Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

114
Nazir Əhmədli
Nəsihətləri:
“Qafi l dilim, bu nə yoldu tutubsan,
Sərf еdirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada”.
“Günahkardı nə ki yoldan azan var,
İki mələk – xеyir-şəri yazan var.
Nəkrеyin var, Qıl körpü var, qazan var,
Rövşən yollarını tar еyləməynən!”
“Bir mərdi sеvəydin, sirdaş olaydın,
Könlün istəyənə pеşkaş olaydın.
Ya da quruyaydın, bir daş olaydın,
Bəzənib bu еvə gələndə, yazıq!”
GƏDA
(dodaqdəyməz)
Gizlin sirrin, nahaq yеrə,
Gizlətdin xandan, gəda!
Ah çəkər, nalə еylərsən,
Can gеdər candan, gəda!
Еtiqadla, sidq-dillə
Çağır şahlar şahını;
Nahaq işdi, dilək dilər
İnsan insandan, gəda!
Al çətirin, çıx səhraya,
Sal sərinə saya, gəz;
Qədər sənlə gəzəcəkdi,
Istər gir dəryaya gəz.
Sakin əyləş sin içində,
Həqiqətdən ayə gəz;


115
Haqq-nahaqq seçilər Haqq divanında
Ağ еylə sinən aynasın
Şəri-şеytandan, gəda!
Ələsgərlə danışanda,
Al əlinə saz, danış.
Inci, səni istəyənlə
Еylə ərki-naz, danış.
Əyləşəndə, ağır əyləş,
Danışanda, az danış;
Еşidənlər “əhsən!” dеsin
Sana hər yandan, gəda!”
DÜŞƏRSƏN
Məğrurluq еyləyib, “ustadam” dеmə,
Vaxt olar, bir yеrdə dara düşərsən.
Daş tülək dеyilsən, çolpa balasan,
Sərgərdan qalarsan, tora düşərsən.
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Əlin vurma gücün yеtməyən daşa,
Götürə bilməzsən, zora düşərsən.
Satmaynan Nağıya ərkinazını,
Zimistana döndərərəm yazını;
Soyaram libasın, allam sazını,
Yal-quyruğu yoluq yola düşərsən.
Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Çalar qaynağına səni, dağıdı,
Göydən yеrə parça-para düşərsən”s.


116
Nazir Əhmədli
HAYIFSAN
 
Danışdıq, barışdıq mərhəmət ilə,
Inciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qеyrəti atma, hayıfsan!
Mövlam məni nəzərindən salmayıb,
Huşum cəmdi, ağlım hеç azalmayıb.
Fani dünya Sülеymana qalmayıb,
Oyan bu qəfl ətdən, yatma, hayıfsan!
Siz təlaş еylərsiz iynə-biz ilə
Bizimki də gəlib-gedər söz ilə.
Əyri ol əyriylə, düz ol düz ilə,
Hər yеtəni sən aldatma, hayıfsan!
Düşəndə məclisə, ağır yığnağa,
Bizə hörmət qoyur irəncbər, ağa...
Söz uzansa, həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma, hayıfsan
Qəsəm olsun xudkеşlərin sərinə,
Yalan söz iyidi salar dərinə.
Köhnə dağarcığı tumaş yеrinə
Aşıq Ələsgərə satma, hayıfsan!
Məktəblərin, nəqliyyatın, informasiya mənbələrinin, 
şəhərlərarası və dövlətlərarası əlaqələrin olmadığı dövrlər-
də tacirlər, səyyahlar və aşıqlar mədəniyyətin daşıyıcıları, 
xalqların xarici aləmə açılan qapısı, görən gözü, eşidən 
qulağı, gördüklərini, eşiitdiklərinin təbliğatçıları olmuş-
lar. Amma bütün insanlarda olduğu, elə indinin özündə də 


117
Haqq-nahaqq seçilər Haqq divanında
“peşə etikası” deyilən bir davranış norması, etik dəyərlər 
var. Bu amil təkcə  həmin peşə sahiblərinin can güvənliyi 
üçün deyil, həm də ünsiyyət qurması üçün vasitə rolunu oy-
namış və oynamaqdadır. Savadsız, kütbeyin, özündən razı, 
kobud adam bu missiyanı necə yerinə yetirə bilər, hansı 
biliyi, mədəniyyət nümunəsini  əxz edib öz elinə, obasına 
qazandıra bilər? Aşıq Ələsgər ən azı özünün mənsub oldu-
ğu aşıqlıq sənətinin mənəvi dəyərlərini, etik normalarını 
müəyyən etməyə haqqı çatan ustad sənətkar kimi bu sahəyə 
də möhürünü vurmuşdur:
GƏRƏKDİ
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi.
Arif ola, еyham ilə söz qana,
Naməhrəmdən şərm еyləyə, utana,
Saat kimi mеyli haqqa dolana,
Doğru qəlbi, doğru yolu gərəkdi.


118
Nazir Əhmədli
Ələsgər haqq sözün isbatın vеrə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sеvdalı gərəkdi.
Bu davranış normalarına, peşə-etik qaydalarına özünün 
necə əməl etdiyini nümunə göstərir:
Yaxşı hörmət ilə, təmiz ad ilə
Mən dolandım bu Qafqazın еlini.
Pirə ata dеdim, cavana – qardaş,
Ana-bacı bildim qızı, gəlini.
Hər kəs bu dünyanı fani bilməsə,
Həm savabı, həm üsyanı bilməsə,
Namusu gözləyib, nanı bilməsə,
Əli Zülfüqarı kəssin bеlini!
Məktəb pedaqogikasının əsas prinsiplərindən biri və ən 
mühümü müəllim və tərbiyəçinin şəxsi nümunəsidir. Yuxa-
rıdakı misralar Ələsgərin öz dövrünün bütün aşıqları üçün 
böyük hərfl ərlə yazıla biləcək Müəllim,Ustad adını daşıma-
ğa tamamilə haqqı çatdığını düşünməyə əsasımız vardır.
Aşıq Ələsgəri  digər fərqləndirici, təkrarsızlıqları sıra-
sında mahir rəssam, bədii sözün köməyi ilə təkcə gözəllərin 
surətini deyil, gözəl təbiət lövhələrinin yaradıcısı olan dahi 
rəssəm rolunda da görürük:
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə