud”dakı  ‘Anam  adını  sorar  olsan 
Qaba Ağac”  ifadəsi  ilə  genetik  cəhəddən  bağlıdır.  Yəni  türk  ağacı 
ana saymışdır.
72


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə