Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   ...   19

Deməli,bura  bər  şeydən  əw əl  insanlığın  ata  ocağı  idi. 
Onda  nə  xristianlıq  var  idi,  nə  də  islam.  Burada  xəlq  adətləri  və 
inancları hakim idi. Bu günümüzdə də belədir.
“Ə shabi-Kəhfin  tarixiliyinin  öyrənilməsinə  gəlincə  qeyd 
etməliyk  ki,  rəvayətlə  bağlı  islam  mənbələrində,  həmçinin  Avropa 
tarixşünaslığında  geniş  məlumatlar  vardır.  Rəvayətin  baş  verdiyi 
yerin  İspaniya,  Əlcəzair,  Misir,  Suriya,  Əfqanıstan,  Anadolu  və 
Doğu 
Türküstan 
olduğu 
göstərilir.6  Müəlliflərin 
əksəriyyəti 
hadisənin  xristianlıqla  bağlı  olub,  İsa  Peyğəmbərdən  sonra  baş 
verdiyini və sonra ‘‘Qurani-Kərim”ə daxil edildiyini söyləyirlər.
Öncə  “K ə h f  surəsinin  enməsi  ilə  bağlı  məsələyə  diqqət 
yetirək:  Qureyişlər Nadir ibn  Haris və  Utbə  ibn  Müaytı  Mədinədəki 
yəhudi  alimlərinin  yanına  göndərirlər  ki,  onlardan  Məhəmməddən 
və  onun  sifətindən  soruşun  və  kəlamını  söyləyin.  Çünki  onlar 
qədim  kitab  əhlidirlər.  Onlarda  bizdə  olmayan  peyğəmbər  bilgiləri 
vardır.  Bundan  sonra  onların  ikisi  də  Mədinəyə  gəldilər.  Yəhudi 
alimləri onlara dedilər ki, ondan üç şey soruşun:
1.0  fityələr  (gənc  igidlər)  kimlərdir?  Xüsusiyyətləri  nədir? 
Bunların hekayəsi olduqca maraqlıdır.
2 .0   rəcüli  taw af  (yəni  o səfəredən  adam) yer üzünün  şərq
və qərbinə çatan kimdir? Hekayəti nədir?
3.Ruh nədir?
Bu  üç  məsələni  soruşun.  Əgər  sizə  onları  xəbər  versə
nəbidir, ona inanın/
15


Məhz  bu  fikirə  söykənərək  demək  olar  ki,  hadisə 
xristianlıqdan  əw əl  baş  vermişdir.  Yəhudilərin  kitablarında  bu 
haqda  məlumat vardır.  Çünki  birinci  məsələ  məhz “Ə shabi-Kəhf 
haqqındadır.  İkinci  məsələ  isə Zülqəriney.  Elmallı  M.  Hamdi  Yazır 
hadisənin  qədimdə  olduğunu  göstərir  “Əbu  Əli  ibn  Sina  yazır  ki, 
Aristotel Allaha tapınan  bir toplumun  başına gələn  hadisədən  bəhs 
edir  ki,  bu,  "Əshabi-Kəhfdəkilərə  bənzəyir.  Deməli,  “Əshabi- 
K əh f hadisəsi daha qədimdə olmuşdur».8
Rəvayətlərdə  hökmdarın  və  zülmdən  qaçanların  adı  verilsə 
də  ,  “Qurani-Kəriırfdə  bundan  bəhs  olunmur.  Eyni  zamanda 
hadisənin  harada olması  da göstərilmir.  Bu  da Allahın  insanlardan 
gizli  saxladığı  məsələdir  ki,  bunun  təsirindən  dünyanın  ayrı-ayrı 
yerlərində rəvayətlər yaranmışdır.
Ümumiyyətlə,  bəzi  araşdırıcılar  mağaranı  İspaniyada, 
bəziləri Kiçik Asiyada, bəziləri Misir və s. yerlərdə axtarırlar.
Fahreddin  Razi  belə deyin  “Doğrusu,  “ Əshabi-  k ə h f  in  nə 
zamanını,  nə yerini  ağıla gətirə  bilməyə  imkan  yoxdur.  Bu  ancaq 
bir  nasdan  öyrənilə  bilərdi.  Belə  bir  nas  olmadığına 
görə 
bilinməsinə də imkan yoxdur” .9
Fransızların  “Qrand”  Ensiklopediyasında  “Seri  Dormans”- 
“yeddi  yatmışlar”  adı  ilə  bu  hadisənin  tarixiliyi,  baş'  verdiyi  ərazi 
tam  xristianlıqla  bağlanır.  Hətta  bununla  bağlı  dəqiq  tarixlər 
göstərməyə çalışılır.10
# 1
16 
............. .  '*


Mağaranın  yeri  haqqındakı  anlaşılmazlıqları  nəql  edən 
Əbu  Hayyan  belə  deyir 
“Bu  mağara  Rumda  deyildi,  Şamda 
deyildi,  İspaniyada,  Qranta  tərəfində 
Lose  ismində  yerdə  bir 
mağara  vardır  ki,  içində  ölülər  və  bərabərlərində  çütümıış  bir 
köpək 
vardır.  Ölülərin  çoxunun  ətləri  tökülmüş,  bəzisinin  əti 
vücuduna  sımsıx  yapışmışdır.  Çox  əsrlər  keçmiş,  biz  bunların  nə 
olduğunu  bilmirik.  İnsanlar  isə  bunların  “  Əshabi-  K əh f  olduğunu 
sanırlar” .11
Mağarada  ölülərin  uzun  müddət  çürümədən 
qalması 
fikrinə  Əbdürrəşid  Əl-  Bakuvidə  də  rast  gəlirik.  Müəllif  Əfəsus 
şəhərindən 
bəhs 
edərkən 
"Əshabi-Kəhflə 
bağlı 
rəvayəti, 
mağaranın  istiqamətini  göstərməklə  “...onun  içində  ölənlərin 
meyitləri  çürümür.  Onlar  yeddi  nəfərdir.  Altısı  arxası  üstə  yatır. 
Yeddincisi  mağaranın  uzaq  küncündə  arxası  mağaranın  divarına 
sağ  böyrü  üstə  söykənib  yatır.  Onların  ayaqlannın  altında  heç  bir 
yeri zədələnməmiş olan it yatır” .12
Bu  rəvayətin  heç  biri  həqiqətə  uyğun  deyil.  Sadəcə  olaraq 
uzun  illər mövcud  olmuş tendensiyanın  davamıdır.  Çünki  “Qurani- 
Kərim”də  say  bəlli  deyil.  Eyni  zamanda,  onunla  bağlı  mübahisə 
ediləcəyi  bildirilir.”...De  ki,  onların  sayını  Rəbbim  daha  yaxşı 
bilir” . 13”Qurani-Kərim”də  zülmdən  qaçanların  çürümədən  qaldıqları 
deyil, qeyb olduqları bildirilir.
Əgər  meyitlər  çürüməmiş  olsaydı,  hər  şey  aydın  olardı. 
Naxçıvanda isə qeybə çəkilmə inamı mövçuddur.
17


V
Əldə  olunmuş çox saylı  mənbələrdə demək  olar ki,  başlıca 
diqqət  Türkiyə  ərazisindəki,  həmçinin  digər  ölkələrdəki  “Əshabi- 
Kəhflərə 
yönəldilir. 
Naxçıvandakı 
“Əshabi-Kəhf’dən 
bəhs 
olunmur.  Hətta  tanınmış  türk  alimi  Fərrux  Sumər  bu  məsələyə 
həsr etdiyi kitabda da Naxçıvan “Əshabi-Kəhf indən bəhs etmir.14
Son  illərdəki  epiqrafik  və  bəzi  dini  araşdırmalar  istisna 
olmaqla,15 
Naxçıvan 
“Əshabi-Kəhf i 
ilə 
bağlı 
tədqiqatlar 
aparılmamışdır.
“Q urani-Kərim in  təvsiıiərində  də  əsasən  Anadoludakı 
“Əsahabi-Kəhfdən  bəhs  olunur.  1992-ci  ildə  fars  dilindən 
Azərbaycan  türkcəsinə  tərcümə  edilmiş  Sədrəddin  Bəlağinin 
“Quran  qissələri”  kitabının  “Əshabi-Kəhf  bölməsindəki  fikirlər 
yunan-roma  mənşəli  olmaqla,  özündən  əvvəlkiləri  təkrar  edir.16 
Kitabın  191-ci  səhifəsindəki  izah  üçün  qoyulmuş  işarədəki 
Qurani-Kərim,  Kəhf  surəsi,  10-cu  ayə  və  sonrakı  ayələr”  ifadəsi 
yazılmışdır.  Bu  yanlışdır,çünki  9-cu  ayədə  deyilir  ‘Yoxsa  Kəhf  və 
Rakim  Əsabını  bizim  çaşılacaq  ayələrimizdən  bir  şey  mi 
sandın?”.17  Eyni  zamanda,  10-cu  ayə  və  sonrakı  ayələrdə 
ifadəsindən  belə çıxır ki,  110-cu  ayəyə qədər.  Lakin bu  məsələdən 
9-26-cı  ayələrdə  bəhs  olunur.  Müəllif  Efesus  şəhərindən  bəhs 
edərkən  onun  coğrafi  mövqeyini,  həmçinin  “Əshabi-Kəhflə  bağlı 
rəvayətin  məhz  bu  şəhərdə,  təqribən  249-251-ci  illərdə  baş 
verdiyini göstərir.18
18


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə