Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

150
Nazir Əhmədli
Söyün “Dilqəmi” sağ havasını yaratmış və bədbəxt atanın 
müəyyən təsəlli tapmasına səbəb olmuşdur.
Aşıq Söyünü bəzi tədqiqatçılar Molla Pənah Vaqifi n 
bacısı oğlu, bəziləri isə bacısı nəvəsi sayırlar. Onların ara-
sında hansısa qohumluq əlaqəsini təsdiq və ya təkzib et-
məyə   əlimizdə heç bir sübut-dəlil olmasa da, onun Vaqifi n 
bacısı  oğlu olduğunun mümkün olmadığını mütləq qeyd 
etməliyəm. Çünki tarixi xronologiya bunu istisna edir. Belə 
ki, müəyyən etdiyimiz kimi, Aşıq Söyün 1838-ci ildə, M.P.
Vaqif isə  rəsmi tarixə inansaq, 1717-ci ildə doğulmuşlar. 
Əgər Söyünü dünyaya gətirəndə onun anasının 31 yaşı var-
dısa, Vaqif öz bacısından 90 il(!),21 yaşı vardısa, 100 il(!!) 
böyük olmalı idi ki, bu da fantaziyadan başqa bir şey deyil. 
Həmin səbəbdən də Aşıq Söyünün Vaqifi n bacısı nəvəsi ol-
ması da şübhəlidir. Olsa-olsa, bəlkə bacısı nəticəsi ola bilər. 
Bir şeyə təəcüb edirəm-tutaq ki, tədqiqatçı alimlər Aşıq Sö-
yünün 1811-ci ildə doğulması haqqındakı  rəsmi bioqrafi -
yasına inanıblar, yenə də böyük qohumundan 96 yaş kiçik 
olur və onun necə bacısı oğlu ola bilərdi? Beləliklə, aydın 
olur ki, əksər alimlərimiz, xüsusilə  fi lologiya  sahəsinin 
tədqiqatçıları hardansa eşitdikləri, sənədə-sübuta  əsaslan-
mayan məlumatları məntiqi süzgəcdən keçirmədən (bəlkə 
bunu etmək heç ağıllarına da gəlmir) laqeydcəsinə istifadə 
edir və olduqca yanlış məlumatlar yayırlar ki, sonradan bu 
məlumatları  dəqiqləşdirib dəyişmək də böyük problemlər 
doğurur, mübahisələrə səbəb olur.
Aşıq Söyün Şəmkirlinin  şeirlərini toplayıb 1991-ci 
ildə, aşığın anadan olmasının 180 illiyi ilə bağlı  tədbir-
lərdən biri kimi nəşr etdirən prof.Rüstəm Rüstəmzadə ön 
sözdə yazır(o da başqa müəllifl ər kimi aşığın 1811-ci ildə 
doğulduğunu bildirir və adını da Hüseyn yazır): “Filologi-
ya elmləri namizədi Əhliman Axundovun yazdığına görə, 
Hüseynin anası Zəhra xanım  M.P.Vaqifi n bacısıdır, özü də 


151
Haqq-nahaqq seçilər Haqq divanında
əslən Qazax mahalının Dağ Kəsəmən kəndindəndir. Ailəsi 
Dağ Kəsəməndən gələrək əvvəlcə Şəmkirin Qapanlı, sonra 
Qaracaəmirli kəndində  məskən salmışlar”(“Aşıq Hüseyn 
Şəmkirli. Toplayanı, tərtib edəni, ön sözün müəllifi  f.e.d., 
professor Rüstəm Rüstəmzadə”. Bakı, 1991, səh.3)
 Doğrudanmı bu elmi dərəcəli alimlər hələ 1-ci, 2-ci si-
nifl ərdə keçirilən toplama və çıxma əməllərini bilməyiblər? 
İnsan özündən 121 yaş böyük olan başqa birinin necə bacısı 
oğlu ola bilər? Bunun üçün bəşəriyyət Adəmin dövründəki 
kimi 900 ildən artıq yaşamalı idi! Əgər Tövrata inansaq, 
Nuhun tufanından sonra təəssüf ki, Allah insanların yuxa-
rı yaş həddini 120 ilə endirib, tibbin XVIII-XIX əsrlərdəki 
səviyyəsinə görə isə inanmıram ki, bizim regiondakı adam-
ların orta həyat müddəti 60-70 ildən yuxarı olaydı. Düzdür, 
istisna hallarda insanlar 100 yaşına da çatırdı, amma biz 
orta yaş həddindən danışırıq. 
Professor Q.Namazov da həmkarlarının səhvini tək-
rar edir, həm də özünə  əlavə bir problem yaradır: “Bəzi 
mənbələrə və ustadın qalan nəsillərinin dediklərinə görə, 
anası  Zəhra xanım M.P.Vaqifi n bacısı imiş”(“Ozan-aşıq 
sənətinin tarixi” Bakı. 2013, səh.279). Hansı mənbələr-
dir onlar? Tədqiqatçı alim bu cür cümlə  işlədə bilməz
mənbələrə istinad edilirsə, hökmən həmin mənbə göstə-
rilməlidir. Biz, əlbəttə, rəsmi tərcümeyi-halına görə Aşıq 
Söyünün vəfatından 12 il sonra dünyaya gələn  Ə.Axun-
dovu mənbə kimi qəbul edə bilmərik, amma professor R.
Rüstəmzadə öz işini bir az ehtiyatlı tutaraq məsuliyyəti 
Ə.Axundovun üzərinə atmaq istəsə də onun işlətdiyi “fi -
lolologiya elmləri namizədi Ə.Axundovun yazdığına görə 
Hüseynin anası  Zəhra xanım M.P.Vaqifi n bacısıdır”,-ifa-
dəsi ilə özünü sığortalaya bilməz.  Əgər  Ə.Axundova is-
tinad edirsinizsə, heç olmasa, Ə.Axundovun bunu hansı 
əsərində yazdığını, əsərin nəşr tarixini və səhifəni göstər-


152
Nazir Əhmədli
məlisiniz ki, oxucu sizin də, istinad etdiyiniz tədqiqatçının  
da fi krinin mötəbər, söykəndiyi mənbənin etibarlı olub-ol-
madısğını yoxlaya bilsin. Axı, bu elmdir, əgər bunu aşıqlar 
danışsa, şifahi xalq ədəbiyyatı, rəvayət kimi keçmək olar. 
Amma göründüyü kimi, bizim əksər folklorşünaslarımız 
da özlərini tədqiq etdilkəri aşıqların yerinə qoyub rəvayət-
lər uydurmaqla məşğul olurlar. ”Filologiya elmləri na-
mizədi Ə.Axundovun yazdığına görə” ifadəsi son dərəcə 
qeyri-elmi ifadədir, heç olmasa, onun hansı əsərində bunu 
yazdığı göstərilməlidir ki, oxucu istəsə,  Ə.Axundovun 
həmin  əsərinə müraciət edib onun mülahizələri ilə tanış 
olsun. Ə.Axundovun bu qənaətə nəyin hesabına gəldiyini 
görsün. Yaxud, bəlkə R.Rüstəmzadə Ə.Axundova böhtan 
atır,  Ə.Axundov heç belə  məzmunda bir şey yazmayıb? 
Beləliklə, professor R.Rüstəmzadınin həmin cümləsi elmi 
deyil,dedi-qodu söhbətini xatırladır.
Başqa bir folklorşünas alim, professor P.Əfəndiyev də 
professor həmkarları kimi hərəkət edib.”Azərbaycan şifa-
hi xalq ədəbiyyatı” (Bakı, 1992) kitabının müəllifi   olan 
P.Əfəndiyev yazır: “Ə.Axundov Aşıq Hüseynin anadan 
olma, vəfat etmə illərini dəqiqləşdirməyə çalışmışdır. O, 
yazır: “Aşıq Hüseyn təqribən 1811-ci ildə anadan olmuş-
dur. Deyildiyinə görə, şair Molla Pənahın bacısı oğludur”. 
(səh. 283). Prof. P.Əfəndiyev də professor R.Rüstəmzadə 
kimi sitatı haradan gətirdiyini göstərmir. 
Professor S.Paşayev fantaziyasına görə    həmkarlarını 
geridə qoyur, professorlar R.Rüstəmzadə  və Q.Namazo-
vun aşığın Zəhra kimi təqdim etdikləri anasını Tükəzbana 
döndərir: “Bir ehtimala görə, əsilləri Qazağın Dağ Kəsəmən 
kəndinin Sarılar nəslindəndir. Özü isə Molla Pənah Vaqifi n 
bacısı Tükəzbanın oğludur”(S,Paşayev. “XIX əsr Azər-
baycan aşıq yaradıcılığı. Bakı. 1990, səh.40). S.Paşa-
yev işini bir az ehtiyatlı tutaraq, “Ə.Axundovun yazdığına 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə