Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

göstərilməklə  yanaşı,  həmin  ildə  vəfat  etmiş  tanınmış  elm 
adamların haqqında da yığcam məlumat verilir.
Bu  bir  həqiqətdir  ki,  Azərbaycan  Atabəylər  Dövləti 
tarixində  hər  bir  sahədə  olduğu  kimi  elm  sahəsində  də  böyük 
intibah dövrü olmuşdur.  Bu elm sahəsində  əsasən  tibb elmi  böyük 
inkişaf  etmişdir.  Təbii  üsullarla  müalicə  demək  olar  dövrün  ən 
böyük  inkişaf  mərhələlərindən  biri  olmuşdur.  O,  dövrdə 
Azərbaycanın  müalicə  suları  çox  məşhur  idi.  Əlbətdə,  orta  əsr 
müəllifləri  həmin  suların  real  təsiri  haqqında  öz  müşahidələrini 
təsvir  etmir,  yalnız  müasirlərinin  fikirlərini  bildirir.  Lakin, 
şübhəsiz  ki,  onların  bir  çox  məlumatları  çoxillik  təcrübəyə 
əsaslanmışdır.
“Bəzzdə  və  Ərdəbildə  qoturluğu  (keçəlliyi)  və  kök  salmış
qızdırma  xəstəliyini  müalicə  edən  isti  bulaqlar  olmuşdur.
Salmasda  qoturluğu  və  cüzamı  müalicə  edən  bulaqlar  var  imiş.
Əbu  Dulaf və  Yaqut  belə  bulaqlardan  biri  -   Zəravənd  haqqında
•  •
yazırlar:  ‘TJstü  örtülmüş  və  bitişmiş  yarası  olan  adamı  və  ya 
heyvanı  həmin  bulağa  salsalar,  altında  zəifləmiş  sümüklər, 
gizlənmiş  şüşə  qırıqları  və  dərinə  batmış  tikan  olan  yaraların 
ağızları  açılır  və  oradan  irin,  çirk  axmağa  başlayır.  Təmizlənmiş 
yaralar  qovuşur  və  insan  bu  bəladan  xilas  olur.  Mən  bir  adam 
tanıyırdım,  onu  həmin  bulağa  aparmaq  istəyirdim.  Onun 
xəstəlikləri keçəllik,  xənazir,  sancı,  dəmirov,  baldırlarında  ağrı  və 
daima onu narahat edən və qızdırma gətirən oynaqlarındakı zəiflik 
idi.  Bundan  əlavə  onun  bədənində  ox  qalmışdı.  Oxun  ucu  ətə 
batmışdı.  Biz  qorxurduq  ki,  bir  gün  səhər  və  ya  axşam  ox  onun 
qara  ciyərini  deşəcək  .  O,  üç  gün  (bulağın  suyunda)  oldu  və  ox 
onun böyründən çıxdı” (22, s. 207).
Həmin dövrdə müalicəvi suların əhəmiyyəti olduqca zəruri 
idi.  Çünki  tibb  elminin  bir  o  qədər  də  inkişaf etməməsi  ərəfədə 
müalicə  olunmaq  ancaq  təbii  üsullarla  aparılmış  və  insanlara  ilk 
tibbi  yardım  edilmişdir.  Bununla  əlaqədar  ‘;Əbu  Dulaf həmçinin 
qeyd edir ki,  bu  bulağın yanından soyuq su  axır və əgər adam onu 
içsə,  özünü  boğaz  iltihabından,  dalağın  nazik  damarlarının 
genişlənməsindən  təhlükəsizləşdirilmiş  olar  və  asanlıqla  öd
66


/
kisəsini  yaxşılaşdırar.  Əgər  görmə  qabiliyyəti  pis  olan  adam 
həmin  bulağın  soyuq  suyu  ilə  gözlərini  islatsa,  onda  o,  yaxşı 
görəcək,  həmin  bulağın  gilini  (palçığını,  lilini)  iyləyən  adamın 
gözləri  isə  qar  korluğu  (qara  baxa  bilməmə)  xəstəliyinə  məruz 
qalmayacaqdır.  Əgər  bu  bulağa  heyvan  girsə,  onda  nə  o,  nə  də 
balaları qoturluq tutmayacaqlar” (22,  s. 208).
Azərbaycan  Atabəylər  Dövlətində  atabəy  Şəmsəddin 
Eldənizin  daimi  yaşayış  yeri  olan Naxçıvan  vilayətinin  torpaqları 
tac  (xass)  torpağı  idi.  Həmçinin  atabəy in  ixtiyarında  olan  Rey  öz 
ətrafı  ilə,  Həmədan  vilayəti,  Gəncə,  Beyləqan,  Şəmkur  və  Şutur, 
Ərdəbil,  Salmas,  Urmiya,  Xoy  əyalətləri  də  onun  xass  torpaqları 
sırasında  idi.  Bu  torpaqların  hər  birində  fərqli-fərqli  müalicəvi 
sular  mövcud  idi.  “Xoy  yaxınlığında  Qotur  adlı  bulaq  var  idi, 
onun  suyu  qızdırma  xəstəliyinə  kömək  edirdi.  Burada,  Vəşələ 
kəndi  yaxınlığında  isə  bulaq  vardır,  kim onun  suyunu  içsə,  dərhal 
qarnı işləyər və  onun mədəsində  nə  varsa,  hamısı boşalar.  Əgər o, 
hətta  azacıq  çörək  yeyib  həmin  sudan  içsə,  yenə  də  dərhal  qarnı 
işləyəcək” (22,  s.  208).
“Marağada  çoxlu  isti  bulaqlar  vardır,  şillər  və  əlillər 
çimmək üçün ora gəlirlər” (22,  s.  208).

cümlədən  Naxçıvanm  Culfa  ərazisində  yerləşən 
“Darıdağ”  dağı  ətəyində  yerləşən  “Şorsu  “  deyilən  bulağın  isti 
şəkildə  qaynayıb  daşması  böyük  müalicəvi  əhəmiyyətə  malik  idi. 
Ayaq  arğılarınm,  duzlaşmanm,  hər hansı  bir  oynaq xəstəliklərinin 
müalicəsi  üçün  olduqca  yararlı  idi.  Həmçinin  dağın  digər  bir 
tərəfində,  yəni  qərb  hissəsində  yerləşən  “Narzan”  mineral  suyu 
mədə  və  mədəaltı  vəzlərin  müalicəsi  üçün  çox  əhəmiyyətli 
olmuşdur.
“Təbrizin yaxınlığında kükürd hamamları vardır ki, onların 
heyrətamiz  faydalı  xassələri  vardır.  Xəstələnənlər  və  xroniki 
xəstəliyi  olan  adamlar  ora  gedirlər.  Təbriz  kəndlərindən  birində 
bulaq var  imiş.  Əgər  onun  suyunda  bir  şey  bişirib,  həlimi  içsələr, 
onda  bişmişin  suyu  işlətmə  vəsaiti  kimi  mədəyə  əla  təsir  edirdi” 
(22, s. 208).
67


Həmçinin  Azərbaycanın  digər  bölgələrində  də  belənki 
müalicəvi  suların  mövcud  olması  inkaredilməzdir.  “Gəncənin 
yaxınlığındakı dağlarda mövz və ya  xar (tut)  adlanan  bitki  var  idi. 
O,  Suriya tutuna oxşayır və qara ciyər ağrısını  sakitləşdirir.  Gəncə 
və Şirvandan başqa o  heç yerdə yoxdur” (22,  s. 208).
Ən 
önəmlisi 
budur 
ki, 
ot 
bitkilərindən, 
otların 
yarpaqlarından,  xaşalarmdan,  çiçəklərindən  və  zoğlarından 
olduqca  çox  istifadə  olunub. 
“Şirvanda  “tülkü  xayası” 
(enliyarpaqlı  səhləb)  adlanan  qəribə  bitki  var  idi.  Bitki  iki 
yumurtacığa  oxşayır:  biri  solğun,  digəri  təzə.  Solğun  cinsiyyət 
potensialını zəiflədir, təzə isə onu qüvvələndirir” (22,  s. 208).
Azərbaycan 
Atabəylər 
Dövlətinin 
mühüm 
xüsusiyyətlərindən  biri  də  odur  ki,  tibb  elminin  inkişafı  naminə 
əvəzedilməz  addımlar  atmış  və  bunlarada  lazımı  səviyyədə  nail 
olmuşlar.  Buna  bariz nümunə  olaraq  onu  qeyd  edə  bilərik  ki,  orta 
əsr  tibb  elmində  sayılıb  seçilə  bilən  əsərlərdən  biri  məhz 
“Müxtəsər  tibb”  əsəridir  ki,  şəxsən  Azərbaycan  Atabəylər 
Dövlətinin  hökmdarı  Qızıl  Arslanın  tapşırığı  ilə  yazılmışdır. 
Müəllif əsəri əsas etibarilə iki  böyük hissəyə bölmüşdür:
1.  Təbabətin nəzəri cəhətləri.
2.  Təbabətin əməli cəhətləri.
Əsərdə  təbabətin  nəzəri  cəhətləri  7  bəhsdən  ibarət  olub, 
hər bir bəhs bir neçə  fəsillərə bölünmüşdür.
Birinci 
bəhsdə 
havanm 
əhəmiyyəti, 
ilin 
ayrı-ayrı 
mövsümündə  hansı  yeməklərin  faydalı  olması,  insanın  sağlam 
yaşaması  üçün  təbii  şərait,  geyim  üsulları,  içməli  suyun  növləri, 
şərabın  orqanizmə  müsbət  və  mənfi  təsiri,  yuxu  və  yuxusuzluq 
haqqında,  hərəkət  və  sakitliyin  əhəmiyyəti,  işlətmə  dərmanları  və 
sair vasitələrlə istifadə eləmək, hissiyatdan əmələ gələn xəstəliklər 
və onların müalicəsindən danışılır.
Burada  həmçinin  qocalıq  və  bu  zaman  səhhətin  hifz 
olunma  yolları  və  nəhayət,  müsafirlər  haqqında  qanunlar  və 
məsləhətlər qeyd olunmuşdur.
II  bəhs  7  fəsildən  ibarətdir.  Bu  bəhsdə  xəstəliyi  təyin 
etmək,  xəstəliyi  törədən  amillər,  xəstəliyin  böhranı,  xəstəliyin
68


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə