Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   ...   19

%
MYQƏDDƏSLİK,  TARİXİLİK
Naxçıvanda  ən  müqəddəs  yerlərdən  sayılan “ Əshabi- 
K əhfə  (xalq  arasında “Asafkəf»)  inam  olduqca  güclüdür.  Hər 
il  bura  on  minlərlə  insan  ziyarətə  gəlir.  Naxçıvanda  buranı 
ziyarət  etməyən  insanlara  çox  az  halda  rast  gəlmək  olar. 
«Əshabi-Kəhf» 
tarixilik,  dini  inancların  zənginliyi  baxımından 
diqqəti  cəlb  edir.  Buna  görədir  ki,  biz  bu  məsələyə  bir  neçə 
dəfə  müraciət  etmişik.1
Öncə 
mağara 
haqqında 
m əlum at 
verərəkən 
onun
Naxçıvan  şəhərinin  şərq  tərəfində,  keçmiş  Haçaparaq  kəndi 
yaxınlığında 
yerləşdiyini 
göstərmək 
yerinə  düşərdi. 
Girişi 
güneydən 
başlanan 
mağara  ıqüzey 
istiqamətdə, 
dağın 
'  içərisinə doğru  uzanıb  gedir. 
Mağaranın  müqəddəsliyi  xalq 
arasında 
yayılmış  və  bir  sıra  qaynaqlarda 
əksini  tapmış
rəvayətlə  bağlıdır  «Allahdan 
üz  çevirib  bütlərə tapınan  Dag 
Yünis  adlı 
hökmdarın 
zülmü 
ərşə  dayanmışdı. 
İnsanlar 
arasında  küfr  hökm  sürürdü. 
Buna  dözə  bilməyən  vəzir 
Təmirxan 
(  ad  Təmreyxa,  Təmilxan  kimi  də 
deyilir  ) 
tək
Tanrıçılıq  inancında  olan  bir  neçə  dostu  ilə  zülmdən qurtarmaq 
üçün  dağlara  sığınmaq  və  başlarına 
çarə  qılmaq  istəyi  ilə 
şəhərdən 
qaçırlar.  Yolda-hökmdarın  çobanına 
rast  gəlirlər.
I BÖLÜM,
t
7


Vəziyyəti  öyrənən  çoban  da  zülmdən cana gəldiyini  və  ümidini 
bir  olan  Allaha  bağlandığını  bildirərək  onlara  qoşuldu.
Bu  vaxt  çobanın  iti  də  onların  ardınca  gəlir.  İtin  səs 
salıb  onların yerini  bildirəcəyindən  qorxuya düşürlər.  Çoban  iti  heç 
bir  vasitə  ilə  qova  bilmir,  vurub  ayağının  birini  qırır.  Bir  azdan 
baxırlar  ki,  it  yenə  gəlir.  Çoban  onun  ikinci  ayağını  sındırdıqda  it 
insan  kimi  dil  açıb  zülmdən  qaçdığını  bildirir  və  ölür.  Çoban  onu 
mağaranın  girəcəyindən  bir  az  aralı,  hazırda  «Qitmir»  adlanan 
yerdə  basdırır  və  çomağını  taxır  üstünə.  Bundan  sonra  qaçıb, 
yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu tutur.
Beləcə  üç  yüz  ildən  çox  yatırlar.  Oyandıqdan  sonra 
acdıqlarını  hiss  edərək  vəziyyəti  öyrənmək  və  çörək  almaq 
məqsədilə  vəziri  şəhərə  göndərirlər.  O,  pul  verib  çörək  almaq 
istəyərkən  yaxalanır.  Ondan  soruşurlar  ki,  bu  pullar  hardandır? 
Xəzinə  tapmısan?  O,  isə  inandırmağa  çalışır  ki,  pullar  kimsəyə  . 
aid  deyil,  dünən  şəhərdən  çıxarkən  götürmüşdür.  Onu  başa 
salırlar  ki,  pullar  üç  yüz  il  bundan  əvvəl  hökmdarlıq  etmiş  Dağ 
Yunisə aiddir.
Burada  bir  möcüzə  olduğunu  bilən  vəzir  başına  gələnləri 
danışdıqdan 
sonra  maraqlanan 
insanlar  mağaraya 
doğru 
axışırlar.  Vəzir  yoldaşlarının  bundan 
qorxuya  düşə  biləcəklərini 
söyləyərək  onları  xəbərdar  etmək  üçün  qaçaraq  mağaraya  gəlir.
• f
Baş  vermiş  möcüzəni  bildirir.  Hər  biri  əl  qaldırıb  Allahdan  qeyb 
olmalarını  diləyirlər.  Şanı  uca  Allah  onların  səsini  eşidir,  hər  biri
8


с
qayaya  söykəndikləri  kimi  də  yox  olur.  Mağaraya  daxil  olanlar
%
qayada  onların  izlərini  tapırlar  və  o  zamandan  mağaranı 
ziyarətkaha çevi ri rlər.»
Xalq  arasında  yayılan  bu  rəvayət  müəyyən  dəyişiklərlə 
qaynaqlarda  da  öz  əksini  tapmışdır.  Sonralar  bu  rəvayətə  əlavə 
olunmuş  bir  rəvayət  mağaranın  müqəddəsliyini  daha  da  artırır. 
Həmin  rəvayətə  görə,  Əhli-Beytin  atası  həzrəti  Əli  oranı  ziyarət 
etmiş, namaz qılmış və Düldülün ayaq izi qayada qatmışdır.
Biz  uzun  illərdən  bəri  bir  neçə  dətə  burada  olmuş, 
müqəddəs  yerlə  bağlı  geniş  materiallar  toplamaqla  onun  tarixiliyi, 
əməl  edilən  inancların  genezisi  ilə  bağlı  araşdırmalar  aparmışıq. 
Qeyd  etmək  yerinə  düşərdi  ki,  biz  ilk  və  əsas<ömək  olaraq 
«Qurani-Kərim»  in  bu  məsələ  ilə  birbaşa  bağlı  olan  on  səkkizinci 
surəsi-«kəhf»  surəsini  götürmüşük.  Burada  zülümdən  qaçma, 
Allahın  onları  hidayət  və  xilas  * etməsi  verilmişdir.  Ayədə 
mağaranın  quruluşu  ilə  bağlı  xəbər diqqəti  xüsusi  olaraq cəlb edir. 
Çünki  dünyanın  bir  sıra  bölgələrində  «Əshabi-Kəhf»  adı  ilə
t
tanınan  mağaralar vardır ki,  adı  «Qurani-Kərim»də  keçən  mağara 
olduğu  iddia  edilməkdədir.Bu  məsələ  «Qurani-Kərim»in  18-ci 
surə, 
17-ci 
ayəsidə 
belə 
açıqlanır 
«Baxsaydın, 
günəşin 
mağaranın  sağ  tərəfindən  doğub  meyl  etdiyini,  sol tərəfdən  onlara 
toxunmadan  batdığını,  onların  da  mağaranın  genişcə  bir  yerində 
olduqlarını görərdin...»
)
9


Qeyd  edək  ki,məna  eyni  olsa  da,  ayrı-ayrı  kitablarda 
tərcümədə cuzi söz dəyişikliyi vardır.
Ayədə  diqqəti  çəkən  «Baxsaydın,  görərdin...»  deyilərkən 
Rəsulullahın  baxması  nəzərdə  tutulur.  Məlumdur  ki,  mağaranın 
içəıisinə  girəcəkdən  baxarkən,  yəni  girişdən  sağ  və  sol  nəzərdə 
tutulur.  Məhz  Naxçıvandakı  «Əıhabi-Kəhf»də  içəri  girən  (baxan) 
adamın  sağı  (  bu  nisbətdə  mağaranın  sağ  tərəfi)  gündoğana 
düşür. Yəni mağara cənub-şimal istiqamətindədir.
Mağaranın  nə  vaxt  yaranması  ilə  bağlı  rəvayətlərdə  onun 
qaçanların  sığındıqlın  zaman  yarandığı  söylənilir.  «Allahın  hökmü 
ilə dağ yanldı və onlar orada gizləndilər».
«Qurani-Kərim»də  isə:  «(İçlərindən  biri  belə  dem işdir) 
Madam  ki,  siz  onlardan  və  onlann  Allahdan  kənarda  tapmaqda 
olduqlan  varlıqlardan  uzaqlaşdınız,  o  halda  mağaraya  sığının  ki, 
Rəbbiniz  sizə  rəhmətini  yaysın  və  işinizdə  sizin  üçün  fayda  və  . 
yaxşılıq saxlasın».2
Buradan  aydın  olur  ki,  rəvayətdə  deyilənin  əksinə  olaraq 
rnağara 
öncədən 
mövcudumuş, 
qaçanlar  onun 
haqqında 
məlumatlı imişlər.
Bir  məsələ  diqqəti  xüsusi  ilə  cəlb  e d ir  mağaraya 
sığınanlar  neçə  nəfər  olmuşlar?  Bununla  bağlı  rəvayətlərdə 
müxtəlif  fikirlər  vardır.  Qaynaqlarda  onların  sayı  5,6,7  bəzən  8 
olaraq  göstərilir.  Naxçıvanda  isə  qeyb  olanların  7  nəfər  olduqları 
söylənməkdədir.  «Əshabi-Kəhf»dəki  «Yeddi  kimsənə»deyilən
10


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə